Sumqayıt 24
Sayt: https://sumqayit24.az/ Instagram: www.instagram.com/sumqayit24.az/ Facebook: www.facebook.com/sumqayit24 TikTok: https://www.tiktok.com/@sumqayit24.az Youtube: www.youtube.com/@Sumqayıt24 Bizimlə əlaqə: https://t.me/sumqayit_24
Больше📈 Аналитический обзор Telegram-канала Sumqayıt 24
Канал Sumqayıt 24 (@sumqayit24_az) языкового сегмента Азербайджанский является активным участником. Сейчас сообщество объединяет 14 221 подписчиков, занимая 14 789 место в категории Новости и СМИ и 308 место в регионе Азербайджан.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 14 221 подписчиков.
Согласно последним данным от 26 июля, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -191, а за последние 24 часа — -11, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 6.33%. В первые 24 часа после публикации контент обычно набирает 4.86% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 901 просмотров. В течение первых суток публикация набирает 692 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 7.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“Sayt: https://sumqayit24.az/
Instagram: www.instagram.com/sumqayit24.az/
Facebook: www.facebook.com/sumqayit24
TikTok: https://www.tiktok.com/@sumqayit24.az
Youtube: www.youtube.com/@Sumqayıt24
Bizimlə əlaqə: https://t.me/sumqayit_24”
Благодаря высокой частоте обновлений (последние данные получены 27 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Новости и СМИ.
Загрузка данных...
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 27 июля | +2 | |||
| 26 июля | +1 | |||
| 25 июля | +12 | |||
| 24 июля | +8 | |||
| 23 июля | +3 | |||
| 22 июля | +8 | |||
| 21 июля | +40 | |||
| 20 июля | +2 | |||
| 19 июля | +2 | |||
| 18 июля | +5 | |||
| 17 июля | +2 | |||
| 16 июля | 0 | |||
| 15 июля | +1 | |||
| 14 июля | +4 | |||
| 13 июля | +2 | |||
| 12 июля | +5 | |||
| 11 июля | +1 | |||
| 10 июля | +3 | |||
| 09 июля | +4 | |||
| 08 июля | +2 | |||
| 07 июля | 0 | |||
| 06 июля | +4 | |||
| 05 июля | +3 | |||
| 04 июля | +2 | |||
| 03 июля | +2 | |||
| 02 июля | +5 | |||
| 01 июля | +4 |
| 2 | Sumqayıtda fəaliyyət göstərən marşrut avtobuslarından biri növbəti dəfə yolda qalıb.
Bu barədə Sumqayit24.az-a vətəndaşlar məlumat veriblər.
Sakinlərin sözlərinə görə, 33 nömrəli marşrut avtobusu səhər saatlarında xarab olub və yolda qalıb.
"Səhər saat 08:50 radələrində avtobus xarab oldu. Sərnişinlər məcbur qalıb yollarına piyada davam etdilər", - deyə yerli sakin bildirib.
Qeyd edək ki, bu, 33 nömrəli marşrut avtobusunun yolda qalması ilə bağlı ilk hal deyil.
Sumqayit24.az bu ildə dəfələrlə eyni problemlə bağlı xəbərlər yayımlayıb.
Belə ki, yanvarın 29-da, martın 2-də, iyunun 4-də həmin marşrut avtobusunun texniki nasazlıq səbəbindən yolda qalması barədə redaksiyamız xəbər işıqlandırıb.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 153 |
| 3 | Sumqayıtda əlil uşaqlar üçün master-klass keçirilib
Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetinin benefisiarları üçün açıq havada master-klass baş tutub.
Tədbirdə kabinetin sosial reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Əsas məqsəd sosial inklüzivliyin gücləndirilməsi, həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyasına dəstək göstərilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.
Uşaqların sosial bacarıqlarının inkişafı və ətraf mühitlə yaxından tanış olması məqsədilə rəngləmə, müxtəlif interaktiv və komanda oyunları, musiqili çıxışlar, eləcə də peşəkar animatorların iştirakı ilə rəngarəng şou-proqram təşkil olunub.
