uk
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Відкрити в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Показати більше
Азербайджан410Категорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 16 874 підписників, посідаючи місце в категорії Інші та 410 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 874 підписників.

За останніми даними від 02 грудня, 2024, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Завдяки високій частоті оновлень (останні дані отримано 03 грудня, 2024), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

16 874
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Azərbaycan Müdafiə Nazirliyi Şuşada qanunsuz erməni silahlılarına aid olan kəşfiyyat PUA-sı vurulduğunu açıqlayıb.

İlham Əliyevin bugünkü çıxışından əsas sitatlar: - Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. - “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. - “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. - Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq. Mən Qaçqınkoma göstəriş verdim, Laçın şəhəri, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq.

Qəbələ rayonu Əmirvan kənd sakini 1998-ci il təvəllüdlü İlkin Elçin oğlu İsmayılov özünü yaşadığı evin həyətindəki yarımtikil
Qəbələ rayonu Əmirvan kənd sakini 1998-ci il təvəllüdlü İlkin Elçin oğlu İsmayılov özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb. Hadisənin səbəbləri məlum deyil. İlkin İsmayılov 44 günlük Vətən Müharibəsi iştirakçısı olub.

Bu gün İlham Əliyev və Mehriban Əliyeva Azərbaycanın ən gözəl təbiəti ilə məşhur İsmayıllı rayonunun, Basqal kəndində “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər. Oteli kim tikib, hotel kimindir? Gəlin birlikdə baxaq: Deməli hoteli tikən şirkətin adı “Kontinent İnşaat” MMC-dir. Bəs bu şirkətin sahibi kimdir? Əli Abdulhüseyn oğlu Hüseynov adlı bir şəxs. Aaa, nə maraqlı, sən demə, Əli Hüseynov Prezidentin işlər müdiri Oktay Şahbazovun kürəkəni imiş, nə qəribə təsadüf. Əli Hüseynov həm də "Paşa" Sığorta şirkətində Direktorlar Şurasının üzvüdür. Bəs hotel kimə məxsusdur? Hotelin domain qeydiyyatına baxdığım zaman nə görsəm yaxşıdır? Prezident Administrasiyasına məxsus olan fuzuli.mahmudov@pa.gov.az adlı rəsmi email domaini qeydiyyatdan keçirib. Füzuli Mahmudov kimdir? Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sistem inzibatçısı, İT üzrə mütəxəssis Füzuli Mahmudov imiş. Deməli bir-başa ölkənin prezidentinin tabeliyində olan məmurlar hotelin tikintisi və qurulmasında iştirak edib, prezidentləri üçün möhtəşəm hotel inşa ediblər. Üstəlik o da məlum olub ki, “Kontinent İnşaat” MMC şirkəti işə götürdüyü Vətən Müharibəsi qaziləri ilə qul kimi rəftar edir, onları 40 saat əvəzinə 70 saat işlədərək, əmək haqqılarını ödəmir. Haqqını tələb edən qaziləri isə şirkətin müdiri Əli Hüseynov işdən qovmaqla hədələyir. Daha ətraflı sübutlar və s. üçün oxuyun.

Son əməliyyatdan sonra Kəlbəcərin Murovdağ silsiləsindəki Narınclar, Üçtığ, Xocayurd və Laçındağ yüksəkliklərinin də Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir. Ondan əvvəl də Sarıbaba, Qırxqız və Buzlux yüksəklikləri geri alınmışdı. Bununla da Xankəndi ətrafında strateji yüksəkliklər halqasının bağlandığı deyilir. MN Buzduxdan yeni görüntülər yaydı.

Zabux kənddən köçməyə hazırlaşan erməni ailələr Qarabağda yaşamayacaqlar. Kənddə 54 ailənin 200-dən çox üzvü yaşayır. Onlardan yalnız 7 ailə Qarabağda (Xankəndi) yaşamağa davam edəcək. Digər ailələr isə Ermənistana köçürüləcək. Bu barədə kənd rəsmiləri məlumat veriblər.

Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüblər.

Azərbaycanda internet bahalaşıb. Belə ki, "Baktelecom" abunəçilərə xəbərdarlıq etmədən internet tariflərini 10 manatdan 17 manata, yəni 70% artırıb. Şirkət bunu internet surətinin artırılması ilə əlaqələndirib. Bu arada gələn aydan etibarən un, çörək və evlərin də bahalaşacağı gözlənilir.

