uk
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Відкрити в Telegram

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу SALEH▪️NASIROV

Канал SALEH▪️NASIROV (@nasirovsaleh) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 31 461 підписників, посідаючи 7 940 місце в категорії Новини і ЗМІ та 99 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 31 461 підписників.

За останніми даними від 11 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 357, а за останні 24 години на -19, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 15.24%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 9.05% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 4 796 переглядів. Протягом першої доби публікація в середньому набирає 2 847 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 36.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Завдяки високій частоті оновлень (останні дані отримано 12 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Новини і ЗМІ.

31 461
Підписники
-1924 години
+967 днів
+35730 день
Архів дописів

Sizcə özü girib yoxsa qoyublar? İzləyicim; “Salam Saleh bey Nesimi metrosu Bravo marketde cekilib”

Təbii Fəlakət 😔 06.04.26

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş v
Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, səbəb yol kənarında dayanmış Lada 015 markalı avtomobilin əl əyləcinin açılması olub: 3 qadın övladlarını məktəbə ötürüb qayıdırdı. Maşın üzüaşağı hərəkət edən zaman onlardan ikisi kənara çəkilə bildi, biri isə bacarmadı. Qadın zərblə ağaca sıxıldığından yerindəcə keçindi. Digər iddialara əsasən isə avtomobili 16 yaşlı yeniyetmə idarə edib və qəzadan sonra ərazidən uzaqlaşıb.

Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı TikTok-da canlı yayım açan, cənazəni qucağına alaraq videolar çəkən, bunları sosial şəbəkələrdə yayan ailəni nəzarətə götürüb. https://t.me/nasirovsaleh/9048 Aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir. Məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətə götürülmüş və aidiyyəti qurumlarla birgə araşdırılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır. Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilmiş, mənzil-məişət şəraiti yerində qiymətləndirilib. Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək”.

Rezerv və Leviy profildən girin yoxlayın 🤪 Qaydalar postunu oxuyun və R&B düşməyin!
Rezerv və Leviy profildən girin yoxlayın 🤪 Qaydalar postunu oxuyun və R&B düşməyin!

Ağ Şəhərə gedən yol - 8 Noyabr pr-ti. Yolu çəkiblər, kanalizasiyanı unudublar, ya necə? 🫣 Amma əsl sörfinqliq yoldur a, deyim 🏄‍♂️

Dəlidir, xəstədir, nədir bu? 🫣 Bıcaqla hücum edir uşaqlara 🔪 Sumqayıtda əlində b*çaq olan yaşlı kişinin binanın həyətində uşaqlara hücum etdiyi deyilir. Bu barədə şəhər sakini Qadir Ağakişiyev məlumat yayıb. Sumqayıt şəhərinin 41-ci məhəllə adlanan hissəsində çəkilmiş videonu paylaşan şikayətçi Ş.Qəmbərov soyadlı şəxsin tez-tez bu əməllərə yol verdiyini bildirib: “2024-ci ildə həyətdə qonşunun azyaşlı uşağına bıçaqla xəsarətlər yetirmişdi, hətta bu məsələni jurnalistlər çəkiliş etdilər. Lakin sonra bu adam sərbəst buraxıldı. Həmin şəxs tək yaşayır. Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqlara hücum çəkir. Evini əxlaqsızlıq yuvasına çevirir, narkomanlar hər gün evindədir”. Məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini vurğulayın vətəndaşın sözlərinə görə, bu səbəbdən uşaqlarını həyətə belə buraxa bilmirlər.

Sonra da deyirlər Sel filankəsi apardı🤦🏻‍♂️ Siyəzən rayonunda körpünün uçması nəticəsində bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib. Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub. Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur.

Bəs cərimə vardır, 200 AZN? 🤷🏻‍♂️ İzləyicim; “Salam , Saleh bəy. Samaxinka adlanan ərazi, 3 azyaşlı əməyi dilənçilik yolu ilə istismar olunur, циган deyil idilər”

Another one 🤦🏻‍♂️ Siqareti maşından çölə atdı 🚬 77 NS 067 İzləyicim: “Salam Saleh bey. Qadin surucu siqareti yere atdi. Diqqetle baxin goreceksiz ki elini pencereden cixartdi tez atib saldi iceri. Evvel yerde deyildi siqaret, sonra emele geldi.“

Herbi prokurlogu indi bu degige yangin var, maşin yanir

Su Kollektorun üstündə evlər necə tikilə bilər? Buna kim, necə icazə verir?! https://t.me/nasirovsaleh/9023

