uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 305
Obunachilar
+324 soatlar
-107 kunlar
-6130 kunlar
Postlar arxiv
Bəzi dənizçilər iddia edir ki, təhlükəsizlik narahatlıqlarına baxmayaraq, gəmi sahibləri onları “yük əməliyyatlarını davam etdirməyə məcbur edir.”

Hörmüz boğazının bağlanması təxminən 20 min dənizçinin çıxılmaz vəziyyətdə qalmasına səbəb olub. Münaqişə başlayandan bəri ən
Hörmüz boğazının bağlanması təxminən 20 min dənizçinin çıxılmaz vəziyyətdə qalmasına səbəb olub. Münaqişə başlayandan bəri ən azı 22 mülki gəmi zərbə alıb və səkkiz ekipaj üzvü həlak olub.

Trampın bildirib ki, İran guya “hörmət əlaməti” olaraq Hörmüz boğazından keçən 20 böyük neft tankerini ABŞ-a verib. Bununla yanaşı, İranla münasibətlərin qeyri-müəyyən olduğunu vurğulayan Tramp qeyd edib ki, Vaşinqton bəzən Tehranla danışıqlar aparsa da, sonradan hərbi güc tətbiq etmək məcburiyyətində qalır. Eyni zamanda, o, İranla razılaşmanın mümkün olduğunu desə də, belə bir razılaşmanın baş tutmaya biləcəyini də istisna etməyib. Tramp həmçinin deyib ki, İranda artıq “rejim dəyişikliyi” baş verib və bundan daha yaxşı nəticə əldə etmək çətindir. Ümumilikdə Tramp İranla yaxın zamanda razılaşma əldə olunacağı ehtimalını açıq saxlayıb.

Trump dünənki yazımı oxuyub qərar dəyişdirib.

ABŞ-da mümkün hərbi planlarla bağlı yeni detallar gündəmə gəlib. Məlumata görə, ABŞ rəhbərliyi İranın təxminən 450 kiloqram z
ABŞ-da mümkün hərbi planlarla bağlı yeni detallar gündəmə gəlib. Məlumata görə, ABŞ rəhbərliyi İranın təxminən 450 kiloqram zənginləşdirilmiş uran ehtiyatını fiziki olaraq ələ keçirmək variantını nəzərdən keçirir. Məqsəd İranın nüvə silahı hazırlamaq imkanlarını məhdudlaşdırmaqdır. Bununla belə, belə bir əməliyyatın mürəkkəb, riskli və qısa müddətdə başa çatmayan bir proses olacağı bildirilir. Ssenariyə görə, ABŞ hərbçiləri bir neçə gün ərzində İran ərazisində qalmalı ola bilər ki, bu da cavab zərbələri və daha genişmiqyaslı münaqişə riskini artırır. Trump İranın neft resurslarını ələ keçirməyin ən üstün variant olduğunu düşündüyünü bildirib, lakin ABŞ daxilində buna qarşı çıxanların olduğunu qeyd edib. Tramp həmçinin Hörmüz boğazı yaxınlığında yerləşən Xarg adası ilə bağlı da danışıb. Onun sözlərinə görə, ABŞ bu adanı ələ keçirmək variantını nəzərdən keçirə bilər. O belə bir əməliyyatın asan olacağını iddia edib. Bununla yanaşı, o, Vaşinqtonun müxtəlif alternativ planlara malik olduğunu vurğulayıb.

Əvəz-əvəz ABŞ və İsrail Hərbi Hava Qüvvələri Təbrizdə neft-kimya müəssisəsinə zərbə endirib.
Əvəz-əvəz ABŞ və İsrail Hərbi Hava Qüvvələri Təbrizdə neft-kimya müəssisəsinə zərbə endirib.

Əvəz-əvəz ABŞ və İsrail Hərbi Hava Qüvvələri Təbrizdə neft-kimya müəssisəsinə zərbə endirib.
Əvəz-əvəz ABŞ və İsrail Hərbi Hava Qüvvələri Təbrizdə neft-kimya müəssisəsinə zərbə endirib.

