uk
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Відкрити в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Показати більше
Азербайджан410Категорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 16 874 підписників, посідаючи місце в категорії Інші та 410 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 874 підписників.

За останніми даними від 02 грудня, 2024, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Завдяки високій частоті оновлень (останні дані отримано 03 грудня, 2024), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

16 874
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Rəsmi rəqəmlərə görə 2022-ci ildə Azərbaycanda 609 nəfər özünü öldürüb. Daha 841 nəfər özünüöldürməyə cəhd edib. Yəni, 2022-ci ildə toplam 1450 nəfər özünü öldürüb və ya buna cəhd edib. Bu o deməkdir ki, təkcə rəsmi rəqəmlərə görə, ölkədə hər gün 4 nəfər ya intihar, ya da intihara cəhd edir. @cpkfm

Taksilərlə bağlı yeni qanuna görə, taksilərə xüsusi cihaz quraşdırılacaq, sürücü üçün rüsum 3 min olacaq, icazəsiz sürücü 40 min manat cərimələnəcək, taksilərin sayı azaldılacaq və taksi qiymətləri bahalaşacaq. Nəqliyyat naziri deyir çünki, dünyanın heç bir yerində taksilər belə ucuz deyil. P.S. Artıq taksilərin 2-3 manat qalxdığı deyilir.

"Mən eşşək kimi işləyirəmsə, yaxşı maaş istəyirəm. Hər yerimə silikon düzəltmək istəyirəm, birinci xanım kimi, bizdən ötrü örnəkdir. Biz də elə istəyirik" deyən siyasi fəal Ziyafət Abbasova ruhi-əsəb dispanserinə yerləşdirilib. Daşkəsən sakinlərinin şikayətini çəkən jurnalist Teymur Kərimov isə "Bandotdel"ə aparılıb.

Repost from Amerikanın Səsi
"MeydanTV"nin Almaniyada yaşayan həmtəsisçisi Həbib Müntəzir (@hebmun) Azərbaycandakı müstəqil mediaların vəziyyətindən, "mühacir media" olmağın çətinliklərindən və "Media haqqında" Qanun barədə Amerikanın Səsinə danışıb. @voaazerbaijan

Son 2 gündə baş verən həbslər: - Daşkəsən sakini "danışacağıq evimizdən avtomat çıxacaq, cibimizdən nəşə çıxacaq" deyərək tənqidi çıxış edən Anar Süleymanov 30 sutka həbs edilib. - Siyasi fəal Əmrah Təhməzov İlham Əliyevdən Əlizamin Salayevi buraxmasını yazaraq, tənqid etdiyi çün 30 sutka həbs edilib. - Keçmiş polis əməkdaşı Asim Kərimov Binəqədi polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə Bakı Avtovağzalının ərazisində sürücülərdən rüşvət toplanıldığını dediyi üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

MN həm Qarabağ, həm də sərhəddə atəşkəsin pozulduğunu bildirir. Sülhməramlıların növbəti dəfə Qarabağda erməni silahlılarının hərbi sursat daşımalarına şərait yaratdığını görüntüləyən kadrlar yayılıb. Bu arada ermənilərin Xocalıda hərbi təlimlər keçirildiyi görüntülər də yayılıb.

3 aydır İranda itkin düşmüş azərbaycanlı tələbə Fərid Səfərli cəsusluqda ittiham olunaraq həbs olunub. Azərbaycan tərəfindən uşağa vəkil təyin olunmayıb. Hökumət təcili hüquqi və diplomatik yöndən hərəkətə keçməlidir, əgər məhkəmə cəsusluğu təsdiqləsə asıla bilər. Yazıq azərbaycanlılar, həm öz ölkələrində, həm digərində cəsus kimi şərlənirlər.

Sabah Nikol Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. Onların təkbətək görüşü də gözlənilir. Ermənistan müxalifəti bu görüşün qəti əleyhinədir.

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dollar vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur. Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Azadlıqdadır amma məhkəmə prosesi davam edir. Bu gün prokuror 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib.

Devlet Bahçeli Türkiyə Parlamentinin sədri təyin edildi.

Bu gün Kişinyovdan sülh sazişi çıxmadı. Qaldı növbəti görüşlərə. Amma bir vacib məqam var ki, Paşinyan deyib tərəflər delimitasiya üçün 1975-ci ilin xəritəsini əsas götürməyə razılaşıblar. Bununla Qazaxın 7 kəndi və Kərki, həmçinin mübahisəli Qaragöl, Şurnux kəndi də qayıdır.

