cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Guney AZfront

O taylı, bu taylı Azərbaycanımız!

Більше
Рекламні дописи
4 320
Підписники
-724 години
-97 днів
-5830 днів
Час активного постингу

Триває завантаження даних...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Аналітика публікацій
ДописиПерегляди
Поширення
Динаміка переглядів
01
Şərqi Azərbaycanda yaxın günlərdə hava pisləşəcək Şərqi Azərbaycan Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma İdarəsi: “Meteoroloji proqnoz xəritələrinə əsasən, yaxın 4 gün ərzində, xüsusilə Şərqi Azərbaycan əyalətinin şimal yarısında atmosfer qeyri-sabitliyi davam edəcək və bu müddət ərzində orta səviyyəli atmosfer dalğalarının keçməsi, buludların artması, yağış, leysan, nisbətən qüvvətli külək və tozlu olma ehtimalı var”. #GuneyAzerbaycan
1040Loading...
02
İsrail: İran terrorizmi təbliğ edir “İran rejimi Amerika və Avropada terrorizmi təbliğ edir. İran ilanın başıdır və azad dünya çox gec olmadan onun qarşısını almalıdır”. Bu sözlər İsrail Xarici İşlər Nazirliyinin Əli Xaməneinin ABŞ tələbələrinə yazdığı məktubla bağlı bəyanatında qeyd olunub. Əli Xamenei Qəzza zolağında baş verənlərə görə etiraz aksiyaları keçirən amerikalı tələbələrə məktub yazıb. İran rəhbəri məktubda onların əməlini təqdir edib və tələbələri hakimiyyətləri qarşısında daha əzmkar və mübariz olmağa çağırıb.  #İran #İsrail
1280Loading...
03
“Milli fəalların məhkəmələri açıq və şəffaf keçirilməlidir” aksiyasına Azərbaycanın Quzeyi də dəstək verib. Bu dəfə Kənan Hüseynzadə adlı şəxs siyasi məhbus olan həmfikirlərinə dəstək olduğunu açıq şəkildə bildirib. Sözügedən məsələni Güney Azərbaycan Milli Hərəkatının fəalı, keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli ilk dəfə qaldırıb. #SiyasiMehbus #MilliFeal #aksiya #etiraz
1230Loading...
04
Avstraliya İrana səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib Avstraliyanın Xarici İşlər Nazirliyi mayın 30-da öz vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi tövsiyə edib və hazırda İranda olan avstraliyalılara İranı tərk etməyi məsləhət görüb. Xəbərdarlıq çağırışında İranda hökumətin şantaj məqsədilə adam oğurluğu təhlükəsi xatırladılıb, bu ölkədə özbaşına həbs olunma riskinin yüksək olması diqqətə çatdırılıb. Bəyanatda İranın İraq, Əfqanıstan və Pakistanla sərhəd bölgələri "son dərəcə təhlükəli" yerlər kimi qeyd edilib.  #Iran #Avstraliya
1310Loading...
05
Urmiyada sement zavodu sürücüləri etiraz aksiyası keçiriblər Urmiya sement zavodunun sürücüləri maaşlarının aşağı olmasına etiraz olaraq tətil edib və sement yükləməkdən imtina ediblər. #GuneyAzerbaycan #etiraz
1500Loading...
06
Azərbaycanlı milli fəal Məhəmməd Əli Rezainin işi Təbriz İnqilab Məhkəməsinə göndərilib. Keçən ilin may ayında həbs edilən cənab Məhəmməd Əli Rezainin işi Təbriz İnqilab Məhkəməsinə verilib. Azərbaycanlı fəal “İran İslam Respublikası əleyhinə təbliğat aprmaq”da ittiham olunur. #GuneyAzerbaycan #millifeal
1440Loading...