Tramp bildirib ki, ABŞ Hörmüz boğazına nəzarət etmək üçün artıq hərəkətə keçib.

ABŞ Müdafiə Nazirliyi ballistik raketlərin qəlpə və partlayış dalğasından hərbçiləri qorumaq üçün mobil sığınacaqların təchiz
+2
ABŞ Müdafiə Nazirliyi ballistik raketlərin qəlpə və partlayış dalğasından hərbçiləri qorumaq üçün mobil sığınacaqların təchizatçılarını axtarmağa başlayıb. Pentaqonun bu barədə sorğusu SAM.gov portalında yerləşdirilib. Çatdırılmalar üçün üç gün müddət göstərilib: 3, 15 və 30 gün. Son təyinat yeri kimi Yaxın Şərq qeyd olunub. ABŞ-ın İran zərbələrindən şəxsi heyətin qorunmasının vacibliyini anlaması bir ay çəkib.

ABŞ mənbəsinə görə, ABŞ gələn həftənin əvvəlinə qədər Yaxın Şərqə kifayət qədər quru qüvvəsi yerləşdirəcək. Bu qüvvələrə minl
ABŞ mənbəsinə görə, ABŞ gələn həftənin əvvəlinə qədər Yaxın Şərqə kifayət qədər quru qüvvəsi yerləşdirəcək. Bu qüvvələrə minlərlə dəniz piyadası və 82-ci Hava Desant Diviziyasından paraşütçülər daxildir.

İran paytaxtı Tehran yaxınlığında yerləşən Şəms Abadda da elektrik kəsintiləri barədə məlumatlar verilib.
+2
İran paytaxtı Tehran yaxınlığında yerləşən Şəms Abadda da elektrik kəsintiləri barədə məlumatlar verilib.

İsrail/ABŞ Hərbi Hava Qüvvələrinin İran paytaxtı boyunca endirdiyi zərbələrdən sonra, İranın Kərəc və Tehran şəhərlərində elektrik kəsintiləri baş verib.

The Times qəzetinə görə, Britaniya Hərbi Dəniz Qüvvələri Bay-class tipli köməkçi desant gəmisi olan RFA Lyme Bay (L3007)-ni H
The Times qəzetinə görə, Britaniya Hərbi Dəniz Qüvvələri Bay-class tipli köməkçi desant gəmisi olan RFA Lyme Bay (L3007)-ni Hörmüz boğazına göndərmək planları hazırlayır. Gəmi sualtı dronlar və mina axtaran qayıqlar da daxil olmaqla bir neçə avtonom mina təmizləmə sistemi ilə təchiz olunacaq. Onun İran yaxınlığında strateji su yolunun yenidən açılmasına kömək etməsi nəzərdə tutulur.

Qəşm (Qeshm) adasında isə vəziyyət tamam fərqlidir. Bura hücum planlandığı inandırıcı deyil. Yenədə Donny Tzu gündə bir məsəl
Qəşm (Qeshm) adasında isə vəziyyət tamam fərqlidir. Bura hücum planlandığı inandırıcı deyil. Yenədə Donny Tzu gündə bir məsələ fikirləşir deyə dəqiq nəsə demək olmur.

İran 85-90% xam neftinin ixrac mərkəzi olan Xarq (Kharg) adasını qeyri dəqiq vasitələr ilə vurma riskini qəbul edəcəkmi? ABŞ
İran 85-90% xam neftinin ixrac mərkəzi olan Xarq (Kharg) adasını qeyri dəqiq vasitələr ilə vurma riskini qəbul edəcəkmi? ABŞ burdakı neft strukturlarını məhv etməyərək özünə bir psixoloji müdafiə hazırlamış ola bilər. Neft strukturu məhv edilməmiş ada nə işə yarayar ? 1. Adanın ələ keçirilməsi və neftin ələ alınaraq İranla bazarlıq edilməsi 2. Adaya girə piyada qoşunun bu strukturların İran tərəfindən vurulmama ehtimalı altında qorunması.

