ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Открыть в Telegram

Gündəmi 1 mesajla izləyin!

Больше
7 590
Подписчики
-324 часа
-287 дней
-16330 дней
Архив постов
Repost from Miriyev TV
🔥🔥Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. t.me/miriyevtv
30 авг. 2024, 07:23

🇦🇿⚡️🇦🇲Azərbaycan və Ermənistan arasında vacib sənəd imzalandı. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Bununla bağlı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası məlumat yayıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar. t.me/xeberlerlive
30 авг. 2024, 05:26

Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. t.me/xeberlerlive | İlham Əliyev
30 авг. 2024, 05:15

⚡️Zakir Həsənov və Yaşar Güler arasında telefon danışığı olub. Bildirilib ki, general-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib. Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib. t.me/xeberlerlive
30 авг. 2024, 04:33

❗️ Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. t.me/xeberlerlive
30 авг. 2024, 03:44

⚡Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatı:
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
t.me/xeberlerlive
30 авг. 2024, 03:04

🇦🇿 İlham Əliyev BRİKS sammitinə dəvət olunub. t.me/xeberlerlive
29 авг. 2024, 10:22

❗Mirzoyan sərhəddə Azərbaycan mövqelərinə baxdı Ermənistan XİN-in mərkəzi aparatının rəhbər heyətinin və xaricdəki diplomatik
+3
❗Mirzoyan sərhəddə Azərbaycan mövqelərinə baxdı Ermənistan XİN-in mərkəzi aparatının rəhbər heyətinin və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri Kirants kəndinə gediblər. Bu barədə erməni KİV məlumat yayıb. t.me/xeberlerlive
29 авг. 2024, 09:53

Prezident İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib. t.me/xeberlerlive
29 авг. 2024, 03:02

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb: Qurbanovun yetirmələri mübarizəni Avropa Liqasının əsas - liqa mərhələsində davam etdirəcək. t.me/xeberlerlive
28 авг. 2024, 14:41

Qırmızı vərəqə.. Sənin sarı vərəqən var,ümumi hesabda 6 cavabsız qol ilə geridəyik.Bax nə vacibdir bu hərəkət? Avropadakı matçlarımızda sən bizə lazım idin Kevin... t.me/xeberlerlive
28 авг. 2024, 14:34

"Qarabağ" 0:2 "Dinamo"
28 авг. 2024, 13:56

2-ci hissə başlayır Qarabağ 0:1 Dinamo t.me/xeberlerlive
28 авг. 2024, 13:47

⚡️ Mövqelərimiz atəşə tutulub. MN bildirir ki, bu gün 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. t.me/xeberlerlive
28 авг. 2024, 12:56

QOOOOOOOOOOOOOL❗️ Qarabağ 1:0 Dinamo (1:3) t.me/xeberlerlive
28 авг. 2024, 11:55
28 авг. 2024, ~11:56

Repost from Miriyev TV
🇦🇿QARABAĞ START Xl Qapıçı dəyişikliyi edilib.🥅 Uğurlar, Qarabağımız! t.me/miriyevtv
🇦🇿QARABAĞ START Xl Qapıçı dəyişikliyi edilib.🥅 Uğurlar, Qarabağımız! t.me/miriyevtv
28 авг. 2024, 11:49

Qarabağ - Dinamo Zagreb matçına 9-cu sektordan təcili 1 bilet satılır Əlaqə 👉 @aliyev_146
28 авг. 2024, 11:39
28 авг. 2024, ~11:51

Qarabağ - Dinamo Zagreb matçına 9-cu sektordan təcili bilet satılır Əlaqə 👉 @aliyev_146
28 авг. 2024, 11:17
28 авг. 2024, ~11:39

Pavel Durov məhkəmə zalından sərbəst buraxılıb. t.me/xeberlerlive
28 авг. 2024, 10:22

Sürücülərin nəzərinə❗️Sabah səhər saat 06:00-dan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər. Badamdar şossesindən üzü mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq. t.me/xeberlerlive
28 авг. 2024, 04:14