uk
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Відкрити в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Показати більше
Азербайджан410Категорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 16 874 підписників, посідаючи місце в категорії Інші та 410 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 874 підписників.

За останніми даними від 02 грудня, 2024, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Завдяки високій частоті оновлень (останні дані отримано 03 грудня, 2024), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

16 874
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
AXCP sədri Əli Kərimlinin "Caspian PlatForum"da çıxışı zamanı iştirakçılardan biri olan Maqsud Əliyev Əli Kərimliyə İlham Əliyevin fəaliyyəti haqda sual verib. Bir gün sonra isə polislər Maqsudu elə küçədən keçərkən aparıb, məhkəməyə çıxararaq, şərləyib 30 sutka həbs ediblər. DİN bazar günü olduğu üçün rəsmi cavab verməyib.

🔥 Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində də yanğının başladığı deyilir.

🔥 Şəki şəhərinin dağətəyi hissəsində və rayonun Oxut kəndində yanğınlar başlayıb.

🐣 Azərbaycanda yumurta qiymətləri 6-9 qəpik civarında bahalaşıb. Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

🔥 Qubanın Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazisındə yanğın izləri var.

Yanğınlar 6-cı günündə: Şabranın bir neçə kəndlərində baş verən yanğınlar söndürülüb. Çuxurazəmi kəndindəki meşə yanğını isə davam edir. Qəbələdə və Xaçmazda da yanğınlar söndürülüb. Siyəzən və Qubada da yanğın demək olar ki, lokallaşdırılıb, bəzi yerlərdə tüstülənmələr var.

Rəsmi məlumata görə Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında yanğınlara görə ümumilikdə 4 min hektar əraziyə ziyan dəyib. Belə ki, bu son 30 ildə ən böyük meşə yanğını hadisəsi hesab olunur.

Azərbaycanın şimal rayonlarındakı yanğınlardan görüntülər
+7
Azərbaycanın şimal rayonlarındakı yanğınlardan görüntülər

Son məlumat: Şabranda 23 ev təsərrüfatına zərər dəyib. 1 ev tamamilə yanıb. Yaşayış yerlərində yanğın lokallaşdırılıb. Lakin bəzən həyətlərdə közərmələr baş verir. Sakinlər özləri söndürür. Ən böyük zərər ot tayaları ilə bağlıdır. Qubanın Çayqışlaq kəndində zərərlər var. Yanğın kompakt deyil. Külək olduğu üçün fərqli yerlərə sıçrayıb. 1 qəbiristanlıq yanıb. Quba Vəlvələ kənd istiqamətində texnikalarda su tükənib. Meşələrdə isə yanğın hələ də davam edir.

Azərbaycanın 5 rayonunda meşə yanğınları 5-ci günündə: 1000 hektardan çox meşə ərazisinin yandığı ehtimal edilir, bir neçə kənddə evlər yanıb, sakinlər təxliyə olunub, heyvanlar tələf olub, 10 kəndin əkin sahələri məhv olub. 9 kənddə qaz təchizatı dayandırılıb, minə yaxın abonent qazsızdır. FHN-nin dediyinə görə 1000 nəfərdən çox canlı qüvvə və 120 texnika cəlb olunsa da, bəzi yerlərdə yanğın lokallaşdırılsa da, hələ də davam edir. Hələ ki, yardım üçün heç bir xarici ölkəyə müraciət edilməyib.

Azərbaycanda un və çörəyin qiyməti bahalaşdı. 50 kq-lıq unun qiyməti 5 manat, çörəyin qiyməti isə 5 qəpik artıb. Ən ucuz çörək 55, ən baha çörək isə 70 qəpik oldu. Çörək ən son keçən ilin sentyabr ayında bahalaşmışdı. Dünyada isə bu gün buğdanın qiyməti 8 faiz ucuzlaşıb.

Müdafiə Nazirliyi MAXE əsgər Mirzoev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etdiyini açıqlayıb. Səbəb məlum deyil, araşdırma aparılır. DSX isə dünən əsgər Mirkamal Vüqar oğlu Cabbarovun hərbi hospitalda müalicədə olarkən xəstəlikdən vəfat etdiyini bildirmişdi.

Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev saxlanılıb və barəsində cinayət işi açıldı. O, FHN-in inzibati binasında, xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə 20-yə yaxın intim görüntüləri çəkib və yaymaqda ittiham olunur. Bu arada videolar 2014-cü ilə aid deyil, son illərə aiddir. Tarix bilərəkdən səhv qeyd olunub.

