uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

Kanalga Telegram’da o‘tish

Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli

Ko'proq ko'rsatish
1 993
Obunachilar
-224 soatlar
+107 kun
+1430 kun
Postlar arxiv
AI recruiter və işə qəbulun gələcəyi (1).pdf22.03 MB
22 Noy, 09:46

Namizəd müraciət formasını yarımçıq qoyursa, problem bəlkə də namizəddə deyil, formadadır. 📄 Namizəd təcrübəsi şirkətlə ilk təmasdan iş təklifinə qədər keçilən bütün mərhələləri əhatə edir. Bu təcrübə namizədin şirkət haqqında fikrini hələ müsahibədən əvvəl formalaşdırır. CareerPlug araşdırmasına görə: Namizədlərin 66%-i müsbət təcrübənin təklifi qəbul etməyə təsir etdiyini bildirir; 26%-i pis təcrübəyə görə iş təklifini rədd edib; 33%-i video müsahibə tələbinə görə müraciəti yarımçıq saxlayıb; 36%-i müsahibədə mənfi münasibətlə qarşılaşdıqdan sonra təklifi qəbul etməyib. Ən böyük problemlərdən biri isə səssizlikdir. Namizəd rədd cavabını qəbul edə bilər, amma cavabsız qalmaq və qeyri-müəyyənlik etibarı azaldır. Yaxşı namizəd təcrübəsi üçün: Müraciəti vaxtında təsdiqləyin; Prosesin mərhələlərini əvvəlcədən izah edin; Hər mərhələdən sonra namizədə məlumat verin; Müraciət formasını sadə və qısa saxlayın; Müsahibədən sonra geribildirim təqdim edin.
22 Noy, 09:45

Mərkəzi Bank işçi axtarır: ▪️ Nağd pul və hesablaşmalar departamenti, Pul nişanlarının inkişafı və ekspertizası şöbəsi, Mütəxəssis 📆 Müraciət üçün son tarix: 25.11.2026 ▪️ Pul siyasəti departamenti, Pul siyasətinin hesabatlılığı şöbəsi, Kiçik iqtisadçı 📆 Müraciət üçün son tarix: 18.11.2026 ▪️ Ödəniş sistemləri və məhsulların inkişafı departamenti, Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsi, Böyük mütəxəssis 📆 Müraciət üçün son tarix: 26.11.2026 ▪️ Rezolyusiya departamenti, Rezolyusiyanın planlaşdırılması və təşkili şöbəsi, Mütəxəssis 📆 Müraciət üçün son tarix: 25.11.2026 ▪️ Maliyyə bazarlarının hüquqi təminatı departamenti, Sektorlararası hüquqi təminat şöbəsi, Hüquq məsləhətçisi 📆 Müraciət üçün son tarix: 16.11.2026 ▪️ Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti, Ödəniş xidməti təchizatçılarına və ödəniş operatorlarına nəzarət şöbəsi, Mütəxəssis 📆 Müraciət üçün son tarix: 25.11.2026 ▪️ Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti, Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi, Mütəxəssis 📆 Müraciət üçün son tarix: 25.11.2026 ▪️ Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti, Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi, Kiçik mütəxəssis 📆 Müraciət üçün son tarix: 18.11.2026 Tələblərlə tanış olmaq və müraciət etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://www.cbar.az/hr/ Bu və digər vakansiyalar mobil telefonunuzda: 🌐 t.me/hrazcom #hrazcom #hrblogaz #insanadəyər #vakansiya #işvar
13 Noy, 01:53

Sədaqət həmişə mükafatlandırılırmı? Bir fermerin qoca iti illərlə sürünü qorumuş, hər gecə oyaq qalmışdı. Lakin yeni it gələndə ona daha çox yemək və diqqət göstərildi. Gənc it daha çox şey tələb etdikcə fermer onun istəklərini qarşıladı, qoca itin sədaqətini isə adi hal kimi qəbul etdi. Bir gün qoca it də getdi. Yalnız bundan sonra fermer onun dəyərini anladı. Bəs bunun iş həyatına aidiyyəti nədir? Bəzən şirkətlər uzun illər çalışan əməkdaşların sədaqətini və töhfəsini unudur, yeni gələnlərə daha çox diqqət ayırırlar. Unutmayaq: * Sədaqət öz-özünə yaranmır, qarşılıqlı münasibətlə formalaşır. * Əməkdaşın əməyini və təcrübəsini vaxtında qiymətləndirmək vacibdir. * İnsanlar yalnız daha yaxşı təklifə görə deyil, dəyər görmədikləri üçün də işdən ayrılırlar. Yaxşı əməkdaşı saxlamaq istəyiriksə, onun dəyərini getdikdən sonra deyil, yanımızda olarkən göstərməliyik. 📌 Instagram: hrblogaz • hr.orkhan.safarli • hrazcom 📌 TikTok: hrblog.az
12 Noy, 23:57

