uk
Feedback
854
Підписники
+124 години
-27 днів
-230 днів
Архів дописів
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər. APA-nın Qarabağa ezam edilmiş müxbiri xəbər verir ki
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər. APA-nın Qarabağa ezam edilmiş müxbiri xəbər verir ki, xarici diplomatlara Şuşa şəhərinin tarixi barədə məlumat verilib.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi”ni ziyarət ediblər. Kulis.az bildirir ki,
+3
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi”ni ziyarət ediblər. Kulis.az bildirir ki, bu barədə APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərini
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərini ziyarət ediblər. Kulis.az bildirir ki, bu barədə APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir. Diplomatlara işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib.

Yandırılmış su - Karlos Fuentes Kulis.az Nilufər Hacılının tərcüməsində görkəmli Meksika yazıçısı Karlos Fuestesin "Yandırılm
Yandırılmış su - Karlos Fuentes Kulis.az Nilufər Hacılının tərcüməsində görkəmli Meksika yazıçısı Karlos Fuestesin "Yandırılmış su" əsərindən hissələri təqdim edir. - Dostlarının "Mandarin" adını verdikləri Federiko Silva üçün bu şəhər şəxsi düşmən idi. Şərqə məxsus cizgiləri o qədər aydın idi ki, yerli köklərinin izlərini belə basdırırdı. Meksikalıların üzlərində çox vaxt görünən bir xüsusiyyətdir bu: ilk üzü - Monqolustanın tundra və dağlarından gəlmiş olan üzü - ortaya çıxarmaq üçün yaşanmış tarixin zədələrini və izlərini gizləyirlər. HEKAYƏ

"No Other Land" (“Başqa heç bir torpaq”) filminin rejissorları Yuval Abraham və Raşel Szorun yeni "NAZA" sənədli filmi Venesi
"No Other Land" (“Başqa heç bir torpaq”) filminin rejissorları Yuval Abraham və Raşel Szorun yeni "NAZA" sənədli filmi Venesiya Film Festivalındakı premyerasından sonra 24,5 dəqiqəlik alqışla festival tarixinin rekoruna imza atıb. Kulis.az xəbər verir ki, əsas müsabiqədə yer alan tək sənədli film olan 80 dəqiqəlik ekran işi İsrail hərbçiləri və kəşfiyyatçıları ilə müsahibələr əsasında Qəzzada mülki şəxslərin hədəf alınma sistemini işıqlandırır. Film adını İsrail ordusunun hava zərbələri zamanı öləcəyi ehtimal edilən dinc sakinlər üçün işlətdiyi "Nezek Agavi" ("dolayı zərər") qısaltmasından götürüb.

"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir. - Təbriz bazarı - q
"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir. - Təbriz bazarı - qırmızı kərpiclərin alnından tər tökülür üzü axşamçağına sarı. Şah gölü - qu quşlarının qanadlarına boylanır ayaqlarını itirmiş buludlar və hönkürür sonuncu ayaq izlərinə tərəf... Ərk qalası - Unutduğu alın yazılarından üzr istəyir təqvimlərin sükut yeri... İki Kamal Türbəsi - Naxışlarından göyüzünə məktub yazır qaranlıqdan qorxmayan divarlar... Şüara məqbərəsi - Şeirlərinin kölgəsinə sığınıb bütün şair qəbirləri. ŞEİRLƏR

Georgi Qospodinovun fransız dilinə tərcümə edilib “Qalimard” nəşriyyatında çap edilən “Bağban və ölüm” romanı 2026-c il Jan M
Georgi Qospodinovun fransız dilinə tərcümə edilib “Qalimard” nəşriyyatında çap edilən “Bağban və ölüm” romanı 2026-c il Jan Mone Avropa Ədəbiyyat Mükafatına layiq görülüb. Kulis.az xəbər verir ki, builki 32-ci Jan Mone Avropa Ədəbiyyat Mükafatı Qospodinovu təkcə əsərinə görə deyil, həm də Avropa ədəbiyyatına verdiyi ümumi töhfəyə görə təltif edib. Əsəri fransızcaya tərcüməsini bolqar ədəbiyyatının fransız dilinə tərcüməsində mühüm rol oynayan Mari Vrinet Nikolov həyata keçirib.

Uels şahzadəsi Diananın şahzadə Çarlzın televiziyadakı xəyanət etirafından sonra geyindiyi və moda tarixinə "Qisas libası" ki
Uels şahzadəsi Diananın şahzadə Çarlzın televiziyadakı xəyanət etirafından sonra geyindiyi və moda tarixinə "Qisas libası" kimi düşən ikonik qara geyimi hərraca çıxarılır. Kulis.az xəbər verir ki, dizayner Kristina Stamboliana aid olan çiyinləri açıq libas dekabr ayında "Sotheby’s" hərrac evi tərəfindən 150 min - 300 min dollar dəyərində satışa təqdim olunacaq. İlk olaraq sentyabrın 18-də Londonda nümayiş etdiriləcək geyim, daha sonra Honkonq, Cenevrə və Nyu-Yorkda sərgilənəcək. Hərracdan əldə olunacaq gəlirin bir hissəsi Şotlandiyadakı Kraliça Edinburq Xəstəxanasının xeyriyyə fonduna bağışlanacaq.

