İslamla yaşa
Відкрити в Telegram
Muradov Murad nəzarət edir. ✨«Məndən bir ayə olsa belə təbliğ edin (çatdırın).» (Buxari) ✨ https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
Показати більше1 886
Підписники
Немає даних24 години
-67 днів
-1930 днів
Архів дописів
1 886
Ana bətnində uşağı düşən qadına müjdə!
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
“Nəfsim əlində olan Allaha and olsun ki, ana düşmüş uşağa görə Allahdan savab umarsa, həmin düşmüş uşaq göbək bağı ilə anasını cənnətə çəkib aparar.”
(İbn Macə 1609)
1 886
Məsciddə müəyyən bir yeri özünə xüsusiləşdirib fərz namazını yalnız orada qılmağın bəyənilməməsi
Abdurrahmən ibn Şibl (radıyallahu anhu) demişdir:
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qarğanın dimdikləməsi kimi namaz qılmağı, yırtıcı heyvanın yerə sərilməsi kimi yerə sərilməyi və insanın məsciddə müəyyən bir yeri dəvənin öz yerini adət etdiyi kimi özünə adət etməsini qadağan etmişdir.
Silsilətus sahihə 1168.
İnsanın məsciddə yeri dəvənin öz yerini adət etdiyi kimi özünə adət etməsi — yəni insanın məsciddə müəyyən bir yeri özünə adət etməsi və yalnız həmin yerdə namaz qılması nəzərdə tutulur. Necə ki, dəvə öz yatağından başqa yerə getməz; özünə öyrəşdirdiyi rahat və yumşaq yeri seçər, onu özünə məskən edər və yalnız həmin yerdə çökər.
İbn Teymiyyə (rahiməhullah) demişdir:
Heç kəsin məsciddə hər hansı bir yeri özünə məxsus etməyə və başqalarının daim həmin yerdən istifadə etməsinə mane olmağa haqqı yoxdur. Əksinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəvənin öz yerini adət etməsi kimi bir yeri özünə məxsus etməyi qadağan etmişdir. Alimlər demişlər: Bunun mənası budur ki, insan məsciddə özünə müəyyən bir yer seçsin və yalnız həmin yerdə namaz qılsın.
Məcmuul-Fətava, 22/195.
1 886
Rəvayət edilir ki, Abdullah ibn Məsud (radiyallahu anhu) demişdir: “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm:
“İnsanların ən pisi Qiyamətin qopduğu gün həyatda olub (bunun şahidi olan) kimsələrdir.”
(Buxari 7067)
1 886
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
“Qiyamət günü bəlaya məruz qalan kəslərə savab verildiyi zaman sıxıntı çəkməyən kəslər kaş ki, dünyada ikən dəriləri qayçılarla doğranmış olaydı, deyə arzu edəcəklər.”
(Tirmizi 2402)
Səd ibn Əbu Vəqqas (radiyallahu anhu) Məkkəyə gəldikdə artıq gözləri görmürdü. İnsanlar onun yanına tələsərək gəlir və onlar üçün dua etməsini istəyirdilər. O da onlar üçün dua edirdi. Abdullah ibn əs-Saib deyir: “Mən də uşaq ikən onun yanına gəldim. Onu tanıdım, o da məni tanıdı. Ona dedim: Ey əmi! Sən insanlar üçün dua edirsən və onlar şəfa tapırlar. Kaş özün üçün də dua edəydin, Uca Allah da gözlərinin görməsini sənə qaytaraydı. O, gülümsədi və belə dedi: Uca Allahın mənim haqqımda müəyyən etdiyi qədər (qəza) mənim üçün görmə qabiliyyətimdən daha sevimlidir.”
(Mədaricus-Səlikin 2/317)
1 886
İbn Abbas (radıyallahu anhumə) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyərdi:
أعوذُ بعِزَّتِك، الذي لا إلَهَ إلَّا أنتَ، الذي لا يَموتُ، والجِنُّ والإنسُ يَموتونَ.
Əuzu bi izzətikəlləzi lə iləhə illə əntəlləzi lə yəmut, vəl-cinnu vəl-insu yəmutun.
“Ey Özündən başqa heç bir məbud olmayan, heç vaxt ölməyən (Allahım), Sənin izzətinə sığınıram! (Sən Ölməzsən), halbuki cinlər və insanlar ölürlər.”
(Buxari 7383)
1 886
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:
Sübh namazını qıldığınız zaman onun vaxtı günəş doğana qədər davam edir. Sonra zöhr namazını qıldığınız zaman onun vaxtı əsr namazının vaxtı girənə qədər davam edir. Əsr namazını qıldığınız zaman onun vaxtı günəş saralana qədər davam edir. Məğrib namazını qıldığınız zaman onun vaxtı şəfəq yox olana qədər davam edir. İşanı qıldığınız zaman isə onun vaxtı gecənin yarısına qədər davam edir.
Muslim 612
1 886
Narkotik maddə satanlar barədə məlumat vermək
Şeyx Saleh əl-Fovzan (hafizahullah) demişdir:
“Onlar narkotik maddə satanlar barədə məlumat verməlidirlər ki, onların şərindən və zərərindən müsəlmanları qorusunlar. Onları gizlətmək və ört-basdır etmək isə onlara yardım etməkdir. Uca Allah buyurur:
Yaxşılıq etməkdə və (Allahdan qorxub) pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə isə bir-birinizə yardımçı olmayın.
