es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 303
Suscriptores
+324 horas
-107 días
-6130 días
Archivo de publicaciones
Tramp bildirib ki, ABŞ Hörmüz boğazına nəzarət etmək üçün artıq hərəkətə keçib.

ABŞ Müdafiə Nazirliyi ballistik raketlərin qəlpə və partlayış dalğasından hərbçiləri qorumaq üçün mobil sığınacaqların təchiz
+2
ABŞ Müdafiə Nazirliyi ballistik raketlərin qəlpə və partlayış dalğasından hərbçiləri qorumaq üçün mobil sığınacaqların təchizatçılarını axtarmağa başlayıb. Pentaqonun bu barədə sorğusu SAM.gov portalında yerləşdirilib. Çatdırılmalar üçün üç gün müddət göstərilib: 3, 15 və 30 gün. Son təyinat yeri kimi Yaxın Şərq qeyd olunub. ABŞ-ın İran zərbələrindən şəxsi heyətin qorunmasının vacibliyini anlaması bir ay çəkib.

ABŞ mənbəsinə görə, ABŞ gələn həftənin əvvəlinə qədər Yaxın Şərqə kifayət qədər quru qüvvəsi yerləşdirəcək. Bu qüvvələrə minl
ABŞ mənbəsinə görə, ABŞ gələn həftənin əvvəlinə qədər Yaxın Şərqə kifayət qədər quru qüvvəsi yerləşdirəcək. Bu qüvvələrə minlərlə dəniz piyadası və 82-ci Hava Desant Diviziyasından paraşütçülər daxildir.

İran paytaxtı Tehran yaxınlığında yerləşən Şəms Abadda da elektrik kəsintiləri barədə məlumatlar verilib.
+2
İran paytaxtı Tehran yaxınlığında yerləşən Şəms Abadda da elektrik kəsintiləri barədə məlumatlar verilib.

İsrail/ABŞ Hərbi Hava Qüvvələrinin İran paytaxtı boyunca endirdiyi zərbələrdən sonra, İranın Kərəc və Tehran şəhərlərində elektrik kəsintiləri baş verib.

The Times qəzetinə görə, Britaniya Hərbi Dəniz Qüvvələri Bay-class tipli köməkçi desant gəmisi olan RFA Lyme Bay (L3007)-ni H
The Times qəzetinə görə, Britaniya Hərbi Dəniz Qüvvələri Bay-class tipli köməkçi desant gəmisi olan RFA Lyme Bay (L3007)-ni Hörmüz boğazına göndərmək planları hazırlayır. Gəmi sualtı dronlar və mina axtaran qayıqlar da daxil olmaqla bir neçə avtonom mina təmizləmə sistemi ilə təchiz olunacaq. Onun İran yaxınlığında strateji su yolunun yenidən açılmasına kömək etməsi nəzərdə tutulur.

Qəşm (Qeshm) adasında isə vəziyyət tamam fərqlidir. Bura hücum planlandığı inandırıcı deyil. Yenədə Donny Tzu gündə bir məsəl
Qəşm (Qeshm) adasında isə vəziyyət tamam fərqlidir. Bura hücum planlandığı inandırıcı deyil. Yenədə Donny Tzu gündə bir məsələ fikirləşir deyə dəqiq nəsə demək olmur.

İran 85-90% xam neftinin ixrac mərkəzi olan Xarq (Kharg) adasını qeyri dəqiq vasitələr ilə vurma riskini qəbul edəcəkmi? ABŞ
İran 85-90% xam neftinin ixrac mərkəzi olan Xarq (Kharg) adasını qeyri dəqiq vasitələr ilə vurma riskini qəbul edəcəkmi? ABŞ burdakı neft strukturlarını məhv etməyərək özünə bir psixoloji müdafiə hazırlamış ola bilər. Neft strukturu məhv edilməmiş ada nə işə yarayar ? 1. Adanın ələ keçirilməsi və neftin ələ alınaraq İranla bazarlıq edilməsi 2. Adaya girə piyada qoşunun bu strukturların İran tərəfindən vurulmama ehtimalı altında qorunması.