🎬 Şəfiqə Məmmədova: “Həyəcan keçirirəm. Bu, böyük məsuliyyətdir” ⭐️ AKİ-nin yeni sədri seçilən Xalq artisti jurnalistlərə aç
🎬 Şəfiqə Məmmədova: “Həyəcan keçirirəm. Bu, böyük məsuliyyətdir” ⭐️ AKİ-nin yeni sədri seçilən Xalq artisti jurnalistlərə açıqlamasında bildirib ki, ittifaq daxilində bir sıra problemlər var. 🎥 O, kino sahəsində inkişafın olduğunu və yaxın günlərdə “44” filminin nümayiş olunacağını deyib. 🤝 Şəfiqə Məmmədova ona səs verənlərə və verməyənlərə təşəkkür edib.

🏛️ Hikmət Hacıyev: “Qarabağ Azərbaycanın mədəni ürəyidir” 📍 Hikmət Hacıyev Xankəndidə diplomatik korpus nümayəndələri ilə g
🏛️ Hikmət Hacıyev: “Qarabağ Azərbaycanın mədəni ürəyidir” 📍 Hikmət Hacıyev Xankəndidə diplomatik korpus nümayəndələri ilə görüşdə Qarabağın Azərbaycan xalqının mədəni irsində xüsusi yer tutduğunu bildirib. 🏗️ O qeyd edib ki, işğal illərində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb, hazırda isə Qarabağda mədəni irsin bərpası və qorunması istiqamətində işlər davam etdirilir. 🤝 Hacıyev həmçinin Qarabağ şəhərləri ilə müxtəlif ölkələrin şəhərləri arasında qardaşlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr seçkisində kinorejissor, ssenarist, aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudov çı
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr seçkisində kinorejissor, ssenarist, aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudov çıxış edib. Kulis.az xəbər verir ki, Xalq artisti artıq öz kinostudiyamızı bərpa etməyin vacibliyini vurğulayıb:
"Burdakı hər kəs kinoya xidmət edən insanlardır. Sənətin və sənətkarın qocası-cavanı olmur. Bu gün bizim mənəvi ocağımız Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Kino dövlət siyasətinin tərkib hissəsidir. Ona görə də dövlət kinoya pul ayırır. Hər şeyi şəxsiyyət həll edir. Gəlin, bu gün şəxsi məsələləri kənara qoyaq. Elə etməliyik ki, kino ocağımızın alovu daim alovlansın. Mən düşünürəm ki, ittifaqa rəhbərlik edəcək şəxsiyyət Şəfiqə Məmmədovadır. O dəyərli aktrisamızdır. Onu biz daim qoruyub saxlamalıyıq".

"Azərbaycan kinosunun böyük tarixi var. AKİ-nin də bu tarixdə öz rolu var". Bu fikirləri kulis.az-a Azərbaycan Kinematoqrafçı
"Azərbaycan kinosunun böyük tarixi var. AKİ-nin də bu tarixdə öz rolu var". Bu fikirləri kulis.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqının hazırda keçirilən sədr seçkisində iştirak edən yazıçı, alim Akif Əli bildirib. O qeyd edib ki, xüsusilə 60-70-ci illərdə çəkilən yüksək keyfiyyətli filmlər var:
"Kinomuzun inkişafında xüsusilə Ulu Öndər Heydər Əliyevin böyük rolu var. İlham Əliyev də onun yolunu davam etdirir. Vaxtilə AKİ üzvü olmuş böyük kino adamları olub ki, sonradan müəyyən səbəblərdən ittifaqdan ayrılıblar. Məsələn, Fəxrəddin Manafov, Mehriban Zəki. Biz istəyərdik ki, onlar da yenidən üzv olsunlar".

Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib . APA xəbər verir ki, səs çoxluğu ilə Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçi
Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib . APA xəbər verir ki, səs çoxluğu ilə Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi, 5-ci Nazirlər Kabinetində Əmək v
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri Əhməd bəy Pepinovun doğum günüdür. Kulis.az "Tarixin kulisi" layihəsindən İradə Əliyevanın onun haqqında yazısını təqdim edir. - Məlumatlara görə, 30-cu illərə az qalmış Türkiyədən gələn bir dostu buralarda vəziyyətin getdikcə pisləşəcəyini, gec-tez tutulacağını deyərək ona ailəsini də götürüb Türkiyəyə keçməyi tövsiyə edir. Amma Əhməd bəy özünü təqsirsiz saydığından bununla razılaşmır. Sonralar həbsxanada görüş zamanı qaynanası Xədicə xanıma səhvini etiraf edir ki, gərək onda gedəydim. ƏTRAFLI

🎬 Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir 📍 Nizami Kino Mərkəzində AKİ-nin sədr seçkisi keçirilir. 👥 Konfransda ittifaqın üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir. 🕯️ Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da keçirilən seçki konfransı isə yetərsay olmadığı üçün nəticəsiz qalıb. 📌 Hazırda sədr vəzifəsini Şəfiqə Məmmədova icra edir.

