AĞTV MEDİA
Kanalga Telegram’da o‘tish
ℹ️ Dünyada və ölkəmizdə baş verən ən son xəbərlər ! ➡️ AĞ Media Qrupu Web: agxeber.com YouTube: https://www.youtube.com/@agtvmedia https://www.instagram.com/agtvaz 🟢 Təklif, irad və əməkdaşlıq üçün əlaqə : @dk1318
Ko'proq ko'rsatish4 074
Obunachilar
-324 soatlar
-197 kun
-6930 kun
Postlar arxiv
4 075
🤝 Rusiya, İran və Azərbaycan birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlib.
🇮🇷 İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində üç ölkə liderinin görüşü Rusiyanın təşəbbüsü ilə baş tutub.
📌 Görüşdə iqtisadi əməkdaşlıq sahəsində bir sıra birgə layihələr müzakirə olunub və onların həyata keçirilməsi barədə razılıq əldə edilib.
4 075
🇺🇸🇷🇺 Tramp: Rusiya 300 min tondan çox dizel yanacağı tədarük etməyə razılaşıb
🛢️ ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə görüşdən sonra Rusiyanın ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı tədarük etməyə razılıq verdiyini açıqlayıb.
🤝 Tramp görüşü “uğurlu” adlandırıb.
4 075
⚡ Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib.
4 075
⚠️⚠️Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
Belə ki, hərəkətdə olan VAZ-21014 və BYD markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
4 075
⚡️🇹🇷 Türkiyə Futbol Federasiyası yığmanın baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb.
Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında keçirdiyi son 4 oyunun hamısında məğlub olub.
DÇ-2026-dakı uğursuzluq və bu nəticələrdən sonra azarkeşlər Montellanın istefasını tələb ediblər.
4 075
🚢 İranla bağlı embarqo bərpa edildikdən sonra 133 ticarət gəmisinin marşrutunu dəyişdirmişik.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə açıqlama yayıb.
4 075
🛬 "Azərbaycan Hava Yolları"nın (AZAL) oktyabrın 9-na planlaşdırılan Bakı-Moskva-Bakı istiqamətində J2-185/J2-186 və J2-805/J2-806 nömrəli reysləri Rusiya hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən təxirə salınıb.
⏭ Səhər saatlarında Bakıdan Moskvaya uçan J2-185 nömrəli reys Sankt-Peterburqa məcburi eniş edib, J2-805 nömrəli reys isə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
⏭ Hava məkanındakı məhdudiyyətlər təyyarələrin təyinat hava limanlarına vaxtında çatmasına mane olduğundan axşam saatlarına planlaşdırılan J2-186 və J2-806 nömrəli reyslər də təxirə salınıb.
⏭ AZAL vəziyyəti izlədiyini, sərnişinlərin məlumatlandırılması və onlara lazımi dəstəyin göstərilməsi üçün tədbirlər gördüyünü, bütün qərarların təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edildiyini bildirib.
4 075
⚡️ Rusiya vətəndaşlarının hazırda Avropaya səfər etməsi təhlükəlidir, bu, açıq-aşkar görünür – Peskov
Kremlin sözçüsü bu açıqlamanı Mixail Zvinçuk və onun komanda üzvlərinin Monteneqroda saxlanılmasını şərh edərkən verib.
4 075
ℹ️ ƏƏSMN Azərbaycanda pensiyaçılara hər üç aydan bir əlavə 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
4 075
🇸🇦 Səudiyyə Ərəbistanı husilərlə atəşkəs üçün şərt irəli sürüb
• Ər-Riyad son həftələrdə itirilən bütün ərazilər Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinin nəzarətinə qaytarılmayana qədər husilərlə atəşkəsə razı olmayacaq.
• Regional mənbə AFP-yə bildirib ki, Səudiyyə Ərəbistanı husilərin “hərbi şantajına” boyun əyməyəcək.
4 075
🇷🇺🇺🇦 Zelenski: Ukrayna Rusiyanın iki neft emalı zavodunu vurub
• Omsk və Uxta neft emalı zavodlarına PUA zərbələri endirilib
• Ukrayna sərhədindən 1900 km uzaqlıqda yerləşən Uxta zavodu təxminən 2500 km uçuş məsafəsinə malik AN-196 RS dronları ilə vurulub.
• Omsk zavoduna hücumda isə FP-6 dronlarından istifadə edilib.
• Rusiyada daha bir məlumat mərkəzinə zərbə endirilib
Ukrayna hücumları Rusiyanın zərbələrinə cavab adlandırıb.
4 075
📢Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası gələn il Azərbaycanda keçiriləcək.
4 075
🏫 Məktəblərdə vahid geyim formaları ilə bağlı monitorinqlər başlayır
📢 Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin məktəbli forması və müəllimlərin geyim qaydalarına əməl etməsi yoxlanılacaq.
🔎 Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, monitorinqlər zamanı həm şagirdlər üçün müəyyən edilmiş vahid forma tələblərinin, həm də müəllimlərin pedaqoji fəaliyyətə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası qiymətləndiriləcək.
👨👩👧👦 Qeyd olunub ki, məktəbli formasına nəzarət məktəb rəhbərliyinin, şagirdlərin müəyyən olunmuş geyimdə dərsə gəlməsini təmin etmək isə valideynlərin məsuliyyətidir.
📌 Geyim forması ilə bağlı məsələlər məktəblərin Pedaqoji Şuralarında müzakirə edilərək həll olunur.
4 075
🚨 Beyləqanda 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib
• Hadisə Eyvazalılar kənd tam orta məktəbində baş verib.
• İlkin araşdırmaya görə, şagirdlər “Texnologiya” dərsində özlərinin hazırladıqları qidanı yedikdən sonra zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər.
• 7-si qız, 7-si oğlan olmaqla 14 şagirdin vəziyyəti stabildir. AQTA hadisə ilə bağlı araşdırma aparır.
4 075
🇮🇷⚡ İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini və uranı heç kimə təhvil verməyəcəyini bəyan edib.
4 075
⚡️Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir.
4 075
🌧️ Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq.
❗️ Gecə bəzi yerlərdə yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış kəsiləcək.
☀️ Temperatur gündüz 19-21° isti olacaq.
🌧️ Rayonlarda da bəzi yerlərdə yağış, leysan və şimşək gözlənilir. Ayrı-ayrı ərazilərdə dolu düşə, yüksək dağlıq ərazilərdə qar yağa bilər.
☀️ Temperatur gündüz 20-25° sti olacaq.
