uz
Feedback
İslamla yaşa

İslamla yaşa

Kanalga Telegram’da o‘tish

Muradov Murad nəzarət edir. ✨«Məndən bir ayə olsa belə təbliğ edin (çatdırın).» (Buxari) ✨ https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j

Ko'proq ko'rsatish
1 917
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-57 kunlar
-230 kunlar
Postlar arxiv
Aşura günün orucu ilə bağlı xatırlatma Tasua (Məhərrəm ayının doqquzuncu günü) 24.06.2026 (çərşənbə) Allah Rəsulu (sallallahu
Aşura günün orucu ilə bağlı xatırlatma Tasua (Məhərrəm ayının doqquzuncu günü) 24.06.2026 (çərşənbə) Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: Əgər gələn ilə qalsaq inşallah doqquzuncu günü də oruc tutarıq. (Muslim 1134) Aşura günü (Məhərrəm ayının onuncu günü) 25.06.2026 (cümə axşamı) Allahdan ümid edirəm ki, Aşura günün orucu keçən bir ilin günahlarına kəffarə olsun. Muslim 1162 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “İman xaincəsinə adam öldürməyə mane olur. Şübhəsiz ki, mömin xainc
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “İman xaincəsinə adam öldürməyə mane olur. Şübhəsiz ki, mömin xaincəsinə cana qıymaz.” (Əbu Davud 2769) “Bir insanı onun xəbərsiz olduğu anda xəyanətlə öldürmək haramdır. Bu hökm həm müsəlman, həm də təhlükəsizlik zəmanəti (əman) verilmiş qeyri-müsəlman barədə keçərlidir. Bu, müharibə vəziyyətinə aid deyil.”

Qəbr əzabının dəlilləri və ona səbəb olacaq günahlar | Muradov Murad https://youtu.be/eJTgCa3VleA?si=UPGgVZjB5zJHGaLT

Muaz ibn Cəbəldən (radiyallahu anhu) rəvayət olunur ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:“ Beytul-Məq
Muaz ibn Cəbəldən (radiyallahu anhu) rəvayət olunur ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:“ Beytul-Məqdisin abadlaşdırılması Yəsribin (Mədinənin) xarabalığa çevrilməsinin, Yəsribin xarabalığa çevrilməsi böyük müha­ribənin başlanmasının, böyük müharibənin başlanması Kon­stan­tinopolun (İstanbulun) fəthinin, Konstantinopolun fəthi isə Dəccalın gəlməsinin əlamətidir.” Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) əlini söhbət etdiyi adamın – yəni, Muaz ibn Cəbəlin – dizinə, ya da çiyninə vurub dedi: “Şübhəsiz ki, bu dediklərim sənin burada olduğun kimi – və ya sənin burada oturmağın kimi – haqdır.” (Əbu Davud 4294)

Əsma (radıyallahu anhə) rəvayət edir ki, (bir dəfə) bir qadın (Peyğəmbərə) dedi: “ ey Allahın Rəsulu, mənim həyat yoldaşımın
Əsma (radıyallahu anhə) rəvayət edir ki, (bir dəfə) bir qadın (Peyğəmbərə) dedi: “ ey Allahın Rəsulu, mənim həyat yoldaşımın digər zövcələri vardır. Əgər mən ərimin mənə vermədiyi bir şeyi (guya) mənə verdiyini danışsam günah qazanarammı?” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Əslində, əldə etmədiyi bir şeyi əldə etdiyini bildirən kimsə iki yalan libası geymiş adama bənzəyir.” Buxari 5219

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: Həqiqətən, siz və­zi­fəyə can atacaqsınız. Halbuki vəzifə Qiyamət g
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: Həqiqətən, siz və­zi­fəyə can atacaqsınız. Halbuki vəzifə Qiyamət günü peşmançılıq gətirə­cək. O, nə gözəl süd verəndir və nə pis süddən kəsəndir. (Buxari 7148) Qeyd: Burada Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəzifədə oturan adamı südəmər körpəyə bənzədir. Belə ki, vəzifə bu dünyada insana istədiyi ləzzətləri almağa imkan verir, ölüb getdikdə isə bu ləzzətlərə son qoyulur və əgər tutduğu vəzifəni haqqı ilə yerinə yetirməmişsə, buna görə peşmançılıq çəkir.