Türk kinosunun klassikləri arasında yer alan "Şabanoğlu Şaban" filminin davamı üçün hazırlıqlara başlanılıb. Kulis.az xəbər v
Türk kinosunun klassikləri arasında yer alan "Şabanoğlu Şaban" filminin davamı üçün hazırlıqlara başlanılıb. Kulis.az xəbər verir ki, "Şabanoğlu Şabanoğlu Şaban" adlanan yeni ekran işində mərhum aktyor Kemal Sunalın unudulmaz obrazını oğlu Ali Sunal davam etdirəcək. "Poll Films" və "Arzu Film" tərəfdaşlığı ilə ərsəyə gələn layihənin rejissor kürsüsündə Can Ulkay əyləşəcək. Çəkilişlərinə sentyabrın sonunda start verilməsi planlaşdırılan filmdə Şabanın oğlunun macəraları təqdim olunacaq.

"Aşk-ı Memnu" serialındakı Arsen xanım obrazı ilə geniş auditoriyanın rəğbətini qazanan aktrisa Gülsen Tuncerin səhhətində ci
"Aşk-ı Memnu" serialındakı Arsen xanım obrazı ilə geniş auditoriyanın rəğbətini qazanan aktrisa Gülsen Tuncerin səhhətində ciddi problem yaranıb. Kulis.az xəbər verir ki, 81 yaşlı sənətçinin amansız xəstəliklə mübarizə apardığı bildirilib. Aktrisanın səhhəti ilə bağlı məlumatı "Film-San" Vəqfi sosial media hesabı üzərindən açıqlayaraq sənətçiyə şəfa diləyib.

– Tamaşaçılar çox vaxt yerli serialları türk seriallarına bənzədirlər. Hətta "IV Divar"da da belə bir ab-havanın olduğunu dey
– Tamaşaçılar çox vaxt yerli serialları türk seriallarına bənzədirlər. Hətta "IV Divar"da da belə bir ab-havanın olduğunu deyənlər var. Buna münasibətiniz necədir? "IV Divar"a gəldikdə, razılaşıram ki, burada bir az da olsa türk serialı ab-havası var. Və mən burda heç bir qəbahət görmürəm, Türkiyə istehsalı olan çox yaxşı seriallar var. Misal üçün, bundan əvvəl rejissoru olduğum "Vətəndaş A" və "Qırmızı zona"da isə belə bir hal yox idi. Bu iki serial məhz elə "Azərbaycan serialı"dır. "IV Divar"da bu ab-havanın olmasının səbəbi isə odur ki, bu, sifariş layihədir. Yəni kanal bu ssenarini artıq təsdiq etmişdi və belə məsləhət bilmişdilər ki, rejissor kimi layihəni mən çəkim. Öz yanaşmama gəldikdə isə, mənə görə "IV Divar" özünəməxsus koloriti olan maraqlı bir işdir. Başda layihə rəhbəri Həmid Əsədzadə olmaqla, AzTV ailəsinə uğurlar arzu edirəm. Onlarla çalışmaq xoş idi. Kulis.az "Cümə qonağı" layihəsindən Ülvi Bahadırın "IV Divar" serialının rejissoru Elvin Rüstəmzadə ilə söhbətini təqdim edir. MÜSAHİBƏ

Fransız rejissor Florian Zellerin Penelopa Kruz və Xavyer Bardemin baş rollarında çəkildiyi "Bunker" filmi Venesiya Film Fest
Fransız rejissor Florian Zellerin Penelopa Kruz və Xavyer Bardemin baş rollarında çəkildiyi "Bunker" filmi Venesiya Film Festivalındakı dünya premyerasında böyük coşqu ilə qarşılanıb. Kulis.az xəbər verir ki, nümayişdən sonra salonu dolduran izləyicilər ekran işini 16 dəqiqə 30 saniyə ərzində ayaq üstə alqışlayıblar.

Avropa Yayımları İttifaqı (EBU) Qazaxıstanın "Xabar" dövlət teleradio şirkətinin "Avroviziya" beynəlxalq musiqi müsabiqəsində
Avropa Yayımları İttifaqı (EBU) Qazaxıstanın "Xabar" dövlət teleradio şirkətinin "Avroviziya" beynəlxalq musiqi müsabiqəsində iştirak etmək üçün etdiyi müraciəti rədd etmək qərarına gəlib. Kulis.az xəbər verir ki, bu barədə Avropanın nüfuzlu "Politico" nəşri EBU-nun rəsmi bəyanatına istinadən məlumat yayıb. Bəyanatda bildirilir ki, sözügedən ölkə Avropa yayım zonasından kənarda yerləşir, Avropa Şurasının üzvü deyil və təşkilat yanında müşahidəçi statusuna malik deyil. EBU nümayəndələri vəziyyətə aydınlıq gətirərək qeyd ediblər: "Bu səbəbdən, "Xabar" hazırda tamhüquqlu üzvlük üçün iddia edə bilməz".