Daxili xəstəliklər
Відкрити в Telegram
Bu kanal Daxili xəstəliklər kitabındakı əlavələri paylaşmaq və yanlış məlumatları düzəltmək üçün açılmışdır. Korreksiyalar ümumi şəkildə qrupda paylaşılıb. (Pin olunmuş mesajlara mütləq baxın ⚠️)
Показати більше1 312
Підписники
Немає даних24 години
+67 днів
+1730 днів
Архів дописів
1 312
Salam.
🎀 Ginekologiya
👥️ Psixiatriya
🧠 Nevrologiya hazırlıqları üçün mesaj yazanlar var idi. Ümumi paylaşmaq istədim.
Not: Qeydiyyatla bağlı problem yaşamamaq mümkün qədər tez əlaqə saxlamağınızı məsləhət görərdim
1 312
Salam.
🟣 Bənövşəyi üzlü yeni kitabımıza əlavə olunan əsas məlumatlar bu pdfdə ümumiləşdirilib.
Nəzərimdən qaçan hər hansı hissələr olmuş ola bilər. Çünki dəyişiklikıər olduqca çox idi.
Uğurlar hər kəsə
1 312
https://forms.gle/xUwCVtVrKxmMuhtb6
📚 Nurəli doktorla mikrobiologoya dərslərində
NOYABR QRUPLARINA QEYDİYYAT BAŞLADI
1 312
⚠️
Salam, dostlar. Bir neçə məlumatı bölüşmək istədim sizinlə:
1. Yeni nəşrə 250-dən çox əlavə məlumat və bir neçə yeni mövzu əlavə edəcəyik. Bu səbəbdən, kitab satışını sentyabrın ortasına kimi dayandırmışıq.
Qeyd: Rayonlarda xidmət edən hərbi həkimlər və ya xarici ölkələrə üz tutan kolleqalar üçün indiki nəşrdən bir neçə kitabı Rihat printə qoymuşuq.
2. Yeni qruplara qeydiyyat kitabımız hazır olduqdan sonra başlayacaq. Bu barədə məlumatı sentyabrın ortaları sizinlə bölüşəcəyik.
1 312
📚 PATOLOJİ ANATOMİYA — REZİDENTURA HAZIRLIĞI
📅 15 SENTYABRDAN
💻 Zoom proqramı üzərindən
✨ Yeni slaydlar
✨ Yeni sistem və yeni yanaşma
✨ Bol-bol kodlarla yaddaşda qalacaq dərslər
✨ Mövzuya uyğun çoxsaylı testlər
✨ Sınaqlar və imtahan formatında suallar
✨ Mövzuların sistemli və ətraflı izahı
🎯 Məqsədimiz sadəcə oxumaq deyil — yüksək nəticə əldə etməkdir!
🏆 NƏTİCƏ QARANTİLİ PROQRAM!
6 illik təcrübə✅
📞 Əlaqə: +994 50 789 59 47
1 312
Hər kəsə təbriklər 💚
Gələn ay yenilənmiş kitab və testlərimizlə yenidən sizinlə olacağıq 🙏
1 312
Salam, dostlar. Bir neçə məsələni diqqətinizə çatdırmaq istədim.
1. İmtahandakı EKQ sualı (mənə deyildiyinə görə) sinoatrial blokadadır. Mən nə EKQ şəklini, nə də variantlarını görmüşəm. Tələbələrimizin təsvir etdiyi qədərilə 2PP intervalı qədər bir pauza olub.
Qeyd: Mən cavabları ilk hazırlayanda PQ intervalı uzun, QRS itir demişdilər. Bu səbəbdən cavabda yanlışlıq var idi, mobitz 1 yazmışdım.
2. Sideroblastik anemiya (qurğuşun zəhərlənməsi) mielodisplastik sindrom səbəbli olduqda makrositar anemiyaya səbəb ola bilər. Lakin bu bilgi kafedra kitablarımızda yoxdur. Apelyasiyaya versəniz də, yəqin ki, baxılmayacaq. Bu anemiya növü 90 faiz hallarda mikrositardır (kitabımızda dərsin ilk cümləsində yazıldığı kimi)
3. Cərrahi xəstəliklərdə isə pankreas köçürülməsi sualında yanlışlıq olduğu qeyd edildi. Kimdə yanlışdırsa, sabah DIM-ə yaxınlaşaraq ərizə yaza bilər.
İmtahandan sonra çoxsaylı mesajlar alıram. Bütün hamısına cavab yazmağa çalışacam.
1 312
Mən bu məlumatı xarici mənbələrdən sırf "elə belə" əlavə etmişdim. Kafedra kitablarında adı keçmirdi deyə aşağısına "düşmə ehtimalı çox aşağıdır" yazdım.
İmtahanda məhz bu cədvəldən sual salındı.
Müəllif kimi kitabıma istinad olunması əlbəttə məni sevindirir. Amma bu cür "küncdə bucaqda qalmış" sualların istifadə olunması yaxşı olmadı
Bu xarakterdə olan bir neçə suallar istisna, qalanları yazıla biləcək sadə suallar idi. Ümid edirəm ki, çox çətinlik çəkmədiniz
Uğurlu olan hər kəsi təbrik edirəm 💚
1 312
Mənə deyilən sualları bura yazacam
1. Qalxanabənzər vəzidə fibrozlaşma - Ridel tireoiditi