Ətir ticarəti Ömər ibn Xəttab (radiyallahu anhu) demişdir: “Əgər mən tacir olsaydım, ətirdən başqa bir ticarəti seçməzdim. Çü
Ətir ticarəti Ömər ibn Xəttab (radiyallahu anhu) demişdir: “Əgər mən tacir olsaydım, ətirdən başqa bir ticarəti seçməzdim. Çünki qazancı əldən versəm belə, onun xoş qoxusundan məhrum olmazdım. لآداب الشرعة 3/293

Qida ilə müalicə dərmanla müalicədən əvvəl gəlir İbn əl-Qayyim (rahiməhullah) belə demişdir: “Həkimlər ittifaq etmişlər ki, n
Qida ilə müalicə dərmanla müalicədən əvvəl gəlir İbn əl-Qayyim (rahiməhullah) belə demişdir: “Həkimlər ittifaq etmişlər ki, nə vaxt xəstəliyi qida ilə müalicə etmək mümkün olarsa, dərmana müraciət edilməməlidir. Həmçinin nə vaxt sadə vasitə ilə müalicə mümkün olarsa, mürəkkəb vasitəyə keçilməməlidir. Onlar demişlər: Hər hansı bir xəstəliyi uyğun qidalanma və pəhrizlə aradan qaldırmaq mümkün olduğu halda, onu dərmanlarla aradan qaldırmağa çalışmaq olmaz.” الطب النبوي لابن القيم 9 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

Qida ilə müalicə dərmanla müalicədən əvvəl gəlir İbn əl-Qayyim (rahiməhullah) belə demişdir: “Həkimlər ittifaq etmişlər ki, n
Qida ilə müalicə dərmanla müalicədən əvvəl gəlir İbn əl-Qayyim (rahiməhullah) belə demişdir: “Həkimlər ittifaq etmişlər ki, nə vaxt xəstəliyi qida ilə müalicə etmək mümkün olarsa, dərmana müraciət edilməməlidir. Həmçinin nə vaxt sadə vasitə ilə müalicə mümkün olarsa, mürəkkəb vasitəyə keçilməməlidir. Onlar demişlər: Hər hansı bir xəstəliyi uyğun qidalanma və pəhrizlə aradan qaldırmaq mümkün olduğu halda, onu dərmanlarla aradan qaldırmağa çalışmaq olmaz.” الطب النبوي لابن القيم 9 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

Evlənmək istəyən şəxsə nəsihət Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) demişdir: "Kim bir qadınla evlənmək istəsə, onun atasına
Evlənmək istəyən şəxsə nəsihət Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) demişdir: "Kim bir qadınla evlənmək istəsə, onun atasına və qardaşına baxsın. Çünki o, ona o ikisindən biri ilə gələcəkdir (yəni onlardan birinə bənzəyərək)." تاريخ دمشق لابن عساكر 28/182

Osman ibn Əbil-As (radiyallahu anhu) belə demişdir: "Əgər cümə və camaat namazı olmasaydı, bu bölgənin ən yüksək yerində bir
Osman ibn Əbil-As (radiyallahu anhu) belə demişdir: "Əgər cümə və camaat namazı olmasaydı, bu bölgənin ən yüksək yerində bir ev tikər, sonra ora girər və qəbrimə doğru çıxarılana qədər oradan çıxmazdım." Əhməd, "əz-Zuhd", 824.

