XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Показати більше8 773
Підписники
-824 години
-487 днів
-21430 день
Архів дописів
8 772
❗Rişi Sunak: Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün tarixi fürsət var
"Azərbaycan özünün gələcəyi il bağlı yol kəsişməsindədir. Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var. Bu ilin noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı. Dünyanın təlatümlü olduğu dövrdə fürsətdən yararlanaraq Azərbaycana nəzər salırıq. Azərbaycanla Böyük Britaniya münasibətləri inkişaf etməkdədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Britaniya Azərbaycanın yanında olacaq”.
t.me/xeberlerlive
8 772
🇦🇿 İlham Əliyev: Azərbaycan indi Ermənistanla əvvəlkindən daha çox sülhə yaxındır (TASS)
❗İlham Əliyev: Fransanın Qarabağla bağlı mövqeyi dünya birliyinin mövqeyi ilə ziddiyyət təşkil edir.
İlham Əliyev: Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir.
t.me/xeberlerlive
8 772
Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Tavuş bölgəsində həyəcan siqnalı veriləcək.
Bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, həyəcan siqnalı bölgənin Vazaşen (Lələkənd - red.) qəsəbəsində eşidiləcək.
Həyəcan siqnalının təlim məqsədi daşıdığı deyilir: "Hər hansı bir təhlükə yarandıqda əhalinin xəbərdar edilməsi, sığınacaq və təxliyə əməliyyatlarının təşkili mövzusunda təlim keçiriləcək".
Qeyd edək ki, Azərbaycan bu və digər 3 kəndin kəndin təcili qaytarılması ilə bağlı İrəvana müraciət edib.
t.me/xeberlerlive
8 772
🇦🇿🇬🇪Gürcüstan XİN rəhbəri bu gün Azərbaycana səfərə gələcək.
İliya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Eyni zamanda Hakan Fidanın bu gün Bakıya səfərə gələcəyi gözlənilir.
t.me/xeberlerlive
8 772
🍿Ermənistanın paytaxtı İrəvanda “Azadlıq” meydanında etiraz mitinqi keçirilir.
Aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Mitinqin təşkilatçısı "Miatsum" (Birləşək) hərəkatıdır.
t.me/xeberlerlive
8 772
🇦🇿🇹🇷Hakan Fidan sabah Azərbaycana səfərə gələcək.
Türkiyə XİN rəhbəri Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə IX üçtərəfli iclasında iştirak edəcək.
t.me/xeberlerlive
8 772
⚡️Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
t.me/xeberlerlive
8 772
🇦🇱Albaniyanın Prezidenti Bayram Beqay Azərbaycana gəlir
O, sabah keçiriləcək XI Qlobal Bakı Forumunda iştirak edəcək.
t.me/xeberlerlive
8 772
✈️"Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.
t.me/xeberlerlive
8 772
‼️Fransa dünyanın əsas silah ixracatçıları siyahısında Rusiyanı qabaqlayaraq 2-ci yeri tutub.
t.me/xeberlerlive
8 772
‼️DTX-dən əməliyyat - Transmilli kibercinayətkarlar saxlanıldı
İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan banklarının kompyuter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.
t.me/xeberlerlive
8 772
‼️ Polis əməkdaşları işğaldan azad olunan ərazidə silahla ehtiyatsız davranışa görə həyatlarını itiriblər
DİN: Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.
Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.
Araşdırma aparılır.
t.me/xeberlerlive
8 772
🇹🇷🇷🇺Prezident Ərdoğan:
▫️”Rusiya prezidenti Putini seçkidən sonra Türkiyədə qonaq edəcəyik”
t.me/xeberlerlive
8 772
⚡#SONDƏQİQƏ: DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
Sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunur. Xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycanla heç bir əlaqəsinin olmadığı müəyyən edilib.
Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.
Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilmişdir.
Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.
t.me/xeberlerlive
8 772
🇦🇲🇷🇺 Ermənistanın baş naziri Paşinyan deyib ki, təşkilat “İrəvanın verdiyi suallara cavab verməsə” Ermənistan KTMT-dən çıxacaq.
t.me/xeberlerlive
8 772
❗️🇦🇿🇹🇷🇬🇪Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü Bakıda 15 martda baş tutacağı gözlənilir.
t.me/xeberlerlive
8 772
🇦🇲Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var.
Konstitusiyaya dəyişikliklər konsepsiyası hazırdır, amma əhəmiyyəti yoxdur. Yeni konstitusiyaya gəlincə, burada nə konsepsiya var, nə də mətn, siyasi söhbətlər, siyasi gündəm var.
t.me/xeberlerlive
8 772
🇦🇲 Bura Ermənistan Respublikasıdır. Bundan başqa heç bir iddiamız ola bilməz. Bu xəttdən kənarda olanlar bizim deyil.
Nikol Paşinyan
t.me/xeberlerlive
8 772
Paşinyan:
• Ola bilər ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi Tavuş bölgəsindən başlasın
•Sülh müqaviləsi bağlanarsa, Ermənistan və Azərbaycanın bir-birinə qarşı beynəlxalq iddialarından qarşılıqlı şəkildə imtina etmək imkanı nəzərdən keçirilə bilər.
• Yeni Konstitusiya konsepsiyasə, mətni yoxdur, amma siyasi müzakirə və gündəm var.
t.me/xeberlerlive
8 772
🇦🇲 Nikol Paşinyan: Kifayət qədər uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında razılaşma var: əgər əsgər azıb qarşı tərəfə keçərsə, qısa müddət ərzində geri qaytarılır. Sonuncu Azərbaycan əsgərini [Ruslan Pənahov nəzərdə tutur] məhz bu prinsiplə geri qaytardıq. Araşdırma aparılıb və Azərbaycan əsgərinin həqiqətən də sadəcə olaraq itkin düşdüyü təsdiqlənib. Onu nədəsə ittiham etməyə əsas olmadığına əmin olub, onu azadlığa buraxdıq. Əminəm ki, qarşı tərəf də əsgərimiz itərsə, eyni prinsiplə hərəkət edəcək.
t.me/xeberlerlive
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
