Sumqayıt 24
Sayt: https://sumqayit24.az/ Instagram: www.instagram.com/sumqayit24.az/ Facebook: www.facebook.com/sumqayit24 TikTok: https://www.tiktok.com/@sumqayit24.az Youtube: www.youtube.com/@Sumqayıt24 Bizimlə əlaqə: https://t.me/sumqayit_24
Показати більше📈 Аналітичний огляд Telegram-каналу Sumqayıt 24
Канал Sumqayıt 24 (@sumqayit24_az) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 14 234 підписників, посідаючи 14 794 місце в категорії Новини і ЗМІ та 308 місце у регіоні Азербайджан.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 14 234 підписників.
За останніми даними від 24 липня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -205, а за останні 24 години на -10, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 6.46%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 4.86% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 919 переглядів. Протягом першої доби публікація в середньому набирає 691 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 8.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“Sayt: https://sumqayit24.az/
Instagram: www.instagram.com/sumqayit24.az/
Facebook: www.facebook.com/sumqayit24
TikTok: https://www.tiktok.com/@sumqayit24.az
Youtube: www.youtube.com/@Sumqayıt24
Bizimlə əlaqə: https://t.me/sumqayit_24”
Завдяки високій частоті оновлень (останні дані отримано 25 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Новини і ЗМІ.
Триває завантаження даних...
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 25 липня | +11 | |||
| 24 липня | +8 | |||
| 23 липня | +3 | |||
| 22 липня | +8 | |||
| 21 липня | +40 | |||
| 20 липня | +2 | |||
| 19 липня | +2 | |||
| 18 липня | +5 | |||
| 17 липня | +2 | |||
| 16 липня | 0 | |||
| 15 липня | +1 | |||
| 14 липня | +4 | |||
| 13 липня | +2 | |||
| 12 липня | +5 | |||
| 11 липня | +1 | |||
| 10 липня | +3 | |||
| 09 липня | +4 | |||
| 08 липня | +2 | |||
| 07 липня | 0 | |||
| 06 липня | +4 | |||
| 05 липня | +3 | |||
| 04 липня | +2 | |||
| 03 липня | +2 | |||
| 02 липня | +5 | |||
| 01 липня | +4 |
| 2 | ‼️Coratda 26 yaşlı oğlan dənizdə boğuldu
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 391 |
| 3 | ‼️Sumqayıt şəhərində transformator yanğını baş verib
Sumqayit24.az xəbər verir ki,hadisə şəhərin Yaşıldərə yaşayış massivi ərazisində yerləşən gücü 400 kVt olan yarımstansiyada qeydə alınıb. İlkin məlumata görə, yarımstansiyada quraşdırılmış bir ədəd transformator yanıb.
Hadisə ilə bağlı aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Yanğının başvermə səbəbləri araşdırılır.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 486 |
| 4 | Günün əsas xəbərləri:
- Sumqayıt sakinlərinin fəryadı: "Divarlar çürüyür, 22 ildir ki, qaz yoxdur" - VİDEO.
- SDU-nun dosenti Top 500-də yer alan universitetlə əməkdaşlığa cəlb olundu.
- Sumqayıt Dövlət Universitetinin tələbələri üçün imkan.
- Riyaziyyatın zirvəsindəki şəhər - Sumqayıt.
- Sumqayıtda qəzada ölən hakimin anası 1 MİLYON MANAT təzminat istəyib.
- Sumqayıtda hava daha da isinəcək - 40 DƏRƏCƏ.
- Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik".
- Qurbağalar, çəyirtkələr indi isə Sumqayıtı bu CANLILAR basdı.
- Sumqayıtdakı yaşıllıq qalmaqalına "Jasmine Park"dan reaksiya.
- Sumqayıtda döyüş iti parkı bir-birinə qatdı.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 561 |
| 5 | ‼️Sumqayıtda sirkə turşusundan zəhərlənən qadın həyatını itirib.
Hadisə Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, 64 yaşlı Səminaz Əliyeva ehtiyatsızlıq nəticəsində sirkə turşusu içib.
