Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Rəsmi rəqəmlərə görə 2022-ci ildə Azərbaycanda 609 nəfər özünü öldürüb. Daha 841 nəfər özünüöldürməyə cəhd edib. Yəni, 2022-ci ildə toplam 1450 nəfər özünü öldürüb və ya buna cəhd edib. Bu o deməkdir ki, təkcə rəsmi rəqəmlərə görə, ölkədə hər gün 4 nəfər ya intihar, ya da intihara cəhd edir. @cpkfm
16 874
Taksilərlə bağlı yeni qanuna görə, taksilərə xüsusi cihaz quraşdırılacaq, sürücü üçün rüsum 3 min olacaq, icazəsiz sürücü 40 min manat cərimələnəcək, taksilərin sayı azaldılacaq və taksi qiymətləri bahalaşacaq. Nəqliyyat naziri deyir çünki, dünyanın heç bir yerində taksilər belə ucuz deyil.
P.S. Artıq taksilərin 2-3 manat qalxdığı deyilir.
16 874
"Mən eşşək kimi işləyirəmsə, yaxşı maaş istəyirəm. Hər yerimə silikon düzəltmək istəyirəm, birinci xanım kimi, bizdən ötrü örnəkdir. Biz də elə istəyirik" deyən siyasi fəal Ziyafət Abbasova ruhi-əsəb dispanserinə yerləşdirilib. Daşkəsən sakinlərinin şikayətini çəkən jurnalist Teymur Kərimov isə "Bandotdel"ə aparılıb.
16 874
Repost from Amerikanın Səsi
"MeydanTV"nin Almaniyada yaşayan həmtəsisçisi Həbib Müntəzir (@hebmun) Azərbaycandakı müstəqil mediaların vəziyyətindən, "mühacir media" olmağın çətinliklərindən və "Media haqqında" Qanun barədə Amerikanın Səsinə danışıb.
@voaazerbaijan
16 874
Son 2 gündə baş verən həbslər:
- Daşkəsən sakini "danışacağıq evimizdən avtomat çıxacaq, cibimizdən nəşə çıxacaq" deyərək tənqidi çıxış edən Anar Süleymanov 30 sutka həbs edilib.
- Siyasi fəal Əmrah Təhməzov İlham Əliyevdən Əlizamin Salayevi buraxmasını yazaraq, tənqid etdiyi çün 30 sutka həbs edilib.
- Keçmiş polis əməkdaşı Asim Kərimov Binəqədi polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə Bakı Avtovağzalının ərazisində sürücülərdən rüşvət toplanıldığını dediyi üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
16 874
MN həm Qarabağ, həm də sərhəddə atəşkəsin pozulduğunu bildirir. Sülhməramlıların növbəti dəfə Qarabağda erməni silahlılarının hərbi sursat daşımalarına şərait yaratdığını görüntüləyən kadrlar yayılıb. Bu arada ermənilərin Xocalıda hərbi təlimlər keçirildiyi görüntülər də yayılıb.
16 874
3 aydır İranda itkin düşmüş azərbaycanlı tələbə Fərid Səfərli cəsusluqda ittiham olunaraq həbs olunub. Azərbaycan tərəfindən uşağa vəkil təyin olunmayıb. Hökumət təcili hüquqi və diplomatik yöndən hərəkətə keçməlidir, əgər məhkəmə cəsusluğu təsdiqləsə asıla bilər. Yazıq azərbaycanlılar, həm öz ölkələrində, həm digərində cəsus kimi şərlənirlər.
16 874
Sabah Nikol Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. Onların təkbətək görüşü də gözlənilir. Ermənistan müxalifəti bu görüşün qəti əleyhinədir.
16 874
Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dollar vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur. Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Azadlıqdadır amma məhkəmə prosesi davam edir. Bu gün prokuror 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib.
16 874
Bu gün Kişinyovdan sülh sazişi çıxmadı. Qaldı növbəti görüşlərə. Amma bir vacib məqam var ki, Paşinyan deyib tərəflər delimitasiya üçün 1975-ci ilin xəritəsini əsas götürməyə razılaşıblar. Bununla Qazaxın 7 kəndi və Kərki, həmçinin mübahisəli Qaragöl, Şurnux kəndi də qayıdır.
