ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 302
订阅者
无数据24 小时
-297
-7230
帖子存档
+2
Bu gün günorta saatlarında Kiyev üzərində “Gerbera” dronunun AGM-114 raketi ilə vurulması. Videoda ABŞ istehsalı olan Tempest zenit-raket kompleksinə məxsus AGM-114L Hellfire LongBow raketinin tətbiqi anı əks olunub. Bu sistem cari ilin yanvarında ilk dəfə Ukrayna Hərbi Hava Qüvvələrinin silahlanmasında ictimaiyyətə təqdim edilmişdi.

Hörmüz boğazının şimalında Sentinel-2 peykinin obyektivinə düşən SEPAH Hərbi Dəniz Qüvvələrinə məxsus sürətli katerlər flotil
+1
Hörmüz boğazının şimalında Sentinel-2 peykinin obyektivinə düşən SEPAH Hərbi Dəniz Qüvvələrinə məxsus sürətli katerlər flotiliyası. Məhz bu kiçik, lakin sayca çox olan gəmilər İrana Hörmüzü bağlamaq imkanı verir. ABŞ Hərbi Dəniz Qüvvələri İranın iri tonnajlı donanmasının böyük hissəsini məhv etsə də, bu xırda katerləri tam şəkildə zərərsizləşdirə bilməyib.

Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ABŞ hərbçilərinə dronlar
+5
Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ABŞ hərbçilərinə dronların aşkarlanması üçün Sky Map sistemindən istifadəni öyrədir. 2022-ci ildə Ukraynanın Sky Fortress şirkəti tərəfindən hazırlanmış Sky Map platforması radarlar, sensorlar və Ukrayna ərazisində yerləşdirilmiş 10 mindən çox akustik sensordan gələn məlumatları birləşdirərək hava təhdidlərini aşkarlamaq üçün istifadə olunur (əvvəllər layihə ZVOOK adlanırdı). Aviabazada həmçinin Merops pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemi istifadə olunur. Bu sistem hədəflərin aşkarlanması üçün radarları və AS3 Surveyor interceptor dronlarını əhatə edir. Sözügedən sistem martın əvvəlində Avropadan gətirilib və Ukraynada da sınaqdan keçirilib. -Şəkillər şərtidir.

Bloomberg Vortexa analitik şirkətinin məlumatlarına istinadən yazır ki, İranla əlaqəli ən azı 34 tanker və qazdaşıyan gəmi AB
Bloomberg Vortexa analitik şirkətinin məlumatlarına istinadən yazır ki, İranla əlaqəli ən azı 34 tanker və qazdaşıyan gəmi ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanı yarıb. Vortexa-nın məlumatına görə, İranla əlaqəli 19 tanker Fars körfəzini tərk edib, 15-i isə blokada xəttini keçərək körfəzə daxil olub. Bu xətt Oman sahillərində Ras əl-Hədd bölgəsindən başlayaraq şimal-şərq istiqamətində İran-Pakistan sərhədinə qədər uzanır. Aydındır ki, blokada bölgəsində yerləşdirilmiş ABŞ Hərbi Dəniz Qüvvələrinin mövcud qüvvələri İran limanlarına gedən və oradan çıxan bütün gəmiləri tutmaq və saxlamaq üçün kifayət etmir.

SEPAH Hərbi Dəniz Qüvvələri bildirdi ki, Hörmüz boğazının blokadasını pozmağa cəhd edən iki konteyner gəmisi – Panama bayrağı
+2
SEPAH Hərbi Dəniz Qüvvələri bildirdi ki, Hörmüz boğazının blokadasını pozmağa cəhd edən iki konteyner gəmisi – Panama bayrağı altında üzən MSC FRANCESCA və Liberiya bayrağı altında üzən EPAMINONDAS ələ keçirilib. Ötən gün səhər saatlarında Hörmüz boğazında İran katerləri tərəfindən iki konteyner gəmisinin atəşə tutulduğu barədə məlumat yayılmışdı. Ehtimal olunur ki, ələ keçirilən məhz həmin gəmilərdir.

USS George H. W. Bush aviadaşıyıcısı Madaqaskarın şimalında aşkar edilib. Buna səbəb göyərtəsindən qalxmış CHOSEN2 çağırış si
+1
USS George H. W. Bush aviadaşıyıcısı Madaqaskarın şimalında aşkar edilib. Buna səbəb göyərtəsindən qalxmış CHOSEN2 çağırış siqnalı ilə uçan CMV-22B konvertoplanının transponderi söndürməməsi olub. Bundan əvvəl eyni üsulla USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupunun yerləşdiyi mövqe də, Ərəb dənizi üzərində transponderi aktiv olan konvertoplan vasitəsilə məlum olmuşdu. “George H. W. Bush” və onun zərbə qrupunun İrana qarşı lazım olan mövqeni tutmasına sayılı günlər qalıb.