Qadın dərhal Bakı şəhərində yerləşən Toksikologiya Mərkəzinə çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 498 |
| 6 | Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyeva dünyanın Top 500 universiteti sırasında yer alan L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantlarına elmi məsləhətçi təyin olunub.
Sumqayit24.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində universitetin 2-ci kurs doktorantları Mukuşev Tolegen və Mukuşeva Aliya 2026–2027-ci tədris ilinin oktyabr–noyabr aylarında SDU-da "Dövlət auditi" proqramı üzrə elmi-tədqiqat təcrübəsi keçəcəklər. Onlar bu müddətdə Aygün Əliyevanın elmi rəhbərliyi və məsləhətçiliyi ilə tədqiqat fəaliyyətini davam etdirəcəklər.
Bu təşəbbüs Sumqayıt Dövlət Universiteti ilə L.N. Qumilyov adına Avrasiya Milli Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Layihənin məqsədi doktorantların elmi bacarıqlarını inkişaf etdirmək, peşəkar kadr hazırlığının keyfiyyətini artırmaq, həmçinin iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlıq və akademik mobilliyi daha da genişləndirməkdir.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 607 |
| 7 | Sumqayıt şəhərində binanın qəzalı vəziyyətdə olduğu bildirilir.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxananın daşıyıcı konstruksiya elementlərində ciddi korroziya müşahidə olunur. Belə ki, divarlardakı armatur paslanaraq yararsız vəziyyətə düşüb və əl dəyən kimi qopub tökülür.
Vətəndaşlar hesab edirlər ki, mövcud vəziyyət binanın təhlükəsizliyi baxımından narahatlıq doğurur və aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz texniki baxış keçirilməlidir.
Sakinlər daha bir problemin də illərdir həllini tapmadığını bildirirlər. Onların iddiasına görə, 2004-cü ildə binada baş vermiş partlayışdan sonra yataqxanaya qaz verilişi dayandırılıb. Həmin vaxtdan etibarən sakinlər məcburiyyət qarşısında qalaraq məişətdə qaz balonlarından istifadə edirlər.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 580 |
| 8 | Süni intellekt hansı peşələri yox edəcək?
🔗ƏTRAFLI
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 512 |
| 9 | Sumqayıt Dövlət Universitetinin tələbələri üçün imkan
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilən "KOB könüllüləri" proqramına maraq artmaqda davam edir. Bu proqram Sumqayıt Dövlət Universitetinin (SDU) tələbə və məzunları üçün də praktiki təcrübə qazanmaq baxımından yaxşı imkan yaradır.
Sumqayit24.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında proqrama qoşulmaq üçün KOBİA-ya 725 müraciət daxil olub. Agentliyin ehtiyacına uyğun olaraq artıq 66 gənc könüllü fəaliyyətə cəlb edilib. Onlar Agentliyin struktur bölmələrində və müxtəlif KOB evlərində sahibkarlara göstərilən xidmətlərdə, layihələrin və tədbirlərin təşkilində iştirak edirlər.
Qeyd edək ki, 2018-ci ildən həyata keçirilən proqram çərçivəsində indiyədək 909 nəfər könüllü olub. İştirakçılar arasında Sumqayıt Dövlət Universitetinin tələbə və məzunları da yer alır.
"KOB könüllüləri" proqramı hər biri 3 ay olmaqla iki mərhələdən ibarətdir. Könüllülər bu müddətdə real iş mühitində təcrübə qazanır, biznesə dəstək mexanizmləri ilə tanış olur və proqramı uğurla başa vurduqdan sonra sertifikat əldə edirlər.
Proqrama qoşulmaq istəyən tələbə və magistrlər elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 572 |
| 10 | ☀️Sumqayıtda hava daha da isinəcək - 40 DƏRƏCƏ
Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 26-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26°, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-50% təşkil edəcək.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 536 |
| 11 | Riyaziyyatın zirvəsindəki şəhər - Sumqayıt
Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyası 11-ci sinif şagirdlərinin buraxılış imtahanında riyaziyyat fənni üzrə göstərdikləri nəticələrə görə ölkə birincisi olub.
Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi elmi-statistik materiallara əsasən, Sumqayıt məktəblərinin bu fənn üzrə göstəriciləri aşağıdakı kimidir:
- Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyası: İmtahanda iştirak edən 62 şagirdin orta balı 93,75% olmaqla respublika üzrə 1-ci yer;
- Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi: İmtahanda iştirak edən 40 şagirdin orta balı 81,44%.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 570 |
| 12 | Sumqayıtda qəzada ölən hakimin anası 1 MİLYON MANAT təzminat istəyib
🔗ƏTRAFLI
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 603 |
| 13 | BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ
🔗ƏTRAFLI
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 571 |
| 14 | 🍉Qarpızların gizli təhlükəsi
Mövsümdən əvvəl satışa çıxarılan qarpızların tərkibində yetişməni sürətləndirən gübrələrin istifadəsi nəticəsində yüksək miqdarda nitrat toplana bilər.
Həkim Dmitri Karpenkonun sözlərinə görə, yay aylarında bağırsaq infeksiyalarının əsas səbəbi qidaların qabığında toplanan çirk və patogen mikroorqanizmlərdir. Lakin nitratlarla bağlı vəziyyət fərqlidir. Mütəxəssis bildirib ki, vaxtından əvvəl yetişdirilən qarpızlarda azot tərkibli gübrələrdən istifadə edilməklə böyümə prosesi süni şəkildə sürətləndirildiyi üçün nitratın miqdarı normadan yüksək ola bilər.
Həkim vurğulayıb ki, nitratlar əsasən qarpızın qabığına yaxın yerləşən açıq rəngli hissəsində toplanır. Buna görə də həmin hissənin qida kimi istehlakı tövsiyə edilmir.
"Qarpızın ən dadlı və kütləvi istehlak dövrü iyulun sonu və avqust ayına təsadüf edir. Məhz bu vaxt tarlada təbii yolla yetişən bostan məhsulları bazarlara çıxarılır. Bundan əlavə, ən geniş çeşid və ən münasib qiymətlər də adətən avqust ayında və sentyabrın ilk günlərində müşahidə olunur", - deyə Karpenko bildirib.
Mənbə: "RİA Novosti"
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 603 |
| 15 | Nazirlikdən müraciət: Bu ərazilərdə çimmək olmaz
🔗ƏTRAFLI
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 563 |
| 16 | Sumqayıt istiqamətindəki tıxacların azalmasına ÜMİD
Sumqayıt və Bakı arasında hər gün hərəkət edən minlərlə sürücünü narahat edən tıxac probleminin həlli üçün Xırdalanda iki mühüm layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Layihələrdən biri Xırdalandan Şamaxı istiqamətinə yeni yolötürücüsünün tikintisi, digəri isə Xırdalan dəmiryolu stansiyasının qarşısında nəqliyyat mübadilə mərkəzinin yaradılmasıdır.
Məlumata görə, yeni yolötürücüsü istifadəyə verildikdən sonra Şamaxı istiqamətində hərəkət edən avtomobillər Xırdalan dairəsinə daxil olmadan hərəkət edə biləcəklər. Bu isə xüsusilə Bakı–Sumqayıt magistralında və Xırdalan dairəsində nəqliyyat sıxlığının azalmasına töhfə verə bilər. Layihə 2025–2030-cu illəri əhatə edən dövlət proqramına daxil edilib.
Ətraflı “Xəzər Xəbər”in süjetində:
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 604 |
| 17 | Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"
Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze Resort"da ənənəvi olaraq minlərlə qonağı və onlarla məşhur sənətçini bir araya gətirən "DREAM FEST 2026" illik beynəlxalq musiqi festivalı start götürüb.
Burada çıxış edən rusiyalı müğənni Stas Mixaylov Azərbaycana hər səfərini xüsusi istiliklə xatırladığını və ölkəmizi ikinci Vətəni hesab etdiyini söyləyib:
"Bura gəlmək mənim üçün həmişə xoşdur. İmkanım olsaydı, Azərbaycana daha tez-tez gələrdim".