16 874
Yuxarıdan sifariş gəlib, taksi şirkətlərini, "Prius"ları vururlar, qaralama kampaniyasına başlayıblar. Məqsəd tənqid edib, nizam-intizam yaratmaq yox, monopoliya yaradıb xeyli insanı çorəksiz qoymaqdır, qiymətləri qaldırmaqdır. Hədəf "Paşa" könlü xoş tutmaq üçün, "Uklon"u yüksəltməkdir.
16 874
Türkiyədə seçkidən bir gün sonra benzin, qaz, siqaret, süd və ət məhsulları, çay, kofe, şəkərin qiyməti bahalaşıb. 1 ABŞ dolları 20,45 TL yüksəlib. Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə konstitusiyasının (anayasa) dəyişdirilə biləcəyini bildirib.
16 874
Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti seçildi. Bununla da, Ərdoğan namizəd olduğu hər seçkidə qalib gəldi.
16 874
Türkiyədə ilkin Seçki nəticələri:
CHP dəstəkli "ANKA"ya görə açılan sandıq: 51.08%
Erdoğan: 48.88%
Kılıçdaroğlu: 51,12%
Anadolu Ajansına görə açılan sandıq: %55
Erdoğan: 55.80%
Kılıçdaroğlu: 44.20%
YSK görə açılan sandıq: 7.75%
Erdoğan: 58.03%
Kılıçdaroğlu: 41.97%
16 874
Keçmiş MTN-in Baş Maliyyə İdarəsində kapitan rütbəsi ilə Nəzarət-Təftiş şöbəsinin rəisi işləmiş, hazırda həbsdə olan 42 yaşlı Vüqar Allahverdiyev məhbus yoldaşı, 2 il öncə Göygöldə həmkəndlisini qətlə yetirmiş 63 yaşlı Fəxrəddin Qocayevin oğlunun telefon nömrəsini əldə edib. O, Qaradağdakı 9 saylı həbsxanada olarkən məhbus yoldaşının oğluna zəng edərək özünü Ədliyyə Nazirliyinin vəzifəli şəxsi kimi qələmə verib və adının Anar olduğunu, atası F. Qocayevin adını 35 min manat müqabilində əfv siyahısına saldıra biləcəyini deyib. Bu vədlə o, F. Qocayevin xəbəri olmadan onun oğlundan hissə-hissə olmaqla 26 182 manat pul alıb.
16 874
Bir qrup erməni diversantın Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd etdiyi, bunun qarşısının alındığı bildirilir. Qarşı tərəfdən 2 diversantın saxlanıldığı deyilir. Ermənistan tərəfi isə məlumatı təkzib edərək, yalan adlandırıb.
16 874
Ərdoğan: "Kılıçdaroğlu TRT-də bizim terror təşkilatları ilə görüşdüyümüzü iddia edir, bunu sübut edə bilməzsənsə namərdsən!"
Kılıçdaroğlu: "Sadəcə görüşdüyünü demirəm, sən terrorçuların himayədarısan! Madam sübut istəyirsən, öz telekanalın TRT-də bu axşam, sabah çıx qarşıma. Sənin terrorçularla əməkdaşlıq edən bir namərd olduğunu hamıya sübut edəcəyəm".
16 874
Əliyevlə Paşinyan Putinin qarşısında mübahisə ediblər, bir-birlərinə söz soxublar. Ən maraqlı hissəsi isə odur ki, Əliyev Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü, bu təşəbbüsün isə Rusiya tərəfindən dəstəkləndiyini bildirib. Paşinyan isə təəccüblə deyib ki, "Cənab Putin, çox maraqlıdır mən bilmirdim ki, Rusiya Zəngəzur dəhlizi layihəsini dəstəkləyir və bunu doğrusu ilk dəfədir eşidirəm". Mübahisənin videosu daha geniş buradadır.
16 874
Türkiyənin Bolu şəhər bələdiyyə sədri Tanju Özcan İlham Əliyevə müraciət edərək xahiş edib ki, Türkiyədə keçirilən seçkilərə müdaxilə etməsin, bu doğru bir şey deyil. Bildirib ki, Ərdoğan Əliyevlə bir çox mövzuda fərqli düşünən bir liderdir. Bir çox azərbaycanlı siyasətçilərin AKP lehində propaqanda etdiyini də İlham Əliyevin diqqətinə çatdırıb, şikayətini ifadə edib.
