Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 302
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-297 روز
-7230 روز
آرشیو پست ها
7 301
Argentina Folklend adaları ilə bağlı Böyük Britaniya ilə yeni danışıqlara çağırıb və Britaniyanın nəzarətini “müstəmləkəçilik” kimi qiymətləndirib.
Xarici işlər naziri Pablo Quirno bildirib ki, “sülh yolu ilə həll” üçün danışıqlar zəruridir.
Bu hadisə Pentaqonun Britaniyanın Folklend iddiasına dəstəyi yenidən nəzərdən keçirə biləcəyi ilə bağlı xəbərlərdən sonra atılıb.
7 301
ABŞ 2024-cü ildə Argentinanın Danimarkadan F-16 qırıcı təyyarələri almasına Böyük Britaniyanın etiraz etməməsi üçün təzyiq göstərib.
Böyük Britaniya Folklend adaları ilə bağlı gərginlik səbəbindən narahat idi.
7 301
Almaniya Hörmüz boğazında mümkün bir missiyaya hazırlıq məqsədilə Aralıq dənizinə hərbi dəniz gəmiləri göndərəcək.
Dislokasiya Almaniya parlamentinin təsdiqindən asılıdır, lakin vaxt itirməmək üçün gəmilər əvvəlcədən mövqeləndirilib.
7 301
ABŞ Məxfi Xidmətinin əməkdaşları jurnalistlərə və digər şahidlərə geri çəkilməyi əmr edir.
7 301
CNN xəbər verir ki, ABŞ Məxfi Xidmətinin əməkdaşları Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyinin foyesində şübhəli şəxsi güllələyərək öldürüblər.
Hadisə Tramp və birinci xanım Melaniya Trampın təxliyəsindən sonra baş verib.
7 301
ABŞ Məxfi Xidməti Trampı və birinci xanım Melaniya Trampı səhnədən təxliyə edərkən arxa planda atəş səsləri eşidilib.
7 301
ABŞ Prezidenti Donald J. Tramp və birinci xanım Melaniya Tramp Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı atəş səsləri barədə məlumatlardan sonra məxfi xidmət tərəfindən sürətlə səhnədən uzaqlaşdırılıb.
7 301
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Rafael Peralta esminesi Hind okeanında İranın M/T HERBY tankerini saxlayaraq müşayiətə götürüb.
Tanker İndoneziyadan İrana qayıdırdı və iki milyon barel neft daşıyırdı.
7 301
ABŞ-ın NBC kanalı bildirir ki, Pentaqonun ABŞ rəsmiləri üçün açıqladığı yeni məlumatlara əsasən, müharibənin ilk günlərində İran Hərbi Hava Qüvvələrinə məxsus F-5 qırıcısı Küveytdə yerləşən Camp Buehring bazasına uğurlu hücum həyata keçirə bilib.
Hücum nəticə etibarilə simvolik xarakter daşısa belə, havadakı qüvvələr nisbəti, eləcə də qarşı tərəfin aviasiya, hava hücumundan müdafiə və kəşfiyyat imkanları nəzərə alınarsa, bu yenə də diqqətəlayiq uğur hesab olunur. Üstəlik, F-5 təyyarəsi, yumşaq desək, yeni deyil.
Bu hal həmçinin Küveytin HHQ və hava hücumundan müdafiə qüvvələrinin, ABŞ təyyarələrinə qarşı “dost atəşi” halları ilə yadda qalan davranışındakı gərginliyi də müəyyən qədər izah edir.
7 301
Müharibənin aktiv mərhələsində Buşehr AES yaxınlığında yerləşən İranın 35 mm-lik Oerlikon GDF-001 zenit qurğusunun idarə olunan aviabomba ilə məhv edilmə anı.
7 301
İsrailin Ben-Qurion hava limanı yenidən ABŞ-a məxsus KC-135 və KC-46 yanacaq dolduran təyyarələrlə dolub.
7 301
+8
Rusiya Orlov vilayətində yerləşən dron aerodromu ərazisində “Geran-4” və “Geran-5” kamikadze dronlarının buraxılış qurğularının peyklər tərəfindən qeydə alındığı bildirilir.
İddialara görə, bu tip PUA-lar üçün nəzərdə tutulan buraxılış qurğularının uzunluğu 80 metrə çatır ki, bu da “Geran-2” üçün istifadə edilən buraxılış qurğularından təxminən üç dəfə böyükdür.
Şəkillərdə həmçinin çoxlu sayda dronların saxlanıldığı anqarlar, qoruyucu beton bunkerlər və yeni tikilən infrastruktur da görünür.
7 301
Rusiyaya məxsus “OSA-AKM” və “Tor-M2” zenit-raket komplekslərinin Ukraynanın yeni B-2 kamikadze dronlarını vurmaq cəhdləri.
Davamında həmin hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi anlar göstərilir.
7 301
Britaniya istehsalı olan ağır nəqliyyat tipli Windracers ULTRA pilotsuz uçuş aparatının cəbhə xəttinə yaxın ərazidə uçuşuna dair ilk görüntülər yayılıb. Bu aparat Ukrayna Silahlı Qüvvələri tərəfindən 2023-cü ildən etibarən aktiv istifadə olunur.
Böyük Britaniyanın yaxın zamanda elan etdiyi və 120 min müxtəlif pilotsuz uçuş aparatını əhatə edən hərbi yardım paketinə müəyyən sayda Windracers ULTRA da daxildir.
Bu PUA 150 kq-a qədər faydalı yükü 1000 km məsafəyə daşıya bilir. Modernləşdirilmiş versiyada isə bu göstəricilər müvafiq olaraq 200 kq və 2000 km təşkil edir.
7 301
+1
ABŞ Dəniz Piyadaları Korpusunun 312-ci qırıcı-hücum eskadrilyasına məxsus 12 ədəd F/A-18C Hornet təyyarəsi Azor adalarındakı Lajes aviabazasından Yaxın Şərq istiqamətində uçuş həyata keçirib. Təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-46A Pegasus yanacaq dolduran təyyarələri tərəfindən müşayiət olunub.
7 301
+2
Odessadakı limanlardan birinə yaxınlaşan Rusiya pilotsuz kamikadze katerinin məhv edilməsi.
Rusiya tərəfinin Odessa vilayəti sahilləri yaxınlığında belə katerlərdən istifadə etməsi diqqətçəkən hadisədir. Çünki əvvəllər bu tip vasitələrin Rusiya tərəfindən tətbiqi olduqca məhdud xarakter daşıyırdı.
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