(əl-Maidə surəsi ayə, 2)
Çünki onları sərbəst buraxsalar, cəmiyyəti fəsada uğradarlar.”
(Rəsmi səhifəsindən götürülmüşdür.)
1 886
Uşağı üzr olmadan smes ilə əmizdirməyin haram olması
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yuxuda gördüyü bəzi günahkarların əzabı haqqında belə demişdir:
Sonra məni apardılar. Bir də gördüm ki, qadınlar var və ilanlar onların döşlərini dişləyirdilər. Dedim: “Bunların halı nədir?” Dedilər: “Bunlar öz uşaqlarını südlərindən məhrum edən qadınlardır.”
(Sahih Məvariduz-Zaman, 1509.)
İmam əl-Albani (rahiməhullah) bu hədisə şərh verərək demişdir:
Bu hədis bəzi qadınların öz döşlərinin formasını qorumaq məqsədilə, kafir və ya fasiq qadınlara bənzəmək üçün uşaqlarını süni südlə bəsləmələrinin haramlığına dair güclü bir xəbərdarlıqdır.
“Sahih Məvariduz-Zəman”, 2/198.
1 886
Əbul-Fərəc İbnul-Cəvzi (rahiməhullah) belə demişdir:
Nə vaxt halında bir sıxıntı və qarışıqlıq gördükdə, şükür etmədiyin bir neməti və yaxud etdiyin bir xətanı xatırla.
(Saydul-Xatir:32)
1 886
Səbəbsiz yerə həyat yoldaşından ayrılmaq istəyən qadın
Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:
Həqiqətən, səbəbsiz yerə həyat yoldaşından ayrılmaq istəyən və yoldaşından özünü ayıran qadınlar münafiq qadınlardır. Yoldaşından heç bir əsaslı səbəb olmadan boşanmasını istəyən qadın Cənnətin qoxusunu belə hiss edə bilməz.
Sahihut tərğib vət tərhib 2018
1 886
Yuxuda ölən şəxsi görmək onun sədəqəyə ehtiyacı olduğuna dəlalət edirmi?
İbn Useymin (rahiməhullah) cavabında demişdir:
Xeyr, bu doğru deyil. Ölən şəxsi yuxuda görmək onun sədəqə istədiyinə dəlalət etmir. Bunlar sadəcə yuxulardır. Buna görə də sədəqə vermə və onun üçün başqa bir şey etmə. Avam insanların dediklərinə etibar olunmaz.
Səs yazısından götürülmüşdür.
1 886
Qadının otellərdə işləməsi
Elmi araşdırmalar və fətvalar mərkəzinin alimləri demişdirlər:
“Qadının otellərdə işləməsi fitnəyə səbəbdir, onun şübhəli şəkildə (kişilərə) qarışmağa (ünsiyyətə) gətirib çıxarır və yad kişilərlə onun xəlvətdə qalmasına zəmin yaradır. Bütün bunlarda geniş yayılan şər və cəmiyyətin fəsadı vardır.”
فتاوى اللجنة 17/238.
1 886
Abdullah ibn Ömər (radiyallahu anhu) belə demişdir:
Yəhudilərdən zina etmiş bir kişi və bir qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hüzuruna gətirildi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yəhudilərdən soruşdu: “Siz zina edənə nə edirsiniz?” Onlar dedilər: Biz onların üzlərini qaraldır, sonra da onları rüsvay edirik. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Əgər doğru deyirsinizsə, Tövratı gətirin və onu oxuyun.”
Yəhudilər Tövratı gətirdilər. Onlar özlərinin razı qaldığı bir adama dedilər: Ey Əvər, oxu! O, Tövratı oxumağa başladı. Rəcm hökmünün olduğu yerə çatdıqda əlini həmin ayənin üzərinə qoydu. Bunun üzərinə Abdullah ibn Səlam ona dedi: “Əlini onun üstündən çək!” O da əlini çəkdi. Gördük ki, orada rəcm ayəsi açıq şəkildə görünür. Bundan sonra Abdullah ibn Səlam dedi: “Ey Muhəmməd! Şübhəsiz ki, onların haqqında daşqalaq edilmə (rəcm) hökmü vardır. Lakin biz rəcm ayəsini öz aramızda gizlədirdik.” Bunun ardınca Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmin zina edən kişi və qadının rəcm edilməsini əmr etdi.
İbn Ömər deyir: “Mən onların rəcm edildiyini gördüm. Kişi qadını daşlardan qorumaq üçün onun üzərinə əyilirdi.
(Buxari 7543)
1 886
Uca Allah buyurur:
“Özünüzü təmizə çıxartmayın! O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.”
(ən-Nəcm surəsi ayə, 32)
İbn Racəb (rahiməhullah) demişdir:
İblisi məhv edən yalnız özünü bəyənməsi oldu. Buna görə də dedi:
“Mən ondan daha xeyirliyəm.”
Adəmin fəzilətləri isə öz günahını etiraf etməsi ilə tamamlandı:
“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik.”
(لطائف المعارف 57)
İbn Həcər (rahiməhullah) demişdir:
Başqasını kiçik və dəyərsiz görmə. Ola bilsin ki, o, Allah yanında səndən daha xeyirli, daha fəzilətli və Allaha daha yaxın olsun.
(الزواجر 2/8)
💎🌙✨Faydalanmaq üçün bizi izləyin
💎https://t.me/islamlayasha
💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
