XƏBƏRLƏR l LİVE
Открыть в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Больше8 845
Подписчики
-1124 часа
-637 дней
-24530 день
Архив постов
8 843
↪️Azərbaycanda qadın və kişilər üçün pensiya yaşı həddinin 65 yaş olaraq müəyyənləşdirilməsi mənim baxış bucağıma görə ədalətli deyil. Pensiya yaşı ilə bağlı aparılan siyasəti gərək dayandıraq.
t.me/xeberlerlive | Deputat Razı Nurullayev
8 843
🇦🇿🇷🇺 Rusiyanın Utair aviaşirkəti aprelin 5-dən etibarən Moskvadan Lənkərana və əks istiqamətdə uçuşları həyata keçirəcək.
Uçuşlar həftədə bir dəfə – şənbə günləri baş tutacaq.
t.me/xeberlerlive
8 843
♦️Bir sıra tanınmış şirkətlər cərimələnib:
"Embawood" qüsurlu mebel satışına görə cərimələnib;
"Zeytun Pharmaceuticals" dərman vasitəsini Tarif Şurasının təsdiq etdiyi qiymətdən baha satdığına görə cərimələnib;
“Araz Supermarket", "Bazarstore", "Grand - Mart", "Rahat" və "Bravo" məhsulu üzərində göstərilən qiymətdən baha satdığına görə cərimələnib.
t.me/xeberlerlive
8 843
🇺🇸🇦🇿 ABŞ Dövlət Departamentinin baş məsləhətçisi:
🔴 ABŞ Azərbaycanla münasibətlərinə böyük önəm verir.
🔴 Azərbaycan artıq onlarla ölkənin etibarlı təchizatına çevrilib.
🔴 ABŞ kimi Azərbaycan da nəhəng enerji ehtiyatlarına malikdir.
🔴 ABŞ, o cümlədən ABŞ şirkətləri sizin və enerji sənayenizin iqtisadi artımı və enerji təhlükəsizliyi üçün imkanları müəyyənləşdirmək və sürətləndirmək məqsədilə tərəfdaş olmağı səmimiyyətlə arzulayır.
t.me/xeberlerlive
8 843
🇩🇪 Almaniya Prezidenti:
🕌"Azərbaycanda müsəlmanlar, yəhudilər və xristianlar birgə dinc şəkildə yaşayırlar".
✅t.me/xeberlerlive
8 843
Repost from XƏBƏRLƏR l LİVE
+1
CİMBOM YARI FİNALDA ❗️
⌛️ YEKUN | Fenerbahçe 1️⃣➖2️⃣ Galatasaray
⚽️ 10' 27' Osimhen [2]
⚽️ 45+1' Szymanski
🏆 Galatasaray əzəli rəqibini səfərdə məğlub edərək Türkiyə kubokunda yarımfinal mərhələsinə yüksəldi.
✔️t.me/xeberlerlive
8 843
+1
CİMBOM YARI FİNALDA ❗️
⌛️ YEKUN | Fenerbahçe 1️⃣➖2️⃣ Galatasaray
⚽️ 10' 27' Osimhen [2]
⚽️ 45+1' Szymanski
🏆 Galatasaray əzəli rəqibini səfərdə məğlub edərək Türkiyə kubokunda yarımfinal mərhələsinə yüksəldi.
8 843
🇦🇿DTX rəisi Əli Nağıyev:
“Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq”.
t.me/xeberlerlive
8 843
🇦🇿 Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı
"Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir".
İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı əlavə edib: "İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir".
t.me/xeberlerlive
8 843
⚡️⚡️⚡️⚡️⚡️Agdam rayonunda mina partlayıb: Xəsarət alan var
Agdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 2 aprel tarixində mina hadisəsi bas verib.
Bu barədə Azərbaycan Respublikası Daxili Islər Nazirliyi (DİN), Bas Prokurorlugu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla baglı Agdam Rayon Prokurorlugunda arasdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
t.me/xeberlerlive
8 843
♦️Azərbaycanda səfərdə olan Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib.
🇦🇿İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü başlayıb.
t.me/xeberlerlive
8 843
Repost from Miriyev TV
⚡⚡Reklam qiymətləri günün sonuna qədər 50% endirimlə ❗
Yaralanmaq üçün
➡️ @miriyevelaqe
8 843
⚡️Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
t.me/xeberlerlive
8 843
‼️ Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb
Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.
Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.
t.me/xeberlerlive
8 843
SON DƏQİQƏ ❗Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb
Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınmışdır.
Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
t.me/xeberlerlive
8 843
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
♦️31 mart, Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və "Daşnaksütyun" partiyasına bağlı erməni silahlı birləşmələri Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətmişlər.
Xüsusilə Bakı şəhərində 30 mart - 3 aprel tarixlərində baş verən bu faciə zamanı minlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirilmiş, müsəlman əhalinin yaşadığı məhəllələr yerlə-yeksan edilmişdir.
Bu gün, Azərbaycan xalqı həmin faciəli hadisələrin qurbanlarını anır və onların xatirəsini ehtiramla yad edir.
t.me/MutluTurkum
8 843
❗️Ermənistanda seçki günü Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd oğurlanıb.
t.me/xeberlerlive
8 843
❗️ Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb.
Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınmışdır.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
t.me/xeberlerlive
8 843
🌙 Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
🕌Hörmətli izləyicilər, mübarək Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirik.
t.me/xeberlerlive
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
