7 272
订阅者
+324 小时
-107 天
-7730 天
帖子存档
7 271
Atəşdən əvvəl mərminin partladıcısı əvvəlcədən hesablanmış partlama vaxtına proqramlaşdırılır. Atəşdən sonra təyin olunmuş vaxt bitdikdə partladıcı işə düşür və mərminin korpusundan hədəf rayonunun üzərində 800–2200 metr hündürlükdə sub-döyüş sursatları olan konteynerləri çıxarır.
Konteynerlər açılan stabilizatorlara malikdir. Onların köməyi ilə sub-döyüş sursatlarının fırlanma sürəti azaldılır və səthə doğru nisbətən düzgün orientasiya təmin olunur. Daha sonra sub-döyüş sursatları konteynerlərdən ayrılır, qanadcıqları açılır və hədəf axtarışı üçün sensor bloku irəli çıxarılır. Bunlar modifikasiyadan asılı olaraq bir və ya üç ədəd infraqırmızı sensor və LIDAR olur.
Hədəf aşkar edildikdən sonra tuşlama nöqtəsi hesablanır və kamulyativ yüklə hədəfə zərbə endirilir. Bu zərbə 200 metrədək məsafədən 130 mm qalınlığında homogen zirehi deşməyə qadirdir.
7 271
USQ tərəfindən «Buk‑M3» ZRK-nın buraxılış qurğusuna zərbə endirmək üçün yüksək dəqiqlikli 155 mm-lik BONUS mərmisinin tətbiqi. Bu BONUS istifadələrini 3-4 il əvvəl tez-tez görərdik.
Nexter və Bofors şirkətləri tərəfindən hazırlanmış BONUS özütuşlanan döyüş elementlərinə malik kaset tipli sursatdır. Bu elementlərin daşıyıcısı artilleriya mərmisidir.
7 271
İlk dəfə Əfqanıstanda Kandahar bazasında uçuşlara başlasığına görə ona Kandahar Beast yəni Kandahar Canavarı ləqəbi verilib.
7 271
Lockheed Martin şirkəti Venesuelada keçirilən “Absolute Resolve” əməliyyatı zamanı RQ-170 Sentinel pilotsuz uçan aparatının istifadəsini təsdiqləyib.
Aparatın dəqiq rolu açıqlanmır, lakin ehtimal olunur ki, dron Venesuelanın HHM sistemlərini və ya birbaşa Nikolas Maduro və onun qorumasını müşahidə edib.
İstehsalçı şirkətin bu barədə məlumat yayması kifayət qədər qeyri-adi haldır. Bu aparatla bağlı qeyd, son beş ildə onun fəaliyyəti barədə ilk məlumatdır.
Dron 2007-ci ildə təqdim olunub və həmin il Əfqanıstanda döyüş sınaqlarına göndərilib. 2011-ci ildə RQ-170 Usama bin Ladenin Pakistanın Abbottabad şəhərindəki yaşayış yerini müşahidə etmək üçün “Neptune Spear” əməliyyatına hazırlıqda istifadə olunub.
Eyni ildə Sentinel İranın nüvə proqramı obyektlərini müşahidə edərkən texniki nasazlıq və ya İranın REB sistemlərinin fəaliyyəti nəticəsində qəzaya uğrayıb. İran mütəxəssisləri qalıqlar əsasında Shahed-191 dronunu hazırlayıb.
Media sızıntılarına əsasən 2022–2023-cü illər ərzində RQ-170-in Qara dəniz akvatoriyasında kəşfiyyat uçuşları həyata keçirdiyi ehtimal olunur. Uçuşlar İtaliyadakı Sigonella aviabazasından, həyata keçirilib.
Keçən il RQ-170 dronları Cənubi Koreyaya köçürülüb və böyük ehtimal Şimali Koreya hava məkanına yaxın ərazilərdə uçuşlar edib.
7 271
S‑125‑2BM 2010‑cu illərin birinci yarısında Belarusda köhnə S‑125 ZRK-nın modernizasiyası kimi yaradılmış variantdır. “Peçora‑2BM” modernizasiyasına elektronikanın tam yenilənməsi, radiolokasiya ilə aşkarlama və tuşlamanın yaxşılaşdırılması, hədəflərin müşayiət alqoritmlərinin təkmilləşdirilməsi, maneələrə davamlılığın artırılması, reaksiya vaxtının azaldılması, məhv etmə zonalarının müəyyən qədər genişləndirilməsi, həmçinin passiv rejimdə işləmək üçün yeni optik-elektron sistem daxildir.
Lakin hətta yüksək səviyyədə modernləşdirilmiş S‑125 belə, artıq HHM sisteminin “onurğa sütunu” tələblərinə cavab vermir, xüsusən də 2026-cı ildə ABŞ aviasiyasına qarşı durmalı olan bir sistem üçün.
7 271
+2
Kuba təlimlərinin xronikasında S‑125 zenit-raket kompleksləri. Kuba istehsalı S‑125 modifikasiyasının ən nəzərəçarpan xüsusiyyəti buraxılış qurğularının T‑55 tankının şassisi üzərində yerləşdirilməsidir ki, bu da kompleksin hərəkətliliyini xeyli artırıb. Üstəlik, digər HHM sistemlərindən fərqli olaraq, S‑125-lər dərin modernizasiyadan keçirilib.
2025-ci ilin yazında bildirilmişdi ki, Karib hövzəsi ölkələrindən birinin xarici sifarişçisi ALEVKURP ASC mütəxəssisləri tərəfindən modernləşdirilmiş S‑125‑2BM ‘Peçora‑2BM’ ZRK-larının döyüş buraxılışlarını uğurla həyata keçirib. Bu Kuba imiş.