BU DA OLDU 🫣 CANLIDA KÖRPƏSİNİ BASDIRDI. PUL, REYTİNQ YIĞDI TİK-TOKDA! 🤦🏻‍♂️ Bu yaxınlarda Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından 6 uşaq zəhərlənərək xəstəxanaya yerləşdirilmişdir. Daha sonra uşaqlardan biri ölmüşdür. 9 uşaq atası olan 39 yaşlı Kamil Cəbrayılov da bütün bunları TikTokda canlıda verərək şou, reytinq xətrinə pul yığır. ‼️Burada mən 2 önəmli məsələyə toxunmaq istəyirəm; 1️⃣ DƏM QAZI 🆘 GİZLİ HƏYATI TƏHLÜKƏ Əgər qaz qoxusu yoxdursa, lakin baş ağrısı, halsızlıq və ya ürəkbulanma kimi əlamətlər varsa, bu, dəm qazı (CO) riski ola bilər. O üzdən dərhal təmiz havaya çıxın və 103 yığın. Dəm qazı necə yaranır? ▪ Dəm qazı natamam yanma və kifayət qədər oksigen olmaması nəticəsində yaranır. ▪ Bu səbəbdən qaz cihazlarının texniki normalara uyğun quraşdırılması və düzgün havalandırmanın təmin edilməsi önəmlidir. ▪ Axımlı su qızdırıcılarının quraşdırılması yalnız texniki normalara, düzgün baca sisteminə və davamlı havalandırma tələblərinə uyğun olduqda təhlükəsiz hesab olunur. ▪ Axımlı su qızdırıcıları quraşdırıldıqda cihazın tipi, ventilyasiyası və tüstü bacasının sorulma vəziyyəti mütləq nəzərə alınmalıdır. 2️⃣ QORUYUCU ⚧️ Bax kasıbsan, imkanın yoxdur, niyə əkib tökürsən? Kartoşka zaddır məyər? Normal həyat və gələcək verə bilməyəcəksənsə, niyə bədbəxt edirsən bu uşaqları?! Bunlara jeton, pul atmaq əvəzinə karobkalarla qoruyucu göndərin! Hələ uşaq pulu yoxdur bu mənzərə var. Olsa gör nələr olacaq ölkədə. Uşaq pulu adətən doğuş az, demoqrafik problemlər və ya kütləvi işçi güvvəsinə ehtiyac olduğu ölkələrdə verilir, təşıvq və motivasiya məqsədi daşıyır. Necəki əvvəl SSRİ dövründə kolxoz, sovxoz, zavod və fabriklərdə çoxlu işçi güvvəsinə ehtiyac olduğu üçün, çoxsaylı uşaq ailələrinə pul, medal, avtomobil, ev hədiyyə olunurdu.

SUKA və İŞVERƏN Hər zamanki kimi cəmiyyət 2 yerə bölünür; belə paylaşımlara “suka, işverən, şıkı” deyənlər, müdafiə edənlər və paylaşımı dəstəkləyənlər, cəzalandırılnasını tələb edənlər. Əslində, sivil cəmiyyəydə, suka dediyiniz hərəkətə MƏSULİYYƏTLİ VƏTƏNDAŞ mövqeyi deyilir! O hərəkətlər cəmiyyətə, insanlara qarşı HÖRMƏTSİZLİK, MƏDƏNİYYƏTSİZLİK və TƏRBİYYƏSİZLİKDİR! Qanunsuzluğa, tərbiyəsizliyə, mədəniyyətsizliyə, özbaşınalığa, oğruluğa və hər cür eybəcərliyə, iyrəncliyə HAQQ QAZANDIRAN CƏMİYYƏT HEÇ ZAMAN İNKİŞAF EDƏ BİLMƏZ! P.S. Bu arada, bu qədər işverənlər olan cəmiyyətdə necə iş yoxdur, işsizlik artır demək olar?

Nə deyəsən beləsinə? 🤦🏻‍♂️ 📍Sanqaçal, Salyan Şossesi

Cəlilabad Dövlət Peşə Təhsil mərkəzlərinə təşkil olunan infotur regionlarda peşə təhsilinin mövcud imkanları, inkişaf istiqamətləri və real tədris mühiti ilə yaxından tanışlıq məqsədi daşıyır. Daha çox videolar şərhdə👇

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb. Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb. Köhnələr bilər, bu mövzunu ilk mən ictimailəşdirmişdim 2021-ci ildə.👇Eyni problem, eynə məkan! https://t.me/nasirovsaleh/2989

Əldə etdiyim məlumata əsasən Göyçayda itə qarşı rəhmsiz rəftar edən şəxsi polis saxlayıb Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən sığınacaqda itə qarşı rəhmsiz rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb. Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin 23 yaşlı S.Qəfərli olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Lənkəran və Cəlilabad Dövlət Peşə Təhsil mərkəzlərinə təşkil olunan infotur regionlarda peşə təhsilinin mövcud imkanları, inkişaf istiqamətləri və real tədris mühiti ilə yaxından tanışlıq məqsədi daşıyır.