Şəbəkə
前往频道在 Telegram
📈 Telegram 频道 Şəbəkə 的分析概览
频道 Şəbəkə (@shebeke) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 14 457 名订阅者,在 新闻与媒体 类别中位列第 14 333,并在 阿塞拜疆 地区排名第 283 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 14 457 名订阅者。
根据 06 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -65,过去 24 小时变化为 -5,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 15.29%。内容发布后 24 小时内通常能获得 12.75% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 2 210 次浏览,首日通常累积 1 843 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 27。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“📳 Reklam təklifləri qəbul olunur.
Əlaqə: @bot_shebeke”
凭借高频更新(最新数据采集于 07 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
14 457
订阅者
-524 小时
-77 天
-6530 天
帖子存档
14 456
❗️Binədə qətl hadisəsi baş verib.
Museyib Əhmədov (1986) həyat yoldaşı Fatimə Rəhmanzadəyə (2002) çoxsaylı bıçaq xəsarətləri yetirib.
Qadın xəstəxanada vəfat edib.
🚨 Şübhəli polis tərəfindən saxlanılıb.
14 456
📺 Səhər xəbərləri:
🚀 Bu gecə Rusiya Ukraynaya 75 raket və 130 PUA ilə hücum edib. Kiyev, Dnepr, Kremençuq və digər şəhərlərdə dağıntılar, ölənlər və yaralananlar var.
🇪🇺 Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiya paketini qəbul etməyə hazırlaşır, — “Reuters”
🇺🇸 ABŞ səfirliyi Rusiyadakı vətəndaşlarına taun təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
✈️ Putin 8-9 oktyabr tarixlərində Türkmənistana səfər edəcək.
🇦🇷 Argentinalı futbolçu Lionel Messi yığmadakı karyerasını başa vurub. 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə başa çatıb.
🇵🇹 Portuqaliyalı futbolçu Kriştiano Ronaldo (41 yaş) milli komandadan ayrılmadığını və yığma karyerasını davam etdirmək niyyətində olduğunu bildirib.
⚠️ Təmirlə əlaqədar Yasamal və Biləcərinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq.
📍 Bakıda itkin düşmüş şəxslər probleminin həllinə dair beynəlxalq konfrans keçirilir.
14 456
⚡️🇰🇷🇷🇺 Cənubi Koreya Rusiyanı yanacaqla təmin edir – “The Guardian”
🇰🇷 Nəşrin yazdığına görə, C.Koreya yayın əvvəlindən Rusiyaya 176 min tondan çox yanacaq göndərib.
⛴️ İyul və avqust aylarında Cənubi Koreya limanlarından Rusiyanın Vladivostok limanına 14 reys həyata keçirilib.
❗️ The Guardian yazır ki, bu tankerlərdən üçü Böyük Britaniya və Aİ-nin sanksiyaları altındadır.
📍 C.Koreya avqust ayında Hindistandan sonra neft məhsulları ilə bağlı Rusiyanın ikinci ən böyük təchizatçısına çevrilib.
14 456
🏆 UEFA Millətlər Liqasında günün qrafiki:
18:00 Qazaxıstan — Farer A.
22:45 Albaniya — San Marino
22:45 Belarus — Finlandiya
22:45 Estoniya — İslandiya
22:45 Lüksümburq — Bolqarıstan
22:45 Moldova — Slovakiya
22:45 Xorvatiya — İspaniya
22:45 İngiltərə — Çexiya
22:45 Şotlandiya — Sloveniya
22:45 İsveçrə — Ş.Makedoniya
14 456
⚡️ Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq.
Buna səbəb “pulsuz” ixtisaslarda plan yerlərinin dolmamasıdır.
14 456
⚠️ Hidayət Heydərov 1/8 finalda Covannni Espositoya (İtaliya) uduzaraq çıxışını başa vurub.
⚠️ Eyni çəkidə Rəşid Məmmədəliyev isə 1/4 finalda uduzub.
⏳ Amma R.Məmmədəliyev təsəlliverici qarşılaşmada Leonardo Valerianiyə qalib gələrək bürünc medal uğruna görüşə vəsiqə qazana bilib.
⚠️ Qadınların yarışında 57 kq
-da Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gəlib və uduzub.
14 456
🌧️ Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir.