Türkiyə“Bayraktar” istehsalı üçün Ukraynada zavod tikməyi planlaşdırır. Rusiya isə rəsmi olaraq bəyan edib ki, belə bir hal olarsa o zavodu darmadağın edəcəklər.

Bilirsiz ki, 10 noyabr bəyanatına əsasən, 3 il ərzində Laçın dəhlizinə (32 kilometrlik məsafə) alternativ yol çəkilməsi və erməni-rus nəzarətində olan Laçın şəhəri, Zabux, Sus və Aşağı Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə verilməsi qeyd olunmuşdu. Bu dəhliz sadalanan şəhər və kəndlərin ərazisindən keçdiyi üçün hazırda orda erməni sakinlər məskunlaşıb. Azərbaycan artıq öz üzərinə düşən yolu təhvil vermək üzrədir. Bu baxımdan sakinlərə ərazini tərk etmək üçün avqustun 25-ə qədər vaxt verilib. Qondarma rejimin 2011-ci il statistikasına əsasən Laçında (Berdzor) 2190 nəfər, Sus icmasında 160 nəfər (Sus və Aşağı Sus (Nerkin) kəndləri), Zabux (Axavno) kəndində 125 nəfər sakin olub. Zabuxda əksəriyyəti Suriya və Livandan köçürülən ermənilərdir. Bunların çoxu 44 günlük müharibə zamanı evlərini tərk ediblər. İndi yerdə qalan sakinlərin sayı isə məlum deyil. Laçın şəhəri və ətraf kəndlər erməni sakinlər üçün çox strateji əhəmiyyət kəsb edir. Ona görə də bu ərazidə olanlar üçün "özünümüdafiə" məqsədi ilə silahlı dəstələrin təşkil olunması istənilir. Belə ki, Ermənistan Respublikasının “Demokratik Konsolidasiya” partiyasının sədri Suren Petrosyan Zabux kəndinə gələrək burada dəstələrin formalaşdırılması üçün işlərə başladığını bildirir. Artıq bir çox fəallar ona dəstək olublar. Qeyd edim ki, Ağdam və Kəlbəcər təhvil verilərkən də eyni addımı atmaq istəyən dəstələr vardı, lakin rus sülhməramlılarının müdaxiləsi ilə ərazilər, xırda çaxnaşmaları çıxsaq təhvil verilmişdi. Azərbaycan ictimaiyyətinin ən böyük narahatlığı kəndlər tərk edilərkən ərazilərin yandırılması, təbiətin, meşələrin talan edilməsi və ən vacibi minaların döşənməsidir. Onu da qeyd edim ki, Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçın şəhərindən yan keçərək Şuşa rayonunun Onvest, Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu qəsəbəsində mövcud magistralla kəsişəcək. Yeni yol Laçın rayonunun 6 kəndindən (Ağanus, Fətəlipəyə, Məlikpəyə, Malxələf, Qazıdərə, Aşağı Cicimli) keçəcək. Beləliklə bu ərazilər keçəcək erməni-rus nəzarəti altına.

5 il müddətində Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı: 1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38 2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3 3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108 5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71 6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51 7. Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri 8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi. İlham Əliyev tərəfindən general-mayoru rütbəsi verilmiş Səlim Müslümov korrupsiyada ittiham edilir. Sabiq nazir haqqında cinayət işinin materiallarında ümumilikdə 27 milyondan – 13 milyonluq rüşvətalma, 14 milyonluq mənimsəmə və israfetmədən söhbət gedir. Məlumata görə Səlim Müslümov təxminən 7 milyon manat ödəyəndən sonra ev dustaqlığına buraxılıb.

Bəzi erməni fəallar Laçın şəhəri və Zabux kəndinin müdafiəsi üçün "özünümüdafiə dəstələri" yaratma və silahlanma üçün çağırışlar ediblər. Sosial mediada bir çox səhifə və kanallar da bunu dəstəkləyib. Qeyd edim ki, Azərbaycan Ordusu sakinlərə avqustun 25-ə qədər vaxt verib.

