uk
Feedback
Şəbəkə

Şəbəkə

Відкрити в Telegram

📳 Reklam təklifləri qəbul olunur. Əlaqə: @bot_shebeke

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Şəbəkə

Канал Şəbəkə (@shebeke) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 14 506 підписників, посідаючи 14 363 місце в категорії Новини і ЗМІ та 289 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 14 506 підписників.

За останніми даними від 15 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -84, а за останні 24 години на -4, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 17.59%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 13.87% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 2 550 переглядів. Протягом першої доби публікація в середньому набирає 2 011 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 19.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
📳 Reklam təklifləri qəbul olunur. Əlaqə: @bot_shebeke

Завдяки високій частоті оновлень (останні дані отримано 16 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Новини і ЗМІ.

14 506
Підписники
-424 години
-227 днів
-8430 днів
Архів дописів
🇷🇺🇺🇦 Rusiyanın Ukrayna ilə müharibədə itirdiyi hərbçilərin dəqiq sayı yenilənib. ⚰️ BBC-nin Rusiya xidməti və “Mediazona”
🇷🇺🇺🇦 Rusiyanın Ukrayna ilə müharibədə itirdiyi hərbçilərin dəqiq sayı yenilənib. ⚰️ BBC-nin Rusiya xidməti və “Mediazona” platformasının birgə araşdırması ilə Rusiya ordusunun 2022-ci ildən bu yana 248 min 844 nəfər hərbçisinin öldüyü adbaad dəqiqləşdirilib. ❗️ Real itkinin sayı qat-qat çoxdur. Bu adları və soyadları dəqiqləşdirilən hərbçilərin sayıdır. 📍 Təkcə 28 avqust-11 sentyabr arasında siyahıya 6097 nəfər əlavə edilib.

⚡️🇩🇪 Almaniya xəstəxanaları Rusiya ilə potensial müharibəyə və yaralı əsgərlərin kütləvi axınına hazırlaşır — “Bloomberg” ❗
⚡️🇩🇪 Almaniya xəstəxanaları Rusiya ilə potensial müharibəyə və yaralı əsgərlərin kütləvi axınına hazırlaşır — “Bloomberg” ❗️ Xarici medianın yazdığına görə, rəsmi Berlin ordunu, dövlət aparatını və iqtisadiyyatı Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlayır. 🚑 Hökumət düşünür ki, Rusiya ilə NATO arasındakı münaqişə Almaniyaya hər gün 1000-ə qədər yaralı əsgərin gəlməsi ilə nəticələnə bilər. 🏥 Bu zaman 5 hərbi xəstəxana yüklənəcək ki, bu da mülki klinikaları itkiləri qəbul etməyə məcbur edəcək. 🔎 İndidən ölkədə bəzi köhnə tibbi bunkerlərin yenidən işə salınması nəzərdən keçirilir.

🇺🇸🇮🇷 İranla müharibə ABŞ-yə 5 ay ərzində 38 milyard dollara başa gəlib — “Bloomberg” 📍 Bu barədə Konqresin Büdcə İdarəsi
🇺🇸🇮🇷 İranla müharibə ABŞ-yə 5 ay ərzində 38 milyard dollara başa gəlib — “Bloomberg” 📍 Bu barədə Konqresin Büdcə İdarəsi məlumat yayıb. ❗️ WSJ isə yazır ki, qlobal yanacaq böhranı artıq başlayıb. ⚠️ 6 aydan çoxdur ki, dünyanın yanacaq ehtiyatları azalır və neft ehtiyatları faktiki olaraq tükənib. 🛢️ Hörmüz boğazının bağlanması nəticəsində bazar gündəlik 2,5 milyon barel həcmində itkiyə məruz qalmaqdadır. 🎉 Tramp isə bildirib ki, bu müvəqqəti çətinlikdir. O, dizel böhranına görə Ukraynanı günahlandırıb və Rusiyanın enerji sektoruna zərbə vurmamağa çağırıb.

🇷🇺🗣️ Rusiya Xarici İşlər naziri Lavrov: “Tramp əvvəllər deyirdi ki, bu Baydenin müharibəsidir, əgər mən prezident olsaydım, müharibəni heç kim başlatmazdı. Amma indi müharibə həm də Tramp adminstrasiyasının müharibəsidir. Bayden dövründə tətbiq olunan bütün sanksiyalar Tramp adminstrasiyası tərəfindən istisnasız olaraq uzadılıb, Rosneft və Lukayla qarşı və bir sıra fiziki şəxslərə qarşı yeni sansksiyalar tətbiq edilib”.

⚡️❗️ 2027-ci ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin 2027-ci il üzrə büdcə proqnozlarında qeyd olunub.

