SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 31 451 名订阅者,在 新闻与媒体 类别中位列第 7 932,并在 阿塞拜疆 地区排名第 99 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 31 451 名订阅者。
根据 11 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 357,过去 24 小时变化为 -19,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 15.24%。内容发布后 24 小时内通常能获得 9.05% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 796 次浏览,首日通常累积 2 847 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 36。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿”
凭借高频更新(最新数据采集于 12 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
31 451
订阅者
-1924 小时
+967 天
+35730 天
帖子存档
31 458
Sizcə özü girib yoxsa qoyublar?
İzləyicim; “Salam Saleh bey Nesimi metrosu Bravo marketde cekilib”
31 458
Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, səbəb yol kənarında dayanmış Lada 015 markalı avtomobilin əl əyləcinin açılması olub:
3 qadın övladlarını məktəbə ötürüb qayıdırdı. Maşın üzüaşağı hərəkət edən zaman onlardan ikisi kənara çəkilə bildi, biri isə bacarmadı. Qadın zərblə ağaca sıxıldığından yerindəcə keçindi.
Digər iddialara əsasən isə avtomobili 16 yaşlı yeniyetmə idarə edib və qəzadan sonra ərazidən uzaqlaşıb.
31 458
Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı TikTok-da canlı yayım açan, cənazəni qucağına alaraq videolar çəkən, bunları sosial şəbəkələrdə yayan ailəni nəzarətə götürüb.
https://t.me/nasirovsaleh/9048
Aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.
Məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətə götürülmüş və aidiyyəti qurumlarla birgə araşdırılıb.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.
Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilmiş, mənzil-məişət şəraiti yerində qiymətləndirilib.
Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək”.
31 458
Rezerv və Leviy profildən girin yoxlayın 🤪 Qaydalar postunu oxuyun və R&B düşməyin!
31 458
Ağ Şəhərə gedən yol - 8 Noyabr pr-ti. Yolu çəkiblər, kanalizasiyanı unudublar, ya necə? 🫣
Amma əsl sörfinqliq yoldur a, deyim 🏄♂️
31 458
Dəlidir, xəstədir, nədir bu? 🫣 Bıcaqla hücum edir uşaqlara 🔪
Sumqayıtda əlində b*çaq olan yaşlı kişinin binanın həyətində uşaqlara hücum etdiyi deyilir.
Bu barədə şəhər sakini Qadir Ağakişiyev məlumat yayıb.
Sumqayıt şəhərinin 41-ci məhəllə adlanan hissəsində çəkilmiş videonu paylaşan şikayətçi Ş.Qəmbərov soyadlı şəxsin tez-tez bu əməllərə yol verdiyini bildirib: “2024-ci ildə həyətdə qonşunun azyaşlı uşağına bıçaqla xəsarətlər yetirmişdi, hətta bu məsələni jurnalistlər çəkiliş etdilər. Lakin sonra bu adam sərbəst buraxıldı. Həmin şəxs tək yaşayır. Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqlara hücum çəkir. Evini əxlaqsızlıq yuvasına çevirir, narkomanlar hər gün evindədir”.
Məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini vurğulayın vətəndaşın sözlərinə görə, bu səbəbdən uşaqlarını həyətə belə buraxa bilmirlər.
31 458
Sonra da deyirlər Sel filankəsi apardı🤦🏻♂️
Siyəzən rayonunda körpünün uçması nəticəsində bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub. Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur.
31 458
Bəs cərimə vardır, 200 AZN? 🤷🏻♂️
İzləyicim; “Salam , Saleh bəy. Samaxinka adlanan ərazi, 3 azyaşlı əməyi dilənçilik yolu ilə istismar olunur, циган deyil idilər”
31 458
Another one 🤦🏻♂️ Siqareti maşından çölə atdı 🚬 77 NS 067
İzləyicim: “Salam Saleh bey. Qadin surucu siqareti yere atdi.
Diqqetle baxin goreceksiz ki elini pencereden cixartdi tez atib saldi iceri. Evvel yerde deyildi siqaret, sonra emele geldi.“
31 458
Su Kollektorun üstündə evlər necə tikilə bilər? Buna kim, necə icazə verir?!
https://t.me/nasirovsaleh/9023
31 458
BU DA OLDU 🫣 CANLIDA KÖRPƏSİNİ BASDIRDI. PUL, REYTİNQ YIĞDI TİK-TOKDA! 🤦🏻♂️
Bu yaxınlarda Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından 6 uşaq zəhərlənərək xəstəxanaya yerləşdirilmişdir. Daha sonra uşaqlardan biri ölmüşdür. 9 uşaq atası olan 39 yaşlı Kamil Cəbrayılov da bütün bunları TikTokda canlıda verərək şou, reytinq xətrinə pul yığır.
