Kitab Sevər
Відкрити в Telegram
Kitablardan mənalı sitatlar, aforizmlər 📖🧡 Psixoloji yazılar və mənəvi inkişafla bağlı sizə yardımı olacaq cümlələr. 🌼 Düşündürücü fikirlər və ilham verən sətirlər.. 🎈
Показати більше627
Підписники
+124 години
+47 днів
-330 днів
Архів дописів
627
Dünyanın ən çətin insanı, heç şübhəsiz ki, üzr istəyəcəyi yerdə haqlı çıxmağa çalışanlardır.
627
Böyüklük səndə qalsın' sözündən nifrət edirəm. Niyə məhz məndə qalsın? Yetkinlik, hörmət, vicdan kimi anlayışlar yalnız mənim üzərimə düşür? Mən başqalarının yerinə düzgün davranmağa və onların yerinə utanmağa məcbur deyiləm.
627
İnsan davranışına dair 10 sirr:
İnsan əsəbiləşəndə sakitkən deyə bilmədiklərini deyə bilər.
İnsanın əsl üzü tək qalarkən etdiyi şeydir.
Yalnız ehtiyacı olanda gəlirsə, səni yox, səndəki faydanı axtarır.
İnsanın niyyəti sözlərdə yox, davranışda gizlidir.
İnsan ən çox nəyi idarə etməyə çalışırsa, onu itirməkdən qorxur.
İnsanın xarakteri rahatlığında yox, təzyiq altında görünür.
Səni qıcıqlandıran insan öz kölgəni göstərə bilər.
İnsan ən çox zəifliyini gizlətmək üçün güclü görünür.
İnsan istədiyini yox, ehtiyac duyduğunu seçir.
İnsan özünü tanımadıqca, onu taleyi idarə edir.
627
İnsanların sənin haqqında danışacaq çox gözəl sözləri var... amma bunun üçün əvvəlcə ölməlisən.
627
Barışmağa niyyəti olan barışar, anlaşmaq istəyən ortaq yol tapar, səhvini düzəltmək istəyən düzəldər, dəyər verən bunu göstərər. Qısası, 'mən belə insanam' deyə bir şey yoxdur. 'Mən sənə qarşı belə davranıram' deyə bir şey var.
627
İnsan bir şeyin yoxluğuna zamanla öyrəşə bilir, amma azlığına heç vaxt. Çünki yoxluq insanı qəbul etməyə məcbur edir, azlıq isə daim ümid verib gözlədir.
627
Keçimsiz qadın yoxdur əslində!
Evlənməzdən əvvəl qırx cür cəhdlə, min bir diqqət və qayğı ilə əldə edilməyə çalışılan, amma əldə edildikdən sonra göstərilən laqeydlikdən incimiş qadın var. Dəyər görməyən, diqqətsiz buraxılan, özünü ifadə etməkdən yorulan və sonda yalnız eşidilmək üçün narahatlıq yaratmağa məcbur qalan qadın var. 🌾
627
Əsl tükənmişlik elə də yorulduğun vaxt başlamır. Əsl tükənmişlik o vaxt başlayır ki, içində artıq nə maraq qalır, nə istək, nə də gələcəyə dair bir ümid. Sadəcə öz həyatının yerini bitib-tükənməyən bir "lazımdır" tutur.. 🍁
627
Həyatda sandığımız kimi olmayan nə çox şey var. Və sandığımız kimi çıxmayan nə çox insan. Deyəsən, duyğuların ən pisi "Sanmaq"dır. 🍂
627
İnsana ən çox acı verən şey əlçatmaz olan deyil, əslində çox yaxın görünən, lakin əldən verilən imkanlardır.
627
Vücudun istəsən də, istəməsəndə yaşlanmağa doğru gedəcəkdir.
Ruhuna gəldikdə isə - bax o sənin istəyinə baxır.
... Özünə yaxşı bax! 💕🌸
627
- İnsanlar bir-birilərini dəyişməyə çalışmasalar, təbii olduğu kimi qəbul etsələr, heç kəs məyus olmaz. 📖
(İnsanları olduqları kimi qəbul etmək, həm bizi böyük bir gözlənti yükündən azad edir, həm də qarşı tərəfə özü olmaq azadlığı tanıyır.)
627
Bəzən insan küsmür, sadəcə sakitləşir. Çünki başa düşür ki, dəfələrlə izah edilən şey anlaşılmırsa, susmaq ən böyük cavabdır.
Çünki məsələ mübahisə etmək deyil; məsələ, anlaşılmaqdan ümidi kəsməkdir. 🌙
627
Həqiqət o qədər sadədir ki, heç bir izaha ehtiyac duymaz; kişi bir şeyi istərsə — ona uyğun da hərəkət edər. Sevəndə isə — qoruyar (sahib çıxar). Çünki əsl hisslər, mürəkkəb bəhanələrə ehtiyac duymur. 🎈
627
"Mən hər şeyin ən yaxşısına layiqəm."
Bəlkə də elədir. Amma layiq olmaq, başqalarının sənə borclu olması demək deyil.
Heç nə vermədən daim almağı, dəstək olmadan dəstək gözləməyi, qarşılıq vermədən güzəşt tələb etməyi "haqqım" adlandırmaq özünə sevgi deyil.
Həqiqi yetkinlik yalnız nəyə layiq olduğunu bilməkdə deyil, nə verdiyinin də fərqində olmaqdır.
Çünki həyatın ölçüsü yalnız aldıqlarınla deyil, verdiklərinlə də müəyyən olunur. 🍁
627
"Mən hər şeyin ən yaxşısına layiqəm."
Bəlkə də elədir. Amma layiq olmaq, başqalarının sənə borclu olması demək deyil.
Heç nə vermədən daim almağı, dəstək olmadan dəstək gözləməyi, qarşılıq vermədən güzəşt tələb etməyi "haqqım" adlandırmaq özünə sevgi deyil.
Həqiqi yetkinlik yalnız nəyə layiq olduğunu bilməkdə deyil, nə verdiyinin də fərqində olmaqdır. Çünki həyatın ölçüsü yalnız aldıqlarınla deyil, verdiklərinlə də müəyyən olunur. 🍂
