AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti / SSMC of the Republic of Azerbaijan
Kanalga Telegram’da o‘tish
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi Telegram kanalı.
Ko'proq ko'rsatish1 631
Obunachilar
+224 soatlar
-27 kun
+930 kun
Postlar arxiv
21 noyabr - Yeni Azərbaycan Partiyasının yaradılması günüdür.
Partiya ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna mühüm töhfələr verərək cəmiyyətin ictimai-siyasi həyatında önəmli rol oynayır.
21 Noy, 01:52
20 noyabr - Ağdam şəhəri günüdür.
Bu əlamətdar gün qəhrəmanlıq tariximizi, milli iradəmizi və Böyük Qayıdışın təntənəsini özündə əks etdirir.
20 Noy, 01:12
❓Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsi necə təşkil olunur?
✔️Vətəndaşlar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, mütləq müayinələrə göndərilir (laborator və instrumental), ehtiyac olduğu halda tibb müəssisəsində əlavə müayinə olunur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
19 Noy, 01:18
+3
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları və media subyektləri ilə sıx əməkdaşlıq mexanizminin inkişaf etdirilməsi məqsədilə növbəti görüş baş tutub.
Ətraflı: https://seferberlik.gov.az/az/news/detail/1062
18 Noy, 01:15
17 noyabr - Milli Dirçəliş Günüdür.
Bu əlamətdar gün xalqımızın azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzminin, milli dirçəlişimizin təntənəsidir.
16 Noy, 23:58
+9
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ucar şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Ətraflı: https://www.seferberlik.gov.az/az/news/detail/1061
16 Noy, 01:22
#MilliQəhrəmanVəzirOrucov
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
15 Noy, 01:59
#MüzəffərAliBaşKomandan
#PrezidentİlhamƏliyev
#SHXÇDX
14 Noy, 02:02
❓Ali təhsil müəssisəsindən xaric edilən şəxslərin hərbi xidmətə çağırışla bağlı möhlət hüququ hansı hallarda itirilir?
Bu və digər vacib məqamlarla bağlı kapitan Əsgərli Zəfərin növbəti məlumatlandırıcı videosunu izləyin.
#SHXÇDX #KapitanƏsgərliZəfər #HərbiXidmət
13 Noy, 01:05
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə qəbul olunmuş bu əsas qanun hüququn aliliyini və cəmiyyətin dayanıqlı inkişafını təmin edərək dövlətimizin uğurlarının möhkəm təməli olmuşdur.
12 Noy, 00:03
11 noyabr - Beynəlxalq Enerjiyə Qənaət Günüdür.
Hər kiçik qənaət ekoloji təhlükəsizliyə və davamlı inkişafa böyük töhfədir.
Gələcəyimizi birlikdə qoruyaq və enerjidən səmərəli istifadə edək!
11 Noy, 02:56
#VətənMüharibəsiQəhrəmanıAminNovruzov
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
10 Noy, 01:03
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. 🇦🇿
Müstəqilliyimizin və milli birliyimizin simvolu olan üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində - əzəli və əbədi torpaqlarımızda qürurla dalğalanır.
#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
09 Noy, 00:04
+8
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib
8 noyabr - Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkında yerləşən Zəfər Tağı abidəsini ziyarət edib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i ölkə ərazisində Zəfər Günü kimi qeyd edilir.
Zəfərin mübarək, Azərbaycan!
08 Noy, 04:21
8 noyabr - Şuşa şəhəri günüdür.
Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhəri bu gün sürətlə inkişaf edir, yeni intibah dövrünü yaşayır.
08 Noy, 00:13
8 noyabr - Zəfər Günüdür.🇦🇿
Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə tarixə qızıl hərflərlə yazılan bu möhtəşəm qələbə münasibətilə xalqımızı təbrik edirik!
#Azərbaycan #8Noyabr #ZəfərGünü
07 Noy, 08:02
+9
Zəfər Günü münasibətilə Xidmət rəisi general mayor Mürsəl İbrahimovun müvafiq əmri ilə leytenant ilk zabit hərbi rütbəsi verilmiş 27 nəfər hərbi qulluqçuya rütbələrin təqdimetmə mərasimi keçirilib.
Əməkdaşlarımızı təbrik edir, şərəfli və məsuliyyətli xidmətlərində onlara uğurlar arzulayırıq.
07 Noy, 02:05
+9
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov noyabrın 6-da Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Ətraflı: https://seferberlik.gov.az/az/news/detail/1058
06 Noy, 05:20
6 noyabr - Bakı Metropoliteni işçilərinin peşə bayramıdır.
Bu münasibətlə metropoliten işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
06 Noy, 03:00
6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür.
Ölkəmizin informasiya məkanında xüsusi yeri olan, bir əsrlik zəngin ənənələrə malik milli radiomuzun, eləcə də televiziyanın inkişafında müstəsna xidmətləri olan televiziya və radio işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
06 Noy, 00:17