‼️Burada mən 2 önəmli məsələyə toxunmaq istəyirəm;
1️⃣ DƏM QAZI 🆘 GİZLİ HƏYATI TƏHLÜKƏ
Əgər qaz qoxusu yoxdursa, lakin baş ağrısı, halsızlıq və ya ürəkbulanma kimi əlamətlər varsa, bu, dəm qazı (CO) riski ola bilər. O üzdən dərhal təmiz havaya çıxın və 103 yığın.
Dəm qazı necə yaranır?
▪ Dəm qazı natamam yanma və kifayət qədər oksigen olmaması nəticəsində yaranır.
▪ Bu səbəbdən qaz cihazlarının texniki normalara uyğun quraşdırılması və düzgün
havalandırmanın təmin edilməsi önəmlidir.
▪ Axımlı su qızdırıcılarının quraşdırılması yalnız texniki normalara, düzgün baca sisteminə və davamlı havalandırma tələblərinə uyğun olduqda təhlükəsiz hesab
olunur.
▪ Axımlı su qızdırıcıları quraşdırıldıqda cihazın tipi, ventilyasiyası və tüstü bacasının
sorulma vəziyyəti mütləq nəzərə alınmalıdır.
2️⃣ QORUYUCU ⚧️
Bax kasıbsan, imkanın yoxdur, niyə əkib tökürsən? Kartoşka zaddır məyər? Normal həyat və gələcək verə bilməyəcəksənsə, niyə bədbəxt edirsən bu uşaqları?!
Bunlara jeton, pul atmaq əvəzinə karobkalarla qoruyucu göndərin! Hələ uşaq pulu yoxdur bu mənzərə var. Olsa gör nələr olacaq ölkədə.
Uşaq pulu adətən doğuş az, demoqrafik problemlər və ya kütləvi işçi güvvəsinə ehtiyac olduğu ölkələrdə verilir, təşıvq və motivasiya məqsədi daşıyır.
Necəki əvvəl SSRİ dövründə kolxoz, sovxoz, zavod və fabriklərdə çoxlu işçi güvvəsinə ehtiyac olduğu üçün, çoxsaylı uşaq ailələrinə pul, medal, avtomobil, ev hədiyyə olunurdu.
31 458
SUKA və İŞVERƏN
Hər zamanki kimi cəmiyyət 2 yerə bölünür; belə paylaşımlara “suka, işverən, şıkı” deyənlər, müdafiə edənlər və paylaşımı dəstəkləyənlər, cəzalandırılnasını tələb edənlər.
Əslində, sivil cəmiyyəydə, suka dediyiniz hərəkətə MƏSULİYYƏTLİ VƏTƏNDAŞ mövqeyi deyilir! O hərəkətlər cəmiyyətə, insanlara qarşı HÖRMƏTSİZLİK, MƏDƏNİYYƏTSİZLİK və TƏRBİYYƏSİZLİKDİR!
Qanunsuzluğa, tərbiyəsizliyə, mədəniyyətsizliyə, özbaşınalığa, oğruluğa və hər cür eybəcərliyə, iyrəncliyə HAQQ QAZANDIRAN CƏMİYYƏT HEÇ ZAMAN İNKİŞAF EDƏ BİLMƏZ!
P.S. Bu arada, bu qədər işverənlər olan cəmiyyətdə necə iş yoxdur, işsizlik artır demək olar?
31 458
Cəlilabad Dövlət Peşə Təhsil mərkəzlərinə təşkil olunan infotur regionlarda peşə təhsilinin mövcud imkanları, inkişaf istiqamətləri və real tədris mühiti ilə yaxından tanışlıq məqsədi daşıyır.
Daha çox videolar şərhdə👇
31 458
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb.
Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Köhnələr bilər, bu mövzunu ilk mən ictimailəşdirmişdim 2021-ci ildə.👇Eyni problem, eynə məkan!
https://t.me/nasirovsaleh/2989
31 458
Əldə etdiyim məlumata əsasən Göyçayda itə qarşı rəhmsiz rəftar edən şəxsi polis saxlayıb
Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən sığınacaqda itə qarşı rəhmsiz rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin 23 yaşlı S.Qəfərli olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
31 458
Lənkəran və Cəlilabad Dövlət Peşə Təhsil mərkəzlərinə təşkil olunan infotur regionlarda peşə təhsilinin mövcud imkanları, inkişaf istiqamətləri və real tədris mühiti ilə yaxından tanışlıq məqsədi daşıyır.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
