Baku TV
前往频道在 Telegram
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
显示更多📈 Telegram 频道 Baku TV 的分析概览
频道 Baku TV (@bakutvxeber) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 25 883 名订阅者,在 新闻与媒体 类别中位列第 9 304,并在 阿塞拜疆 地区排名第 122 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 25 883 名订阅者。
根据 16 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -295,过去 24 小时变化为 -3,整体触达仍然可观。
- 认证状态: 已认证(Telegram 官方确认)
- 互动率 (ER): 平均受众互动率为 4.56%。内容发布后 24 小时内通常能获得 3.84% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 181 次浏览,首日通常累积 995 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 4。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır”
凭借高频更新(最新数据采集于 17 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
25 883
订阅者
-324 小时
-467 天
-29530 天
帖子存档
25 880
⚠️ İsmayıllı–Lahıc yolunda qaya uçqunu baş verib
▪️ Oxu.Az-ın məlumatına görə, iri qaya parçalarının yola tökülməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
🚜 Əraziyə ağır texnika cəlb olunub. Yolun açılması üçün təmizləmə və bərpa işləri aparılır.
@bakutvxeber
17 11月, 13:36
25 880
Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyalı nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Biz strateji gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün bərqərar olmasına dəstək verməyə hazırıq",- deyə nazir yazıb. @bakutvxeber
17 11月, 11:51
25 880
📺 "Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?
Video linki: https://youtu.be/qHFZwCYWiDw
@bakutvxeber
17 11月, 11:33
25 880
🔴 Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR
🎥🎥🎥: https://youtube.com/live/AACwtVuy0oY
@bakutvxeber
17 11月, 10:59
25 880
💬 Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
@bakutvxeber
17 11月, 09:30
25 880
+1
🇦🇿🇬🇪 Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olunub.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.
Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Söhbət zamanı müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunulub, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
@bakutvxeber
17 11月, 08:45
25 880
+1
🇦🇿🇩🇪 İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olunub.
Söhbət zamanı ölkənin Orta Dəhlizdə önəmli roluna toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
@bakutvxeber
17 11月, 08:35
25 880
💼 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Milli Məclis bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Layihəyə əsasən, saatlıq əməkhaqqı sistemi müəyyən iqtisadi fəaliyyət sahələrində bir aydan az müddətə əmək müqaviləsi bağlanan, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edilən iş yerlərində tətbiq olunacaq.
▪️ Saatlıq əməkhaqqı alan işçinin hər iş saatına görə ödənişi minimum saatlıq əməkhaqqından aşağı ola bilməz.
▪️ Gündəlik iş vaxtı 1 saatdan az olduqda belə, işçiyə minimum bir saatlıq əməkhaqqı ödənilməlidir. Növbəti iş saatının müddəti 1 saatdan az olarsa, həmin vaxt da 1 saat kimi hesablanacaq.
▪️ Büdcədən maliyyələşən müəssisələrdə saatlıq ödəniş yalnız mövcud əməkhaqqı sistemində nəzərdə tutulduğu halda tətbiq ediləcək.
Dəyişikliklərə əsasən, işçilərin əməkhaqqı və digər ödənişləri onların seçimi ilə müəyyən edilən bank hesabına elektron qaydada köçürüləcək. Bununla əməkhaqqı ödənişlərinə elektron nəzarət mexanizminin qurulması və qeyri-formal məşğulluğa qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, əmək məzuniyyətinin minimum 21 təqvim günlük hissəsinin kompensasiya ilə əvəz edilməsi qadağan olunacaq. İşdən çıxma zamanı kompensasiya ödənilməsi isə istisna təşkil edir.
Layihə müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib.
@bakutvxeber
17 11月, 08:16
25 880
🔴 Əvvəl deportasiya, sonra tam qovulma | Kənddə azərbaycanlılardan nə iz qaldı?
Video link: https://www.youtube.com/watch?v=vMKH3BLTsYs&t=2s
@bakutvxeber
17 11月, 07:50
25 880
🔴 İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqləyib
@bakutvxeber
17 11月, 07:08
25 880
💬 Prezident İlham Əliyev AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib
@bakutvxeber
17 11月, 07:06
25 880
‼️Gecə klubundan çıxıb dava etdilər | Gənc oğlan maşını mağazaya çırpdı - Baku TV CANLI
CANLI: https://youtu.be/YzAh7c0I-LI
@bakutvxeber
17 11月, 05:59
25 880
Bakı ilə Brüsselin yaxınlaşması Cənubi Qafqazda kimin təsirini azalda bilər? - AKTUAL GÜNDƏM
🎥🎥🎥 https://www.youtube.com/watch?v=b05XybJjZGk
@bakutvxeber
17 11月, 05:00
25 880
⚡️Serbiyada hərbi təyyarə qəzaya uğrayıb
Bu barədə Serbiya mediası məlumat yayıb.
Hadisə nəticəsində pilot həlak olub.
@bakutvxeber
17 11月, 04:47
25 880
‼️“Kasıb idi, istəmirdim, bacım dedi ki, evlənməlisən”
"Arzunun vaxtı" verilişini bu gün saat 20:30-da Baku TV-nin "Youtube" kanalında izləyə bilərsiniz.
@bakutvxeber
17 11月, 03:20
25 880
💬 Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyədə COP31 sammitində pencəyinin cibinə qoyduğu bananı günlər sonra yedi
@bakutvxeber
17 11月, 00:06
25 880
‼️Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
@bakutvxeber
16 11月, 23:04