“Qaçqınkom” sədrinin qohumu və Azərbaycanda ədalətli məhkəmələr Deməli 55-yaşlı Şahmar Əliyev adlı dələduzluqda ittiham olunan şəxsi həbs ediblər. Bu şəxs 44 günlük müharibədə yaralanan qazinin ailə üzvlərinə söz verib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ayrılan evlərdən birini qazi ailəsinə təşkil edəcək. Özünü “Qaçqınkom” sədri Rövşən Rzayevin qohumu kimi təqdim edib, ailənin yanında ona zəng edib, evi danışıb, inandırıb. Ailədən isə əvvəlcə 7 min manat olmaqla, bir neçə dəfəyə 20 min manat pul alıb, sonra qaytarmayıb, ev də düzəlməyib. Yasamal Rayon Məhkəməsində məsələ araşdırılıb və hakim zərərçəkmiş tərəfin cəmi 7 min manat verdiyi qənaətinə gəlib, 20 min manat məsələsinin yalan olduğu deyilib. Baxmayaraq ki, şəxs 7 min manat aldığını özü etiraf edib, hakim isə onun haqqında BƏRAƏT hökmü çıxarıb və Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Qazi ailəsi isə hökmün qanunsuz və əsassız olduğunu iddia edir. Onlar, apellyasiya məhkəməsinə şikayət verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılacaq.

Polis 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobili saxlayır. İçindən düşən sürücü YPX əməkdaşına "Sən nə həyasız adamsan, əə? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib. Nömrə "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. Bəs bu şəxs kimdir, özünə "Kurtlar Vadisi" qurub? Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndindən olan qohumu. Videokı polisi təhqir edən isə Səfər Mehdiyevdir, video isə sədr olduğu vaxtda çəkilib.

İllərdir gömrük komitəsində Səfər Mehdiyevin “qara kassası” olan, uzun illər sahibkarların fəaliyyətinə qənim kəsilən, Kəmaləddin Heydərovun adamı “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib. “Broker Əbülfəz” kimi tanınan şəxs külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Laçın rayonunun Zabux kəndində yaşayan erməni sakinlər artıq kəndi tərk edirlər. Qeyd edim ki, Azərbaycan Ordusu sakinlərə avqustun 25-ə qədər vaxt verib.

Separatçılara məxsus silahlı birləşmələr məlumat yayaraq bildiriblər ki, gecə atəşkəs odlu silahlardan istifadə olunmaqla pozulsa da, ciddi nəsə yoxdur. Erməni silahlılar mövqelərində qalmağa davam edir. Bildirilir ki, Azərbaycan Ordusu yaşayış məntəqələri və strateji yüksəklikləri almaq niyyətindədir.

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində atışmada 1 erməni hərbçisinin yaralandığını bildirir.

"Bəs Laçını almamışdıq, bəs Kəlbəcər bizdə deyildi, bəs Şuşanı azad etmişdik axı?!" suallarına birdəfəlik cavab üçün oxumağınız vacibdir. Hökumətin propaqandasını dinləyirsiz, oxuyursuz, sonra da yeni xəbər eşidəndə şok olursuz: Rusiya sülhməramlıları Qarabağa gələndən sonra, 10 noyabrda imzalanan bəyanata əsasən hərəkət etməyə başladılar. Bunun üçün əllərində olan SSRİ xəritəsinə əsasən davranırdılar. O xəritədə isə keçmiş Ağdərə rayonu mövcud idi. Hansı ki, Ağdərənin kəndləri Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb. Bəs hansı ərazilər tam olaraq rus-erməni güclərinin əlində qalıb? Siyahını sizə təqdim edirəm: 1. Laçın şəhəri və rayonun bir neçə kəndi (Laçın dəhlizindən dolayı), 2. Xankəndi şəhəri, 3. Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, 4. Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, 5. Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, 6. Kəlbəcərin üçdə biri, yəni 30-a yaxın kənd (Ağdərənin köhnə kəndləri) 7. Ağdamın 8 kəndi (Ağdərənin köhnə kəndləri) 8. Tərtər rayonuna aid Ağdərə şəhəri və 15-ə yaxın kənd (Ağdərənin köhnə kəndləri) 9. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi (Ermənistan ərazisindəki anklavlar və eksklavlar) 10. Və ümumilikdə əvvəllər Dağlıq Qarabağ adlandırılan inzibati ərazi, orda olan yüksəkliklərlə birlikdə. (Hadrut şəhəri və Şuşa şəhərini çıxmaqla)

Müdafiə Nazirliyi təsdiqlədi: "Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib".