Modern.az
Kanalga Telegram’da o‘tish
Ancaq dəqiq xəbərləri çatdırırıq❗️ Modern.az İnformasiya Agentliyi Website: modern.az Contact: info@modern.az
Ko'proq ko'rsatish3 045
Obunachilar
+324 soatlar
-37 kunlar
-1830 kunlar
Postlar arxiv
3 045
⚡️Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində bir nəfər alpinistin sıldırımdan yıxılaraq xəsarətlərlə köməksiz və təhlükəli vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin alpinist qrupu tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində təhlükəli vəziyyətdə qalan A.Cəfərov yerində ilkin yardım göstərilməklə, çətin keçidli dağlıq ərazidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
3 045
🇦🇿Azərbaycanın Milli Qəhrəmanı, “Aprel” döyüşlərinin şəhidi - polkovnik-leytenant Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə dünyanın 3 nüfuzlu universitetinə qəbul olub.
Nurlan Corvinus University of Budapest, Eötvös Loránd University (ELTE) və Royal Holloway, University of London universitetlərindən qəbul alaraq böyük uğura imza atıb.
©️Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
3 045
İsveçrədə keçirilməsi planlaşdırılan növbəti ABŞ-İran danışıqları son hərbi toqquşmalar səbəbindən təxirə salınıb.
Məlumata görə, bu vəziyyət İranın nüvə proqramı da daxil olmaqla ən mübahisəli məsələlərin müzakirəsini də ləngidib.
3 045
⚡️Türkiyənin, İsrailin Qəzzada törətdiyi əməlləri rəsmən soyqırımı olaraq tanımaq istiqamətində müvafiq addımlar atacağı gözlənilir.
3 045
⚡️⚡️⚡️Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb.
3 045
⚡️Azərbaycan XİN Səudiyyə Ərəbistanının Rəs Tanura bölgəsində 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.
3 045
⚡️Avropada anomal istilər davam edir.
Bir sıra ölkələrdə temperatur rekord həddə çatıb.
Almaniyada vəziyyət o həddə çatıb ki, şəhər polisi suçiləyən maşınlarla əhaliyə yardım göstərib.
Fransada da güclü istilər səbəbindən yeni temperatur rekordları qeydə alınıb. Ölkənin bir sıra bölgələrində termometrlər 40 dərəcəni ötüb. Meteoroloqlar bu göstəricilərin iyun ayı üçün rekord səviyyəyə yaxın olduğunu bildirirlər.
3 045
🇺🇦 Zelenski: Ukrayna Avropa İttifaqına doğru böyük yol qət edib və bu təməl üzərində mühüm nailiyyətlər əldə olunub.
▪️Üzvlüklə bağlı danışıqlara başlanılıb, danışıqların yeni fəsilləri açılır.
▪️Bu addımlar Ukrayna ilə Avropa İttifaqını, Ukrayna xalqı ilə bütün Avropanı daha da yaxınlaşdırır.
3 045
‼️DİM: Ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb
3 045
DİQQƏT❗️❗️❗️
Sabah çimərliklərdə hava küləkli olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 21-22 dərəcə isti olacaq.
3 045
🇻🇪 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1.430 nəfərə çatıb. 68.900 nəfər itkin düşmüş sayılır.
3 045
❗️Zelenski: Bu gecə cəbhədən təxminən 300 km uzaqda yerləşən Rusiyanın Slavyansk və Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşən Yaroslavl neft emalı zavodlarına uzaqmənzilli zərbələr endirdik.
3 045
🏆 DÇ-2026-nın bütün play off oyunları məlumdur.
🇩🇪 Almaniya – 🇵🇾 Paraqvay
🇫🇷 Fransa – 🇸🇪 İsveç
🇿🇦 CAR – 🇨🇦 Kanada
🇳🇱 Niderland – 🇲🇦 Mərakeş
🇵🇹 Portuqaliya – 🇭🇷 Xorvatiya
🇪🇸 İspaniya – 🇦🇹 Avstriya
🇺🇸 ABŞ – 🇧🇦 Bosniya
🇧🇪 Belçika – 🇸🇳 Seneqal
🇧🇷 Braziliya – 🇯🇵 Yaponiya
🇨🇮 Kot-dİvuar – 🇳🇴 Norveç
🇲🇽 Meksika – 🇪🇨 Ekvador
🏴 İngiltərə – 🇨🇩 Konqo
🇦🇷 Argentina – 🇨🇻 Kabo-Verde
🇦🇺 Avstraliya – 🇪🇬 Misir
🇨🇭 İsveçrə – 🇩🇿 Əlcəzair
🇨🇴 Kolumbiya – 🇬🇭 Qana
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