Həya sənin elm öyrənməyinə mane olmamalıdır Aişə (radiyallahu anhə) demişdir: “Ənsar qadınları nə gözəl qadınlardır! Həyaları
Həya sənin elm öyrənməyinə mane olmamalıdır Aişə (radiyallahu anhə) demişdir: “Ənsar qadınları nə gözəl qadınlardır! Həyaları onları dinlərində dərin bilik əldə etməkdən mane olmurdu.” (Muslim 332) Mucahid (rahiməhullah) demişdir: "Utancaqlıq edən və təkəbbür göstərən kəs elm öyrənə bilməz." Buxari (rahiməhullah) "Kitabul-İlm"də, "Elm (aldıqda) utanmaq" fəslində zikr etmişdir. 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

Salamın əvəzinə avtomobil siqnalını verməyin hökmü Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: "Minikdə olan piyada olana salam versin." (Buxari 6233) İbn Useymin (rahiməhullah) demişdir: "Bəzi insanların etdiyi kimi, maşınla keçərkən salam vermək əvəzinə siqnal verməyə gəlincə, bu salam sayılmır və sünnədən deyil. Ancaq əgər bir şəxs: Mən bununla salam verməyi yox, qarşı tərəfin diqqətini çəkməyi istəyirəm, sonra isə ona salam verirəm deyərsə, ümid edirəm ki, bunda bir problem yoxdur. Lakin siqnalı salamın yerinə keçirmək istəyərsə, bunda şübhə yoxdur ki, bu, sünnəyə ziddir. Sünnə budur ki, insan salamı dili ilə versin." شرح كتاب رياض الصالحين 20–22 /3 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir: “İnsanların ən acizi dua etməkdə aciz olandır, insanların ən paxılı i
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir: “İnsanların ən acizi dua etməkdə aciz olandır, insanların ən paxılı isə salam verməkdə paxıllıq edəndir.” Əs silsilətus sahihə 601

Heyvanları ruqyə etməyin icazəli olması Suheym ibn Nofəl (rahiməhullah) demişdir: “Biz Abdullah ibn Məsudun (radiyallahu anhu) yanında oturmuşduq. Birdən bir cariyə ağasının yanına gəlib dedi: Səni nə saxlayır? Qalx, bir ruqyə edən tap! Sənin atına filankəsin gözü dəyib. Atı elə hala salıb ki, dairəvi şəkildə fırlanıb durur. Bunun üzərinə Abdullah ibn Məsud (radiyallahu anhu) dedi: Ruqyə edən axtarma. Atının yanına get, onun sağ burun dəliyinə dörd dəfə, sol burun dəliyinə isə üç dəfə yüngülcə tüpür (nəfəs ver) və belə de: "Bismilləh, Lə bə'sə, əzhibil bə'sə, Rabbən nəsi, vəşfi, əntəş şəfi, lə yəkşifud durra illə əntə". “Allahın adı ilə. Heç bir zərər yoxdur. Ey insanların Rəbbi! Xəstəliyi apar və şəfa ver. Şəfa verən Sənsən. Səndən başqa heç kəs bu zərəri aradan qaldıra bilməz.” Suheym dedi: Biz hələ Abdullah ibn Məsudun yanından qalxmamışdıq ki, həmin adam gəlib dedi: Sənin dediyini etdim. Elə bir az keçmişdi ki, at yeməyə, içməyə başladı, sonra da sidiyini və peyinini etdi.” İbn Əbu Şeybə 29389, Uyunul əxbər libni Quteybə 248/1

photo content

✨Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Ramazandan sonra ən f
✨Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərz namazından sonra ən fəzilətli namaz isə gecə namazıdır.” 📚Muslim 1163. Tirmizi 438. Nəsai 1612. 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

Hicri aylar tərtib ilə 1) Məhərrəm 2) Səfər 3) Rabiul-əvvəl 4) Rabiul-əxir 5) Cumədəl- ulə 6) Cumədəl- əxirati 7) Rəcəb 8) Şa
Hicri aylar tərtib ilə 1) Məhərrəm 2) Səfər 3) Rabiul-əvvəl 4) Rabiul-əxir 5) Cumədəl- ulə 6) Cumədəl- əxirati 7) Rəcəb 8) Şaban 9) Ramazan 10) Şəvval 11) Zulqadə 12) Zulhiccə Bu ayların dördü haram aylardır: Məhərrəm, Rəcəb, Zulqadə, Zulhiccə 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

photo content