XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Показати більше8 812
Підписники
-624 години
-477 днів
-22730 день
Архів дописів
8 812
❗️Rusiya XİN: Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlıqlarına görə öz mövqeyimizi ətraflı şəkildə diplomatik kanallar vasitəsilə rəsmi Tehrana çatdırmışıq.
t.me/xeberlerlive
8 812
🇦🇲❗️🇦🇿Paşinyan Azərbaycanı sülh müqaviləsi imzalamağa çağırır:
"Əvvəllər sülh layihəsində 18 maddə var idi, indi bəzi maddələr çıxarılıb, məsələn, Azərbaycan özü kommunikasiya maddəsinin çıxarılmasını elan edib. Biz deyirik ki, nə razılaşdırılıbsa, sülh müqaviləsi kimi imzalayaq, başqa məsələlərlə bağlı müzakirəni davam etdirək.
İndi Azərbaycan tərəfi deyir ki, yox, vacib məsələlər var ki, onları müzakirə etmək lazımdır.
Sualımız belədir: bu məsələləri dilə gətirəndə yenə vacib məsələlər qalmayacaq? Bununla vacib məsələlər bitəcək?
Əgər bütün vacib məsələləri həll edib, sülh müqaviləsini sonra imzalamaq lazımdırsa, o zaman biz heç vaxt imza ata bilməyəcəyik.
Çünki 4 vacib məsələdə razılığa gəlsək, hələ razılaşdırılmalı olan 4 vacib məsələ ortaya çıxır. Onları razılaşdıranda da yeniləri çıxacaq. Ona görə də, gəlin, nəyi razılaşdırmışıqsa, imzalayaq".
t.me/xeberlerlive
8 812
Repost from N/a
☄️ Sentyabrın 12-13-də Yer kürəsində geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər.
t.me/vefadarmuallim
8 812
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
📚Türk Dövlətlərinin ortaq əlifbasının hazırlanması prosesi davam edir.
Ümumilikdə 34 hərfin olacağı əlifbada artıq 14 hərf təsdiqlənib.
Əlifbanın 2026-cı ilə qədər tam hazır edilməsi planlaşdırılır.
t.me/MutluTurkum
8 812
🇹🇷🇸🇾Türkiyə 13 ildən sonra ilk dəfə Ərəb Birliyi zirvə görüşünə qatılacaq.
▫️Suriya Türkiyənin iştirakını təsdiqlədi.
t.me/xeberlerlive
8 812
‼️Azərbaycan XİN: Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.
t.me/xeberlerlive
8 812
Repost from Miriyev TV
HASSAS 🔴🔪 l Konyada bir qadın dərman almağa getdiyi zaman əri tərəfindən dəfələrlə bıçaqlanıb.
Həmin şəxs saxlanılıb.
t.me/miriyevtv
8 812
🏫 Bu il Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq
Bu il Şuşada 1 nömrəli tam orta məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq.
t.me/xeberlerlive
8 812
⚡Ermənistan Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin demək olar hamısını Ukraynaya verib.
Bu iddia ilə “Fightbomber” Telegram kanalı çıxış edib.
Ermənistanın “S-300”, “Buk”, “Osa” və “TOR” zenit-raket komplekslərini raketlərlə birgə Ukraynaya verdiyi bildirilir.
t.me/xeberlerlive
8 812
🇦🇲 Ermənistan hökuməti Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin binasını separatçıların əlindən birdəfəlik alıb.
t.me/xeberlerlive
8 812
İrəvan və Bakı 16 bəndlik sülh müqaviləsinin 13-də tam razılıq əldə edib. Sülh sazişinin tezliklə imzalanması üçün real şans var.
Ermənistan XİN
t.me/xeberlerlive
8 812
🇦🇿🇮🇷İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, “bu günlərdə dəhliz məsələsi hər zaman olduğundan daha çox diqqət mərkəzindədir”.
Kənani diqqətə çatdırıb ki, “dəhlizlə bağlı dərc olunmuş xəbər və təhlillərin əsasını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlarda etdiyi səfər, eyni zamanda, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatları təşkil edir”.
“İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcək. Bu, bütün region ölkələrinin arzusudur".
t.me/xeberlerlive
8 812
🇦🇲🇰🇷 Ermənistan Cənubi Koreyadan silah almağa hazırlaşır. Ölkənin müdafiə naziri Suren Papikyan bu məqsədlə Seula səfər edib.
t.me/xeberlerlive
8 812
❗️Moskvanın “Zəngəzur dəhlizi” yaratmaq cəhdlərinə “arxadan vurulan zərbədir”, iranlı deputat bildirib.
Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fədahüseyn Məleki “İran diplomatiyası Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verən son mövqelərinə qətiyyətlə cavab verəcək” deyib və vurğulayıb ki, “İranın milli maraqları qırmızı xəttdir ki, İranın milli maraqları bu dəhlizdən kənarda qala bilməz.”
t.me/xeberlerlive
8 812
❗️ Göygöldə 3,2 maqnitudalı zəlzələ olub
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 10.25-də Göygöldə 3,2 maqnitudalı zəlzələ olub.
Zəlzələnin ocağı 14 km dərinlikdə yerləşib.
t.me/xeberlerlive
8 812
🇮🇷 İran Məclisi sədrinin müavini Əli Nikzad:
İranın sərhədlər, qonşular və dəhlizlərlə bağlı strateji siyasəti sabitdir və milli maraqlara əsaslanır. Parlamentlərin Bakıda keçirilən son iclasında vurğuladığım kimi, biz sərhəd dəyişikliklərini qəbul etmirik.
Rusiya və Azərbaycana məsləhətim: sərhədlərə hörmət edin.
t.me/xeberlerlive
8 812
HƏR NÖV REKLAMLAR ⚡️⚡️⚡️Reklamınızı bizə əmanət edin 🤝🏻
Ən sərfəli qiymətə günlük, həftəlik, aylıq və saatlıq paketlərimiz mövcuddur.
Reklam yerləşdirmək üçün əlaqə:
➡️➡️ @miriyev_admin
8 812
⚡️İlham Əliyev: Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır.
t.me/xeberlerlive
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
