uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 302
Obunachilar
-324 soatlar
-217 kunlar
-6830 kunlar
Postlar arxiv
İsrailin Ben-Qurion hava limanı yenidən ABŞ-a məxsus KC-135 və KC-46 yanacaq dolduran təyyarələrlə dolub.

Rusiya Orlov vilayətində yerləşən dron aerodromu ərazisində “Geran-4” və “Geran-5” kamikadze dronlarının buraxılış qurğuların
+8
Rusiya Orlov vilayətində yerləşən dron aerodromu ərazisində “Geran-4” və “Geran-5” kamikadze dronlarının buraxılış qurğularının peyklər tərəfindən qeydə alındığı bildirilir. İddialara görə, bu tip PUA-lar üçün nəzərdə tutulan buraxılış qurğularının uzunluğu 80 metrə çatır ki, bu da “Geran-2” üçün istifadə edilən buraxılış qurğularından təxminən üç dəfə böyükdür. Şəkillərdə həmçinin çoxlu sayda dronların saxlanıldığı anqarlar, qoruyucu beton bunkerlər və yeni tikilən infrastruktur da görünür.

+4
Rusiyaya məxsus “OSA-AKM” və “Tor-M2” zenit-raket komplekslərinin Ukraynanın yeni B-2 kamikadze dronlarını vurmaq cəhdləri. Davamında həmin hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi anlar göstərilir.

Britaniya istehsalı olan ağır nəqliyyat tipli Windracers ULTRA pilotsuz uçuş aparatının cəbhə xəttinə yaxın ərazidə uçuşuna dair ilk görüntülər yayılıb. Bu aparat Ukrayna Silahlı Qüvvələri tərəfindən 2023-cü ildən etibarən aktiv istifadə olunur. Böyük Britaniyanın yaxın zamanda elan etdiyi və 120 min müxtəlif pilotsuz uçuş aparatını əhatə edən hərbi yardım paketinə müəyyən sayda Windracers ULTRA da daxildir. Bu PUA 150 kq-a qədər faydalı yükü 1000 km məsafəyə daşıya bilir. Modernləşdirilmiş versiyada isə bu göstəricilər müvafiq olaraq 200 kq və 2000 km təşkil edir.

ABŞ Dəniz Piyadaları Korpusunun 312-ci qırıcı-hücum eskadrilyasına məxsus 12 ədəd F/A-18C Hornet təyyarəsi Azor adalarındakı
+1
ABŞ Dəniz Piyadaları Korpusunun 312-ci qırıcı-hücum eskadrilyasına məxsus 12 ədəd F/A-18C Hornet təyyarəsi Azor adalarındakı Lajes aviabazasından Yaxın Şərq istiqamətində uçuş həyata keçirib. Təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-46A Pegasus yanacaq dolduran təyyarələri tərəfindən müşayiət olunub.

Odessadakı limanlardan birinə yaxınlaşan Rusiya pilotsuz kamikadze katerinin məhv edilməsi. Rusiya tərəfinin Odessa vilayəti
+2
Odessadakı limanlardan birinə yaxınlaşan Rusiya pilotsuz kamikadze katerinin məhv edilməsi. Rusiya tərəfinin Odessa vilayəti sahilləri yaxınlığında belə katerlərdən istifadə etməsi diqqətçəkən hadisədir. Çünki əvvəllər bu tip vasitələrin Rusiya tərəfindən tətbiqi olduqca məhdud xarakter daşıyırdı.

