uz
Feedback
İctimai TV

İctimai TV

Kanalga Telegram’da o‘tish

İctimai TV-nin rəsmi teleqram kanalı ölkədə və dünyada baş verən aktual, ictimai-siyasi əhəmiyyətli xəbərləri və şərhləri operativ və tərəfsiz olaraq sizlərə çatdırır! Email: info@itv.az

Ko'proq ko'rsatish

📈 Telegram kanali İctimai TV analitikasi

İctimai TV (@tvictimai) Ozarbayjon til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 12 164 obunachidan iborat bo'lib, Yangiliklar & Media toifasida 16 168-o'rinni va Ozarbayjon mintaqasida 370-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 12 164 obunachiga ega bo‘ldi.

02 Iyul, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -2 129 ga, so‘nggi 24 soatda esa -70 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 2.82% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 2.26% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 344 marta ko‘riladi; birinchi sutkada odatda 276 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 1 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
İctimai TV-nin rəsmi teleqram kanalı ölkədə və dünyada baş verən aktual, ictimai-siyasi əhəmiyyətli xəbərləri və şərhləri operativ və tərəfsiz olaraq sizlərə çatdırır! Email: info@itv.az

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 03 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Yangiliklar & Media toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

12 164
Obunachilar
-7024 soatlar
-5417 kunlar
-2 12930 kunlar
Postlar arxiv
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 14 vaqon buğda göndərilib Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Kiyev rekord hava hücumu ilə üz-üzə: 30 nəfər ölüb, 90-dan çox yaralı var

Transsərhəd heyvan xəstəliklərinə qarşı regional əməkdaşlıq müzakirə olunub Azərbaycanın sədrliyi ilə Gəncə şəhərində dabaq və xırdabuynuzlu heyvanların taunu üzrə Qərbi Avrasiya Regional Məsləhət Qrupunun (RMQ) növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın müvafiq qurumlarının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Türkiyə, Rusiya, İran və digər ölkələrdən olan ekspertlər iclasa onlayn formatda qoşulublar.

Zelenski: “Rusiya Kiyevə hücumu maksimum itki yaratmaq üçün planlaşdırıb” Rusiya bu gecə Kiyevə kütləvi kombinə edilmiş hücumuna görə cavab verəcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski paytaxtın Darnitski rayonunda hücumun baş verdiyi əraziyə baxış keçirərkən deyib. "Rusiya Kiyevə son zərbəsinə görə mütləq cavab alacaq", – Ukraynanın dövlət başçısı vurğulayıb. Qeyd edək ki, Rusiyanın Kiyevə son kütləvi zərbələri nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

NATO sammiti öncəsi Ankarada təhlükəsizlik maksimum səviyyəyə çatdırılıb İyulun 7-8-də keçiriləcək NATO zirvəsi ərəfəsində Ankarada genişmiqyaslı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam edir. Türkiyə paytaxtında dövlət və hökumət başçılarının, xarici nümayəndə heyətlərinin və beynəlxalq qonaqların təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi əməliyyat planı tətbiq edilir.

Son üç ayda "MyGov" istifadəçilərinin sayı 3,5 milyona çatıb Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rəqəmsal İnkişaf Şurasının ilk iclasında deyib. O, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb. "MyGov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirib.

Lənkəranda ilk Arıçılıq Muzeyi açılıb Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran rayonunda Arıçılıq Muzeyinin açılışı olub.

Bakıda piyada keçidlərində 177 eskalator və 2 travelator yenilənəcək Bu ilin payız aylarından etibarən Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlərin yenilənməsinə başlanılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində dünyanın aparıcı istehsalçılarından biri olan Finlandiyanın KONE şirkətinin istehsalı olan, müxtəlif hava şəraitinə davamlı yeni eskalatorlar sifariş edilib. Hazırda istehsalçı zavodda mexanizmlərin fərdi ölçü və texniki göstəricilərə uyğun hazırlanması prosesi davam edir. Yeni eskalatorların oktyabr-noyabr aylarında Bakıya gətirilərək mərhələli şəkildə quraşdırılmasına başlanılması planlaşdırılır.

Şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi davam edir

Antiterror əməliyyatlarında şəhidlik zirvəsinə ucalan şəhid polislərimiz

“Arzum 9999” işi üzrə məhkəmədə hökm oxundu

Tehrandan neft tankerlərinə qətiyyətli cavab xəbərdarlığı

Azərbaycan Polisi: 108 il qanunun keşiyində

Rusiya bu dəfə Zaporojyedə yanacaqdoldurma məntəqəsini vurdu

Rusiyanın hava zərbələrindən sonra Odessada yanğınlar başladı

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olundu

Rusiyanın Kiyev zərbələrində ölənlərin sayı 13-ə çatdı

Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyi qeyd olundu Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə rəsmi tədbir təşkil olunub.

Qətərdə ABŞ və İran arasındakı dolayı danışıqlarda irəliləyiş var İyulun 1-də Qətər və Pakistan vasitəçiləri Dohada ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçiriblər. Məlumat Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsarinin açıqlamasında yer alıb. O, məsləhətləşmələrdə irəliləyiş əldə edildiyini qeyd edib: "Qətər və Pakistanın vasitəçiləri bu gün Dohada ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçiriblər və Lüsern sammitinin nəticələrinə əsaslanaraq İslamabad anlaşma memorandumu ilə bağlı məsələlərdə müsbət irəliləyiş əldə edilib".

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.