uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 274
Підписники
Немає даних24 години
-247 днів
-8130 день
Архів дописів
Kuba təlimlərinin xronikasında S‑125 zenit-raket kompleksləri. Kuba istehsalı S‑125 modifikasiyasının ən nəzərəçarpan xüsusiy
+2
Kuba təlimlərinin xronikasında S‑125 zenit-raket kompleksləri. Kuba istehsalı S‑125 modifikasiyasının ən nəzərəçarpan xüsusiyyəti buraxılış qurğularının T‑55 tankının şassisi üzərində yerləşdirilməsidir ki, bu da kompleksin hərəkətliliyini xeyli artırıb. Üstəlik, digər HHM sistemlərindən fərqli olaraq, S‑125-lər dərin modernizasiyadan keçirilib. 2025-ci ilin yazında bildirilmişdi ki, Karib hövzəsi ölkələrindən birinin xarici sifarişçisi ALEVKURP ASC mütəxəssisləri tərəfindən modernləşdirilmiş S‑125‑2BM ‘Peçora‑2BM’ ZRK-larının döyüş buraxılışlarını uğurla həyata keçirib. Bu Kuba imiş.

2024-cü ilin yayından etibarən xüsusi olaraq Ukrayna üçün hazırlanmaqda olan ERAM döyüş sursatının ABŞdakı sınaqlarından görü
2024-cü ilin yayından etibarən xüsusi olaraq Ukrayna üçün hazırlanmaqda olan ERAM döyüş sursatının ABŞdakı sınaqlarından görüntülər. ABŞ Dövlət Departamenti 2025-ci ilin avqustunda bu sursatların və tuşlayıcı avadanlığın Ukraynaya satışını təsdiqləsə də, proqram çərçivəsində yaradılan yüksək dəqiqlikli sursatlar hələ də sınaq mərhələsindədir. Gözlənilir ki, ERAM-ın ilk partiyası Ukraynaya 2026-cı ilin oktyabrına qədər çatdırılsın və bu sursatlar F-16 və MiQ-29 qırıcılarından istifadə edilsin. Görülən odur ki, uzaq məsafədə hədəflərin məhv edilməsi üçün ucuz və kütləvi vasitə kimi ERAM-a maraq təkcə Ukrayna tərəfindən deyil, ABŞ-ın özü tərəfindən də nümayiş etdirilir.

ABŞ-ın ən yeni aviadaşıyıcısı USS John F. Kennedy (CVN 79) Newport News Shipbuilding gəmiqayırma zavodundan (Nyuport-Nyus, Vi
+2
ABŞ-ın ən yeni aviadaşıyıcısı USS John F. Kennedy (CVN 79) Newport News Shipbuilding gəmiqayırma zavodundan (Nyuport-Nyus, Virciniya ştatı) çıxaraq açıq dənizə ilk sınaq reysi üçün üzüb. CVN-79 Gerald R. Ford tipli on gəmilik seriyada ikinci gəmi hesab olunur. Yeni nüvə aviadaşıyıcıları ABŞ Hərbi Dəniz Qüvvələrində 1975-ci ildən xidmət göstərən Nimitz tipli gəmilərin yerini almalıdır. Nəhəngin uzunluğu 337 metr, uçuş platformasının eni 78 metr, tam su tutumu təxminən 100 000 ton. 80-dən çox təyyarə və vertolyot daşıya bilir. Planlaşdırılan xidmət müddəti 50 il.

+1
Peyk görüntüləri göstərir ki, İran keçən ilin iyun ayında İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalmış Natanz və İsfahan nüvə obyektlərində müdafiə sığınacaqları inşa edir. Bu sığınacaqlar komplekslərdə aparılan təmir və bərpa işlərinin hava müşahidəsinə qarşı maneə yaradır.

Kuba ordusu şou məqsədli təlimləri edərək ordularının güclü olduğunu göstərmək istəmişdi. Əksinə bu şou Kuba ordusunun hələ Fidel Castro dövründə qaldığını göstərdi.

