İftitah
Kanalga Telegram’da o‘tish
"Varla yox arasında yaşanır, Bəzi"Eşqlər" "Gəl deməyə həyat icazə verməz.. Get deməyə də qəlbin..🥀❤️🩹 Mədədi Ya Zəhra (s.ə)
Ko'proq ko'rsatish2 635
Obunachilar
+224 soatlar
-107 kunlar
-4630 kunlar
Postlar arxiv
2 635
Ayətullah Behcət buyurur :
"Allaha və Onun Höccəti olan İmam Zaman (ə.c)-a sevgi göstərməyin ən vacib yollarından biri günahlardan çəkinmək və namazı vaxtında qılmaqdır".
@iftitah313 💟
2 635
Ayətullah Şüştəri buyurur:
"Əllamə Təbətabaindən soruşdum:
" İmam Zaman (ə.c) ilə görüşmək mümkündür?
Buyurdu:Bəli.Amma 3 şərti var.
Birinci :Kamil təqvaya sahib olmaq
İkinci:İmama qarşı sonsuz məhəbbət
Üçüncü:Davamlı olaraq "Ali Yasin" ziyarətnaməsini oxumaq
@iftitah313 💟
2 635
Hacı Hüseyn Şəhri buyurur:
"Ağa Bəhlulla görüşəndə onun haradan gəldiyini soruşdum.
Buyurdu: Cəmkərandan gəlirəm.
Gedib iki yüz yalan danışıb qayitdım.
Məqsədi İmam Zaman ağanın namazıdır ki, hər rükətində 100 dəfə
"İyyəkə nəbudu və iyyəkə nəstəin"
(Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik) deyilir."
@iftitah313 💟
2 635
Ayətullah Behcət (r.ə):
Allah eləməsin , İmam Zamanın (ə) zühurunun tezləşməsi üçün dua edək, amma əməllərimiz zühurun gecikməsinə səbəb olsun.
2 635
Ustad Şeyx Cəfər Nasiri :
İmam Zamanın (ə.f.) müqəddəs hüzuruna necə təvəssül etmək barədə deyilməlidir ki, o Həzrətə daimi qəlbi bağlılıq göstərməklə yanaşı, böyük əxlaq alimləri arasında xüsusi bir qayda da mövcud olmuşdur.
O cümlədən mərhum Ayətullah Seyid Əbdülkərim Kəşmiri (r.ə) buna xüsusi təkid edirdi. Bu qayda belədir ki, insan gecə-gündüzün müəyyən bir vaxtını davamlı və nizamlı şəkildə
İmam Zamanın (ə.f.) müqəddəs hüzuruna diqqət və təvəssülə həsr etsin.
Bu məqsədlə müxtəlif mənəvi göstərişlər mövcuddur.
🔸 İmam Zamana (ə.f.) təvəssül və mənəvi bağlılıq üçün ən təsirli ibadətlərdən biri Həzrətin namazıdır.
Bəzi alimlər və o Həzrətin aşiqi olan möminlər bu namazı gündəlik proqramlarının bir hissəsinə çevirmişdilər. Heç olmasa, həftədə bir dəfə – cümə günü – bu namazı qılmaq yaddan çıxmamalıdır.
🔸 Mərhum Ayətullah Seyid Əbdülkərim Kəşmirinin (r.ə) İmam Zamanın (ə.f.) müqəddəs hüzuruna təvəssül üçün tövsiyə etdiyi zikrlərdən biri də budur:
«المُستَعانُ بِكَ يا ابنَ الحَسَن»
*"Ey Həsən övladı! Kömək dilənilən Sənsən."
Bu zikr **İmamın (ə.f.) müqəddəs hüzurundan yardım və kömək istəmək üçün çox fəzilətli zikrlərdən hesab olunur.
Tövsiyə olunan sayı 570 dəfə**dir.
2 635
İmam Zaman (ə.f.) bir məkanda olduğu halda necə bütün aləmə nəzarət edə bilir?
Əgər desək ki, hər yerdədir, bu necə mümkündür? Məgər bir cisim eyni anda bir neçə yerdə ola bilər?
İmam Zamanın (ə.f.) hər yerə nəzarət etməsi o demək deyil ki, Həzrət uca bir yerdə oturub bizi seyr edir. Çünki "nəzarət etmək" yalnız baxmaq və görmək mənasını daşımır. Burada məqsəd Həzrətin aləmin işlərinə və insanların halına elmi cəhətdən əhatə sahibi olmasıdır. Bu elm və agahlıq Allah-Taalanın məsumlara bəxş etdiyi ilahi elmdən qaynaqlanır.
İmam Sadiq (ə) buyurur:
> «Allahın elə məxluqları vardır ki, onları Öz nuru və rəhmətindən, Öz rəhməti üçün yaratmışdır. Onlar Allahın izni ilə Onun yaradılmışlar arasında görən gözü, eşidən qulağı və danışan dilidirlər.»
Allahın nurundan yaradılma həqiqəti bizim üçün tam aydın olmasa da, demək olar ki, bu, maddi olmayan, çox uca bir məqamdır. Bu nurani məqam zaman və məkanla məhdudlaşmır, hər şeyi əhatə edir və ilahi elmin bir təcəllisidir.
Məsumların (ə) elmi də – onlar kamil insan, Allahın yer üzündəki xəlifəsi, ilahi ad və sifətlərin kamil təcəllisi olduqları üçün – ilahi elmin təzahürüdür. Buna görə də Allahın bilmələrini istədiyi hər bir şeydən xəbərdardırlar.