☁️ Günün ikinci yarısından yağış tədricən kəsiləcək.
☀️ Temperatur gecə 15-17° isti, gündüz 18-22° isti olacaq.
🌧️ Bəzi bölgələrdə də yağışlı hava müşayiət olunacaq.
☀️ 20-25° isti gözlənilir.
14 456
⚡️🇺🇦🇷🇺 Ukrayna Silahlı Qüvvələri Xarkovda Vovçansk yaxınlığında rusları geri çəkilməyə məcbur edib — ISW
❗️ Ukrayna qoşunları Vovçanskdan şimal-şərqdə yerləşən təxminən 10 km²-lik meşəlik ərazini ruslardan təmizləyib.
💣 Əməliyyat zamanı rusların üç döyüş qrupu məhv edilib və ərazidən çıxarılıb.
14 456
+3
🔥 Bakıda məşhur Ukrayna restoranında yanğın olub.
Restoranın infrastrukturuna zərər dəyib. Xəsarət alan olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
14 456
📍 Heyətində Azərbaycan vətəndaşlarının da olduğu xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
🇦🇿 Gəminin kapitanı, Azərbaycan vətəndaşı Həsənov Rüstəm İsmayıl oğlu (1974) həlak olub.
📍 Digər vətəndaşımız Süleymanzadə Məhəmməd Həmzə oğlu (2002) itkin düşüb.
🛟 Gəmidə olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.
14 456
Repost from İqtisadiyyat.az
⚡️XİN: Qara dənizdə gəminin dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub, biri itkin düşüb
14 456
🚨 Bu gecə Qaxda, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
🚑 Avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
14 456
🇦🇿 Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
📍 Yarışın 3-cü günündə Xədicə Qədəşova (57 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaq.
⏰ Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.
📍 Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq.
🥇 Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.
14 456
📺 Səhər xəbərləri:
🚀 Ukrayna PUA-ları Moskva vilayətinə kütləvi hücum edib. “Volodarskaya” neft bazası vurulub.
🚀 Ruslar Kiyevə və Zaporojyeyə zərbələr endirib. Zaporojyedə 5 nəfər yaralanıb.
🔥 Husi qüvvələri Ər-Riyaddakı beynəlxalq hava limanına, Ciddədə Aramco obyektinə zərbələr endirib. Yəmən qüvvələrinin husilərə qarşı əməliyyatı isə davam edir.
🇺🇸 ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək.
⚠️ Təmirlə əlaqədar bu gün Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq.
⛔️ Bakıda 19 istiqamətdə tıxac yaranıb.
14 456
⚡️🇹🇷🇵🇰 Türkiyə və Pakistanın hərbi qüvvələri kollektiv müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanında yerləşdiriləcək.
Bu qərar Məkkə Alyansının siyasi-müdafiə komitəsinin təcili iclasında qəbul edilib.
14 456
🏆 UEFA Millətlər Liqasında gecənin oyunları:
22:45 Fransa — Belçika
22:45 İtaliya — Türkiyə
22:45 Bosniya — Polşa
22:45 Ş.İrlandiya — Gürcüstan
22:45 Rumıniya — İsveç
22:45 Ukrayna — Macarıstan
22:45 Monteneqro — Ermənistan
14 456
⚡️🇷🇺 Medvedev Ermənistanı Ukraynanın taleyi ilə hədələyib
“Ermənistanın hazırkı rəhbərliyi tərəfindən seçilmiş siyasi istiqamət heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq”, — deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Ermənistanın hazırkı rəhbərliyi inkişaf istiqamətini dəyişməyin doğru olduğuna qərar verib. Əminəm ki, bu da yaxşı nəticələnməyəcək. Ermənistanın başına gələ biləcək ən pis şey ikinci Ukraynaya çevrilməkdir”, — deyə o bildirib.
14 456
⚡️🇪🇪🇷🇺 Estoniya Rusiya ilə sərhədə elit qoşunlarını yerləşdirməyə başlayıb, — “Financial Times”
Nəşrin yazdığına görə, Estoniya həmçinin Rusiyanın dərinliklərindəki hədəfləri vurmağa qadir olan silahlar da satın alır.
Estoniya hakimiyyəti Rusiyanın hər hansı məhdud miqyaslı müdaxiləsindən narahatdır — məqalədə qeyd olunur.
