ar
Feedback
SHEKİ MEDİA

SHEKİ MEDİA

الذهاب إلى القناة على Telegram

🔴 Şimal-qərb bölgəsindən, ölkə və dünyadan ən son və maraqlı xəbərlər Əlaqə: 050 519 83 33 ● Instagram: sheki.media ● YouTube: shekimedia ● Sayt: sheki.media

إظهار المزيد
831
المشتركون
لا توجد بيانات24 ساعات
+37 أيام
-330 أيام
أرشيف المشاركات
🔴Qaxda Vətən müharibəsi qazisi bıçaqlanıb.

AQTA: Azərbaycanda epizootoloji vəziyyət sabitdir.

⚡️MEDİA: İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur. ⚡️ “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir. ⚡️Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq"

Zaqatalada prokuror müavini olmuş Füzuli Musayev vəfat edib
Zaqatalada prokuror müavini olmuş Füzuli Musayev vəfat edib

Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırılıb.

2026-cı il oktyabrın 22–31-də ilk dəfə Azərbaycanda keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı zəruri məsələlərin həlli Təşkilat Komitəsinə həvalə edilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Nərminə Mustafayeva Azərbaycanın İstanbul şəhərində baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək.

FHN: Ağdamın Kəngərli və Papravənd kəndlərində açıq sahələrdə yanğınlar söndürülüb.

Azərbaycan I yarımildə Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyub.

🤼‍♀️ Bu gündən avqustun 2-dək ölkəmizdə güləş üzrə U-17 dünya çempionatı keçiriləcək. Yarışda 663 idmançı iştirak edəcək, ümumilikdə isə 1100-dən çox qonağın Azərbaycana gələcəyi gözlənilir.

Konqoda Ebola qızdırmasından ölənlərin sayı 1 400-ü ötüb.

✍️Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb. Müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.

🇦🇲 Ermənistanın 17 yaşadək sərbəst güləş üzrə milli komandası Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib.

Repost from APA
❗️“Şahid” pilotsuz uçuş aparatı Ukraynanın Krivoy Roq şəhərində “Episentr” ticarət mərkəzinə düşüb. Hadisə yerində güclü yanğın baş verib

🔥 Qəbələdə güclü yanğın başlayıb. Məlumata görə yanğın yeni tikilməkdə olan Aquaparkda qeydə alınıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

⚡️Şəki Rayon Mərkəzi Xəstəxanası: Şəki rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1998-ci il təvəllüdlü şəxs (kişi) 26.07.2026-cı il tarixində saat 01:40 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona təpə nahiyəsinin hematoması, mil bilək oynağının travması, sıyrılmış yaraları diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir. 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

‼️Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub. Bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məl
‼️Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.
Bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.
"Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də yenidən süni tənəffüs aparatına qoşulub", – deyə köməkçisi bildirib.

🚨İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markakı avtomobillə Şəkinin Baş Göynük kəndi ərazi
🚨İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markakı avtomobillə Şəkinin Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında olan piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. "SHEKİ.MEDİA" xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. "SHEKİ.MEDİA" dünyasını dəyişən M. Teyibovun fotosunu təqdim edir:

⚡️Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.
⚡️Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.