7 271
2024-cü ilin yayından etibarən xüsusi olaraq Ukrayna üçün hazırlanmaqda olan ERAM döyüş sursatının ABŞdakı sınaqlarından görüntülər.
ABŞ Dövlət Departamenti 2025-ci ilin avqustunda bu sursatların və tuşlayıcı avadanlığın Ukraynaya satışını təsdiqləsə də, proqram çərçivəsində yaradılan yüksək dəqiqlikli sursatlar hələ də sınaq mərhələsindədir.
Gözlənilir ki, ERAM-ın ilk partiyası Ukraynaya 2026-cı ilin oktyabrına qədər çatdırılsın və bu sursatlar F-16 və MiQ-29 qırıcılarından istifadə edilsin.
Görülən odur ki, uzaq məsafədə hədəflərin məhv edilməsi üçün ucuz və kütləvi vasitə kimi ERAM-a maraq təkcə Ukrayna tərəfindən deyil, ABŞ-ın özü tərəfindən də nümayiş etdirilir.
7 271
+2
ABŞ-ın ən yeni aviadaşıyıcısı USS John F. Kennedy (CVN 79) Newport News Shipbuilding gəmiqayırma zavodundan (Nyuport-Nyus, Virciniya ştatı) çıxaraq açıq dənizə ilk sınaq reysi üçün üzüb.
CVN-79 Gerald R. Ford tipli on gəmilik seriyada ikinci gəmi hesab olunur. Yeni nüvə aviadaşıyıcıları ABŞ Hərbi Dəniz Qüvvələrində 1975-ci ildən xidmət göstərən Nimitz tipli gəmilərin yerini almalıdır.
Nəhəngin uzunluğu 337 metr, uçuş platformasının eni 78 metr, tam su tutumu təxminən 100 000 ton. 80-dən çox təyyarə və vertolyot daşıya bilir. Planlaşdırılan xidmət müddəti 50 il.
7 271
Peyk görüntüləri göstərir ki, İran keçən ilin iyun ayında İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalmış Natanz və İsfahan nüvə obyektlərində müdafiə sığınacaqları inşa edir.
Bu sığınacaqlar komplekslərdə aparılan təmir və bərpa işlərinin hava müşahidəsinə qarşı maneə yaradır.
7 271
Kuba ordusu şou məqsədli təlimləri edərək ordularının güclü olduğunu göstərmək istəmişdi. Əksinə bu şou Kuba ordusunun hələ Fidel Castro dövründə qaldığını göstərdi.
7 271
Kubanın Prezidenti Miguel Díaz-Canel:
“Hər hansı bir ölkənin başqa bir ölkəyə yanacağın çatmasını əngəlləmək hüququ haradan gəlir? Bu yalnız Kuba və kubalılar əleyhinə hərəkət deyil.
Bu səbəbdən neçə ölkə Kubaya normal ticarət əlaqələrini saxlamaq imkanından məhrum edilir? Neçə şirkət və institut zərər görür?
Bu beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozmurmu? Bu, kapitalizm və imperializmin müdafiəsini iddia etdiyi azad ticarət prinsiplərinə zidd deyilmi?
Bundan əlavə, bunu bizə tətbiq etməkdə özlərini kim sayırlar? Belə davranışda insanlıq, ləyaqət, həssaslıq və ya şərəf qalıbmı?”
7 271
İranın Fars agentliyi:
İran, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin yeraltı raket bazalarına ən yeni Khorramşahr-4 ballistik raketini yerləşdirib.
2 000 km mənzil, 1 500 kq döyüş başlığı və təxminən 30 m dəqiqliyə malik bu raket, İran strategiyasının əsas elementidir.
Raket atmosfer xaricində Mach 16, atmosfer daxilində isə Mach 8 sürətinə çatır.
7 271
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yaxın ərazilərdə üzən USS Abraham Lincoln aviadaşıyıcısından yeni görüntülər paylaşıb.
7 271
ABŞ və Rusiya cümə axşamı müddəti başa çatan New START nüvə sazişinə riayət etməyə davam etmək üçün əl sıxışıblar.
Razılaşma hüquqi baxımdan məcburi deyil və əsassısdır, lakin tərəflər danışıqlar aparılan müddətdə ən azı altı ay ərzində sazişdə nəzərdə tutulan məhdudiyyətlərə əməl edəcəklər.
7 271
Məlumatlara görə, ABŞ qüvvələri Suriyanın şimal-şərqindəki Əl-Şəddadi bazasından çıxmağa başlayıb . Qruplar İraqın Ərbil şəhəri istiqamətində hərəkət edir.
Bu addım Suriya Demokratik Qüvvələri (SDQ) ilə Dəməşq arasında inteqrasiya razılaşmalarından sonra ABŞ-ın Suriyadakı mövcudluğunu mərhələli şəkildə azaltmasının bir hissəsidir.
7 271
Çinin müdafiə və nüvə sektorları ilə əlaqəli üç deputat fevralın 4-də vəzifələrindən uzaqlaşdırılıb. Bu addım Çinin orduda korrupsiyaya qarşı apardığı kampaniyanın bir hissəsidir.
Qərar aviasiya və nüvə silahları tədqiqatları ilə bağlı fiqurları hədəf alır və geniş şəkildə Si Cinpinin Xalq Azadlıq Ordusu (PLA) və müdafiə sənayesində korrupsiyaya qarşı daha genişmiqyaslı təmizləmə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
7 271
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Fars körfəzində təxminən 1000 ton qaçaq yanacaq daşıyan və göyərtəsində təxminən 15 əcnəbi heyət üzvü olan iki neft tankerini ələ keçirib.
7 271
Türkiyə Prezidenti Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyənin yerli istehsalı olan KAAN qırıcı təyyarəsinə investisiya qoya bilər.
