uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 302
Підписники
Немає даних24 години
-297 днів
-7230 день
Архів дописів
Argentina Folklend adaları ilə bağlı Böyük Britaniya ilə yeni danışıqlara çağırıb və Britaniyanın nəzarətini “müstəmləkəçilik
Argentina Folklend adaları ilə bağlı Böyük Britaniya ilə yeni danışıqlara çağırıb və Britaniyanın nəzarətini “müstəmləkəçilik” kimi qiymətləndirib. Xarici işlər naziri Pablo Quirno bildirib ki, “sülh yolu ilə həll” üçün danışıqlar zəruridir. Bu hadisə Pentaqonun Britaniyanın Folklend iddiasına dəstəyi yenidən nəzərdən keçirə biləcəyi ilə bağlı xəbərlərdən sonra atılıb.

ABŞ 2024-cü ildə Argentinanın Danimarkadan F-16 qırıcı təyyarələri almasına Böyük Britaniyanın etiraz etməməsi üçün təzyiq gö
ABŞ 2024-cü ildə Argentinanın Danimarkadan F-16 qırıcı təyyarələri almasına Böyük Britaniyanın etiraz etməməsi üçün təzyiq göstərib. Böyük Britaniya Folklend adaları ilə bağlı gərginlik səbəbindən narahat idi.

Almaniya Hörmüz boğazında mümkün bir missiyaya hazırlıq məqsədilə Aralıq dənizinə hərbi dəniz gəmiləri göndərəcək. Dislokasiy
Almaniya Hörmüz boğazında mümkün bir missiyaya hazırlıq məqsədilə Aralıq dənizinə hərbi dəniz gəmiləri göndərəcək. Dislokasiya Almaniya parlamentinin təsdiqindən asılıdır, lakin vaxt itirməmək üçün gəmilər əvvəlcədən mövqeləndirilib.

Sui-qəsd cəhdi edən 31 yaşlı Kaliforniyalı Kol Tomas Allen
+1
Sui-qəsd cəhdi edən 31 yaşlı Kaliforniyalı Kol Tomas Allen

ABŞ Məxfi Xidmətinin əməkdaşları jurnalistlərə və digər şahidlərə geri çəkilməyi əmr edir.

CNN xəbər verir ki, ABŞ Məxfi Xidmətinin əməkdaşları Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyinin foyesində şübhəli şəxsi güllələyərək öldürüblər. Hadisə Tramp və birinci xanım Melaniya Trampın təxliyəsindən sonra baş verib.

ABŞ Məxfi Xidməti Trampı və birinci xanım Melaniya Trampı səhnədən təxliyə edərkən arxa planda atəş səsləri eşidilib.

ABŞ Prezidenti Donald J. Tramp və birinci xanım Melaniya Tramp Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı atəş səsləri
ABŞ Prezidenti Donald J. Tramp və birinci xanım Melaniya Tramp Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı atəş səsləri barədə məlumatlardan sonra məxfi xidmət tərəfindən sürətlə səhnədən uzaqlaşdırılıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Rafael Peralta esminesi Hind okeanında İranın M/T HERBY tankerini saxlayaraq müşayiətə
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Rafael Peralta esminesi Hind okeanında İranın M/T HERBY tankerini saxlayaraq müşayiətə götürüb. Tanker İndoneziyadan İrana qayıdırdı və iki milyon barel neft daşıyırdı.

Davam edir

ABŞ-ın NBC kanalı bildirir ki, Pentaqonun ABŞ rəsmiləri üçün açıqladığı yeni məlumatlara əsasən, müharibənin ilk günlərində İ
ABŞ-ın NBC kanalı bildirir ki, Pentaqonun ABŞ rəsmiləri üçün açıqladığı yeni məlumatlara əsasən, müharibənin ilk günlərində İran Hərbi Hava Qüvvələrinə məxsus F-5 qırıcısı Küveytdə yerləşən Camp Buehring bazasına uğurlu hücum həyata keçirə bilib. Hücum nəticə etibarilə simvolik xarakter daşısa belə, havadakı qüvvələr nisbəti, eləcə də qarşı tərəfin aviasiya, hava hücumundan müdafiə və kəşfiyyat imkanları nəzərə alınarsa, bu yenə də diqqətəlayiq uğur hesab olunur. Üstəlik, F-5 təyyarəsi, yumşaq desək, yeni deyil. Bu hal həmçinin Küveytin HHQ və hava hücumundan müdafiə qüvvələrinin, ABŞ təyyarələrinə qarşı “dost atəşi” halları ilə yadda qalan davranışındakı gərginliyi də müəyyən qədər izah edir.