Amazonun süni intellekti qadın namizədlərə qarşı qərəzli qərar verdi! 2014-cü ildə Amazon CV-ləri avtomatik qiymətləndirən AI aləti hazırladı. Lakin sistem əvvəlki 10 ilin CV-ləri əsasında öyrədildiyindən, kişilərin üstünlük təşkil etdiyi məlumatlardakı qərəzləri də mənimsədi. Nəticədə qadın namizədlər, hətta CV-lərində “qadın” sözü və ya qadınlarla əlaqəli ifadələr olduqda belə, daha aşağı qiymətləndirilirdi. Amazon layihəni 2017-ci ildə dayandırdı. HR üçün əsas dərs nədir? Süni intellekt qərəzi aradan qaldırmaqla yanaşı, onu təkrarlaya da bilər. Buna görə: Məlumatların keyfiyyəti yoxlanılmalı; Nəticələr mütəmadi təhlil edilməli; İnsan nəzarəti qorunmalıdır. Texnologiya daha ədalətli işə qəbul üçün böyük imkan yaradır. Əsas məsələ ondan necə istifadə etməyimizdir. Sizcə, işə qəbulda süni intellektə tam etibar etmək mümkündürmü? 📌 Instagram: hrblogaz • hr.orkhan.safarli • hrazcom 📌 TikTok: hrblog.az #HR #Recruitment #AI #HRTechnology
11 Noy, 11:09

9 Noyabr – Dövlət Bayrağı Günü Üç rəng, bir bayraq, bir Vətən! Azərbaycanın Dövlət Bayrağı milli kimliyimizin, müstəqilliyimi
9 Noyabr – Dövlət Bayrağı Günü Üç rəng, bir bayraq, bir Vətən! Azərbaycanın Dövlət Bayrağı milli kimliyimizin, müstəqilliyimizin, azadlığımızın və dövlətçilik dəyərlərimizin rəmzidir. Mavi rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə mənəvi dəyərlərimizi ifadə edir. Bu gün üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanması hər birimiz üçün qürur mənbəyidir. Xalqımızı Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, ölkəmizə davamlı inkişaf, əmin-amanlıq və firavanlıq arzulayırıq. Bayrağımız daim ucalarda dalğalansın! #hrazcom #hrblogaz #insanadəyər
09 Noy, 03:56

8 Noyabr – Zəfər Günü Zəfər – xalqın birliyi, iradəsi, inamı və Vətən sevgisinin təntənəsidir. Bu gün Azərbaycanın ərazi bütö
8 Noyabr – Zəfər Günü Zəfər – xalqın birliyi, iradəsi, inamı və Vətən sevgisinin təntənəsidir. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə göstərilən qəhrəmanlığı, fədakarlığı və tarixi qələbəni ehtiramla yad edirik. Bu şanlı Zəfər bizə bir daha xatırladır ki, birlik və güclü iradə ən böyük hədəflərə aparan yoldur. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, qazilərimizə minnətdarlığımızı bildiririk. Zəfər Günümüz mübarək! hashtag#hrazcom hashtag#hrblogaz hashtag#insanadəyər
08 Noy, 02:52

Çətinlik hər zaman düşmən deyil. Bəzən böyümənin özüdür… 📭 Oxşar videolar üçün abunə olun: TikTok hrblog.az, Instagram hrblogaz · hr.orkhan.safarli · hrazcom.
05 Noy, 11:06

Eyni namizəd, iki fərqli təəssürat. Biri işə qəbul olundu, digəri yox. Fərq nədə idi? ✨ 1920-ci ildə psixoloq Edvard Torndayk maraqlı bir müşahidə apardı. İnsanlar bir şəxsin hansısa xüsusiyyətini yüksək qiymətləndirdikdə, digər xüsusiyyətlərini də avtomatik olaraq müsbət dəyərləndirməyə meyilli olurlar. Bu hadisə “Halo effekti” adlanır. Yəni bir müsbət xüsusiyyət insan haqqında ümumi təsəvvürümüzə təsir edir. İşə qəbulda bu, belə görünə bilər: 🔹 Səlis danışan namizəd daha kompetent hesab olunur. 🔹 Nüfuzlu universitetin məzunu daha bilikli qəbul edilir. 🔹 Bir uğurlu cavab namizədin digər zəif tərəflərini kölgədə qoyur. 👉 HR üçün nəticə: namizədləri ümumi təəssürata görə deyil, hər kompetensiya üzrə ayrıca qiymətləndirin. Qərarınızı hisslərə deyil, konkret cavablara və sübutlara əsaslandırın. Yadda saxlayın: yaxşı təəssürat yaratmaq və yaxşı mütəxəssis olmaq eyni şey deyil. Siz işə qəbul prosesində Halo effekti ilə qarşılaşmısınızmı? 👇 Instagram: @hrblog.az • @hr.orkhan.safarli • @hrazcom
03 Noy, 11:03

⚖️ Strukturlaşdırılmış müsahibə: Doğru namizədi necə seçək? Sərbəst müsahibələrdə suallar dəyişir, qiymətləndirmə isə çox vaxt müsahibəçinin şəxsi təəssüratına əsaslanır. Bu zaman simpatiya, yorğunluq və ilk təəssürat qərara təsir edə bilər. Strukturlaşdırılmış müsahibədə isə: 🔹 Bütün namizədlərə eyni suallar verilir. 🔹 Cavablar əvvəlcədən müəyyən edilmiş meyarlarla qiymətləndirilir. 🔹 Müsahibəçilər müzakirədən əvvəl fərdi bal verirlər. Araşdırmalar göstərir ki, bu yanaşma namizədin gələcək iş performansını proqnozlaşdırmaq baxımından daha effektivdir. 👉 HR üçün əsas mesaj: müsahibəni sadəcə söhbət deyil, obyektiv və ölçülə bilən qiymətləndirmə prosesi kimi qurun. Məqsəd ən yaxşı təəssürat yaradanı deyil, vəzifəyə ən uyğun namizədi seçməkdir. 💬 Siz müsahibələrdə hansı yanaşmadan istifadə edirsiniz? Instagram: @hrblog.az • @hr.orkhan.safarli • @hrazcom #HR #İşəQəbul #Recruitment
30 Okt, 00:56