Daxili xəstəliklər kitabı
الذهاب إلى القناة على Telegram
Bu kanal Daxili xəstəliklər kitabındakı əlavələri paylaşmaq və yanlış məlumatları düzəltmək üçün açılmışdır. Korreksiyalar ümumi şəkildə qrupda paylaşılıb. (Pin olunmuş mesajlara mütləq baxın ⚠️)
إظهار المزيد1 069
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
+1630 أيام
أرشيف المشاركات
Sınaq imtahanında iştirak etmək istəyənlər 3 iyul saat 11:00-dan 13 iyul saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 17 iyul 2026-cı il tarixində Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küç., 50) elektron formada keçiriləcək və saat 11:00-da başlanacaq.
Salam, dostlar.
Təməl mərhələ imtahanı bitdiyinə görə artıq klinik mərhələyə rahat fokuslana bilərik.
İstəyiniz üzərinə whatsapp kanalı və instagram səhifəsi açdıq. Hər ikisində imtahan qədər gündəlik spot və testlər paylaşılacaq.
Fərqindəyəm ki, belə kanalların sayı hədsiz çoxdur. Çalışacağıq ki, sizə daha orininal və faydalı bilgilər paylaşa bilək.
✅️ Qoşulmaq üçün link:
https://whatsapp.com/channel/0029VbCqwYU9RZAcs4VnpF1M
Bu işin böyük bir qismi Dr. Cavad Qəribov tərəfindən həyata keçiriləcək
Salam, dostlar. Hər dəfə "çox yoruluram, bu axırıncı qrupdur artıq" deyirəm, amma sözümü çeynəyirəm. İstəyiniz üzərinə təməl imtahanını 2-ci şansda keçən tələbələr üçün kiçik bir qrup açmaq qərarına gəldik. Dərslər 24 iyundan etibarən 1 gündən 1 keçiriləcək. İmtahana kimi çooooox sürətli şəkildə mövzuları bitirməyə çalışacağıq. Tək boş saatım 10:00 olduğu üçün bu saata salmalı olduq dərsləri. Maraqlananlar yazıla bilər. Qeyd: Qrup tamamlandıqdan sonra elanı siləcəyik.
Bugünkü imtahanda təkcə vəsaitlərimizi oxuyaraq bu sualları yaza bilərdiniz... Məntiqlə çıxarıla bilən sualları əlavə etmədik. Qeyd: Cavablar Dr. Emin Əsgərov tərəfindən hazırlanıb
Klinik mərhələ sınaqları üçün 1 günlük endirim mövcuddur. Qeydiyyat üçün əlaqə: @Dr_Cavad
Səhifə 274 - Hemoxromatozda hər iki tip hipoqonadizm müşahidə olunur. Amma daha çox ikincili hipoqonadizm xarakterikdir. Sual düşərsə, bu cədvəldəki kimi qəbul edərsiniz
Qeyri-xoralı kolitlərin əsas formaları və onlar haqqında bilməli olduğunuz konkret bilgilər aşağıdakılardır:
I. İşemik kolit - yoğun bağırsağın qan təchizatının azalması nəticəsində (dehidratasiya, şok, nəticəsində) yaranan zədələnmədir.
a) rentgendə "barmaq basıqlığı" (thumbprinting sign) - yoğun bağırsaq divarındakı submukoz ödem nəticəsində yaranır
b) Biopsiyada hemosiderinli makrofaqlar görünür
II. Qıcıqlanmış bağırsaq sindromu (spastik kolit) -
a) Funksional xəstəlikdir, üzvi bir patologiya yoxdur. Laborator müayinə normaldır və endoskopiyada xora, polip və ya eroziya görünməz. Həmçinin nəcisdə irin və ya qan xarakterik deyil. Lakin selik müşahidə edilə bilər.
b) Endoskopiyada diskineziya müşahidə edilə bilər (Patologiyanın əsasını sinir sistemi dəyişikliyi ilə əlaqədar olaraq yoğun bağırsaq əzələlərinin motorikasının pozulması təşkil edir - ağrı, qəbizlik və ya ishal)
Qeyd: Diskineziya struktur zədə deyil, funksional dəyişiklikdir. Suallarda "endoskopiya nəticəsi normaldır" deyilsə, doğru qəbul edərsiniz
III. Radiasion kolit - endoskopiyada teleangektaziya müşahidə edilir (şüa təsirilə ortaya çıxır)
IV. Mikroskopik kolit - endoskopiya normaldır, diaqnozu biopsiya ilə qoyulur. 2 növü var:
a) Kollagenoz kolit
b) Limfositar kolit
https://forms.gle/oxrD8CiUDvDFbAHY6
2023-2024-cü illərdəki sınaqlarım hər birinizə bəllidir. Əksər suallarım hətta imtahanda da qarşınıza çıxmışdır.
