fa
Feedback
Modern.az

Modern.az

رفتن به کانال در Telegram

Ancaq dəqiq xəbərləri çatdırırıq❗️ Modern.az İnformasiya Agentliyi Website: modern.az Contact: info@modern.az

نمایش بیشتر
3 008
مشترکین
+224 ساعت
+37 روز
-3630 روز
آرشیو پست ها
🇹🇷 Türkiyədə yeni yaradılmış YENİ Parti 48 saat ərzində 4 milyon dollardan çox ianə toplayıb. 🔻 AKP üzvü olan keçmiş Ankar
🇹🇷 Türkiyədə yeni yaradılmış YENİ Parti 48 saat ərzində 4 milyon dollardan çox ianə toplayıb. 🔻 AKP üzvü olan keçmiş Ankara meri Melih Gökçek müxalifət partiyasını ələ slmaq üçün 1 lirə 3 quruş (bizim pulla təxminən 4 qəpik) ianə göndərib. 🔻 Amma YENİ Parti hakim partiya nümayəndəsinə daha bir cavab göndərib. Onlar ianəni Melih Gökçeke geri ödəyərək “Millətimizin halal ianələrinə haram qatmarıq” deyə cavab veriblər. - Türkiyə KİV

Zelenski: Ukrayna ordusu 100 min tondan çox tutumu olan sanksiya altındakı Rusiya konteyner gəmisi "Yanina"nı vurub Həmçinin, Başqırdıstandakı üç Rusiya neftayırma zavoduna zərbə endirilib

🇦🇿İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

‼️Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib O, bu barədə sosial şəbəkə hesabında paylaşıb. Paylaşımda deyilir: "Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaqdır. Allah rəhmət eləsin".

⚡️Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb 🔴İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Zelenski: Bu gecə Rusiyanın atdığı ballistik raketlərdən yalnız biri vurulub, çünki "Patriotlar" üçün raket yoxdur

🇦🇿 Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur Prezident: Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman xalq şairi Bəxtiyar Vahabzadənin "Ana dili" şerindən bir parça oxuyaraq Azərbaycan xalqını 1 avqust - Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edib Diplomat müvafiq videonu "X" sosial şəbəkəsindəki səhifəsində dərc edib:
"1 avqust - Azərbaycan Əlifbası və Dili Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, eyni zamanda Azərbaycan dilinin təcəssüm etdirdiyi zəngin ədəbi irsə öz hörmətimi bildirirəm"

🇦🇿 Prezident: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

‼️Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək.

🇦🇿🇰🇬
🇦🇿🇰🇬

⚡️MİQ üzrə nəticələr açıqlandı

⚡️Bu gündən Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.
▪️Yeni qaydalara əsasən, onlar hər giriş zamanı ölkədə 30 günədək qala bilərlər.

❗️İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".

+1
Rusiya ordusu Kiyevi raket atəşinə tutub, 9 nəfər ölüb, xeyli yaralı var

⚡️ Azərbaycanda zəlzələ oldu Lerikdə 3.1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

🥀Həyatın nərdivanını sevgi ilə başa vurdu

photo content