DeepState dron operatorlarına istinadən yazır ki, Konstantinovkada Rusiya hücum qruplarını saxlamaq üçün Ukrayna Silahlı Qüvv
DeepState dron operatorlarına istinadən yazır ki, Konstantinovkada Rusiya hücum qruplarını saxlamaq üçün Ukrayna Silahlı Qüvvələrinin piyada qüvvələri çatışmır. Ukrayna ordusu dronlardan aktiv istifadə etsə də, Rusiya Silahlı Qüvvələrinin hücum bölmələri Konstantinovkanın kənarlarında möhkəmlənir və sıx şəhər tikililərindən istifadə edərək Ukrayna pilotsuz uçuş aparatlarından gizlənir. Bundan əlavə, Rusiya Hərbi-Kosmik Qüvvələri şəhəri aktiv şəkildə bombalayır. Konstantinovkadakı mövcud vəziyyət Pokrovskdakı vəziyyəti xatırlatmağa başlayır. Orada hücum oxşar sxemlə həyata keçirilmişdi. Ağır itkilər verən hücum qrupları şəhər daxilində toplanır, daha sonra aviasiya zərbələrinin örtüyü altında, piyada çatışmazlığı səbəbilə yaranan boşluqlardan istifadə edərək irəliləyirdi.

Ukraynalılar mülki An-28 təyyarəsisini “Shahed ovçusu”na çeviriblər.

photo content

+1
Suriya təhlükəsizlik qüvvələri 16 aprel 2013-cü ildə Dəməşqin Tədamun məhəlləsində törədilən qırğınla bağlı əsas şübhəlilərdən birini, devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat zabiti kimi tanınan Əmşad Yusifini saxlayıb.

Volodimir Zelenski Azərbaycana səfər edəcək. Səfərin tarixi hələlik məlum deyil.

Mehr News agentliyinə görə Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemlərinin hava hədəflərinə qarşı işlədiyi görülüb.

İspaniya Ordusuna məxsus VAMTAC hərbi maşını paraşütlə endirmə əməliyyatı təlimi zamanı bağlama sistemindəki nasazlıq səbəbindən təxminən 300 metr hündürlükdən yerə düşüb və tamamilə sıradan çıxıb.

Almaniyanın Bundesveri kifayət qədər hərbçini cəlb etməkdə çətinlik çəkir. Buna görə də Gamescom kimi tədbirlər vasitəsilə gəncləri hədəf almağa başlayıb.

Tramp: Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə əmir verdim ki, Hörmüz boğazının sularına mina yerləşdirən istənilən qayığı nə qədər k
Tramp: Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə əmir verdim ki, Hörmüz boğazının sularına mina yerləşdirən istənilən qayığı nə qədər kiçik olursa-olsun dərhal vurub məhv etsinlər. Heç bir tərəddüd olmamalıdır. Bundan əlavə, mina təmizləyən qüvvələrimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin üçqat artırılmış səviyyədə davam etdirilməsini əmr edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Tomat imiş
Tomat imiş

Ötən gün Berlində iranlı etirazçı Rza Pəhləvinin üzərinə boya atıb.

Rheinmetall Almaniyanın Bundeswehri ilə FV-014 kamikadze dronları üçün müqavilə imzalayıb. İlkin sifariş 300 milyon avro təşk
Rheinmetall Almaniyanın Bundeswehri ilə FV-014 kamikadze dronları üçün müqavilə imzalayıb. İlkin sifariş 300 milyon avro təşkil edir və çatdırılmaların 2027-ci ildən başlanması planlaşdırılır. 10.000-dən çox dron mümkün (təxminən 2.4 milyard avro həddi) İlk partiya: təxminən 2.500 ədəd Məsafə: 100 km Havada qalma müddəti: 70 dəqiqə Döyüş başlığı: 6 kq (zirehə qarşı və çoxməqsədli hədəflər üçün)

ABŞ Hərbi Dəniz Qüvvələrinin NSW xüsusi təyinatlılarının Hind okeanında İrandan neft daşıyan M/T Majestic X tankerinə etdiyi
+3
ABŞ Hərbi Dəniz Qüvvələrinin NSW xüsusi təyinatlılarının Hind okeanında İrandan neft daşıyan M/T Majestic X tankerinə etdiyi əməliyyat kadrları. Əməliyyat iki ədəd SH-60 Seahawk helikopterindən, üçüncü helikopterin müşayiəti altında həyata keçirilib. ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, İranı maddi cəhətdən dəstəkləyən gəmiləri harada olmasından asılı olmayaraq ələ keçirməyə davam edəcək.