İştirakçıların ünsiyyət bacarıqlarının, kollektiv fəaliyyət vərdişlərinin və özünəinamının inkişafına xidmət edən tədbir rəngarəng görüntülərlə yadda qalıb.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 221 |
| 4 | Sumqayıtda yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə işlər görülür
Şəhərin bütün yaşayış massivlərini əhatə edən tədbirlər çərçivəsində çoxmənzilli yaşayış binalarında, park və xiyabanlarda, ictimai iaşə obyektlərində, eləcə də insanların sıx toplaşdığı məkanlarda kütləvi dezinfeksiya işləri aparılır.
Sumqayıt şəhər Gigiena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanan xüsusi qrafik əsasında profilaktik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 220 |
| 5 | Sumqayıtda şirkət 53 min dollar köçürdü, 10 min dollar cərimələndi
🔗ƏTRAFLI
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 228 |
| 6 | Sumqayıtın müxtəlif ərazilərində son günlər elektrik enerjisinin verilişi ilə bağlı problemlər müşahidə olunur.
Sumqayit24.az-a daxil olan çoxsaylı müraciətlərə görə, xüsusilə Corat bağları, Kotec və Kimyaçılar qəsəbəsində işıqlar bir anda zəifləyir, sonra isə qəfil güclənir. Bu səbəbdən evlərdə istifadə olunan məişət texnikası sıradan çıxır.
Bununla yanaşı, 5-ci mikrorayon və Bulvar küçəsi ərazisində yerləşən binalarda da elektrik enerjisinin tez-tez kəsildiyi bildirilir. Sakinlər gün ərzində bir neçə dəfə işıqların sönüb-yandığını, bunun həm məişətdə, həm də iş fəaliyyətində ciddi narahatlıq yaratdığını deyirlər.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlanıb.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 340 |
| 7 | Sumqayıt şəhəri, 1-ci məhəllədə aparılan işlərdən sonra yaranan vəziyyət narazılığa səbəb olub.
Sakinlərin Sumqayit24.az-a verdiyi məlumata görə, 98 nömrəli binanın qarşısında su borusunda baş verən qəza aradan qaldırılsa da, qazıntı işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Nəticədə qarajların qarşısı keçilməz hala düşüb, asfalt örtüyü dağılıb, torpaq isə ətrafa yayılıb.
Sakinlər bildirirlər ki, bu yol məktəblilərin hərəkət etdiyi əsas ərazilərdən biridir. Onlar payız aylarında yağışlar başlayacağı təqdirdə vəziyyətin daha da ağırlaşacağından narahatdırlar.
Ərazi sakinləri aidiyyəti qurumlardan asfalt örtüyünün yenilənməsini xahiş edirlər.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 398 |
| 8 | 🌊Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatır
Məlumatına əsasən hazırda Bakıda və Sumqayıt şəhərinin yerləşdiyi Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinə məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 384 |
| 9 | Sumqayıt şəhəri 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək göstəriciləri ilə seçilib.
Bu barədə məlumat DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan elmi-statistik təhlildə yer alıb.
Məlumata görə, 9-cu siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticə göstərən şəhər və rayonlar arasında Sumqayıt ilk sırada qərarlaşıb. Şəhər üzrə orta statistik göstərici 149,34 bal təşkil edib.
11-ci siniflər üzrə buraxılış imtahanının nəticələrində də Sumqayıt ən yüksək göstəriciyə malik şəhərlər sırasında yer alıb. Bu mərhələdə şəhər üzrə orta statistik nəticə 156,58 bal olub.
Mənbə: AzEdu.аz
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 474 |
| 10 | 🔴🔥Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 449 |
| 11 | "Stansiya Sumqayıt"da illərin problemi həll olunur - Sakinlər də pul topladı
"Stansiya Sumqayıt" yaşayış massivində uzun illərdir həllini gözləyən kanalizasiya probleminin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Məlumata görə, 925 ailənin yaşadığı ərazidə yeni kanalizasiya xəttinin çəkilişi həyata keçirilir. Sakinlərin bildirirlər ki, kanalizasiya sisteminin olmaması uzun müddət məişət şəraitinə mənfi təsir göstərib, xüsusilə yağıntılı günlərdə ciddi çətinliklər yaradıb.