📚 Mənbə: *Biharül-ənvar*, c. 26, s. 240.
@iftitah313 💟
2 635
Ayətullah Behcət (r.ə):
İmam Zaman( ə.c) vüsalına teşnə , camalına vurğun olanlara həyat və mərifət suyu verir. Görəsən, biz mərifətə susamış və görüşü arzulayanıq, amma o Həzrət bizə su vermir?!”
📖 Mənbə: Dar-e Hozur-e Behcət, c. 2, s. 369.
@iftitah313 💟
2 635
✍ Ayətullah Behcət:
📿 Zühurun tezləşməsi üçün İmam Zaman ağaya (ə) çoxlu salavat hədiyyə edin.
@iftitah313 💟
2 635
Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini
2 635
Ayətullah Cavadi Amuli əsərlərində Həzrəti Mehdilə (af) bağlı bəzi dua və hədislərin şərhində zühuru gözləyən qadının xüsusiyyətlərini də sayır. Belə ki, duaların birində bu xüsusiyyat belə göstərilir:
« وَعَلَى النِّسَاءِ بِالْحَيَاءِ وَالْعِفَّةِ…اللَّهُمَّ ارْزُقْنَا تَوْفِيقَ الطَّاعَةِ وَ بُعْدَ الْمَعْصِيَةِ»
“(Ey Allah)... qadınlara həya və iffət (diləyirəm).
Alim duanın bu parçasını şahid gətirərək göstərir ki, deməli müntəzir qadının iki xüsusiyyəti vardır:
1 – Həya.
2 – İffət.
Həya nəfsi hər cür bulanışıqlıq, çirkinlik və eybin qarşısında qorumaqdır.
İffət isə nəfsi meyillər və şəhvətlərin qarşısını almaqdır.
Sonuncu imamı gözləyən qadınlar həm həyalı və həm də iffətlidir.
Sadalanan bu xüsusiyyətlər onların yalnız müntəzir qadınlara aid olduğunu göstərmir. Bu bütün qadınlara yaraşan bir xüsusiyyətdir.
Varlıların vəzifələri
Dualarda varlılarında vəzifələri göstərilir. Onlarda iki qisimdən ibarətdir. Belə ki, duada deyilir:
«وَعَلَى الْأَغْنِيَاءِ بِالتَّوَاضُعِ وَالسَّعَةِ»
“Varlılara təvazükarlıq və səxavət (diləyirəm).
Deməli, bu iki xüsusiyyəti sərvətlilərdən gözləməliyik:
1 – Təvazökarlıq.
2 – Əliaçıqlıq və ehtiyaclılara kömək.
@iftitah313 💟
2 635
✍ Ayətullah Behcət:
📿 Zühurun tezləşməsi üçün İmam Zaman ağaya (ə) çoxlu salavat hədiyyə edin.
@iftitah313 💟
2 635
Bizim başımızın üzərində ata kölgəsi yoxdur.
İmamımızdan uzaq düşmüşük.
Şiələrin və dünya məzlumlarının həyatındakı bu qədər bədbəxtçilik və çətinliyin səbəbi İlahi höccətin olmamasıdır.
Hər bir-neçə saniyədə bir müsəlman uşağı acından ölür, özü də çox körpə uşaqlar.
Düşün ki, sənin öz balandır, öz uşağın və öz körpə qızındır, öz nəvəndir,
sənin gözünün önündə körpə balan aclıq və susuzluqdan əl-ayaq çalır! Amma sən heç bir iş görə bilmirsən, heç bir çarən yoxdur!
Sənin qəlbini yandıran bu səhnələr, İmam Zamanın (ə.f) ürəyini dağlayır. Buna görədir ki, buyurur "zühurun tezləşməsi və fərəc üçün çox dua edin".
Həzrət İmam Mehdinin (ə) qəlbi və ruhu məzlum insanların bu vəziyyətinə görə çox sıxıntıdadır.
Üzərimizdə ata kimi məsuliyyət və mehribanlığı var. Xəstəlikdən və düşmən güllələrindən ölən və aclıqdan əl-ayaq çalan bu uşaqların hər biri üçün qəm-qüssədən ölür və dirilir!
Müsəlman ailələrində baş verən dava-dalaş və boşanmalar O həzrətin (ə.f) ürəyini yandırır.
Biz gərək tam səmimiyyətimiz və bütün vücudumuz ilə Allahı çağıraq ki,
İlahi, bizim mövlamızın fərəcini tezləşdir!
İlahi, bütün dünya hazırkı vəziyyətdən cana yığılıb, problem, dərd, qəm və qüssənin daxil olmadığı bir ev qalmayıb!
Ustad Şücayi
@iftitah313 💟
2 635
1 KLİKLƏ İNTELLEKTUAL SƏYAHƏTƏ BAŞLA! 🌍
Sən də darıxdırıcı kontentdən yorulmusansa, bura sənlikdir! Tarixi sirlər, elmi inkişaflar, dini həqiqətlər... Hamısı sənin üçün seçildi. Yalnız ƏN KEYFİYYƏTLİLƏR. 💯
➪ K𝚊𝚗𝚊𝚕: @tariximiz_365
➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini
2 635
✍ Ayətullah Behcət:
📿 Zühurun tezləşməsi üçün İmam Zaman ağaya (ə) çoxlu salavat hədiyyə edin.
@iftitah313 💟