O, festivala uşaqları ilə gəldiyini və onları Azərbaycanla tanış etmək niyyətində olduğunu qeyd edib:
"Birigün nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik. Uşaqlar burada ilk dəfədirlər, ona görə də onlara bu yerləri göstərmək istəyirəm".
Sənətçinin sözlərinə görə, ailə səfəri proqramına İçərişəhərə gəzinti və Azərbaycan mətbəxi ilə tanışlıq da daxildir:
"Onlar Bakını görməli, onun koloritini hiss etməli və yerli mətbəxi dadmalıdırlar".
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 639 |
| 18 | 🔴Qurbağa, çəyirtkə... İndi isə birələr – Sumqayıtda növbəti problem
Sumqayit24.az-a müraciət edən Hacı Zeynalabdin qəsəbəsinin sakinləri bildiriblər ki, son günlər ərazidə heyvan birələrinin sayı kəskin artıb. Onların sözlərinə görə, əvvəlcə küçələrdə və binaların həyətlərində müşahidə olunan birələr artıq bloklara və mənzillərə də yayılmağa başlayıb.
Sakinlərin iddiasına əsasən, birələr artıq insanlara da hücum edir, bu isə xüsusilə uşaqlar və yaşlılar üçün ciddi narahatlıq yaradır.
Şikayətçilər aidiyyəti qurumlardan qəsəbədə təxirəsalınmaz dezinseksiya işlərinin aparılmasını və problemin qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər.
Qeyd edək ki, bu yay Sumqayıtda qurbağaların sayının artdığı, daha sonra isə müxtəlif növ çəyirtkələrin kütləvi şəkildə yayıldığı barədə məlumatlar yayılıb.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 657 |
| 19 | 🟢Sumqayıtdakı yaşıllıq qalmaqalına "Jasmine Park"dan reaksiya
Sumqayıt şəhərində həyata keçirilən "Jasmine Park Sumqayıt" layihəsinin mətbuat katibi Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllıqların məhv edilməsi ilə bağlı iddialara münasibət bildirib.
Sumqayit24.az xəbər verir ki, Tünzalə İsmayılova açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Qeyd olunub ki, layihə Sumqayıt Dəniz Bulvarı ərazisində yerləşir və tikinti prosesi təxminən 10 ilə yaxındır davam edir. Bildirilib ki, bütün işlər qanunvericiliyin, şəhərsalma və ekoloji normaların tələblərinə uyğun şəkildə həyata keçirilir.
Mətbuat katibinin sözlərinə görə, tikinti zamanı yaşıllıqların qorunmasına xüsusi həssaslıqla yanaşılır və ağacların kəsilməsi və ya məhv edilməsi ilə bağlı səsləndirilən iddiaları təsdiqləyən hər hansı rəsmi fakt mövcud deyil:
"Ətraf mühitin qorunması fəaliyyətimizin əsas prioritetlərindən biridir".
Xatırladaq ki, bir neçə gün əvvəl Sumqayit24.az-a müraciət edən bir qrup şəhər sakini Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllığın məhv edildiyini iddia edib. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərdiyimiz sorğu cavabsız qalıb.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 680 |
| 20 | 🔴Sumqayıtda döyüş iti parkı bir-birinə qatdı – İDDİA
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, naməlum şəxs öz həyətində saxladığı döyüş cinsli iti Nəsimi adına parkın ərazisinə gətirərək sərbəst buraxıb. Aqressiv davranan it parkda yaşayan və birkalanmış küçə itlərinə, eləcə də balalarına hücum edərək onları parçalayıb.
Sakinlər bildirirlər ki, bundan sonra döyüş iti ərazidə olan insanlara da hücum etməyə cəhd edib və parkda təşviş yaranıb.
Şikayətçilər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edərək hadisənin araşdırılmasını, itin sahibinin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və ictimai təhlükəsizliyin təmin olunması üçün təcili tədbirlər görülməsini tələb edirlər.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 713 |