07
Güney Azərbaycanda Şairlər Məqbərəsi “uşaq bağçası”na çevrilib  Sosial şəbəkələrdə paylaşılan videoda görünür ki, Təbrizdə yerləşən Şairlər Məqbərəsində velosiped və konki sürən azyaşlıların əlindən hərəkət etmək mümkün deyil. Şairlər Məqbərəsinin son vəziyyətini paylaşan yerli sakinlərdən biri bunu tənqid edib: “Şairlər Məqbərəsində dəhşətli vəziyyət hökm sürür. Velosiped və konki sürənlərə görə rahat gəzmək olmur. Bələdiyyə və ya səlahiyyətli qurumlar niyə bura nəzarət etmirlər?" Qeyd edək ki, məşhur Şairlər Məqbərəsində 400 şair, o cümlədən Heydər Baba ləqəbli dahi Azərbaycan şairi Ustad Şəhriyar dəfn olunub. #GuneyAzerbaycan
1550Loading...
08
İsveçin cinayətkar dəstələri İranın yəhudilərə və İsrailə qarşı etibarlı qüvvəsinə çevrilib İsveçin kəşfiyyat və təhlükəsizlik agentliyi İranın İsveçdə İsrailə və ya yəhudilərə qarşı “zorakılıq hərəkətləri” törətmək üçün İsveç cinayətkar dəstələrindən istifadə etdiyinə dair sübutlara malik olduğunu açıqlayıb. #İran #Terror
1440Loading...
09
Təbrizdəki Firdovsi adına liseydə Məzunlar Dərnəyi yaradılıb Təbrizdəki Firdovsi liseyinin ağsaqqallarının, müəllimlərinin və məzunlarının kollektiv səyləri ilə bu təhsil ocağının Məzunlar Dərnəyi yaradılıb və fəaliyyətə başlayıb. #GuneyAzerbaycan
1490Loading...
10
İranda tütün istehlakının vəziyyəti ilə bağlı statistika açıqlanıb 2021-ci ildə İranda tütün istehlakının vəziyyəti ilə bağlı son araşdırma aparılıb və ölkə əhalisinin 14,01 faizinin tütün məmulatlarından istifadə etdiyini göstərir. Bunun 9,33 faizi siqaret, 4,5 faizi isə qəlyan istifadəçiləridir. 2016-2021-ci illər arasında siqaretin miqdarı kişilər və qadınlar arasında müvafiq olaraq 3% və 11% artmışdır. 18-24 yaş arası kişilər və qadınlar arasında siqaret çəkmə müvafiq olaraq 34% və 90% artıb. 18-24 yaş arası qadınlar arasında gündəlik siqaret istehlakı 190%, bu yaşda olan kişilər arasında isə 46% artıb. #İran
1470Loading...
11
Beyin ölümü keçirən Təbrizli xanımın orqanları dörd xəstəyə bağışlanıb Təbriz Tibb Elmləri Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsi: “Yol qəzası nəticəsində beyin ölümü keçirən Təbrizdən olan Mina Mirzainin orqanları ailəsinin razılığı ilə İmam Rza Tibb Təhsil Mərkəzinin ehtiyacı olan 4 xəstəsinə bağışlanıb. Bir böyrək Basmənc şəhərindən olan 30 yaşlı kişiyə, ikinci böyrək 39 yaşlı Təbrizli kişiyə, qaraciyər isə 43 yaşlı Təbrizli qadına verilib. Adıçəkilən xanımın ürəyi isə təcili yardım təyyarəsi ilə Tehrana aparılıb və 14 yaşlı yeniyetməyə köçürülüb”. #GuneyAzerbaycan
1400Loading...
12
Təbrizdə İran rejiminin həbsxanalarında saxlanılan Güney Azərbaycanın milli və mədəni fəallarına dəstək aksiyası keçirilib.  #GuneyAzerbaycan #millifeal
1410Loading...
13
Azərbaycan və İran Araz su anbarının bölgüsünü müəyyənləşdirib Mayın 29-da Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü keçirilib. Görüşdə Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və protokol imzalanıb. #İran
1531Loading...
