uz
Feedback
Baku TV

Baku TV

Kanalga Telegram’da o‘tish

Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır

Ko'proq ko'rsatish

📈 Telegram kanali Baku TV analitikasi

Baku TV (@bakutvxeber) Ozarbayjon til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 26 683 obunachidan iborat bo'lib, Yangiliklar & Media toifasida 8 929-o'rinni va Ozarbayjon mintaqasida 136-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 26 683 obunachiga ega bo‘ldi.

13 Iyul, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -362 ga, so‘nggi 24 soatda esa -16 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlangan (Telegram tomonidan rasmiy tasdiq)
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 4.43% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 3.80% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 181 marta ko‘riladi; birinchi sutkada odatda 1 013 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 3 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 14 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Yangiliklar & Media toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

26 683
Obunachilar
-1624 soatlar
-1027 kunlar
-36230 kunlar
Postlar arxiv
Baku TV
26 685
🔴Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər. "Report"un xəbərinə görə, Ağ Ev rəhbəri "Salem Radio Network"da Hyu Huitt ilə söhbətində yaxın günlərdə İrana ciddi zərbələr endirəcəyini açıqlayıb. "Biz bunu edəcəyik. Kirk dağını məhv edəcəyik. İranlılara deyin hazırlaşsınlar", - o bildirib. Kirk dağı İranda yerləşən və Natanz nüvə kompleksindən təxminən bir mil cənubda yerləşən dağ sistemidir. "Bu axşam onlara çox ciddi zərbə vuracağıq və sabah onlara ciddi zərbə endirəcəyik. Bununla bağlı heç bir şey edə bilməyəcəklər", - o deyib. Daha əvvəl məlum olub ki, Tramp Konqresi İrana qarşı hərbi kampaniyanın başlanması barədə rəsmən məlumatlandırıb. Bunun fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də saat 16:00-da (Bakı vaxtı ilə iyulun 15-də gecəyarı) İran limanlarının blokadasının bərpa olunacağını bildirib. @bakutvxeber

Baku TV
26 685
🇦🇿14 İyul - Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyevi hörmətlə anırıq Azərbaycan Silahlı Qüvvələrinin Polk
🇦🇿14 İyul - Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyevi hörmətlə anırıq Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki İlqar Mirzəyev 14 iyul, 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanmışdı. Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra Polkovnik İlqar Mirzəyevin şəxsi əşyaları AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Şəxsi əşyalar arasında onun hərbi geyimi, papaq və çəkməsi, hərbi səhra çantası var. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. @bakutvxeber

Baku TV
26 685
🇦🇿14 İyul - Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovu hörmətlə anırıq Azərbaycanın Milli Qəhrəmanı, gen
🇦🇿14 İyul - Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovu hörmətlə anırıq Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, döyüşləri ön xətdən idarə edərkən düşmən təxribatının qarşısını alarkən həlak olub. General-mayor Polad Həşimovun 14 iyulda şəhid olması bütün Azərbaycan xalqını dərindən sarsıtsa da, cəmiyyətdə milli birliyin və vətənpərvərlik ruhunun daha da yüksəlməsində mühüm rol oynayıb. Onun qəhrəmanlıqla dolu şərəfli döyüş yolu hər bir azərbaycanlı üçün əsl vətən sevgisi nümunəsidir. Şəhid generalın nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilərək, iyulun 15-də Bakıdakı II Fəxri Xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. @bakutvxeber

Baku TV
26 685
Zelenski anlaşmanın detallarını gizli saxladı: "Bakı və Ankara ilə birgə..." - BİZDƏN NƏ DANIŞIRLAR? Video linki: https://you
Zelenski anlaşmanın detallarını gizli saxladı: "Bakı və Ankara ilə birgə..." - BİZDƏN NƏ DANIŞIRLAR? Video linki: https://youtu.be/gBXeAeJaTfA @bakutvxeber

Baku TV
26 685
"Bir də doğulsam, evlənmərəm" | Dubayda şirkəti olan pakistanlı bəy niyə evlənəndə işsiz qaldı? Video linki: https://youtu.be
"Bir də doğulsam, evlənmərəm" | Dubayda şirkəti olan pakistanlı bəy niyə evlənəndə işsiz qaldı? Video linki: https://youtu.be/c-Vjrie8sic @bakutvxeber

Baku TV
26 685
Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI Canlı yayım: https://youtu.be/mx1Jk0q4bWE @bakutvxeber
Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI Canlı yayım: https://youtu.be/mx1Jk0q4bWE @bakutvxeber

Baku TV
26 685
🔴Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. "Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Slovakiya Prezidentini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar. @bakutvxeber