Yuxarıdan sifariş gəlib, taksi şirkətlərini, "Prius"ları vururlar, qaralama kampaniyasına başlayıblar. Məqsəd tənqid edib, nizam-intizam yaratmaq yox, monopoliya yaradıb xeyli insanı çorəksiz qoymaqdır, qiymətləri qaldırmaqdır. Hədəf "Paşa" könlü xoş tutmaq üçün, "Uklon"u yüksəltməkdir.

Türkiyədə seçkidən bir gün sonra benzin, qaz, siqaret, süd və ət məhsulları, çay, kofe, şəkərin qiyməti bahalaşıb. 1 ABŞ dolları 20,45 TL yüksəlib. Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə konstitusiyasının (anayasa) dəyişdirilə biləcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti seçildi. Bununla da, Ərdoğan namizəd olduğu hər seçkidə qalib gəldi.

Türkiyədə ilkin Seçki nəticələri: CHP dəstəkli "ANKA"ya görə açılan sandıq: 51.08% Erdoğan: 48.88% Kılıçdaroğlu: 51,12% Anadolu Ajansına görə açılan sandıq: %55 Erdoğan: 55.80% Kılıçdaroğlu: 44.20% YSK görə açılan sandıq: 7.75% Erdoğan: 58.03% Kılıçdaroğlu: 41.97%

Keçmiş MTN-in Baş Maliyyə İdarəsində kapitan rütbəsi ilə Nəzarət-Təftiş şöbəsinin rəisi işləmiş, hazırda həbsdə olan 42 yaşlı Vüqar Allahverdiyev məhbus yoldaşı, 2 il öncə Göygöldə həmkəndlisini qətlə yetirmiş 63 yaşlı Fəxrəddin Qocayevin oğlunun telefon nömrəsini əldə edib. O, Qaradağdakı 9 saylı həbsxanada olarkən məhbus yoldaşının oğluna zəng edərək özünü Ədliyyə Nazirliyinin vəzifəli şəxsi kimi qələmə verib və adının Anar olduğunu, atası F. Qocayevin adını 35 min manat müqabilində əfv siyahısına saldıra biləcəyini deyib. Bu vədlə o, F. Qocayevin xəbəri olmadan onun oğlundan hissə-hissə olmaqla 26 182 manat pul alıb.

Bir qrup erməni diversantın Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd etdiyi, bunun qarşısının alındığı bildirilir. Qarşı tərəfdən 2 diversantın saxlanıldığı deyilir. Ermənistan tərəfi isə məlumatı təkzib edərək, yalan adlandırıb.

Ərdoğan: "Kılıçdaroğlu TRT-də bizim terror təşkilatları ilə görüşdüyümüzü iddia edir, bunu sübut edə bilməzsənsə namərdsən!" Kılıçdaroğlu: "Sadəcə görüşdüyünü demirəm, sən terrorçuların himayədarısan! Madam sübut istəyirsən, öz telekanalın TRT-də bu axşam, sabah çıx qarşıma. Sənin terrorçularla əməkdaşlıq edən bir namərd olduğunu hamıya sübut edəcəyəm".

Əliyevlə Paşinyan Putinin qarşısında mübahisə ediblər, bir-birlərinə söz soxublar. Ən maraqlı hissəsi isə odur ki, Əliyev Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü, bu təşəbbüsün isə Rusiya tərəfindən dəstəkləndiyini bildirib. Paşinyan isə təəccüblə deyib ki, "Cənab Putin, çox maraqlıdır mən bilmirdim ki, Rusiya Zəngəzur dəhlizi layihəsini dəstəkləyir və bunu doğrusu ilk dəfədir eşidirəm". Mübahisənin videosu daha geniş buradadır.

Türkiyənin Bolu şəhər bələdiyyə sədri Tanju Özcan İlham Əliyevə müraciət edərək xahiş edib ki, Türkiyədə keçirilən seçkilərə müdaxilə etməsin, bu doğru bir şey deyil. Bildirib ki, Ərdoğan Əliyevlə bir çox mövzuda fərqli düşünən bir liderdir. Bir çox azərbaycanlı siyasətçilərin AKP lehində propaqanda etdiyini də İlham Əliyevin diqqətinə çatdırıb, şikayətini ifadə edib.