Həmin sınaqlar aktuallığın itirdiyi üçün (çıxarılmış mövzular var idi) yeni sınaqlar hazırladıq. İmtahana qədər həftədə 2 dəfə iştirak edə bilərsiniz.
İlk sınaq tarixi: 7 iyun
Şərtlər linkdə qeyd edilib🤝
Müəllif: Dr. Emin Əsgərov
Salam, dostlar.
Avqust ayına qədərki sonuncu qrupumuzun elanını da sizinlə paylaşırıq.
✅️ Dərs qrafiki:
I gün - 18:00
IV gün - 18:00
VI gün - 17:00
May ayı normalda sonuncu qrupumuz olmalı idi. İstək çox olduğu üçün növbəti intensiv qrupumuzu açmaq qərarına gəldik.
💥 Dərslər iyun ayının ilk həftəsi başlayacaq
Qeyd 1: Proqramı sürətli təkrar dərslərinə qədər bitirəcəyik. Yəni, kitabı 2 dəfə təkrar etmiş olacaqsınız.
Qeyd 2: Keçmiş qruplarımızın tələbələri bu dərslərdə dinləyici kimi iştirak edə bilər.
📥 Ətraflı məlumat üçün: 055-354-26-03
💥 Daxili xəstəliklər fənnindən sınaq və testlərdə istifadə olunan əlavə bilgilər aşağıda qeyd olunan faylda paylaşılacaq.
⛔️ Paylaşılan məsələlər kitabımızda olmadığı üçün (və ya var, amma çox vurğulamamışıq) bu fayla qətiyyən ötəri yanaşmayın.
Vaxt olduqca mütəmadi şəkildə məlumatları təqib etməyinizi məsləhət görərdim.
✅️ Online pdf linki: https://docs.google.com/document/d/1HV96pke-c_okHtGU4KQX68XZia6D8KqIi5L4S1kRfU4/edit?usp=sharing
Qeyd: Məlumatlar mən və Dr. Cavad Qəribov tərəfindən imtahan mənbələri əsas götürülərək hazırlanır. Yəni lazımsız bilgilər olmayacaq
Salam, dostlar. Normalda sınaq imtahanı işləməyi heç kimə məsləhət görmürəm. Xüsusən də, müxtəlif saytlarda satılanları. Çünki imtahan sualları ilə qəti əlaqələri olmur 😄
✅️ Lakin bu il klinik mərhələ imtahanına oxşar suallar istifadə etdiyi üçün sınaqlarını bəyəndiyim bir müəllif oldu.
Özü imtahan mənbələrinə uyğun daxili xəstəliklər fənnindən 42 suallıq 6 sınaq hazırlayıb.
Həmçinin digər müəllimlərin iştirakı ilə də 100 suallıq ümumi sınaq imtahanı hazırlanıb. Bu müəllimlərin də özü ilə yaxından tanışam və təcrübələrinə güvənirəm.
💥 Qiyməti də çox münasibdir. Məncə, bu sınaqlardan faydalanın.
✏️ Qeydiyyat üçün: https://forms.gle/sgbDrHg8Z4ZpqNRa9
Kitabımızdakı bilgilərin spot kimi paylaşıldığı whatsapp kanalı (admini mən deyiləm)
https://whatsapp.com/channel/0029VbCOo4NISTkKkpSDXe1C
Salam. Kitabımızın rus dili tərcüməsi artıq hazırdır. Sifariş üçün instagramda @perviz_mikayilov profilinə yaza bilərsiniz.
Bir az da qaza gəlsək, alman dilinə də tərcümə edəcəyik
Bu mesajı indi paylaşdım ki, reklam üçün olduğunu düşünməyəsiniz.
May qruplarımıza qeydiyyat bitib 👍
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