Xarq (Kharg) adasının coğrafi mövqeyini nəzərə alsaq o əsas torpaqdan 36-40 km uzaqdadır. Bu onu əsas adadan vurulacaq FPV dr
+1
Xarq (Kharg) adasının coğrafi mövqeyini nəzərə alsaq o əsas torpaqdan 36-40 km uzaqdadır. Bu onu əsas adadan vurulacaq FPV dron zərbələrindən uzaq saxlayır. Adanın ümumi ölçüsü 25 kvadrat kilometrdir. Ada tam səhralıq coğrafi tipə malik, üzərində çox hündür olmayan tikililər mövcuddur. Adada tünellərin mövcudluğu barədə məlumat yoxdur. 1800-2000 arası dəniz piyadası sürətli bir hücumla 36-48 saat ərzində adanı tam şəkildə nəzarətə ala bilər. Adanın tam ələ keçirilməsi zamanı kordinasiyalı bir hərəkət həyata keçirilərsə ada daxilindən gələcək FPV dron təhlükəsinə qarşı gəlmək olar. Hərbi Dəniz Qüvvələri ada boyunca radio elektron müdaxilələr edərək FPV dronlarının fəaliyət iş prinsipini poza bilər. Söhbət radio tezliklə idarə edilən dronlardan gedir. Eləki İranda fiber optik təcrübəsi hələki görülməyib. Ada tam tutulduqdan sonra adanın İran tərəfindən vurulması uzaq mənzilli artileriya raketləri , Şahed tipli dronlar və balistik raketlərlə mümkündür.

17 Dekabr 2025 paylaşdığım bir yazı “Bir vaxtlar barut müharibəni daha “demokratik” etmişdi: yüksək hazırlıqlı döyüşçü ilə ad
17 Dekabr 2025 paylaşdığım bir yazı “Bir vaxtlar barut müharibəni daha “demokratik” etmişdi: yüksək hazırlıqlı döyüşçü ilə adi əsgər arasındakı fərq azalmışdı, çünki tək bir güllə ən güclü zirehlini də məğlub edə bilərdi. Bu dəyişiklik feodal hərbi sistemləri zəiflətdi və mərkəzləşdirilmiş, dövlət nəzarətində orduların yüksəlişinə yol açdı. Bu gün dronlar müasir müharibəni oxşar şəkildə “demokratik” edir: bahalı və mürəkkəb hərbi platformalar ilə nisbətən sadə qüvvələr arasındakı fərq azalır, çünki ucuz dron ən inkişaf etmiş və ağır zirehli sistemləri belə sıradan çıxara bilir. Bu həm də ənənəvi texnoloji üstünlükləri zəiflədir və dövlətlər tərəfindən və ya qeyri-dövlət aktorları tərəfindən dəstəklənən yeni, mərkəzləşdirilməmiş və çevik hərbi güc formalarını təşviq edir”

Son 28 ildə ABŞ tərəfindən müxtəlif müharibələrdə istifadə olunan BGM-109 Tomahawk qanadlı raketlərin sayı ilə İran müharibəs
Son 28 ildə ABŞ tərəfindən müxtəlif müharibələrdə istifadə olunan BGM-109 Tomahawk qanadlı raketlərin sayı ilə İran müharibəsi və 2026-cı il üçün planlaşdırılan istehsal tempi müqayisə olunub. Göründüyü kimi, hazırkı İran müharibəsində istifadə olunan Tomahawk raketlərinin sayı 2003-cü ildəki İraq müharibəsini istifadə sayını ötüb. Həmin müharibə əvvəllər Tomahawk-lar üçün ən intensiv konflikt hesab olunurdu. Amma bu o qədər də təəccüblü deyil. İran İraqdan 3,5 dəfə böyük sahəyə malikdir, daha güclü silahlı qüvvələrə sahibdir və həm hərbi, həm də sənaye obyektləri yaxşı möhkəmləndirilib.