Müharibənin aktiv mərhələsində Buşehr AES yaxınlığında yerləşən İranın 35 mm-lik Oerlikon GDF-001 zenit qurğusunun idarə olunan aviabomba ilə məhv edilmə anı.

Ukraynanın SkyFall şirkətinə məxsus P1-Sun interceptor dronları.
+8
Ukraynanın SkyFall şirkətinə məxsus P1-Sun interceptor dronları.

+5
Ötən gecə Ukrayna Dnepropetrovskda vurulan və yanan neft sənaye zonası.

İsrailin Ben-Qurion hava limanı yenidən ABŞ-a məxsus KC-135 və KC-46 yanacaq dolduran təyyarələrlə dolub.

Rusiya Orlov vilayətində yerləşən dron aerodromu ərazisində “Geran-4” və “Geran-5” kamikadze dronlarının buraxılış qurğuların
+8
Rusiya Orlov vilayətində yerləşən dron aerodromu ərazisində “Geran-4” və “Geran-5” kamikadze dronlarının buraxılış qurğularının peyklər tərəfindən qeydə alındığı bildirilir. İddialara görə, bu tip PUA-lar üçün nəzərdə tutulan buraxılış qurğularının uzunluğu 80 metrə çatır ki, bu da “Geran-2” üçün istifadə edilən buraxılış qurğularından təxminən üç dəfə böyükdür. Şəkillərdə həmçinin çoxlu sayda dronların saxlanıldığı anqarlar, qoruyucu beton bunkerlər və yeni tikilən infrastruktur da görünür.

+4
Rusiyaya məxsus “OSA-AKM” və “Tor-M2” zenit-raket komplekslərinin Ukraynanın yeni B-2 kamikadze dronlarını vurmaq cəhdləri. Davamında həmin hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi anlar göstərilir.

Britaniya istehsalı olan ağır nəqliyyat tipli Windracers ULTRA pilotsuz uçuş aparatının cəbhə xəttinə yaxın ərazidə uçuşuna dair ilk görüntülər yayılıb. Bu aparat Ukrayna Silahlı Qüvvələri tərəfindən 2023-cü ildən etibarən aktiv istifadə olunur. Böyük Britaniyanın yaxın zamanda elan etdiyi və 120 min müxtəlif pilotsuz uçuş aparatını əhatə edən hərbi yardım paketinə müəyyən sayda Windracers ULTRA da daxildir. Bu PUA 150 kq-a qədər faydalı yükü 1000 km məsafəyə daşıya bilir. Modernləşdirilmiş versiyada isə bu göstəricilər müvafiq olaraq 200 kq və 2000 km təşkil edir.

ABŞ Dəniz Piyadaları Korpusunun 312-ci qırıcı-hücum eskadrilyasına məxsus 12 ədəd F/A-18C Hornet təyyarəsi Azor adalarındakı
+1
ABŞ Dəniz Piyadaları Korpusunun 312-ci qırıcı-hücum eskadrilyasına məxsus 12 ədəd F/A-18C Hornet təyyarəsi Azor adalarındakı Lajes aviabazasından Yaxın Şərq istiqamətində uçuş həyata keçirib. Təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-46A Pegasus yanacaq dolduran təyyarələri tərəfindən müşayiət olunub.

Odessadakı limanlardan birinə yaxınlaşan Rusiya pilotsuz kamikadze katerinin məhv edilməsi. Rusiya tərəfinin Odessa vilayəti
+2
Odessadakı limanlardan birinə yaxınlaşan Rusiya pilotsuz kamikadze katerinin məhv edilməsi. Rusiya tərəfinin Odessa vilayəti sahilləri yaxınlığında belə katerlərdən istifadə etməsi diqqətçəkən hadisədir. Çünki əvvəllər bu tip vasitələrin Rusiya tərəfindən tətbiqi olduqca məhdud xarakter daşıyırdı.