⚡️🇦🇲 Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan: “Biz mümkün olan hər yerdən qaz almaq niyyətindəyik. Əgər Rusiya bizə qaz tədarük edərsə, Rusiyadan alacağıq, Azərbaycan tədarük edərsə, Azərbaycandan alacağıq, İran etsə, İrandan alacağıq. Əgər Türkiyədən qaz almaq imkanı yaranarsa, ondan da alacağıq”

Repost from İqtisadiyyat.az
AYNA yollarda nişanlanma və xətlənmə işlərinə 65,5 milyon manat xərcləyəcək

⚽️ Günün futbol qrafiki: UEFA Avropa Liqası 20:45 Omoniya – Selta (CBC Sport) 20:45 Ararat — Sparta 23:00 Milan – Benfika (CBC Sport) 23:00 Bayer L. — Celje 23:00 Anderlext – Lion (TV NET) 23:00 Olympiakos — Jagellonia 23:00 H.Beer Sheva — Dinamo Zagreb 23:00 Sturm Graz — Renn 23:00 Sunderland — AZ Alkmaar 🇪🇸 İspaniya 21:00 Atletiko – Osasuna 21:00 Deportivo – Sevilya (İdman TV) 23:30 Barselona – Rasinq (İdman TV) 23:30 Levante — Athletic 🇬🇧 İngiltərə, Liqa kuboku 23:00 Man.Yunayted – Brayton

🏎 Formula 1-in 2027-ci il təqvimi təsdiqlənib. 🇦🇿 Azərbaycan Qran-prisi 24–26 sentyabr 2027-ci il tarixlərində Bakı Şəhər Halqasında keçiriləcək. 🏁 Mövsüm 22 ölkədə 24 mərhələ üzrə təşkil olunacaq.

🇺🇸🇧🇾 Bu günlərdə Trampın göndərdiyi xüsusi nümayəndələr Belarus prezidenti Lukaşenko ilə görüşdü. 📍 Görüşün nəticəsi: ✅
🇺🇸🇧🇾 Bu günlərdə Trampın göndərdiyi xüsusi nümayəndələr Belarus prezidenti Lukaşenko ilə görüşdü. 📍 Görüşün nəticəsi: ✅ ABŞ Belarusun "Lakokraska" müəssisəsi və "Bellesbumprom" konserninə qarşı sanksiyaları ləğv edir. 💰 Bundan başqa ABŞ banklarında dondurulmuş 43-44 milyon dollarlıq Belarus aktivləri Minskə qaytarılır. ✅ Bunun da əvəzində Lukaşenko 25 siyasi məhbusu azad edib. Onların arasında jurnalistlər, musiqiçilər, QHT nümayəndələri və digərləri yer alır.

⚡️ Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.  📍 Dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.

🔥 Putinə Konstantinovkanın işğalını məruzə edən general Anton Qrunis məhv edilib. 🏅 O, 2 həftə əvvəl Putin tərəfindən “Rusi
🔥 Putinə Konstantinovkanın işğalını məruzə edən general Anton Qrunis məhv edilib. 🏅 O, 2 həftə əvvəl Putin tərəfindən “Rusiya qəhrəmanı” ordeni ilə təltif edilmişdi.

⚡️ “McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə şəhid ailələrinin uşaqlarına dəstək ənənəsini davam etdir
+9
⚡️ “McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə şəhid ailələrinin uşaqlarına dəstək ənənəsini davam etdirir. ✅ Artıq 3-cü ildir ki, “McDonald’s Azərbaycan” ölkənin hər yerində şəhid ailələrindən olan 1-ci sinif şagirdlərinə zəruri məktəb ləvazimatları ilə təchiz olunmuş məktəb çantaları təqdim edir. 📍 Bu il ölkə üzrə 194 birinci sinif şagirdi olan şəhid övladı məktəb ləvazimatları ilə təmin edilib. 👔 Məktəb dəstləri Dövlət Sosial Müdafiə Fonduna təhvil verilib, Fond isə öz növbəsində onların ölkənin müxtəlif bölgələrində yaşayan uşaqlara çatdırılmasını təmin edib. 🎉 Bakıda yaşayan 1-ci sinif şagirdi olan şəhid övladları üçün “McDonald’s”da yeni tədris ilinin başlanması münasibətilə bayram tədbiri təşkil olunub. 🎒 Uşaqlara “McDonald’s” tərəfindən müxtəlif təamlar təqdim edilib, animatorların iştirakı ilə əyləncəli proqram təşkil olunub, həmçinin zəruri məktəb ləvazimatları ilə təchiz edilmiş məktəb çantaları hədiyyə edilib.

📍 Sabahın havası ☀️ Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq.

⚡️ Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.

❗️ Bakı günə ağır tıxacla başlayıb. ⚠️ Bəzi yollarda hərəkət dayanıb. Ümumilikdə 10 istiqamətdə sıxlıq müşahidə olunur. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində tıxac və nəqliyatın sıxlığı müşahidə olunur.

🇷🇺 Rusiyada sıradan bir gün ⛽️ Yanacaq növbəsində gözləyən sürücü binoklla sıranın önündə baş verənləri izləyir.

⚡️🇵🇱🇺🇦 Polşa Ukrayna ilə sərhədə ordu hissələri yerləşdirir — “Reuters” 🗣️ Müdafiə naziri Vladislav Kosinyak-Kamış bildi
⚡️🇵🇱🇺🇦 Polşa Ukrayna ilə sərhədə ordu hissələri yerləşdirir — Reuters” 🗣️ Müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşa ordusu sərhədçilərə dəstək verəcək. Məqsəd sərhədin təhlükəsizliyini gücləndirməkdir. Məlumata görə, Polşa ordusunun mühəndis alayı müdafiə infrastrukturu qurur, ərazidə müşahidə və təhlükəsizlik postları yaradılır.

🇺🇦📊 Kiyev Beynəlxalq Sosioligiya İnstitutunun sorğusuna əsasən, ukraynalıların 77%-i hətta Rusiya bu qış enerji sektoruna hücum etsə belə, Ukraynanın müqaviməti davam etdirməli olduğunu düşünür.

⚡ Xırdalanda 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır. 📍 Baş Prokurorluq