Məsələ müxtəlif vaxtlarda media tərəfindən işıqlandırılıb. Problemlə bağlı aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib, həmçinin ərazinin deputatı Elnarə Akimova sakinlərlə görüşərək onların müraciətlərini dinləyib.
Hazırda görülən işlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.
Bildirilib ki, layihənin maliyyələşdirilməsində sakinlər də iştirak edirlər. Belə ki, hər ailə tərəfindən 650 manat vəsait ayrılıb. Bundan əlavə, ərazidə fəaliyyət göstərən bəzi müəssisələr və sahibkarlar da layihəyə maddi dəstək göstərirlər.
Sakinlərin məlumatına əsasən, tikinti işlərinin təxminən 4-5 ay ərzində başa çatdırılması planlaşdırılır.
Mənbə: Sumqayittv
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 447 |
| 12 | Polisdən küləkli hava ilə əlaqədar xəbərdarlıq
🔗ƏTRAFLI
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 466 |
| 13 | Coratda batan Ümid vəzifəli şəxsin oğlu imiş
Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində Hüseynli Ümid Taməddin oğlu dənizdə boğularaq həyatını itirib.
Ümid əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən olub. Onun atası Taməddin Hüseynov 3 saylı Babək–Şahbuz–Kəngərli Dairə Seçki Komissiyasının sədridir.
Ümid Hüseynli ali hüquq təhsili alıb. O, hələ orta məktəb illərində də nümunəvi təhsili və fəallığı ilə seçilən şagirdlərdən biri olub.
Yaxınlarının sözlərinə görə, Ümid yüksək insani keyfiyyətləri, nümunəvi davranışı və peşəkarlığı ilə ətrafında böyük hörmət qazanmışdı.
Qeyd edək ki, Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı.
Mənbə: Bakıvaxtı.аz
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 575 |
| 14 | 🌫Havada tozun miqdarı kəskin artdı
"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır:
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir".
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 534 |
| 15 | Sumqayıtda ətrafa yayılan sıx tüstü sakinlərin narahatlığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, şəhərdə fəaliyyət göstərən zavodlardan çıxan tüstü qatı diqqət çəkib.
“Dünəndən bu cür vəziyyət yaranıb və bir sutkadan çox davam edib”, - deyə sakinlər qeyd ediblər.
Şikayətçilər ətrafa yayılan tüstünün sağlamlıqlarına mənfi təsir göstərə biləcəyindən narahatdırlar və problemin aradan qaldırılması üçün aidiyyəti qurumlardan zəruri tədbirlərin görülməsini istəyirlər.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 575 |
| 16 | 🟢Sumqayıta metro xətti çəkiləcək - RƏSMİ
Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin yaradılması planlaşdırılır.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda "Gələcəyin ağıllı metrosu" layihəsi üzərində işlər davam etdirilir. Layihə müasir texnologiyaların tətbiqi, sərnişinlər üçün daha rahat, təhlükəsiz və innovativ metro xidmətinin formalaşdırılmasına hesablanıb.
B.Məmmədovun sözlərinə görə, bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir. Məqsəd metro ilə yerüstü nəqliyyat arasında inteqrasiyanı daha da gücləndirmək, şəhərdaxili hərəkəti rahatlaşdırmaq və vətəndaşlara vahid, müasir nəqliyyat sistemi təqdim etməkdir.
Mətbuat katibi vurğulayıb ki, yaxın beş il ərzində Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunda ciddi dəyişikliklər baş verəcək. Həyata keçiriləcək layihələr paytaxtda mobilliyin artırılmasına, sərnişindaşımanın daha səmərəli təşkilinə və ictimai nəqliyyatın əlçatanlığının genişləndirilməsinə mühüm töhfə verəcək.
Mənbə: Yenisabah.аz
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 614 |
| 17 | ⚡️Magistraturaya ixtisaslaşma seçiminin müddəti bu gün saat 13:00-dək uzadılıb.
▪️ İndiyədək 15 633 bakalavr ərizəsini təsdiqləyib.
