XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Показати більше8 832
Підписники
-324 години
-487 днів
-22930 день
Архів дописів
8 829
⚡️⚡️⚡️⚡️⚡️Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 829
💳Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN kiberdələduzluqla bağlı əhaliyə xəbərdarlıq edib.
✅ t.me/xeberlerlive
8 829
⚡️⚡️⚡️⚡️⚡️Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub
Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 829
⚡️⚡️⚡️İKİ KANALDA @miriyevtv ve @xeberlerlive -da reklam qiymətlərini endirdik. 😍 24 saat sabitləmə ilə.
Əlaqə üçün ➡️ @miriyevelaqe
8 829
🗣❗️🇮🇷Trampın təhdidləri fonunda İranın Ali dini lideri orduya yüksək döyüş hazırlığı çağırışı edib, — “Reuters” yazır.
t.me/xeberlerlive
8 829
📢🇦🇿🇹🇷 Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: “Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik”.
t.me/xeberlerlive
8 829
🇺🇸 Tanınmış İsrailli təhlükəsizlik jurnalisti Eddi Koenin Tramp haqqında yazdığı tvit:
🔴"Simpsonlar Trampın ölümünü proqnozlaşdırır...
t.me/xeberlerlive
8 829
♦️Fransa prezidenti Makron Azərbaycana kəşfiyyat qrupu göndərib. Azərbaycan isə öz növbəsində Fransaya qarşı çox uğurlu əks-kəşfiyyat aparır. Belə ki, Paris indiyədək Bakıda öz planlarını həyata keçirə bilməyib.
t.me/xeberlerlive | Intelligence Online
8 829
↪️Azərbaycanda qadın və kişilər üçün pensiya yaşı həddinin 65 yaş olaraq müəyyənləşdirilməsi mənim baxış bucağıma görə ədalətli deyil. Pensiya yaşı ilə bağlı aparılan siyasəti gərək dayandıraq.
t.me/xeberlerlive | Deputat Razı Nurullayev
8 829
🇦🇿🇷🇺 Rusiyanın Utair aviaşirkəti aprelin 5-dən etibarən Moskvadan Lənkərana və əks istiqamətdə uçuşları həyata keçirəcək.
Uçuşlar həftədə bir dəfə – şənbə günləri baş tutacaq.
t.me/xeberlerlive
8 829
♦️Bir sıra tanınmış şirkətlər cərimələnib:
"Embawood" qüsurlu mebel satışına görə cərimələnib;
"Zeytun Pharmaceuticals" dərman vasitəsini Tarif Şurasının təsdiq etdiyi qiymətdən baha satdığına görə cərimələnib;
“Araz Supermarket", "Bazarstore", "Grand - Mart", "Rahat" və "Bravo" məhsulu üzərində göstərilən qiymətdən baha satdığına görə cərimələnib.
t.me/xeberlerlive
8 829
🇺🇸🇦🇿 ABŞ Dövlət Departamentinin baş məsləhətçisi:
🔴 ABŞ Azərbaycanla münasibətlərinə böyük önəm verir.
🔴 Azərbaycan artıq onlarla ölkənin etibarlı təchizatına çevrilib.
🔴 ABŞ kimi Azərbaycan da nəhəng enerji ehtiyatlarına malikdir.
🔴 ABŞ, o cümlədən ABŞ şirkətləri sizin və enerji sənayenizin iqtisadi artımı və enerji təhlükəsizliyi üçün imkanları müəyyənləşdirmək və sürətləndirmək məqsədilə tərəfdaş olmağı səmimiyyətlə arzulayır.
t.me/xeberlerlive
8 829
🇩🇪 Almaniya Prezidenti:
🕌"Azərbaycanda müsəlmanlar, yəhudilər və xristianlar birgə dinc şəkildə yaşayırlar".
✅t.me/xeberlerlive
8 829
Repost from XƏBƏRLƏR l LİVE
+1
CİMBOM YARI FİNALDA ❗️
⌛️ YEKUN | Fenerbahçe 1️⃣➖2️⃣ Galatasaray
⚽️ 10' 27' Osimhen [2]
⚽️ 45+1' Szymanski
🏆 Galatasaray əzəli rəqibini səfərdə məğlub edərək Türkiyə kubokunda yarımfinal mərhələsinə yüksəldi.
✔️t.me/xeberlerlive
8 829
+1
CİMBOM YARI FİNALDA ❗️
⌛️ YEKUN | Fenerbahçe 1️⃣➖2️⃣ Galatasaray
⚽️ 10' 27' Osimhen [2]
⚽️ 45+1' Szymanski
🏆 Galatasaray əzəli rəqibini səfərdə məğlub edərək Türkiyə kubokunda yarımfinal mərhələsinə yüksəldi.
8 829
🇦🇿DTX rəisi Əli Nağıyev:
“Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq”.
t.me/xeberlerlive
8 829
🇦🇿 Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı
"Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir".
İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı əlavə edib: "İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir".
t.me/xeberlerlive
8 829
⚡️⚡️⚡️⚡️⚡️Agdam rayonunda mina partlayıb: Xəsarət alan var
Agdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 2 aprel tarixində mina hadisəsi bas verib.
Bu barədə Azərbaycan Respublikası Daxili Islər Nazirliyi (DİN), Bas Prokurorlugu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla baglı Agdam Rayon Prokurorlugunda arasdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
t.me/xeberlerlive
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