Baku TV
26 685
🔴Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Pakistan və Avropa mediasının diqqət mərkəzində olub Prezi
+3
🔴Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Pakistan və Avropa mediasının diqqət mərkəzində olub Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər beynəlxalq media tərəfindən geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Pakistanın aparıcı media orqanları və Avropanın nüfuzlu xəbər platformalarından olan “Euronews” Prezident İlham Əliyevin regional təhlükəsizlik, Pakistanın vasitəçilik rolu və Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair bəyanatlarını diqqət mərkəzində saxlayıb. Pakistan Televiziyası, “Associated Press of Pakistan” (APP) və DND xəbər agentliyi Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri geniş işıqlandırıblar. Pakistan mediası Prezident İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifin və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirin ABŞ-İran münaqişəsində sülhün təmin olunması və dialoqun təşviqi istiqamətində mühüm rol oynadıqlarını bildirdiyini və göstərdikləri vasitəçilik səylərini yüksək qiymətləndirdiyini qeyd edib. Həmçinin Azərbaycan Prezidentinin Pakistanın beynəlxalq aləmdə böyük hörmət qazandığı və son hadisələr fonunda da qarşıdurmanın dayandırılması istiqamətində səylərini davam etdirəcəyinə inandığı barədə fikri vurğulanıb. Pakistan mediası Prezident İlham Əliyevin region ölkələrini məsuliyyətli davranmağa, münasibətləri normallaşdırmağa və gərginliyin qlobal münaqişəyə çevrilməsinin qarşısını almağa çağırdığını da diqqətə çatdırıb. APP, həmçinin IV Şuşa Qlobal Media Forumunun dünyanın 53 ölkəsindən 160-dan çox media nümayəndəsini, eksperti və rəsmi şəxsi bir araya gətirdiyini diqqətə çatdırıb. Agentlik forum çərçivəsində medianın sülhün təşviqində rolu, dezinformasiya ilə mübarizə, süni intellektin media sektoruna təsiri, postmünaqişə dövründə informasiya siyasəti və beynəlxalq media əməkdaşlığı kimi mövzuların müzakirə olunduğunu bildirib. Avropanın aparıcı xəbər platformalarından olan “Euronews” Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair səsləndirdiyi fikirləri ön plana çıxarıb. Nəşr dövlət başçısının Azərbaycanın Avropa Şurasından tam çıxmaq imkanını nəzərdən keçirdiyini yazıb. Bildirilib ki, bu məsələ Azərbaycan nümayəndə heyətinin 2024-cü ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnun dayandırılmasından sonra gündəmə gəlib. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın təşkilatda üzvlüyünün sadəcə dayandırılması və ya dondurulmasını deyil, Avropa Şurasını tam tərk etməyi nəzərdən keçirdiyini bildirdiyi qeyd olunub. “Euronews” Prezident İlham Əliyevin AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması ilə bağlı qərarı ədalətsiz adlandırdığını da qeyd edib. Media platformasının yazdığına görə, dövlət başçısı Azərbaycanın heç bir yanlış addım atmadığını, əksinə, ədalətsiz qərarın təşkilat tərəfindən qəbul edildiyini bildirib və bu qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. “Euronews” Prezident İlham Əliyevin Yaxın Şərqdəki vəziyyətlə bağlı fikirlərinə də yer ayırıb. Media platforması dövlət başçısının regionda son gərginliyin uzun sürməyəcəyinə ümid etdiyini, Azərbaycanın öz təcrübəsinə əsaslanaraq davamlı sülhün yalnız ədalətli, beynəlxalq hüquqa əsaslanan prinsiplər üzərində qurula biləcəyini bildirdiyini yazıb. @bakutvxeber

Baku TV
26 685
Etimad böhranı və media: dünyanı gözləyən yeni informasiya nizamı - AKTUAL GÜNDƏM Canlı yayım: https://youtu.be/qEWCDI7x0So @
Etimad böhranı və media: dünyanı gözləyən yeni informasiya nizamı - AKTUAL GÜNDƏM Canlı yayım: https://youtu.be/qEWCDI7x0So @bakutvxeber

Baku TV
26 685
🔴Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik Bölgədə sülhün və sabitliyin qorunması istiqamətində ABŞ Prezidenti Donald Tramp ilə əməkdaşlıq davam etdiriləcək. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında bildirib. O qeyd edib ki, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə Suriyadakı son vəziyyət müzakirə olunub. ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfərinin əhəmiyyətli olduğu da vurğulanıb. Bildirilib ki, bölgədə sülhün və sabitliyin qorunması istiqamətində ABŞ Prezidenti ilə əməkdaşlıq davam etdiriləcək. @bakutvxeber

Baku TV
26 685
Ermənistanda xarici müdaxiləyə qarşı yeni cəbhə | Aİ Şurası məlumat yaydı - ANA XƏBƏR Canlı: https://youtu.be/hfsR3DPq1oM @ba
Ermənistanda xarici müdaxiləyə qarşı yeni cəbhə | Aİ Şurası məlumat yaydı - ANA XƏBƏR Canlı: https://youtu.be/hfsR3DPq1oM @bakutvxeber

