ch
Feedback
Kitab Sevər

Kitab Sevər

前往频道在 Telegram

Kitablardan mənalı sitatlar, aforizmlər 📖🧡 Psixoloji yazılar və mənəvi inkişafla bağlı sizə yardımı olacaq cümlələr. 🌼 Düşündürücü fikirlər və ilham verən sətirlər.. 🎈

显示更多
641
订阅者
-324 小时
无数据7
-730
帖子存档
".. itirmə qorxusu daha çox şey itirməyinə səbəb olur.."

İnsanlar dəniz kimidirlər. Yalnız sahillərini görə bildiyiniz halda, dərinlikləri haqqında hökm verməyin. Bir insanın zahirdə görünən tərəfi onun həqiqi mahiyyətini tam əks etdirmir. İnsanların qəlbində, düşüncələrində, yaşadıqları təcrübələrdə və hisslərində bizim görmədiyimiz çox şey var. Buna görə də onları tələsik mühakimə etmək və ya tam tanıdığımızı zənn etmək doğru deyil. İnsanları yalnız gördüyünüz tərəflərinə görə deyil, görə bilmədiyiniz dərinliklərinə görə də dəyərləndirin.

İnsanlar məni fərqli cür görürlər. Bəzi insanlar məni mehriban və səmimi hesab edir, bəziləri isə məni kobud və ya təkəbbürlü. Bəzi insanlar məni sakit biri kimi görürlər, bəziləri isə məni çox danışan hesab edirlər. Amma mən hələ də eyni insanam. Sadəcə olaraq, insanlar məndə fərqli tərəfləri ortaya çıxarır, mənə isə onların mənə necə davrandığı bağlıdır. 🦋

- Mənə elə gəlir ki, siz mənim də ürəyim olduğunu, sadəcə, unudursunuz. ❤️‍🩹

İnsan bəzən başqasının alçalmasında öz üstünlüyünün təsəllisini tapır. Fyodor Mixayloviç Dostoyevski

Nə böyük faciədir.. Çürüyüb gedəcək bədən qayğı ilə bəslənərkən, əbədi yaşayacaq ruh laqeyd edilir. 🎈

Hər şey yerindədir, bircə əvvəlki mən yoxam... 🦋

Pis həkim bir canı itirər, pis vəkil bir taleyi məhv edər, pis polis bir həyatı qaraldar, pis hakim isə cəmiyyətin ədalətə inamını öldürər. 🥀

Varkən adi görünənlər, yoxkən ən böyük boşluğa çevrilir..

İnsan var hər şeyə sahibdir, amma ona layiq deyil. İnsan da var hər şeyə layiqdir, amma sahib deyil. Sonda isə hər kəs eyni torpağın altında BƏRABƏRDİR.

Bir gün hər kəs anlayacaq ki, intihar edə bilməmək, intihar etməkdən daha çətindir.

Dedikləri ilə etdikləri fərqli olan insanları itirmək heç vaxt heç bir halda itki deyil. 🌿

Dilin tökdüyü zəhəri ürəyin təmizliyi təmizləmir.

Bəzi insanların bütöv bir çörəkxanası olsa da, yenə də sənin kiçik bir çörək diliminə həsəd aparırlar. Qısqanclıq sənin nəyə sahib olduğunla deyil, kim olduğunla bağlıdır.

Amma sən yaxşı üzə biləndə, insanlar sənin də boğula biləcəyini unutmağa meylli olurlar. 🍁

Biz insanları bizə qarşı etdikləri səhvlərə görə yox, həmin səhvləri onlardan heç vaxt gözləmədiyimiz üçün bağışlaya bilmirik. Çünki ən dərindən vuranlar, həmişə ən çox güvəndiklərimiz olur. 🌾

Deyir ki : Ağıllı kişilər bilirlər ki, xoşbəxt etdikləri qadın onları daha da xoşbəxt edər. 💕

Birinin özünü səndən soyutması da Allahın rəhmətidir.. 🌻

Təəssüf ki, insanlar üçün əslində olduğumuzdan daha çox şey ifadə etdiyimizi zənn edərək, öz hisslərimizi özümüz incidirik. 🍂

Deyir ki: Bir insan səni itirməkdən qorxduğunu deyəcək. Başqa biri isə elə davranacaq ki, səni heç vaxt itirməsin. Dəyər sözlə deyil, hiss etdirməklə verilir. 💌