Kubanın Prezidenti Miguel Díaz-Canel: “Hər hansı bir ölkənin başqa bir ölkəyə yanacağın çatmasını əngəlləmək hüququ haradan gəlir? Bu yalnız Kuba və kubalılar əleyhinə hərəkət deyil. Bu səbəbdən neçə ölkə Kubaya normal ticarət əlaqələrini saxlamaq imkanından məhrum edilir? Neçə şirkət və institut zərər görür? Bu beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozmurmu? Bu, kapitalizm və imperializmin müdafiəsini iddia etdiyi azad ticarət prinsiplərinə zidd deyilmi? Bundan əlavə, bunu bizə tətbiq etməkdə özlərini kim sayırlar? Belə davranışda insanlıq, ləyaqət, həssaslıq və ya şərəf qalıbmı?”

İranın Fars agentliyi: İran, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin yeraltı raket bazalarına ən yeni Khorramşahr-4 ballistik raketini yerləşdirib. 2 000 km mənzil, 1 500 kq döyüş başlığı və təxminən 30 m dəqiqliyə malik bu raket, İran strategiyasının əsas elementidir. Raket atmosfer xaricində Mach 16, atmosfer daxilində isə Mach 8 sürətinə çatır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yaxın ərazilərdə üzən USS Abraham Lincoln aviadaşıyıcısından yeni görüntülər paylaşıb.

ABŞ və Rusiya cümə axşamı müddəti başa çatan New START nüvə sazişinə riayət etməyə davam etmək üçün əl sıxışıblar. Razılaşma hüquqi baxımdan məcburi deyil və əsassısdır, lakin tərəflər danışıqlar aparılan müddətdə ən azı altı ay ərzində sazişdə nəzərdə tutulan məhdudiyyətlərə əməl edəcəklər.

Məlumatlara görə, ABŞ qüvvələri Suriyanın şimal-şərqindəki Əl-Şəddadi bazasından çıxmağa başlayıb . Qruplar İraqın Ərbil şəhəri istiqamətində hərəkət edir. Bu addım Suriya Demokratik Qüvvələri (SDQ) ilə Dəməşq arasında inteqrasiya razılaşmalarından sonra ABŞ-ın Suriyadakı mövcudluğunu mərhələli şəkildə azaltmasının bir hissəsidir.

Çinin müdafiə və nüvə sektorları ilə əlaqəli üç deputat fevralın 4-də vəzifələrindən uzaqlaşdırılıb. Bu addım Çinin orduda ko
Çinin müdafiə və nüvə sektorları ilə əlaqəli üç deputat fevralın 4-də vəzifələrindən uzaqlaşdırılıb. Bu addım Çinin orduda korrupsiyaya qarşı apardığı kampaniyanın bir hissəsidir. Qərar aviasiya və nüvə silahları tədqiqatları ilə bağlı fiqurları hədəf alır və geniş şəkildə Si Cinpinin Xalq Azadlıq Ordusu (PLA) və müdafiə sənayesində korrupsiyaya qarşı daha genişmiqyaslı təmizləmə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Fars körfəzində təxminən 1000 ton qaçaq yanacaq daşıyan və göyərtəsində təxminən 15 əcnəbi heyət üzvü olan iki neft tankerini ələ keçirib.

Türkiyə Prezidenti Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyənin yerli istehsalı olan KAAN qırıcı təyyarəsinə investisi
Türkiyə Prezidenti Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyənin yerli istehsalı olan KAAN qırıcı təyyarəsinə investisiya qoya bilər.

