XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
7 590
Підписники
-324 години
-287 днів
-16330 днів
Архів дописів
7 588
Repost from Miriyev TV
🔥🔥Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
t.me/miriyevtv
30 серп 2024, 07:23
7 588
🇦🇿⚡️🇦🇲Azərbaycan və Ermənistan arasında vacib sənəd imzalandı.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
Bununla bağlı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası məlumat yayıb.
Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
t.me/xeberlerlive
30 серп 2024, 05:26
7 588
Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
t.me/xeberlerlive | İlham Əliyev
30 серп 2024, 05:15
7 588
⚡️Zakir Həsənov və Yaşar Güler arasında telefon danışığı olub.
Bildirilib ki, general-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.
Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.
t.me/xeberlerlive
30 серп 2024, 04:33
7 588
❗️ Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.
t.me/xeberlerlive
30 серп 2024, 03:44
7 588
⚡Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatı:
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.t.me/xeberlerlive
30 серп 2024, 03:04
7 588
+3
❗Mirzoyan sərhəddə Azərbaycan mövqelərinə baxdı
Ermənistan XİN-in mərkəzi aparatının rəhbər heyətinin və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri Kirants kəndinə gediblər.
Bu barədə erməni KİV məlumat yayıb.
t.me/xeberlerlive
29 серп 2024, 09:53
7 588
Prezident İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
t.me/xeberlerlive
29 серп 2024, 03:02
7 588
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb: Qurbanovun yetirmələri mübarizəni Avropa Liqasının əsas - liqa mərhələsində davam etdirəcək.
t.me/xeberlerlive
28 серп 2024, 14:41
7 588
Qırmızı vərəqə..
Sənin sarı vərəqən var,ümumi hesabda 6 cavabsız qol ilə geridəyik.Bax nə vacibdir bu hərəkət?
Avropadakı matçlarımızda sən bizə lazım idin Kevin...
t.me/xeberlerlive
28 серп 2024, 14:34
7 588
⚡️ Mövqelərimiz atəşə tutulub.
MN bildirir ki, bu gün 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
t.me/xeberlerlive
28 серп 2024, 12:56
7 588
QOOOOOOOOOOOOOL❗️
Qarabağ 1:0 Dinamo (1:3)
t.me/xeberlerlive
28 серп 2024, 11:55
28 серп 2024, ~11:56
7 588
Repost from Miriyev TV
🇦🇿QARABAĞ START Xl
Qapıçı dəyişikliyi edilib.🥅
Uğurlar, Qarabağımız!
t.me/miriyevtv
28 серп 2024, 11:49
7 588
Qarabağ - Dinamo Zagreb matçına 9-cu sektordan təcili 1 bilet satılır
Əlaqə 👉 @aliyev_146
28 серп 2024, 11:39
28 серп 2024, ~11:51
7 588
Qarabağ - Dinamo Zagreb matçına 9-cu sektordan təcili bilet satılır
Əlaqə 👉 @aliyev_146
28 серп 2024, 11:17
28 серп 2024, ~11:39
7 588
Sürücülərin nəzərinə❗️Sabah səhər saat 06:00-dan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq.
Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.
Badamdar şossesindən üzü mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.
t.me/xeberlerlive
28 серп 2024, 04:14