Rusiya Tu-22M3 (X-22 raketi ilə) və Su-30SM2 təyyarələri Baltik dənizi üzərində Fransa Rafale qırıcısının nişangahında.

Tasnim agentliyinin məlumatına görə, İran çərşənbə günü İslamabadda ABŞ ilə keçiriləcək danışıqlarda iştirak etməyəcək. ABŞ tərəfindən danışıqlarda iştirak etməli olan vitse-prezident Cey-Di Vens də Pakistana səfərini ləğv edib. Görünür, danışıqların ikinci raundu baş tutmayıb. Kadrlarda Tehranda keçirilən hökumətyönlü mitinq zamanı İranın ballistik raket buraxılış qurğusunun hərəkəti əks olunub.

+4
Starlink terminalları ilə təchiz olunmuş Ukraynaya məxsus FP-1 (FP-2) kamikadze dronlarının xüsusi yarımqoşqu bazasında yerləşən, eyni anda üç pilotsuz uçuş aparatının buraxılışına imkan verən qurğusundan start anı.

Donanma üçün də oxşar vəziyyət müşahidə olunur. Bir il əvvəl 24 idi, indi 37-yə yüksəlib. Lakin dəniz piyadalarına daha az pay düşüb. Tədarük ötən ildən də aşağı planlaşdırılır (cəmi bir ədəd fərqlə). Mövcud vəziyyət fonunda bu məntiqli sayılır. İranla qarşıdurma zamanı ABŞ F-35-ləri həm göyərtə, həm də quru bazalarından istifadə edib. Amma dəniz piyadalarına məxsus versiya əməliyyata göndərilməyib. Effektiv olan sistemlərin alınmasına üstünlük verilməsi gözləniləndir. Ümumilikdə isə ötən il alınan 47 təyyarə 2025-ci maliyyə ili ilə müqayisədə 45% az, 2024-cü ilin pik göstəricisi ilə müqayisədə isə demək olar ki, iki dəfə azdır. Sifarişlərin azalmasının səbəbləri əsasən büdcə məhdudiyyətləri və vəsaitlərin növbəti nəsil F-47 qırıcısına yönəldilməsidir. Bundan əlavə, F-35-in Block 4 səviyyəsinə modernləşdirilməsi üçün lazım olan TR-3 proqram təminatının tamamlanması çətinliklə gedir. APG-85 radarlarının tədarükündə də problemlər var. Bu şəraitdə istifadəçilər mövcud parkın döyüş hazırlığının qorunmasına və texniki xidmət sistemlərinin təkmilləşdirilməsinə üstünlük verirlər. Ötən il sifarişlərin azalması komponent istehsalçılarını narahat edib və onlar da istehsalın azalmasına hazırlaşmağa başlayıblar. Bu isə öz davamında Pentaqonu narahat edib. Çünki taktiki aviasiyanın sayını qorumaq lazımdır. Buna görə də, texniki problemlərə baxmayaraq, sifarişlərin artırılması sənayeyə bir siqnal kimi qiymətləndirilir:“fəaliyyətinizi sabit davam etdirin” Bundan əlavə, Müdafiə Nazirliyinin sorğusuna gələcək illərdə tədarükləri təmin etmək üçün uzun istehsal dövrü tələb edən komponentlərin (mühərriklər, APG-85 radarları və bəzi konstruksiya hissələri) əvvəlcədən maliyyələşdirilməsi məqsədilə təxminən 530 milyon dollar da daxil edilib. Modernləşdirmə də diqqətdən kənarda qalmayıb. Yalnız Hərbi Hava Qüvvələri üçün 2027-ci il üzrə təxminən 500 milyon dollar ayrılması istənilib. Bu addım həm Pentaqonu, həm də ABŞ müttəfiqlərini sakitləşdirməyə hesablanıb. Hər halda, F-35 ABŞ-ın taktiki aviasiyasının əsas elementi olaraq qalır. F-47 layihəsinə isə 5 milyard dollar vəsait ayrılması planlaşdırılsa da (ötən ildən 1,5 milyard çox), onun yaxın zamanda silahlı qüvvələrə daxil olacağı gözlənilmir.

