cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

İctimai TV

İctimai TV-nin rəsmi teleqram kanalı ölkədə və dünyada baş verən aktual, ictimai-siyasi əhəmiyyətli xəbərləri və şərhləri operativ və tərəfsiz olaraq sizlərə çatdırır! Email: [email protected]

Ko'proq ko'rsatish
Reklama postlari
21 778
Obunachilar
-4624 soatlar
-7307 kunlar
+16630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🇬🇪 Tbilisidə minlərlə vətəndaş xarici agentlər haqqında qanuna növbəti dəfə etiraz etmək üçün toplaşıb İnsanlar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutublar. Mayın 13-də qanun layihəsi üçüncü və yekun oxunuşdan keçməlidir.
Hammasini ko'rsatish...
👍 3
‼️‼️Bu gün 25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək. @tvictimai
Hammasini ko'rsatish...
👍 1
DİN: Cərimələrin endirimli ödənişini təklif edən saytlara inanmayın
Hammasini ko'rsatish...
👍 1
“Avroviziya-2024”ün qalibi isveçrəli Nemo müsabiqənin bağlanış çıxışında qazandığı şüşə mikrofonu səhnədəcə sındırıb. Hadisəni canlı yayımda da izləmək mümkün olub. Qeyd edək ki, 2008-ci ildən etibarən təşkilatçılar hər bir “Avroviziya” qalibini özgün şüşə mikrofonla mükafatlandırırlar. Mükafatı ilk sındıran isə 2009-cu ildə norveçli Aleksandr Rıbak olub, 2013-cü ildə isə eyni hadisə ilə Danimarka təmsilçisi də üzləşib.
Hammasini ko'rsatish...
👍 1
🇦🇿🇨🇭Azərbaycan İsveçrəyə 12 xal verib
Hammasini ko'rsatish...
👍 1
‼️‼️Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məlumat verib. “Hazırda ən azı dörd isti plazma buludu Yerə doğru uçur. Onlardan yalnız biri indiyədək Yerin maqnitosferinə çatıb. O, mayın 11-nə keçən gecə 2005-ci ildən bəri ən güclü maqnit qasırğasını törədib”, - Yazev izah edib. Astronomun sözlərinə görə, plazma buludları müxtəlif sürətlə hərəkət edir. Ona görə də mayın 12 və 13-də Yer kürəsində bu emissiyaların yaratdığı davamlı maqnit qasırğası müşahidə olunacaq.
Hammasini ko'rsatish...
👍 1
🇦🇿 Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İdmançımız buna İstanbulda Dünya Olimpiya Təsnifat turnirində nail olub. O, italiyalı Emmanuela Liuççiyə qalib gələrək Paris-2024-ə vəsiqə əldə edib. Təbriklər çempion 🏆
Hammasini ko'rsatish...
2
🚨Ötən gecə saatlarında intihara cəhd hadisəsi olub. Bu barədə FHN məlumat yayıb. Belə ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində binanın damına çıxaraq intihara cəhd edib. FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıblar.
Hammasini ko'rsatish...
👍 1
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
Hammasini ko'rsatish...
👍 1
🇨🇭🎙️68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi 591 xalla İsveçrə oldu 📊 İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri qərarlaşıb.
Hammasini ko'rsatish...
👍 1