ch
Feedback
AĞTV MEDİA

AĞTV MEDİA

前往频道在 Telegram

ℹ️ Dünyada və ölkəmizdə baş verən ən son xəbərlər ! ➡️ AĞ Media Qrupu Web: agxeber.com YouTube: https://www.youtube.com/@agtvmedia https://www.instagram.com/agtvaz 🟢 Təklif, irad və əməkdaşlıq üçün əlaqə : @dk1318

显示更多
4 320
订阅者
-524 小时
-237
-7130
帖子存档
📞 Ceyhun Bayramov ilə İshaq Dar ABŞ və İran arasında əldə olunan razılşamanı müzakirə ediblər.

ABŞ-nin vitse-prezidenti: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib.

🇦🇲🇷🇺Rusiya Ermənistana etiraz notası göndərib Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gümrüdəki “Ana Ermənistan” abidəsinin təhqir edilməsini ortaq tarixi yaddaşa qarşı yönəlmiş hücum adlandırıb.

🇦🇿🇬🇧Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır.

🇺🇸🇮🇷❗️JD Vens: İranla 60 günlük danışıqlar bu gün başlayır.

Məsud Pezeşkian müharibənin dayandırılması istiqamətində göstərdiyi vasitəçilik səylərinə görə Şahbaz Şərifə təşəkkür edib.

Prezident İlham Əliyev: Müstəqil siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır.

⚡️Bakının ən təmiz çimərlikləri: Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan Son monitorinqlərə əsasən, Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan çimərliklərində dəniz suyunun keyfiyyəti norma daxilindədir. Xilasedici xidmətinin mövcudluğu və təhlükəsiz sahil şəraiti bu əraziləri yay istirahəti üçün ən əlverişli seçimlərdən birinə çevirir.

❗Rusiya Ermənistana etiraz notası göndərib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya Gümrüdə Sovet abidəsinin təhqir edilməsi ilə əlaqədar Ermənistana etiraz notası göndərib.

🇦🇿 İlham Əliyev: Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb, bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır.

🇮🇷🇦🇲 Ermənistan əgər Yaxın Şərqdə İranın addımlarını görməyibsə bundan yalnız itirən tərəf olar. İran açıq şəkildə körfəzi hədəfə aldığı kimi Ermənistanı da hədəf ala bilər - İran KİV

🇮🇷🇺🇲 İran və ABŞ arasında anlaşmaya əsasən ABŞ İranda heç bir müxalif qüvvələrə, habelə üsyançılara dəstək olmamaq, silah göndərməmək, kəşfiyyat dəstəyi verməmək, edamlara göz yummaq və digər rejim əleyhinə bütün tədbirlərə qarışmamaqla bağlı tam öhdəlik götürüb. - KİV

⏏️ Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib. "Sarı-lacivərdlilər" İsmail Kartalla 1 illik müqavilə bağlayıb. Qeyd edək ki, İ.Kartal daha əvvəl müxtəlif vaxtlarda dörd dəfə "Fənərbağça"nı çalışdırıb.

❗️🇨🇳🇮🇷 Çin Xarici İşlər Nazirliyi: “Çin və İran hərtərəfli strateji tərəfdaşdır. Çin siyasi qarşılıqlı etimadı qorumaq və möhkəmləndirmək, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək və Çin-İran hərtərəfli strateji tərəfdaşlığını inkişaf etdirmək üçün fəaliyyətini davam etdirəcək”

🌞Sabah Azərbaycanda 38 dərəcə isti olacaq.

⚡️ “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə Azərbaycan və İslam İnkişaf Bankı arasında Kredit sazişi imzalanıb.

🇦🇿Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim etdi.

❗Pentaqon rəhbəri NATO müttəfiqlərini İrana görə sərt tənqid edib, Avropadakı ABŞ qüvvələrinin yoxlanışı elan olunub.

⚡️️ İran diplomatik kanallar vasitəsilə Ermənistana bildirib ki, dünən imzalanmış memorandum çərçivəsində ABŞ administrasiyasından İran sərhədi yaxınlığında Ermənistan ərazisindən keçən “Tramp marşrutu”nun həyata keçirilməsi detallarına dair aydınlıq əldə etməyə çalışacaq. 🔴Tehran təhlükəsizliyinə əmin olmayana qədər TRIPP layihəsinə razılıq verməyəcək. İrəvana tövsiyə olunur ki, İranla ABŞ arasında dialoqun davam edəcəyi yaxın 60 gün ərzində bu layihə üzrə ciddi addımlar atmasın. - Erməni KİV

❗️Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU olub – Yaralılar var ▫️Azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyeva məxsus Moskvanın “Sadovod” bazarı dron hücumundan zərər görüb. Hadisə nəticəsində Şəkinin Kiçik Dəhnə kəndindən olan iki nəfər xəsarət alıb, bazarın fəaliyyəti isə dayandırılıb.