F-35 tədarük planları 2027-ci maliyyə ili üzrə ABŞ silahlı qüvvələri 85 ədəd F-35 Lightning II qırıcı təyyarəsi almağı planla
F-35 tədarük planları 2027-ci maliyyə ili üzrə ABŞ silahlı qüvvələri 85 ədəd F-35 Lightning II qırıcı təyyarəsi almağı planlaşdırır. Görünür, Pentaqon bu təyyarələrin İranda döyüş tətbiqindən razıdır və istehsal problemlərinin ya artıq həll olunduğunu, ya da tədarüklər başlayana qədər həll ediləcəyini hesab edir. Növbəti maliyyə ilində ABŞ Hərbi Hava Qüvvələri 38 ədəd F-35A, donanma 37 ədəd F-35C, Dəniz Piyadaları Korpusu isə qısa uçuş və şaquli eniş imkanlı F-35B modelindən 10 ədəd alacaq. Hərbi Hava Qüvvələrinin göstəricilərinə baxdıqda 2026-cı maliyyə ili ilə müqayisədə ciddi artım görünür. Demək olar ki, rəqəm əvvəlki ilin səviyyəsinə qayıdıb.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatının (UKMTO) məlumatına görə, Oman sahillərinin şimal-şərqindən 15 dən
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatının (UKMTO) məlumatına görə, Oman sahillərinin şimal-şərqindən 15 dəniz mili məsafədə bir konteyner gəmisinə hücum edilib. Ekipaj zərər görməyib, yanğın və ya ətraf mühitə ziyan qeydə alınmayıb.

ABŞ-ın Yaxın Şərq daşımaları davam edir.

Gerald R.Ford geriyə əməliyyat zonasına qayıdıb. Yaxın zamanda ərazidə 3 aviasiya daşıyıcısı olacaq.

Bu sistem həm adi, həm də nüvə başlıqları ilə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub. 2023-cü ilin martında Kim Çen I
Bu sistem həm adi, həm də nüvə başlıqları ilə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub. 2023-cü ilin martında Kim Çen Inın Nüvə Silahları İnstitutuna səfəri zamanı yayımlanan materialların təhlili göstərir ki, təqdim olunan sxemlərdən birində bu raketlər üçün “Vulkan-31” adlı nüvə başlığının gücü 5 kiloton kimi qeyd olunub. Sistem iri partiyalarla istehsal olunur və orduya təhvil verilir. Təkcə bu il keçirilən mərasimlərin birində 50 buraxılış qurğusu təhvil verilib ki, onlar bir yaylımda ümumilikdə 250 raket buraxa bilir.

Şimali Koreyada maraqlı raket silah sistemlərindən biri 600 mm-lik iriçaplı yaylım atəşi reaktiv sistemi. Dünya mediasında bu
Şimali Koreyada maraqlı raket silah sistemlərindən biri 600 mm-lik iriçaplı yaylım atəşi reaktiv sistemi. Dünya mediasında bu sistem əsasən KN-25 indeksi ilə tanınır. Mahiyyətcə, klassik yaylım atəşi sistemləri ilə operativ-taktiki raket kompleksləri arasında aralıq bir modeldir. Xarici texniki vasitələrin təhlilinə əsasən, xüsusilə Şimali Koreyanın sınaq üçün istifadə etdiyi ada-poligonların yüksək dəqiqlikli optik peykləri ilə daimi müşahidəsi nəticəsində, bu sistemin maksimal atəş məsafəsinin təxminən 400 km olduğu, dəqiqliyinin isə müxtəlif buraxılışlara görə təxminən 50–100 metr səviyyəsindən kiçik ölçülü binaya birbaşa zərbəyə qədər dəyişdiyi hesab olunur.

Təlim zamanı Yaponiyanın Type 10 tankında mərmi qüllənin içində partlayıb. 3 əsgər həlak olub, 1 nəfər ağır yaralanıb. Səbəb məlum deyil, araşdırma aparıldığı müddətdə döyüş atışları dayandırılıb.

Yaponiya siyasətində ciddi dəyişiklik edib. Artıq yalnız qeyri-ölümcül vasitələri deyil, ölümcül silahları da (məsələn, raket
Yaponiya siyasətində ciddi dəyişiklik edib. Artıq yalnız qeyri-ölümcül vasitələri deyil, ölümcül silahları da (məsələn, raketlər, qırıcı təyyarələr, hərbi gəmilər) ixrac etməyə icazə verilir. Hələ də aktiv müharibə zonalarına satış qadağandır.

Serbiyanın hava hücumundan müdafiə qoşunlarının silahlanmasında Çinin qısa mənzilli hava hücumundan müdafiə sistemi HQ-17AE.
+5
Serbiyanın hava hücumundan müdafiə qoşunlarının silahlanmasında Çinin qısa mənzilli hava hücumundan müdafiə sistemi HQ-17AE.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, Amerika qüvvələri İran limanlarına daxil olmağa və ya Hörmüz boğazından İran sahilləri istiqamətində hərəkət etməyə çalışan 27 gəmini geri dönməyə məcbur edib.