Xarq (Kharg) adasının coğrafi mövqeyini nəzərə alsaq o əsas torpaqdan 36-40 km uzaqdadır. Bu onu əsas adadan vurulacaq FPV dr
+1
Xarq (Kharg) adasının coğrafi mövqeyini nəzərə alsaq o əsas torpaqdan 36-40 km uzaqdadır. Bu onu əsas adadan vurulacaq FPV dron zərbələrindən uzaq saxlayır. Adanın ümumi ölçüsü 25 kvadrat kilometrdir. Ada tam səhralıq coğrafi tipə malik, üzərində çox hündür olmayan tikililər mövcuddur. Adada tünellərin mövcudluğu barədə məlumat yoxdur. 1800-2000 arası dəniz piyadası sürətli bir hücumla 36-48 saat ərzində adanı tam şəkildə nəzarətə ala bilər. Adanın tam ələ keçirilməsi zamanı kordinasiyalı bir hərəkət həyata keçirilərsə ada daxilindən gələcək FPV dron təhlükəsinə qarşı gəlmək olar. Hərbi Dəniz Qüvvələri ada boyunca radio elektron müdaxilələr edərək FPV dronlarının fəaliyət iş prinsipini poza bilər. Söhbət radio tezliklə idarə edilən dronlardan gedir. Eləki İranda fiber optik təcrübəsi hələki görülməyib. Ada tam tutulduqdan sonra adanın İran tərəfindən vurulması uzaq mənzilli artileriya raketləri , Şahed tipli dronlar və balistik raketlərlə mümkündür.

17 Dekabr 2025 paylaşdığım bir yazı “Bir vaxtlar barut müharibəni daha “demokratik” etmişdi: yüksək hazırlıqlı döyüşçü ilə ad
17 Dekabr 2025 paylaşdığım bir yazı “Bir vaxtlar barut müharibəni daha “demokratik” etmişdi: yüksək hazırlıqlı döyüşçü ilə adi əsgər arasındakı fərq azalmışdı, çünki tək bir güllə ən güclü zirehlini də məğlub edə bilərdi. Bu dəyişiklik feodal hərbi sistemləri zəiflətdi və mərkəzləşdirilmiş, dövlət nəzarətində orduların yüksəlişinə yol açdı. Bu gün dronlar müasir müharibəni oxşar şəkildə “demokratik” edir: bahalı və mürəkkəb hərbi platformalar ilə nisbətən sadə qüvvələr arasındakı fərq azalır, çünki ucuz dron ən inkişaf etmiş və ağır zirehli sistemləri belə sıradan çıxara bilir. Bu həm də ənənəvi texnoloji üstünlükləri zəiflədir və dövlətlər tərəfindən və ya qeyri-dövlət aktorları tərəfindən dəstəklənən yeni, mərkəzləşdirilməmiş və çevik hərbi güc formalarını təşviq edir”

Son 28 ildə ABŞ tərəfindən müxtəlif müharibələrdə istifadə olunan BGM-109 Tomahawk qanadlı raketlərin sayı ilə İran müharibəs
Son 28 ildə ABŞ tərəfindən müxtəlif müharibələrdə istifadə olunan BGM-109 Tomahawk qanadlı raketlərin sayı ilə İran müharibəsi və 2026-cı il üçün planlaşdırılan istehsal tempi müqayisə olunub. Göründüyü kimi, hazırkı İran müharibəsində istifadə olunan Tomahawk raketlərinin sayı 2003-cü ildəki İraq müharibəsini istifadə sayını ötüb. Həmin müharibə əvvəllər Tomahawk-lar üçün ən intensiv konflikt hesab olunurdu. Amma bu o qədər də təəccüblü deyil. İran İraqdan 3,5 dəfə böyük sahəyə malikdir, daha güclü silahlı qüvvələrə sahibdir və həm hərbi, həm də sənaye obyektləri yaxşı möhkəmləndirilib.

Oldu 14 MQ-9

+1
Şiraz şəhəri yaxınlığında və Ormuz boğazının şərqində ABŞ Hərbi Hava Qüvvələrinin iki MQ-9 Reaper kəşfiyyat-hücum PUA-sının İran hava müdafiə sistemləri tərəfindən vurulmasının görüntüləri.