14
2024-cü ildə Paris Paralimpiya Oyunlarında iştirak etməyə hazırlaşan İranın iki milli paraüzgüçüsü Şahin İzadiyar və Sina Zeyğaminejad Fransada keçiriləcək oyunlarda iştirakdan məhrum ediliblər. Fransa hər iki idmançıya viza verməyib. #İran
1560Loading...
15
İranla Türkiyə arasında ticarət dövriyyəsi 12% artıb Türkiyə Statistika İdarəsi: “Bu ilin dördüncü ayında ölkənin İranla ticarət mübadiləsi keçən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 386 milyon dollara çatıb”. #İran #Turkiye
1520Loading...
16
Övladına Huntay türk adı qoymuş azərbaycanlı ana 6 ildir onun sənədini ala bilmir. Bu barədə Sevda Fərəczadə öz sosial media hesabında paylaşım edib. Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur. Yeni doğulanlara Azərbaycan adları qoyulmasına qadağa siyasəti davam edir  İranda Volkan adlı azərbaycanlı uşağa doğum haqqında vəsiqə verilmir  Molla rejimi Elana adlı uşağa türkcə ad qoyulmasına icazə vermir  Qeydiyyat İdarəsi azərbaycanlı uşağa Urmu adının verilməsinə icazə vermir Makudan olan Almilə adlı körpə hələ də doğum haqqında şəhadətnamə ala bilmir Vətəndaş Qeydiyyatı Təşkilatı "Əlburan" adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb  Elcan adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamə verilmir  Hunay adlı körpəyə adı türk olduğu üçün şəhadətnamə verilmir 
1600Loading...
17
Rejimin islami irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Fars Dilinin Qorunması Şurasının toplantısında adları fars dilində olmayan bir sıra sahibkarlıq və ictimai obyektləri, o cümlədən mağaza və kompleksləri hədələyib: “Qanuna tabe olmayan obyekt və komplekslərin adları dəyişdirilməsə, bağlanacaq”. O, molla rejimin rəhbəri Əli Xameneinin fars dilinin qorunması ilə bağlı dediklərinə toxunaraq əlavə edib: “Qanunu pozanlar olarsa, prokurorluğa məlumat göndərəcəyik, lazım gələrsə, məhkəməyə şikayət verəcəyik”. Qeyd edək ki, molla rejiminin İslami İrşad və Mədəniyyət Nazirliyi ictimai məkan və mağazalara türk, kürd, lor və s. dillərdə adların verilməsinə qadağa qoyub. #İran
1640Loading...
18
​​Güney azərbaycanlı məhbusun həyatı təhlükədədir 2022-ci ilin sentyabr ayından İranda başlayan ümumi etiraz aksiyaları zamanı həbs edilən və Kərəcin Qızıl Hisar həbsxanasında saxlanılan Güney azərbaycanlı gənc Milad Azmunun həyatı təhlükədədir. Təhlükəsizlik məmurları Milad Azmunu və onunla birgə həbs edilən başqa 3 gənci 1 ay əvvəl Qızıl Hisar həbsxanasından naməlum yerə aprıblar. Onların ailələrinin gənclərin taleyi və harada saxlanıldıqları ilə bağlı müraciətləri cavabsız qalıb. Ailələr Milad Azmun və başqa gənclərə qarşı ağır ittihamlar irəli sürüldüyünə görə onların gizli edam ediləcəklərindən nigarandırlar. Qeyd edək ki, əslən Xiyavın (Meşkin) Qoşa kəndindən olan 25 yaşlı Milad Azmun və başqa dörd gənc 3 noyabr 2022-ci ildə etiraz aksiyaları zamanı SEPAH-yə bağlı yarımhərbi Bəsic qüvvələrinin üzvü Arman Aliverdini ölürməkdə ittiham olunurlar. Azərbaycanlı gənc işgəncəyə məruz qalıb, kamera qarşısına çıxarılsa da, barəsində irəli sürülən ittihamı qəbul etməyib. Ancaq buna baxmayaraq, Tehran məhkəməsi onu "müharibə"  ittihamı ilə edama məhkum edib.
1590Loading...
19
Marağa şəhərinin karvansaralarının bərpasına, abadlaşdırılmasına və təşkilinə ciddi ehtiyacı var Marağa şəhərində yerləşən tarixi karvansaralarının bir çoxu zaman keçdikcə dağılıb və ciddi şəkildə bərpaya ehtiyacı var. Marağanın tarixi saraylarından 2-si milli abidələr siyahısında qeydə alınıb və başqa 8 sarayda siyahıya salınma ərəfəsindədir. Marağa şəhərində Qacarlar dövründən və ondan əvvələ aid 10 tarixi karvansara var və illər keçdikcə bu karvansaralar hələ də quru mal, parça və baqqal ticarəti yeridir. #GuneyAzerbaycan
1720Loading...
20
Güneyli müəllimin işdən uzaqlaşdırılması ilə bağlı qərar qüvvədə saxlanılıb Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar tərəfindən müəllimlər həmkarlar ittifaqı fəalı Əli Hacının 6 ay müddətinə işdən kənarlaşdırılması ilə bağlı hökmü qüvvədə saxlanılıb. Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar, Şərqi Azərbaycan vilayətinin Culfa şəhərindən olan müəllim Əli Hacının 6 ay müddətinə xidmətdən uzaqlaşdırılmasına qərar vermişdi. Əli Hacı sosial media hesablarında İranda 2022-ci il kütləvi etirazlarına dəstək olmaq, hökumətin repressiya siyasəti ilə bağlı paylaşdığı yazıları və müəllimləri etiraz mitinqləri təşkil etməyə təşviq etməkdə təqsirləndirilib. #GuneyAzerbaycan
1650Loading...
21
Xoy şəhərinin “Simaye Roshd” Təhsil Texnologiyalarının İnkişafı İnstitutunun qızları Urmiya gölünün qurumasına diqqət çəkmək üçün mahnı ifa ediblər.  #GuneyAzerbaycan #Urmiya
1761Loading...
22
Çaypara kənd təsərrüfatı sektoruna 133 milyard tümən ziyan vurulub Çaypara şəhərində yağan güclü dolu bu şəhərin kənd təsərrüfatı sektoruna təxminən 133 milyard tümən ziyan vurub. Bu şəhərin 2300 hektardan çox kənd təsərrüfatına, o cümlədən buğda, arpa, çuğundur, balqabaq, günəbaxan və yonca sahələrinə ziyan dəyib.  #GuneyAzerbaycan
1710Loading...
23
Təbriz şəhərinin 10-cu rayon bələdiyyəsindən olan polis Hüseyn Cəfər küçədə meyvə satıcısını yerə yıxaraq, ona elektroşokla xəsarət yetirib.  Sosial şəbəkə istifadəçiləri bu hərəkəti qanunsuz sayıblar: “Fərqi yoxdur zərərçəkən nə edib. Polisin zorakılıq etmək hüququ yoxdur. Polisin vəzifəsi həbs etməkdir”. #GuneyAzerbaycan
1811Loading...
24
“İRİB” xəbər mediası etik normaya uyğun olmayan hərəkətə əl atıb: buraxılış imtahanında saxtakarlıq edən bəzi tələbələrin şəkilləri nümayiş etdirilib. Dövlət xəbər kanalının bu addımı sosial şəbəkə istifadəçilərinin qınağına səbəb olub. Həmçinin bir çox iran xəbər portalları bu olayı: “Sistemin siyasəti fırıldaqçıları aşkar etməkdirsə, parlament sədrinin səslərinin hesablanmasında saxtakarlıq edənlərin şəkillərini də göstərsin”, – deyə şərh ediblər. #İran
1810Loading...
25
İran coğrafiyasında yerləşən Güney Azərbaycan türkləri əhəmiyyətli mədəni və dil problemləri ilə üzləşirlər. Onların ana dilində danışmalarına baxmayaraq, azərbaycanca yazmaq və oxumaq imkanları məhduddur. Bu, dil və mədəni hüquqlarının daha çox qorunduğu Quzey Azərbaycan azərbaycanlılarından tamamilə fərqlidir. Güney Azərbaycanda yaşayan və İranda fars aparteid sistemi altında yaşayanların azərbaycanlı kimliyini və hüquqlarını gücləndirmək üçün çoxşaxəli yanaşma tələb olunur. Güney Azərbaycanın siyasi, sosial və mədəni xəbərlərini əks etdirən ANT televiziya kanalı bu məqsədə kömək edə biləcək bəzi vacib addımlar barədə məqalə dərc edib. Yazının ardını aşağıdakı linkdən oxuya bilərsiniz👇 https://www.aznews.tv/guney-az%c9%99rbaycanda-az%c9%99rbaycanliligin-gucl%c9%99ndirilm%c9%99sinin-yollari/
1780Loading...
26
Azərbaycanlı fəalların işi Təbriz İnqilab Məhkəməsinə göndərilib Dörd azərbaycanlı fəalın – Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Əməni Nadarlı və Əlirza Səbrinin işləri Təbriz İnqilab Məhkəməsinə verilib. Qeyd edək ki, bu fəallar ötən il SEPAH tərəfindən həbs edilmiş və təxminən bir aydan sonra zaminə buraxılmışdılar. #GuneyAzerbaycan #millifeal
1770Loading...
27
Təbriz sakini küçənin ortasında təhlükəsizlik qüvvələri tərəfindən döyülüb
1740Loading...
28
İran Müqavimət Tərəfdarları Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahı qarşısına toplaşaraq, İran rejiminin keçmiş prezidenti İbrahim Rəisinin anım mərasiminə etiraz ediblər.  Mitinq Rəisinin insan haqlarının pozulmasına və İranda minlərlə siyasi məhbusun edamında iştirakına etinasızlığı pisləmək üçün təşkil edilib.  Etirazçılar rejim əleyhinə şüarlar səsləndirib və Rəisi rejiminin qurbanları üçün ədalət tələb ediblər. Rejimin ali lideri Əli Xamenei əleyhinə şüarlar küçələrdə əks-səda verib, nümayişçilər Rəisinin anım mərasimini pisləyən plakatlar tutublar.  Etirazçılar Rəisi tərəfindən edam edilən minlərlə siyasi məhbusun şəkilləri olan plakatlar nümayiş etdiriblər. #BMT #ReisiQeza
1840Loading...
29
BMT Baş Assambleyasının sədri Dennis Fransisin sözləri ilə başlayan İbrahim Rəisinin anma mərasiminin yayımlanan görüntülərində oturacaqların çoxu boş olub 193 ölkədən ibarət Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ənənəvi olaraq, ölümü zamanı hakimiyyətdə olan istənilən dünya liderinin xatirəsinə anım mərasimi keçirir, lakin İbrahim Rəisinin mərasimi geniş tənqidlə qarşılanıb. İranda yüzlərlə ailə, qadın haqları və insan haqları fəalları Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti Dennis Fransisə açıq məktublar göndərərək bu mərasimin keçirilməsinə etiraz ediblər. #BMT #ReisiQeza
1900Loading...
30
Qacar şahlarının Kəyan tacı Tac XVIII əsrin sonlarında Fətəli şahın sifarişi ilə hazırlanıb. Qacarlar özlərini İranın əfsanəvi Kəyan hökmdarlarının xələfi göstərmək məqsədilə taca bu adı vermişdilər. Tacın əsası qırmızı məxmərdəndir və üzərinə minlərlə qiymətli daş düzülüb. Ən böyüyünün çəkisi 80 karat olan zümrüdlərin sayı 300-ə çatır. 1500 qırmızı daş var, böyükləri şpinel, kiçikləri isə yaqutdur. Ən böyük brilyantın çəkisi 23 karatdır. Mirvarilərin sayı isə 1800-ə çatır. Qacar şahları tacqoyma mərasimlərində, yüksəkrütbəli qonaqlar qəbul edərkən tacı qoyurdular. Qacar sülaləsinin devrilməsindən sonra hakimiyyətə yiyələnən Rza şah bu tacdan istifadə etməyərək tacqoyma mərasimi üçün Pəhləvi tacı sifariş verdi. Hazırda Kəyan tacı İran Milli bankının xəzinəsində saxlanılır. #GuneyAzerbaycan
2000Loading...
31
Güneyli sakin İran hökumətinin yalanını ifşa edib: dövlət saytlarının Urmiya gölü səviyyəsinin 70 santimetrə qədər qalxması barədə məlumatı yalan çıxıb. #Urmiya
3992Loading...
32
İran bu gün: qadınlar məcburi hicaba “YOX” deyirlər İranın müxtəlif bölgələrində qadınlar azad geyimdə gəzirlər. Molla rejiminin səylərinə baxmayaraq, bunun qarşısını almaq mümkün deyil. #İran #hicab
2340Loading...
33
“Cavan” qəzeti: İran hökuməti 2,5 milyona yaxın əfqanlı qeyri-qanuni mühacirə yaşayış sənədləri verib “Cavan” qəzeti: “İran hökuməti Əfqənistandan mühacirləri əl-qol açıb qarşıladı və hətta böyük bir əməliyyatda bu mühacirlərin siyahıya alınması ilə 2,5 milyona yaxın qeyri-qanuni immiqrantın ölkədə rahat yaşaya bilməsi üçün yaşayış yeri sənədləri verdi. Lakin bu qərar Amerika və Qərbin qəddar sanksiyaları altında İrana böyük maliyyə və iqtisadi təzyiqlər yaratdı, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar isə İrana dəstək vermədi”. #İran
2700Loading...
34
İranda avtomobillərin 37%-i köhnəlib Avtomobil qırıntıları mərkəzlərinin ticarət birliyii: “Ölkədəki 35 milyon 159 min avtomobildən 13 milyon 51 mini köhnəlib. Hazırda 21 milyon şəxsi avtomobildən 1 milyon 300 mini, 400 min taksi avtomobilindən isə 190 mini köhnəlib”.  #İran
2480Loading...
35
İranın ən dadlı pendiri Güney Azərbaycanda istehsal olunur. Bu pendir yerli Səhənd qoyunlarının südündən hazırlanır. #GuneyAzerbaycan
2572Loading...
36
İran istehsalı olan tibbi avadanlıqlar Afrikaya ixrac olunur Qızıl Aypara Tibbi Avadanlıq Təşkilatının baş direktoru Keniyaya talassemiya filtrləri, diş iynə başlıqları, insulin şprisləri, angioketlər, dializ dəstləri, bikarbonat qablar, şprislər və iynə başlıqlarının göndərildiyini bildirib. #İran
2460Loading...
37
Ynet: Avropada İranın xidmətində olan cinayətkar təşkilatlar Ynet xəbər verir ki, İranın himayəsi və rəhbərliyi ilə Avropadakı cinayətkar təşkilatlar yəhudilərə və İsrailin dünyadakı səfirliklərinə qarşı terror hücumlarına şərait yaradır. Bu, Mossad və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) ilə birlikdə Avropa təhlükəsizlik və hüquq-mühafizə orqanlarının kəşfiyyat və əməliyyat səylərindən sonra üzə çıxıb. Qeyd olunur ki, İsveçdə baş verən insidentdən sonra bir neçə nəfər İsrail səfirliyi yaxınlığında atəş açdıqdan sonra beynəlxalq araşdırma başlayıb. Sonuncular zamanı şübhələr yaranıb ki, bu fəaliyyətin arxasında İran adından İsveç cinayət təşkilatı dayanır. Təşkilatın rəhbəri, kürdəsilli İsveç vətəndaşı Roa Məcid bir neçə aydır ki, İranın himayəsindədir və Avropada, xüsusən də İsrail və yəhudi hədəflərinə qarşı hücumların təşkilində istifadə olunur. Avropa ölkələrində, o cümlədən təxminən iki aydan sonra Parisdə keçiriləcək Olimpiya Oyunlarında terror aktları törətməyə cəhd edən qrupların olması ilə bağlı qorxular da var. #İran #terror
2280Loading...
38
İranın ali dini liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili könüllü olaraq prezidentliyə namizədliyini irəli sürüb Səid Cəlili Tehranın İmam Sadiq Universitetində təhsil alıb, siyasi elmlər üzrə fəlsəfə doktorudur. İran–İraq müharibəsi zamanı SEPAH-də xidmət edib. O, Ali Rəhbərin aparat rəhbəri, daha sonra Avropa və Amerika üzrə xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. #İran
2210Loading...
39
Qəzvində etirazçılar həbs ediliblər Mayın 28-də Qəzvində SEPAH-nin himayəsində olan "Təravət Xodro" avtomobil şirkəti tərəfindən aldadıldıqlarına görə etiraz aksiyası keçirdikləri üçün həbs edilənlərdən üçünün kimliyi müəyyən edilib. Bu barədə yerli insan haqları fəalları məlumat yayıblar. Bildirilib ki, təhlükəsizlik məmurları Səccad Məhəmmədbeygi, Mustafa Rəncbər və Əli Beygdelini saxlayaraq naməlum yerə aparıblar. Qeyd edək ki, adıçəkilən avtomobil şirkəti minlərlə qəzvinlinin pulunu alsa da, illərdir onların avtomobillərini təhvil verməkdən imtina edir. Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır. #GuneyAzerbaycan
2250Loading...
Фото недоступнеДивитись в Telegram
Şərqi Azərbaycanda yaxın günlərdə hava pisləşəcək Şərqi Azərbaycan Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma İdarəsi: “Meteoroloji proqnoz xəritələrinə əsasən, yaxın 4 gün ərzində, xüsusilə Şərqi Azərbaycan əyalətinin şimal yarısında atmosfer qeyri-sabitliyi davam edəcək və bu müddət ərzində orta səviyyəli atmosfer dalğalarının keçməsi, buludların artması, yağış, leysan, nisbətən qüvvətli külək və tozlu olma ehtimalı var”. #GuneyAzerbaycan
Показати все...
👎 1
İsrail: İran terrorizmi təbliğ edir “İran rejimi Amerika və Avropada terrorizmi təbliğ edir. İran ilanın başıdır və azad dünya çox gec olmadan onun qarşısını almalıdır”. Bu sözlər İsrail Xarici İşlər Nazirliyinin Əli Xaməneinin ABŞ tələbələrinə yazdığı məktubla bağlı bəyanatında qeyd olunub. Əli Xamenei Qəzza zolağında baş verənlərə görə etiraz aksiyaları keçirən amerikalı tələbələrə məktub yazıb. İran rəhbəri məktubda onların əməlini təqdir edib və tələbələri hakimiyyətləri qarşısında daha əzmkar və mübariz olmağa çağırıb.  #İran #İsrail
Показати все...

💯 1
00:54
Відео недоступнеДивитись в Telegram
“Milli fəalların məhkəmələri açıq və şəffaf keçirilməlidir” aksiyasına Azərbaycanın Quzeyi də dəstək verib. Bu dəfə Kənan Hüseynzadə adlı şəxs siyasi məhbus olan həmfikirlərinə dəstək olduğunu açıq şəkildə bildirib. Sözügedən məsələni Güney Azərbaycan Milli Hərəkatının fəalı, keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli ilk dəfə qaldırıb. #SiyasiMehbus #MilliFeal #aksiya #etiraz
Показати все...
1
Фото недоступнеДивитись в Telegram
Avstraliya İrana səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib Avstraliyanın Xarici İşlər Nazirliyi mayın 30-da öz vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi tövsiyə edib və hazırda İranda olan avstraliyalılara İranı tərk etməyi məsləhət görüb. Xəbərdarlıq çağırışında İranda hökumətin şantaj məqsədilə adam oğurluğu təhlükəsi xatırladılıb, bu ölkədə özbaşına həbs olunma riskinin yüksək olması diqqətə çatdırılıb. Bəyanatda İranın İraq, Əfqanıstan və Pakistanla sərhəd bölgələri "son dərəcə təhlükəli" yerlər kimi qeyd edilib.  #Iran #Avstraliya
Показати все...
👏 1
00:23
Відео недоступнеДивитись в Telegram
Urmiyada sement zavodu sürücüləri etiraz aksiyası keçiriblər Urmiya sement zavodunun sürücüləri maaşlarının aşağı olmasına etiraz olaraq tətil edib və sement yükləməkdən imtina ediblər. #GuneyAzerbaycan #etiraz
Показати все...
Фото недоступнеДивитись в Telegram
Azərbaycanlı milli fəal Məhəmməd Əli Rezainin işi Təbriz İnqilab Məhkəməsinə göndərilib. Keçən ilin may ayında həbs edilən cənab Məhəmməd Əli Rezainin işi Təbriz İnqilab Məhkəməsinə verilib. Azərbaycanlı fəal “İran İslam Respublikası əleyhinə təbliğat aprmaq”da ittiham olunur. #GuneyAzerbaycan #millifeal
Показати все...
😢 2
00:15
Відео недоступнеДивитись в Telegram
Güney Azərbaycanda Şairlər Məqbərəsi “uşaq bağçası”na çevrilib  Sosial şəbəkələrdə paylaşılan videoda görünür ki, Təbrizdə yerləşən Şairlər Məqbərəsində velosiped və konki sürən azyaşlıların əlindən hərəkət etmək mümkün deyil. Şairlər Məqbərəsinin son vəziyyətini paylaşan yerli sakinlərdən biri bunu tənqid edib: “Şairlər Məqbərəsində dəhşətli vəziyyət hökm sürür. Velosiped və konki sürənlərə görə rahat gəzmək olmur. Bələdiyyə və ya səlahiyyətli qurumlar niyə bura nəzarət etmirlər?" Qeyd edək ki, məşhur Şairlər Məqbərəsində 400 şair, o cümlədən Heydər Baba ləqəbli dahi Azərbaycan şairi Ustad Şəhriyar dəfn olunub. #GuneyAzerbaycan
Показати все...
🤯 1
İsveçin cinayətkar dəstələri İranın yəhudilərə və İsrailə qarşı etibarlı qüvvəsinə çevrilib İsveçin kəşfiyyat və təhlükəsizlik agentliyi İranın İsveçdə İsrailə və ya yəhudilərə qarşı “zorakılıq hərəkətləri” törətmək üçün İsveç cinayətkar dəstələrindən istifadə etdiyinə dair sübutlara malik olduğunu açıqlayıb. #İran #Terror
Показати все...
Фото недоступнеДивитись в Telegram
Təbrizdəki Firdovsi adına liseydə Məzunlar Dərnəyi yaradılıb Təbrizdəki Firdovsi liseyinin ağsaqqallarının, müəllimlərinin və məzunlarının kollektiv səyləri ilə bu təhsil ocağının Məzunlar Dərnəyi yaradılıb və fəaliyyətə başlayıb. #GuneyAzerbaycan
Показати все...
😁 1