Ormilitarism
Відкрити в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Показати більше7 302
Підписники
Немає даних24 години
-297 днів
-7230 день
Архів дописів
7 300
Malidə “Afrika korpusu”na məxsus yanmış BTR-82A və VP11 zirehli avtomobili.
Daha əvvəl Kidal şəhərindən yayılan kadrlarda görünən və FLA-JNIM silahlıları tərəfindən ələ keçirilən “Tornado-U” zirehli yük maşını.
7 300
“Afrika korpusu” aviasiyasının Malidə FLA-JNIM silahlılarına qarşı həyata keçirdiyi zərbələr.
Ehtimal ki, bunlar Su-24M təyyarələrindən istifadə edilən klassik FAB bombalarıdır.
7 300
+3
Krımda gecə həyata keçirilən kütləvi hücum zamanı Ukraynanın kamikadze dronlarının nişangahında 18280 layihəli “İvan Xurs” kəşfiyyat gəmisi, 775 layihəli “Yamal” və 1171 layihəli “Nikolay Filçenkov” desant gəmiləri, həmçinin MiQ-31BM qırıcı təyyarəsi görüntülənib.
Qeyd olunan hər iki desant gəmisi bir həftə əvvəl də Ukrayna kamikadze dronlarının zərbəsinə məruz qalmışdı.
7 300
“Afrika korpusu”na məxsus “Orion” PUA-sı Malidə irəliləyən FLA-JNIM silahlılarının avtomobil kolonlarına idarə olunan sursatlarla zərbələr endirir.
İkinci kadrda sursatın dron operatorunun nişangahı altında dəqiq manevr etmə prosesi müşahidə olunur.
7 300
Malinin Kidal şəhərini ələ keçirən silahlılarla “Afrika korpusu” bölmələrinin maneəsiz çıxışı ilə bağlı razılaşma əldə olunub.
Yerli silahlı qüvvələrin qarnizonu isə təslim olmağa başlayıb.
7 300
Rusların “Afrika korpusu”na məxsus sonradan vurulan Mi-8AMTŞ helikopteri paytaxt Bamako şəhərinin kənarlarına irəliləyən qüvvələrlə döyüşlər zamanı Mali ordusuna atəş dəstəyi göstərərkən.
7 300
Malidə münaqişə
Ölkənin rəsmi tərəfi paytaxt Bamako-dan idarə olunan hökumət və ordudur; onların əsas məqsədi ərazi bütövlüyünü qorumaq və silahlı qrupları nəzarət altına almaqdır.
Qarşı tərəfdə isə müxtəlif silahlı qruplaşmalar var.
Ən güclü islamçı koalisiyalardan biri JNIM-dir; bu qrup “Əl-Qaidə” ilə əlaqəli hesab olunur və şəriət əsaslı idarəetmə qurmağa çalışır.
Digər mühüm tərəf isə FLA kimi separatçı qruplardır; bunlar əsasən Tuareg mənşəlidir və ölkənin şimalında yerləşən Azavad bölgəsi üçün muxtariyyət və ya müstəqillik tələb edirlər, xüsusilə Kidal ətrafında aktivdirlər.
Bundan əlavə, münaqişədə xarici faktor da mühüm rol oynayır: Rusiya son illərdə hökumətə hərbi dəstək verir və bölgədə təsirini artırır, Fransa isə əvvəl aktiv olsa da sonradan geri çəkilib.
7 300
Mali
JNIM (“Camaat Nüsrət əl-İslam vəl-Müslimin”) və FLA (“Azavadın Azadlıq Cəbhəsi”) qruplaşmalarının silahlıları Malinin paytaxtı Bamako şəhərinə birgə hücuma başlayıblar.
Paytaxtın şimal-qərb kənarı sayılan Kati şəhərində, həmçinin Rusiya Müdafiə Nazirliyinin “Afrika korpusu”nun bazasının yerləşdiyi Kidal şəhərində döyüşlərin getdiyi bildirilib.
