İftitah
Открыть в Telegram
"Varla yox arasında yaşanır, Bəzi"Eşqlər" "Gəl deməyə həyat icazə verməz.. Get deməyə də qəlbin..🥀❤️🩹 Mədədi Ya Zəhra (s.ə)
Больше2 569
Подписчики
-324 часа
-97 дней
-1530 дней
Архив постов
2 569
İmam Zaman (ə.c) buyurur:
Аllаhdаn qоrхun, bizim әmrimizә tаbе оlun vә işlәri bizim öhdәmizә qоyun. Sizi çеşmә bаşınа аpаrıb sirаb еtdiyimiz kimi, gеri qаyıtmаğınız dа bizim öhdәmizәdir vә sizә mәlum оlmаyаn şеyin аrхаsıncа gеtmәyin.”
📚Bihаrul-әnvаr”, c. 53, sәh. 179.
2 569
İmam Zamanın şiəsi gərək gündə bir dəfə, heç olmasa iyirmi dəqiqə vaxt ayırıb İmam Zamanla dərdləşsin.
Dua, bir ziyarətnamə oxuya bilməsə də, eybi yoxdur – sadəcə otursun İmam ilə danışsın, dərdini paylaşsın, təklikdə Ona yönəlsin.”
Ayətullah Milani(r.ə) buyurardı:
“Əgər bir şiə gündə iyirmi dəqiqə İmam Zamanla xəlvətə çəkilib söhbət etmirsə, bu çox pisdir. Bu, İmama qarşı olan mərifətsizlikdən irəli gəlir.”
Ya Sahibəzzəman!Şiə vaxtının tamamını sənə həsr etməli idi – sadəcə iyirmi dəqiqəsini deyil.
Biz səninlə belə əhd bağlamışdıq ki, özümüzü tamamilə sənə həsr edək".
Ustad Ali
@iftitah313 💟
2 569
Ayətullah Ənsari Həmədaninin şagirdlərindən biri ondan soruşur:
— Biz nə vaxt İmam Zamanın (ə.f) hüzuruna nail ola bilərik?
Ayətullah Ənsari cavab verir:
— “O zaman ki, Həzrətin hazır olması ilə qeybətdə olması sənin üçün fərq etməsin.”
@iftitah313 💟
2 569
Hacı İsmayıl Dulabi buyurur:
Bir nəfər tanıyıram ki, qırx ildən çox İmam Zamanın (ə) axtarışında olub. Qırx il riyazət və ibadətdən sonra nəhayət Həzrət Mehdinin (ə) hüzuruna yetişə bildi.
Ağanın (ə) hüzuruna çatanda aşiqanə şəkildə belə bir giley etdi:
«Axı nəhayət, məni qəbul etdiniz, kaş bir az daha tez qəbul edəydiniz ki, bu qədər qəm yeməzdim, əziyyət çəkməzdim.»
🔸Həzrət buyurdu:
«Əgər bizimlə daha tez görüşsəydin, bizdən ancaq çörək və göyərti istəyərdin!
İndi ki, qırx il zəhmət çəkmisən, artıq bilirsən ki, nə istəmək lazımdır.»
@iftitah313 💟
2 569
Ayətullah Misbah Yəzdi:
" İmam Zamana (ə.c) təvəssül etməklə əmin olun ki, hər bir problem həll oluna bilər. Əgər həll olunmaz çətinliklərimiz varsa, bu, təvəssüllərimizin zəif olmasındandır."
@iftitah313 💟
2 569
İmam Sadiq (ə):
"Əgər siz Allah dərgahında ah-nalə etsəniz və bizim fərəcimizi (zühurumuzu) istəsəniz, Allah da bizim fərəcimizi yaxınlaşdırar.
Amma əgər belə etməsəniz, (İmamın qeybətdə olması və ondan məhrum qalmağın çətinliyi) axıra qədər uzun çəkəcək".
@iftitah313 💟
2 569
☑️ Görüş zamanı
▪️Əgər İmam Zaman Ağa (ə.f) görüşəcəyiniz zamanda olan halınızı bilmək istəyirsinizsə, baxın görün Qur'anla görüşdüyünüz zaman hansı haldasınız?!
▪️Əgər Qur'ana şövqünüz varsa, ümidvar olun ki Həzrət Höccətə (ə.f) də şövqünüz vardır (Çünki, Qur'an və İmam Zaman Ağa (ə.f) bir-birindən ayrı bir şey deyil).
