SHEKİ MEDİA
Відкрити в Telegram
🔴 Şimal-qərb bölgəsindən, ölkə və dünyadan ən son və maraqlı xəbərlər Əlaqə: 050 519 83 33 ● Instagram: sheki.media ● YouTube: shekimedia ● Sayt: sheki.media
Показати більше831
Підписники
Немає даних24 години
+37 днів
-230 день
Архів дописів
831
🤼♂️ Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov (80 kq) Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
🤼♂️ Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli (65 kq) Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanıb.
🤼♂️ Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kq) Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanıb.
831
İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb, biri Şəkidəndir.
831
🚨 FHN: Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb.
Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
831
Repost from Operativ Media
⚡Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmə imkanı yaradılacaq
● Qanun vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
● Yenilik 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq
831
Repost from Operativ Media
⚡Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub
831
Repost from Operativ Media
⚡Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir
Bununla bağlı Prezidentin imzaladığı Fərmanda bildirilir.
831
🇦🇿🇮🇳Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb.
Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
831
Yaponiyanın Küsü adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində yanğınlar başlayıb, yollar, körpülər və binalar zədələnib, bir sıra ərazilərdə isə elektrik enerjisinin verilişi dayanıb.
831
⚡İlham Əliyev Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqaviləni təsdiqləyib.
831
Repost from ŞEDEVR +
Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub.
✅ t.me/shedevrplus
831
Repost from Operativ Media
⚡⚡Azərbaycan və Özbəkistan liderlərinin Qırğızıstana səfəri gözlənilir
Qırğızıstanda səfərlə bağlı hazırlıqlara başlanılıb.
831
🇦🇿🇷🇺 Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.
831
⚡Son günlər Şəkidə müşahidə olunan internet problemi ilə bağlı "Fibernet" şirkəti açıqlama yayıb.
Şirkətdən "SHEKİ.MEDİA"ya daxil olan açıqlamada bildirilir ki, şəbəkədə yaranmış texniki nasazlıq səbəbindən internet xidmətində fasilələr və sürət problemləri qeydə alınıb.
Şirkət yaranmış narahatlığa görə abonentlərdən üzr istəyərək, sosial şəbəkələrdə yayılan "Fibernet fəaliyyətini dayandırır" iddialarının həqiqəti əks etdirmədiyini vurğulayıb.
Açıqlamada qeyd olunub ki, "Fibernet" fəaliyyətini normal qaydada davam etdirir və şirkətin bağlanması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.
Bildirilib ki, texniki heyət nasazlığın tam aradan qaldırılması istiqamətində fasiləsiz çalışır və internet xidmətinin ən qısa zamanda tam bərpası üçün bütün zəruri tədbirlər görülür.
831
Sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
831
🇦🇿🇷🇺 Rəsmi Bakı: Zaxarovanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.
"Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.
831
Repost from Operativ Media
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
Dəyişikliklə komissiyanın üzvləri sırasında TƏBİB-i İcraçı direktor yox, direktor müavini təmsil edəcək.
831
⚡️Rusiya XİN sözçüsü Mariya Zaxarova:
● Ermənistan müharibə vaxtı bizə deyirdi ki, gəlin KTMT-ni aktivləşdirək
● Amma həmin ərazi (Qarabağ) nə Ermənistanın idi, nə də onlar buranı müstəqil ərazi kimi tanıyırdılar
● Belə olan halda KTMT-nin aktivləşdirilməsi qeyri-mümkün idi.
831
❗️🚗Piyadanın bu hərəkəti gündəm oldu - maşının qabağına yıxıldı
Bakıda piyada qəribə hərəkəti ilə diqqət çəkib.
Belə ki, o yaxınlaşan maşının qarşısında sanki qəza olubmuş kimi yıxılıb. Bu görüntülər sosial şəbəkələrdə təəccüblə qarşılanıb.