▪️ İxtisaslaşma seçimini təsdiqləyən bakalavrlar müsabiqəyə buraxılacaqlar.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 606 |
| 18 | 🚄Küləyə görə Bakı-Pirşağı-Sumqayıt qatarında problem yarandı
Məlumata görə, Sumqayıtdan Bakıya hərəkət edən qatar Zabrat-2 stansiyasında bir neçə dəqiqə ləngidikdən sonra hərəkət edib.
Hərəkətə başladıqdan sonra yüksək sürət yığa bilməyən qatar nəticədə növbəti stansiyaya nəzərdə tutulduğundan xeyli gec çatıb.
Aşağı sürətlə yolda dayana-dayana hərəkət edən qatar nəzərdə tutulan hərəkət qrafikindən xeyli kənara çıxıb və təxminən 20 dəqiqə gecikib.
Qatarın maşinistinin anonsundan belə məlum olub ki, hava şəraiti ilə əlaqədar qatarda texniki problem yaşanıb.
Mənbə: Bakuws
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 679 |
| 19 | 🌬️Sumqayıtda bu gün hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gündüz 28-31° isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 704 |
| 20 | Sumqayıt... Bu şəhər təkcə sənayesi ilə deyil, həm də yetişdirdiyi istedadlarla tanınır. Dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edən, uğurları ilə milyonlara ilham verən bu məşhur simaların bir ortaq cəhəti var – onların yolu məhz Sumqayıtdan başlayıb.
Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə Sumqayıtda anadan olub. Dünyanın ən güclü şahmatçılarından biri, qrossmeyster və dəfələrlə Azərbaycan çempionudur. Beynəlxalq turnirlərdə qazandığı möhtəşəm qələbələrlə ölkəmizin adını dünya şahmat tarixinə yazdırıb.
Rafael Ağayev 4 mart 1985-ci ildə Sumqayıtda anadan olub. Beşqat dünya çempionu, çoxqat Avropa çempionu və karate tarixinin ən parlaq idmançılarından biridir. Onun adı bu gün Azərbaycan karatesinin simvolu kimi tanınır.
Nazim Süleymanov 17 fevral 1965-ci ildə Sumqayıtda doğulub. Azərbaycan millisinin sabiq futbolçusu və tanınmış məşqçisidir. Həm futbolçu, həm də məşqçi kimi ölkə futbolunda dərin iz qoyub.
İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıtda anadan olub. İkiqat Paralimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olan cüdoçudur. Güclü iradəsi və qazandığı möhtəşəm nailiyyətlərlə minlərlə insana motivasiya verir.
Mahir Şükürov 12 dekabr 1982-ci ildə Sumqayıtda anadan olub. Uzun illər Azərbaycan milli komandasının və ölkənin aparıcı futbol klublarının şərəfini qoruyan etibarlı müdafiəçilərdən biri olub.
Azərbaycan Respublikasının Əməkdar artisti, Dağıstan Respublikasının Xalq Artisti Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıtda anadan olub. Azərbaycanın sevilən estrada müğənnilərindəndir. Həmçinin Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər klubunun sədridir.
Azərbaycan Respublikasının Əməkdar artisti Elton Hüseynəliyev 6 avqust 1983-cü ildə Sumqayıtda anadan olub. Güclü səsi və lirik ifaları ilə tanınan müğənnidir. Onun mahnıları uzun illərdir Azərbaycan musiqisevərləri tərəfindən sevilərək dinlənilir.
Azərbaycan Respublikasının Əməkdar artisti Coşqun Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın tanınmış aktyorlarından biridir. Xüsusilə komediya janrındakı yaddaqalan obrazları ilə tamaşaçıların sevgisini qazanıb.
Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda anadan olub. Dünyaca məşhur balaban ifaçısıdır. Onun musiqisi milyonlarla insanı Azərbaycan milli musiqisi ilə tanış edib, balaban sənətini beynəlxalq səviyyədə tanıdıb və sevdirib.
Sumqayıtın yetirdiyi məşhurlar bununla bitmir. Sizcə, bu siyahıda mütləq adı olmalı olan daha kim var? Fikirlərinizi şərhlərdə bölüşün!
Yeni "Instagram" hesabımız
@sumqayit24_az | 1 006 |