7 300
+9
Rusiya istehsalı 956-EM layihəli modernizə olunmuş “Taizhou” (bort nömrəsi 138) esminesi Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin tərkibində Çjouşan tərsanəsində yenilənib.
“Ştil” zenit-raket kompleksinin buraxılış qurğusu HHQ-10 sistemi ilə əvəz olunub, onun arxasında isə HHQ-16 zenit-raket kompleksinin vertikal buraxılış qurğuları yerləşdirilib. “Moskit” gəmiəleyhinə raketlərin yerinə YJ-12A quraşdırılıb, “Kaştan” zenit-artilleriya-raket kompleksləri isə H/PJ-11 ilə əvəz edilib. Həmçinin Çin istehsalı 324 mm-lik üçborulu torpedo aparatları əlavə olunub.
Hazırda Çin Hərbi Dəniz Qüvvələrinin tərkibində bu sinifdən 6500 ton su tutumuna malik dörd gəmi var: “Hangzhou” (136), “Fuzhou” (137), “Taizhou” (138) və “Ningbo” (139).
7 300
SEPAH qüvvələri Zəncan əyalətinə endirilən zərbələrdən sonra qalan üç ədəd ABŞ istehsalı GBU-57 Massive Ordnance Penetrator bunker əleyhinə bombanın məhv edildiyini, daha birinin isə zərərsizləşdirildiyini açıqlayıb.
Bundan əlavə, əməliyyat çərçivəsində ümumilikdə 9500 ədəd kiçik ölçülü sursatın da zərərsiz hala gətirildiyi bildirilib.
7 300
Peru hava qüvvələrini modernləşdirmək üçün Lockheed Martin şirkətindən 12 ədəd yeni F-16 Block 70 qırıcı təyyarəsi seçib.
Müqavilənin dəyəri təxminən 2 milyard dollar təşkil edir (tam paketlə birlikdə 3,4 milyard dollara qədər arta bilər).
Təyyarələrin təhvil verilməsinin 2029–2030-cu illərdə həyata keçirilməsi gözlənilir.
F-16 bu tenderdə Saab Gripen E və Dassault Rafale kimi rəqibləri geridə qoyub.
7 300
ABŞ-ın BƏƏ-də yerləşən Əl-Dhafra aviabazasında hərbi mövcudluğunu artırdığı görünür.
Təxminən 12 ədəd F/A-18 qırıcı təyyarəsi, ən azı 7 yanacaq dolduran tanker təyyarəsi və bir C-17 yük təyyarəsi yerləşdirilib.
7 300
Axırıcı dəfə 23 il əvvəl 3 aviadaşıyıcı təyyarə eyni vaxtda Yaxın Şərqdə olmuşdu. Onda da nə olmuşdu hamı çox yaxşı bilir.
7 300
Repost from 44th Ranger Regiment
Zelenski:
"Azərbaycana səfərimə Ukraynanın səmanın qorunması sahəsindəki təcrübəsini bölüşən ekspert qrupumuzla görüşməklə başladım. Ukrayna həmişə həm tərəfdaşlarımızı, həm də bizi gücləndirən əməkdaşlığa sadiqdir. Digər ölkələrə fayda verə biləcək unikal təhlükəsizlik təcrübəmiz var. Artıq üç istiqamətdə işləyirik: Yaxın Şərq və Körfəz regionu, Avropa İttifaqı və Azərbaycanla əsaslı iş. Təhlükəsizlikdən əlavə, bu gün enerji, iqtisadiyyat və humanitar sahədə əməkdaşlığı gücləndirmək üçün çalışacağıq."
🌐@GSSR44
7 300
77 yaşlı ukraynalı nənə müharibədən qaçarkən atəş altında tək halda aşkar edilib.
Onu xilas etmək üçün pilotsuz yerüstü robot göndərilib.
Onu qorxutmamaq üçün robotun üzərində “Nənə, min.” yazılıb.
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