Bir çoxlarının xəbəri yoxdur amma sizin xəbəriniz olsun nüvə dövrünə qayıdırıq. SNV-III (New START) müqaviləsi nə idi və niyə önəmlidir? ABŞ və Rusiya arasında imzalanmış Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsi (SNV-III, New START) uzadılmadığı üçün bu gün qüvvədən düşdü. Bu müqaviləyə əsasən: – Hər tərəf maksimum 700 ədəd aktiv vəziyyətdə qitələrarası ballistik raket (ICBM), sualtı qayıqlardan buraxılan ballistik raket (SLBM) və ya strateji bombardmançı saxlaya bilərdi. – Ümumi strateji nüvə döyüş başlıqlarının sayı 1550 ilə məhdudlaşdırılırdı. – Əlavə olaraq, ümumilikdə 800 ədəd daşıyıcı vasitə (aktiv və qeyri-aktiv raketlər və bombardmançılar) saxlanılmasına icazə verilirdi. Müqavilənin başa çatması ilə: – Təxminən 50 ildən sonra ilk dəfə olaraq ABŞ və Rusiya arasında nüvə silahlanmasını məhdudlaşdıran heç bir hüquqi mexanizm qalmır. – Hər iki tərəf nüvə başlıqlarının və daşıyıcı sistemlərin sayını artırmaq imkanına sahib olur. Mövcud vəziyyətdə: – Rusiya IRBM kateqoriyasında Rubej və Oreşnik kimi layihələr üzərində işləyir, eyni zamanda Sarmat ICBM ilə strateji arsenalını genişləndirməyi planlaşdırır. – ABŞ isə əsas diqqəti taktiki nüvə silahlarına yönəldir. – Qeyd olunur ki, ABŞ müqavilədən əvvəl təxminən 1700 ədəd strateji nüvə döyüş başlığına malik idi.

Sülh Qalxanı 2026

Taleqan‑2 obyektində beton sarkofaq tikintisi tamamlanmaq üzrədir. Obyekt demək olar ki, tamamilə betonla əhatə olunub bu, ona hava zərbələrinə qarşı əlavə qoruma təmin edir. Obyektin önündə əlavə qoruma təmin edəcək yeni bina və ya qurğu tikilir. Yaxınlıqda uzun müddət istifadəsiz qalmış hava müdafiə obyektində işlər bərpa olunub və iki yeni əlavə hava müdafiə obyekti yerləşdirilib. Bu obyektin tikintisi əhəmiyyətlidir, çünki 2004-cü ilə qədər AMAD layihəsi çərçivəsində bu ərazidə nüvə silahının komponentləri üzrə əsas sınaqlar və inkişaf işləri aparılmış, sonradan isə komponentlərin istehsalı həyata keçirilmişdir. Yeni obyektin dəqiq təyinatı hələ məlum deyil, lakin onun tikintisi və gücləndirilmiş qorunması onun strateji əhəmiyyətini göstərir.

İran İsfahanda qoruma işlərini və Taleqan kompleksinin genişləndirilməsini davam etdirir. İsfahanda orta və cənub girişləri t
+7
İran İsfahanda qoruma işlərini və Taleqan kompleksinin genişləndirilməsini davam etdirir. İsfahanda orta və cənub girişləri torpaqla doldurulub. Şimali giriş isə iyun hücumlarından sonra yenidən tikilmiş və son aylarda möhkəmləndirilmişdir. Orta və şimal girişlərə aparan yolda əlavə torpaqla dolu damperli maşınlar hərəkət edir ki, orta girişin əlavə qorunması üçün torpaq doldurulur. İran iyun hücumlarından əvvəl də tunellərin qorunması məqsədilə oxşar işlər aparmışdı. Tunellərdən başqa, peyk görüntüləri səthdəki dağıdılmış binada tikinti işlərinin aparıldığını göstərir. İsfahandakı dağ kompleksi və Natanz yanacaq zənginləşdirmə zavodundakı fəaliyyətlər göstərir ki, İran uranın zənginləşdirilməsi ilə bağlı aktivlərin bərpasına və qorunmasına üstünlük verir.

Rusiya Hərbi‑Kosmik Qüvvələrinə məxsus Su‑35S qırıcısı asqılarda dörd ədəd R‑77‑1 hava‑hava raketi və iki ədəd R‑73 hava-hava raketi ilə. Qanad uclarında «Xibiny‑M» radioelektron mübarizə kompleksinə aid L‑265M10 aktiv maneə sistemi görünür. Suriya.

Rassvet”i peyklərini sayı və əhatə dairəsinə görə Starlink ilə müqayisə etmək mümkün deyil. İlon Maskın layihəsinin orbitində artıq 9000-dən çox aparat var.