Oldu 14 MQ-9

+1
Şiraz şəhəri yaxınlığında və Ormuz boğazının şərqində ABŞ Hərbi Hava Qüvvələrinin iki MQ-9 Reaper kəşfiyyat-hücum PUA-sının İran hava müdafiə sistemləri tərəfindən vurulmasının görüntüləri.

E-7A Wedgetail təyyarəsinin mövcud vəziyyəti barədə araşdırdım. FY2026 büdcəsində DOD-un (Department of Defense) ilkin planın
+2
E-7A Wedgetail təyyarəsinin mövcud vəziyyəti barədə araşdırdım. FY2026 büdcəsində DOD-un (Department of Defense) ilkin planına görə təyyarənin maliyyəsi azaldılmalı idi. ABŞ Müdafiə Nazirliyi proqramın maliyyətini azaltmaqla digər prioritetlərə, məsələn, hipersonik silahlar və kosmik sistemlərə maliyyə yönəltmək istəyirdi. Bu azalma proqramın gecikməsinə və ya ləğv olunmasına səbəb ola bilərdi. Lakin Konqres müdaxilə edərək proqram üçün ayrılan büdcəni artırdı. FY2026 Milli Müdafiə Səlahiyyət Aktı (P.L. 119-60) və DOD-ın appropriations act (P.L. 119-75) E-7A Wedgetail üçün DOD-un tələb etdiyi məbləğdən daha çox maliyyə ayırdı, bu da proqramın davamını təmin etdi. Hazırda E-7A Wedgetail FY2026 üçün aktiv və maliyyələşdirilmiş vəziyyətdədir, amma gələcəkdə DOD-un istəkləri və büdcə müzakirələri proqramın taleyinə təsir edə bilər.

İran mümkün ABŞ quru müdaxiləsi ehtimalına görə “Janfada” (“Canını fəda etmək”) adlı könüllü səfərbərlik kampaniyasına başlay
İran mümkün ABŞ quru müdaxiləsi ehtimalına görə “Janfada” (“Canını fəda etmək”) adlı könüllü səfərbərlik kampaniyasına başlayıb. Ölkə üzrə göndərilən SMS-lərdə vətəndaşlara “Amerika-sionist” təhdidlərinə qarşı müdafiəyə hazırlaşmaq çağırışı edilib. Eyni zamanda, yerli sakinlər İsfahan və ətraf bölgələrdə maskalı qüvvələrin postlar qurduğunu və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirir.

İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin infrastruktur və sənaye obyektlərinə qarşı növbəti genişmiqyaslı zərbələr seriyasını başa çatdırdıqlarını bildirib Zərbələr aşağıdakı hədəflərə endirilib: • raket mühərriklərinin istehsal sahələri • silah istehsalı və saxlanma obyekti • PUA mühərriklərinin istehsal sahəsi • hava hücumundan müdafiə sistemlərinin hazırlanması üçün istifadə olunan mərkəzi obyekt

photo content
+1

+4
İran İsrailin Beer-Şeva şəhərindən cənubda, Negev səhrasında yerləşən Ramat Hovav sənaye zonasını vurub. Ramat Hovav İsrailin əsas kimya sənayesi mərkəzidir. Ölkədə istehsal olunan kimyəvi maddələrin təxminən yarısı burada istehsal olunur. Ərazidə həmçinin elektrik stansiyası və saxlama obyektləri yerləşir.

İsrail və ABŞ Hərbi Hava Qüvvələri Tehranda Təbii Sərvətlər və Su Hövzələrinin İdarə Edilməsi Təşkilatını vurub, obyekt tam dağıdılıb. Beynəlxalq mənbələr qurumun mülki xarakter daşıdığını bildirir.

Repost from Caucasian Live
🟥 İran Bəhreynin və regionun ən böyük aluminium zavodlarından olan ALBA(aluminium Bahrain) zərbələr endirib. @CaucasianLive
🟥 İran Bəhreynin və regionun ən böyük aluminium zavodlarından olan ALBA(aluminium Bahrain) zərbələr endirib. @CaucasianLive