Baku TV
26 685
🔴Hikmət Hacıyev: "Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial var" Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində EUREFLECT-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanın əsas mesajı ondan ibarətdir ki, ölkə sülh, birgəyaşayış, əməkdaşlıq, tərəfdaşlıq və dostluq məkanıdır.
"Biz bütün avropalı dostlarımızı görməyə şadıq. Aİ eləcə də onun ayrı-ayrı üzv dövlətləri ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri formalaşıb. Bununla yanaşı, Aİ-nin bir çox ölkələri ilə ikitərəfli əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib",
- deyə H.Hacıyev bildirib. O həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, ölkə Aİ üçün enerji resurslarının strateji tədarükçüsü və onun əsas iqtisadi tərəfdaşlarından biridir.
"Azərbaycan ticarətinin təxminən 70 %-i Aİ ölkələrinin payına düşür. Biz hesab edirik ki, Avropa İttifaqı, onun üzv dövlətləri və Azərbaycan arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur", - Prezidentin köməkçisi deyib. Müsahibə zamanı H. Hacıyev Azərbaycanın və xalqının mədəniyyət beşiyi olan Şuşa şəhərinin bərpasından da danışıb. Onun sözlərinə görə, təxminən 30 illik işğal ərzində Şuşa demək olar ki, tamamilə dağıdılmışdı. Lakin bu gün şəhər öz dirçəlişini yaşayır və yeni həyata qovuşur. "Analoji proseslər Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində baş verir"
, - Prezidentin köməkçisi bildirib. @bakutvxeber

Baku TV
26 685
🔴Tramp: ABŞ Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə görə yüklərin dəyərinin 20%-i həcmində ödəniş alacaq ABŞ Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə daşınan bütün yüklərin dəyərinin 20%-i həcmində kompensasiya alacaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. "Hörmüz boğazı açıqdır və açıq qalacaq - İranla və ya İransız. Biz İran blokadasını bərpa edirik. İran blokadasını adı ona görə verilib ki, bu, yalnız giriş və ya çıxışına qadağa qoyulacaq İranın və onun müştərilərinin gəmilərinə aiddir. Bütün digər ölkələrin boğaza ədalətli və sərbəst çıxışı olacaq", - o yazıb. Trampın sözlərinə görə, ABŞ bundan sonra "Hörmüz boğazının Qoruyucusu" adlandırılacaq, ödənişlər isə dünyanın bu "son dərəcə qeyri-sabit regionunun" təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi ilə bağlı xərclərin qarşılanmasına yönəldiləcək. "Proses və müvafiq mexanizmin yaradılması dərhal başlayacaq", - o əlavə edib. @bakutvxeber

Baku TV
26 685
🔴Slovakiya Prezidenti Azərbaycana səfərini əməkdaşlığın inkişafı üçün imkan adlandırıb Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərinə ikitərəfli tərəfdaşlığı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq fürsəti kimi baxır. Bu barədə o "X" sosial şəbəkəsində bildirib.
"Azərbaycana yola düşürəm. Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir",
- o yazıb. Peter Pelleqrini bildirib ki, səfər çərçivəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Slovakiya üçün yeni imkanların yaradılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüş keçirəcək. Qeyd edək ki, iyulun 13-də Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində energetika, ticarət, nəqliyyat, texnologiyalar sahələrində əməkdaşlığın inkişafı və Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpası layihələrində iştirakı məsələlərinə dair danışıqların aparılması planlaşdırılır. Həmçinin Bakıda Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək. @bakutvxeber

Baku TV
26 685
Azərbaycan Avropa Şurasını tərk edəcək? - AKTUAL GÜNDƏM Canlı: https://youtu.be/JgSG9ehRtKY @bakutvxeber
Azərbaycan Avropa Şurasını tərk edəcək? - AKTUAL GÜNDƏM Canlı: https://youtu.be/JgSG9ehRtKY @bakutvxeber

Baku TV
26 685
🔴Moskva dronlarla bağlı nəyi gizlədir? | Peskovun sözləri yeni suallar yaratdı - Baku TV CANLI 🎥🎥🎥: https://youtu.be/s_Ow
🔴Moskva dronlarla bağlı nəyi gizlədir? | Peskovun sözləri yeni suallar yaratdı - Baku TV CANLI 🎥🎥🎥: https://youtu.be/s_Ow4Nl6esk @bakutvxeber

Baku TV
26 685
🔴Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə İ.M.Seçenov adına Birinc
🔴Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib. Görüş zamanı Azərbaycan ilə Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. @bakutvxeber

Baku TV
26 685
🔴Final uğrunda gərgin mübarizə | Mundialda həlledici mərhələ başlayır 🎥🎥🎥: https://youtu.be/60_0dY3YtG0 @bakutvxeber
🔴Final uğrunda gərgin mübarizə | Mundialda həlledici mərhələ başlayır 🎥🎥🎥: https://youtu.be/60_0dY3YtG0 @bakutvxeber

Baku TV
26 685
🔴Prezident IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandırdı - Baku TV CANLI 🎥🎥🎥: https://youtu.be/k
🔴Prezident IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandırdı - Baku TV CANLI 🎥🎥🎥: https://youtu.be/kYkmAUZLqqY @bakutvxeber

Baku TV
26 685
🔴Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi ilə bağlı videoçarx paylaşıb @bakutvxeber