✍ Ayətullah Muctəba Tehrani (r)
@iftitah313 💟
2 569
✅ Sirrullah
🔹 Həzrət İmam Zaman (ə.f) Allahın sirridir. Bu Həzrət (ə.f) ilə görüşmək də Allahın sirridir. Əgər kimsə görüşmək iddiası edərsə, sirr öz mə'nasını itirəcəkdir (yəni, kimsə İmam Zaman Ağa ilə görüşdüyünü iddia edərsə, o şəxs yalançıdır).
✍ Ayətullah Əbdülkərim Kəşmiri (r)
@iftitah313 💟
2 569
Ayətullah Behcət:
"Bizim İmam Zaman (ə.c) ilə əlaqəmiz güclənmədikcə, işlərimiz düzəlməyəcək. İmam Zaman (ə.c) ilə əlaqəmizin güclənməsi isə nəfsin islah olunmasındadır."
@iftitah313 💟
2 569
İmam Sadiq (əleyhis-salam) buyurur:
Əgər bir şəxs mömin qardaşı üçün dua etsə, ərşdən nida gələr:
"Sənə bunun yüz min qat artığı veriləcək."
*Halbuki, əgər özü üçün dua etsəydi, yalnız etdiyi duanın miqdarı qədər ona verilərdi.
Buna görə də, qəbul olunub-olunmayacağı bilinməyən bir duadan (insanın özü üçün etdiyi duadan) qat-qat artıq verilən, zəmanətli bir dua daha yaxşıdır
Əgər kimsə Allahın ən üstün şəxsi – İmam Zaman (əleyhis-salam) üçün dua etsə, necə olar?
🤲 Allahummə əccil li-vəliyyikəl-fərəc vəl-afiyə vən-nəsr!
@iftitah313 💟
2 569
Ayətullah Behcət(r.ə):
"Biz həyat dənizində boğulmaq təhlükəsi ilə üz-üzəyik; sağ-salamat məqsədə çatmaq üçün Allahın vəlisinin köməyinə ehtiyacımız var.
Biz İmam Zamana (ə.c) yalvarmalıyıq ki, yolu aydınlatsın və bizi məqsədə çatdırsın".
@iftitah313 💟
2 569
Niyə İmam Zamanı (ə.f) görə bilmirik? ✅
💠 Bir gün bir arifdən soruşdular:
"Niyə biz İmam Zamanı (ə.f) görə bilmirik?"
💠 Arif dedi: "Xahiş edirəm, dönün və arxanızı mənə çevirin."
Şagird bu göstərişi yerinə yetirdi.
💠 Arif soruşdu: "İndi məni görə bilirsən?"
Şagird cavab verdi: "Xeyr, görə bilmirəm."
💠 Arif soruşdu: "Niyə görə bilmirsən?"
Şagird dedi: "Çünki arxam sizə tərəfdir!"
💠 Arif buyurdu:
"İndi başa düşdünüzmü ki, niyə İmam Zamanı görə bilmirsiniz?!"
Çünki siz İmama arxa çevirmisiniz!
Biz günahlar və itaətsizliklə İmam Zamana (ə.f) arxa çevirmişik, amma eyni zamanda onu görmək istəyirik.
@iftitah313 💟
2 569
İmam Zaman (ə.c) İbrahim Məhziyarla görüşdə buyurdu:
"Axırəz-zaman şiələri Məni görmədən Mənə eşq bəsləyirlər...
Əgər bilsələr ki, mən onları nə qədər sevirəm, sevincdən ölərlər..!".
@iftitah313 💟
2 569
Ayətullah Behcət (r.ə):
Şeyx İbrahim Hairi Küfə məscidində etiqafda olduğu zaman yuxusunda Həzrət Qaimi (ə.c) görür. Həzrət ona buyurur:
"Burada etiqafda olanlar yaxşı və saleh insanlardır. Lakin hər birinin bir hacəti var: mal-dövlət, ailə, ev, borcun ödənməsi, xəstəliyin sağalması və s.
Lakin heç kim Mənim haqda düşünmür və zühurum ,fərəcim üçün ciddi şəkildə dua etmir!"
📚 Mənbə: "Behcətin hüzurunda", c.3, səh. 248.
@iftitah313 💟
2 569
Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini
2 569
Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.
@toplu_admini
2 569
📖 De: "Hər birimiz gözləyirik .
Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz"
▪️ Taha surəsi, ayə 135
🔘 İmam Kazım (ə) bu ayənin təfsirində buyurmuşdur:
"Doğru yol Həzrəti Qaimdir (ə.c) və Ona itaət edən hidayət olunan kəsdir ."
📚 Mənbə: "Əl-Burhan", cild 3, səh. 792
@iftitah313 💟
2 569
Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini
