cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Guney AZfront

O taylı, bu taylı Azərbaycanımız!

Більше
Рекламні дописи
4 319
Підписники
-1224 години
-337 днів
-13330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

​​Qərbi Azərbaycanda 1 ton 700 kiloqram narkotik maddə tapılıb Polis rəisi əyalətdə 1 ton 700 kiloqram narkotik maddənin aşkar edildiyini bildirib. Əyalət polis rəisi Sərdar Rəhim Cahanbaxş əlavə edib ki, vilayətdə 13 iri narkotik dəstəsinin məhv edilib və bu ilin əvvəlindən narkotik alverçilərinin maliyyə-iqtisadi bazası təxminən 450 milyard tümən ziyan görüb. #İran #narkotik
Показати все...

İranda vergi ödəyiciləri üçün vergini hissə-hissə ödəmək imkanı yaradılıb Vergi Təşkilatının rəhbəri: “Vergi borcu olmayan vergi ödəyiciləri vergilərini 10 hissəyə bölüb ödəyə bilərlər. Elektron çekdən istifadə edən istənilən vergi ödəyicisi tutduğu vergini 15 hissə ilə ödəyə bilər”. #İran
Показати все...
Hindistanın xarici işlər naziri: ABŞ Tehran və Yeni Dehli arasında Çabahar limanı ilə bağlı razılaşmaya dar baxışdan baxmamalıdır “Mən bəzi şərhlərin edildiyini gördüm, amma düşünürəm ki, bu, inandırmaq üçün ünsiyyət qurmaq və insanlara bunun əslində daha böyük fayda üçün olduğunu başa düşmək məsələsidir. Düşünmürəm ki, insanlar (ABŞ) buna dar nəzər salsınlar”, – Hindistanın xarici işlər naziri Caişankar ABŞ-nin Çabahar strateji limanının idarə olunması ilə bağlı İranla razılaşmaya görə Yeni Dehliyə qarşı sanksiyalar tətbiq etməklə hədələməsini şərh edərkən deyib. #ABS #Hindistan #İran
Показати все...
Qərbi Azərbaycanda 39 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib. Bu haqda məlumatı Qərbi Azərbaycan Kənd Təsərrüfatı Cihad Təşkilatının Planlaşdırma və İqtisadi İşlər üzrə müavini ictimaiyyətin diqqətinə çatdırıb (Günəşli Xoy). #GuneyAzerbaycan
Показати все...
​​Sünni kürd məhbus Xosrov Bəşarat 14 il həbs cəzasını çəkdikdən sonra Kərəcdəki Qızıl Hisar həbsxanasında edam edilib. Xosrov Bəşarat və daha beş nəfər 2008-ci ilin oktyabrında müəllim Əbdülrəhim Tinanın qətlindən sonra həbs edilmiş və qətli etiraf etmək üçün illər boyu təzyiqlərə məruz qalmışdılar. İş üzrə müttəhimlər Qasim Abeste, Ayub Kərimi, Davud Abdullahi və Fərhad Səlimi ötən ilin ikinci yarısında, Ənvər Xəzri isə iki həftə əvvəl edam ediliblər. Bu səhər Xosrov Beşaratın edamından sonra bir neçə il davam edən bu iş üzrə altı müttəhimin hamısı edam edilib (RadioFarda). #İran #edam
Показати все...

​​Sistan və Bəlucistan əyalətinin Hirmənd rayonunun Kəndu kəndi yaxınlığında polis qüvvələri 4 nəfəri güllələyib Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Məmurların açdıqları atəş nəticəsində Məhəmməd Sarani və Qulam Sarani adlı iki qardaş ölüb, qardaşlardan digəri Nəbi Sarani və yoldan keçən Nəzir Rəxşani adlı gənc qadın isə ağır yaralanıblar. Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb (Gunaz). #SistanBelucistan
Показати все...

Fərəcə Narkotiklərlə Mübarizə Polis İdarəsinin rəisi İrəc Kakavənd deyib: “Həbsxanada cəza çəkən cinayətkarların 50 faizindən çoxunun həbs səbəbi hansısa formada narkomaniya və narkotik problemi ilə bağlıdır”. O, əlavə edib ki, polis bu sahədə “qlobal yanaşma ilə hərəkət etmək əzmindədir” və məsuliyyət daşıyır (Iran International). #İran #narkotik
Показати все...
Tezliklə Təbrizdən Urmiyaya salınan neft kəmərinin açılışı baş tutacaq. Bu haqda İranın neft naziri Cavad Ouci məlumat verib. Məmurun sözlərinə görə, 220 kilometrlik neft kəməri gələn həftə istismara veriləcək. Sözügedən layihənin icrası neftdaşıyan maşınların yollarda hərəkətinin qarşısını alacaq (Təbriz Xəbərləri). #Tabriz #Urmiya
Показати все...
Mortazavi: Hökumət işsizlik səviyyəsini azaltmaq üçün rekord vurdu İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi: “7 əyalətdə işsizlik nisbəti 7%-dən aşağı olan hökumət işsizlik nisbətlərinin aşağı düşməsi ilə bağlı tarixi rekorda imza atdı. Hökumət işsizlik səviyyəsini həmişə azaltmaqda qərarlıdır. Böyük durğun şirkətlər aktivləşdirilməlidir” (İSNA). #İran
Показати все...
Tehranda böyük anbarda yanğın olub Tehran yanğınsöndürmə idarəsinin sözçüsü: “Bu gün səhər saatlarında Aban məhəlləsi, Şəhid Rəcai küçəsi, 13 ünvanında yerləşən istehsalat sexi və anbarda yanğın baş verib” (İSNA). #İran #yangin
Показати все...