"Gənc Qazilər" İctimai Birliyinin Samux rayon Filialının sədri qazi Təbriz Abdullayevin özünü Samux icra hakimiyyətinin binas
"Gənc Qazilər" İctimai Birliyinin Samux rayon Filialının sədri qazi Təbriz Abdullayevin özünü Samux icra hakimiyyətinin binası önündə yandırdığı bildirilir. Vəziyyəti yaxşı deyil, deyilənə görə 60% yanıb. Səbəb isə 1 ildir icradan torpaq sahəsinin verilməməsidir.

3 gündür ki, Qəbələ, Quba, Şabran və Siyəzəndə genişmiqyaslı meşə yanğınları davam edir. Artıq bir neçə kənddən sakinlər təxliyə edilib. Yanğın "Qalaaltı" İstirahət Mərkəzi yaxınlığında lokallaşdırılsa da davam edir. FHN hələ ki, yanğını tamamiylə kontrol altına ala bilmir. Vəziyyət çox ciddidir.

Qaxın Turaclı kənd sakini, 1999-cu il təvəllüdlü Samir Əyyub oğlu Səmədzadə Xəzər rayonunda yaşadığı ünvanda dərman içərək in
Qaxın Turaclı kənd sakini, 1999-cu il təvəllüdlü Samir Əyyub oğlu Səmədzadə Xəzər rayonunda yaşadığı ünvanda dərman içərək intihara cəhd edib. Hazırda "Semaşko" xəstəxanasındadır, vəziyyəti ağırdır. Qazinin anasının sözlərinə görə, oğlunun bu addımı atmasının səbəbi ailəsinin ehtiyaclarını qarşılaya bilməməsidir.

Bütün kənd təsərrüfatı məhsullarının bahalaşdığı, hər şeyin monopoliyaya alındığı ölkədə qohumbazlarla bağlı bir balaca başınızı ağrıdacağam: Azərbaycanda kənd təsərrüfatı sahəsində bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edən şirkət var, “Aqrokimya Azərbaycan” MMC (VÖEN: 1304461521). Şirkət Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Dövlət büdcəsindən ayrılan vəsaitlərlə keçirilən tender müsabiqələrində də qalib elan edilir. Respublikanın ən böyük dərman istehsalçısı olan şirkətin hüquqi təmsilçisi Gömrük Komitəsinin əməkdaşı, İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Kamran Nüsrət oğlu Muradov, təsisçi və direktoru isə Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmisi oğlu, səhiyyə nazirinin müavini olmuş Sərdar Kərimovun oğlu Rəşad Kərimovdur. Nə maraqlı təsadüf. Bu arada Rəşad həm də son günlər adı sosial mediada çox hallanan FHN-in əməkdaşıdır. Bəs əslində məmur balalarının idarə etdiyi şirkət kimə məxsusdur? Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının dayaq sütunu olan "Gilan Holding"in alt şirkəti hesab olunur. Hərçənd 2 ilə yaxındır fövqəlnazirin bütün biznesi xımır-xımır əlindən alınaraq, "Paşayevlər klanı"na transfer edildiyi də məlumdur.

Qida Təhlükəsizliyi Agentliyi ölkədəki enerji içkiləri adı ilə satılan məhsulları təftiş edib, laborator müayinələr aparılıb və məlum olub ki, enerji içkisi adı ilə mağazalarda, obyektlərdə satılan içkilərin, 12 fərqli ədəd markanın heç biri enerji içkisi deyil. Amma bu adla müştərilərə satılır.

Azərbaycanda dana ətinin qiyməti 1-1.50 manat bahalaşıb. Hazırda 1 kq dana əti 11 manat 50 qəpik, 12 manata satılır. Sümüksüz dana ətinin qiyməti isə 15 manat olub. Ayrıca yumurta da bahalaşıb. Çörəyin də qiymətinin 5 qəpik artacağı deyilir.

Abil Zeynalov adlı Quba sakini 1996-cı ildə Rusiyaya gedir. Bir qadınla tanış olur, müxtəlif işlərdə işləyir. Azərbaycandakı həyat yoldaşı da götürür bunun adına saxta ölüm kağızı çıxartdırır, sonra bütün əmlakını satır və başqasına ərə gedir. Abil də ölü sayıldığı üçün 26 ildir ölkəsinə gələ bilmir.