XƏBƏRLƏR l LİVE
Ir al canal en Telegram
7 588
Suscriptores
-324 horas
-287 días
-16330 días
Archivo de publicaciones
7 587
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlaması:
“Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.
t.me/xeberlerlive
31 mar 2024, 03:25
7 587
Repost from Miriyev TV
⚡⚡Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir.
t.me/miriyevtv
31 mar 2024, 02:18
7 587
Repost from Miriyev TV
⚡⚡⚡Ermənistan Azərbaycanla sərhədə qoşun yığır
Bu saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydı alınıb.
Bu barədə Ermənistandakı mənbələrə istinadən sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.
t.me/miriyevtv l KİV
30 mar 2024, 14:18
7 587
⚡️Türk Dövlətləri Təşkilatı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bağlı sosial şəbəkədə paylaşım edib
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirmiş bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik”.
t.me/xeberlerlive
30 mar 2024, 12:50
7 587
🇦🇿🇦🇲 Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.
Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.
Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.
t.me/xeberlerlive / Müdafiə Nazirliyi
30 mar 2024, 10:19
7 587
🛑Azərbaycanın bir çox iri şəhərlərində küçə ticarəti ləğv olunur. Sahibkarlar bildirir ki, onlara xəbər edilmədən piştaxtaları ləğv edilir və səbəbi haqqında da heç bir məlumat verilmir. (KİV)
t.me/xeberlerlive
30 mar 2024, 05:47
7 587
🇦🇿❗ Müdafiə naziri Zakir Həsənov müşavirə keçirib.
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
⚡ Zakir Həsənov: "Hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyi daha da artırılsın"
t.me/xeberlerlive
30 mar 2024, 03:28
7 587
🇦🇿❗ Müdafiə naziri Zakir Həsənov müşavirə keçirib.
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub."Hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyi daha da artırılsın"
t.me/xeberlerlive
30 mar 2024, 03:27
30 mar 2024, ~03:28
7 587
🇮🇷❗🇦🇿 İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb. Mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.
⚫️ Azərbaycanın Tehrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq. İki ölkə rəsmilərinin diplomatik və rəsmi görüşləri də gündəmdədir. (İSNA)
t.me/xeberlerlive
29 mar 2024, 15:34
7 587
⚡️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib, bu barədə RİA Novosti-yə Tacikistan xüsusi xidmət orqanları bildirib. Həbs edilənlərin “Krokus”da terror aktını törədənlərlə əlaqəsi yoxlanılır.
t.me/xeberlerlive
29 mar 2024, 10:38
7 587
⚡️Hikmət Hacıyev: "Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub".
t.me/xeberlerlive
29 mar 2024, 09:34
7 587
🇦🇿‼️Hərbi qulluqçuların vəzifələri artırılır.
Bu, Mili Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.
t.me/xeberlerlive
29 mar 2024, 08:42
7 587
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
#Tarixdəbugün 🇦🇿
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümüdür.
Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
t.me/MutluTurkum
29 mar 2024, 05:07
29 mar 2024, ~05:09
7 587
Sahibə Qafarova: Alen Simonyanla görüşdə Azərbaycan və Ermənistan parlamentlərinin sülh prosesinə dəstək məsələlərini müzakirə etdik.
t.me/xeberlerlive
29 mar 2024, 03:42
7 587
🔥 Gəncədə yaşayış binasında güclü yanğın baş verdiyi bildirilir.
28 mar 2024, 15:17
7 587
🕋 Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsidir.
İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə (martın 28-dən 29-na keçən gecəyə) təsadüf edir.
▪️ ikinci Qədr gecəsi — martın 30-da,
▪️ üçüncü — aprelin 1-də,
▪️ sonuncu — aprelin 5-də olacaq.
Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
t.me/xeberlerlive
28 mar 2024, 15:10
7 587
Repost from Miriyev TV
YENİ QAYDA ❗Azərbaycanda çoxluq təşkil edən 2006-2007-ci il istehsalı "Prius"larla taksi fəaliyyətinə icazə verilməyəcək.
t.me/miriyevtv
28 mar 2024, 09:16
7 587
🇦🇲 Paşinyan özünü buraxmış separatçı qurumun terrorçusu Samvel Şahramanyanın “Le Figaro” nəşrinə müsahibəsində mühacirətdə olan rejimin İrəvanda fəaliyyətini davam etdirməsi ilə bağlı sözlərinə belə münasibət bildirib.
📢"Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bu otaqda oturan yeganə hökumət var. Lazım gələrsə, müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək təhlükəsizliyə təhdid yaratmasın".
t.me/xeberlerlive
28 mar 2024, 04:12
7 587
☄️ 🇦🇲 Ermənistan mühacirətdə olan heç bir Qarabağ hökumətini tanımır - Paşinyan
t.me/xeberlerlive
28 mar 2024, 04:04
7 587
🇦🇿 DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
t.me/xeberlerlive
28 mar 2024, 03:49
