ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

842
Подписчики
Нет данных24 часа
-17 дней
-1230 дней
Архив постов
1980-ci ildə ekranlara çıxan “Yol əhvalatı” filmi Azərbaycan kinosunun yadda qalan komediyalarındandır. Filmin rejissoru Teymur Bəkirzadə, ssenari müəllifi Asim Cəlilov, bəstəkarı isə Polad Bülbüloğludur. Baş rollarda Səyavuş Aslan, Yaşar Nuri, Həmidə Ömərova, Vaxtanq Pançulidze və Kamil Məhərrəmov çəkiliblər. Film gündəlik həyatın maraqlı hadisələrini, insan münasibətlərini və gözlənilməz situasiyaları yumoristik dillə təqdim edir. Əyləncəli süjeti və yaddaqalan obrazları ilə seçilən ekran əsəri bu gün də tamaşaçıların maraqla izlədiyi filmlər sırasındadır.

Azərbaycan musiqisinin unudulmaz sənətkarı, Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən “Bilmədin” mahnısı dinləyiciləri nostalji duyğulara aparan əsərlərdən biridir. “Bağçamıza gəldi bahar” misrası ilə də xatırlanan mahnıda baharın gəlişi, sevgi və qəlbdə gizli qalan hisslər poetik bir ovqatla ifadə olunur. Musiqisi bəstəkar Səid Rüstəmova, sözləri isə şair İslam Səfərliyə məxsus olan əsər sevən insanın intizarını və qarşılıq tapmayan duyğularını əks etdirir. Şövkət Ələkbərovanın özünəməxsus səs tembri və duyğulu ifası mahnının təsir gücünü daha da artırır. Azərbaycan musiqi xəzinəsinin dəyərli nümunələrindən olan bu ifa illər keçsə də, öz nostalji ruhu ilə dinləyicilərin yaddaşında yaşamağa davam edir.

Faiq Ağayevin “Sən gəlməz oldun” mahnısı ayrılıq, həsrət və puç olmuş vədlərdən bəhs edən, musiqisi Ələkbər Tağıyevə, sözləri isə Mədinə Gülgünə məxsus olan unudulmaz estrada əsərlərindən biridir. Mahnı ilk dəfə Zeynəb Xanlarovanın ifasında məşhurlaşıb, sonralar Faiq Ağayevin ifasında yeni emosional çalarlar qazanıb. Rejissor Ülviyyə Könülün ekranlaşdırdığı klip isə əsərə mini-film ab-havası bəxş edib. Sevgi, xəyanət, media dünyasının parıltılı görünüşü və cinayət dramı ilə seçilən ekran işi mahnının dramatik təsirini daha da gücləndirib. Klipin gizli mesajı: Parıltılı və cazibədar görünən həyatın arxasında xəyanət, saxta münasibətlər və faciələr gizlənə bilər. Klip insanın verdiyi vədlərə sadiqliyini, sevginin kövrəkliyini və seçimlərinin ağır nəticələrini ön plana çıxarır. Bu xüsusiyyətlər “Sən gəlməz oldun” mahnısını sadəcə ayrılıq nəğməsi deyil, həm də insan münasibətlərinin qaranlıq tərəflərini göstərən dramatik ekran əsərinə çevirir. Davamı Kulis.az -da!

🎭 Aktrisa Nesrin Cavadzadə vahid məktəbli forması ilə bağlı paylaşımı bəyəndikdən sonra ünvanına səslənən ittihamlara cavab
🎭 Aktrisa Nesrin Cavadzadə vahid məktəbli forması ilə bağlı paylaşımı bəyəndikdən sonra ünvanına səslənən ittihamlara cavab verib. 🗣 O bildirib ki, türklüyünün, müsəlmanlığının və inanclara münasibətinin sorğulanmasını qəbul etmir. ⚖️ Aktrisa təhqir və hüquq pozuntusu xarakterli paylaşımlarla bağlı sübutları vəkillərinə təqdim etdiyini və məsul şəxslərlə Türkiyə məhkəmələrində hesablaşacağını açıqlayıb. 🎓 Cavadzadə məhkəmə yolu ilə əldə ediləcək təzminatları uşaqların təhsilinə dəstək verən qurumlara bağışlayacağını bildirib.

“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlanıb. Kulis.az sözügedən tizeri təqdim edir

Kulis.az tarixçi-tədqiqatçı Elvin Şıxaliyevin "Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol" yazısını təqdim edir.
Kulis.az tarixçi-tədqiqatçı Elvin Şıxaliyevin "Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol" yazısını təqdim edir. Tarixdə elə saraylar var ki, qalın divarlarla qorunur. Misir fironları, Mesopotamiya hökmdarları düşməndən qorunmaq üçün möhkəm qala divarları tikirdilər. Amma Avropanın ilk böyük sarayı tamamilə fərqli idi. Söhbət Krit adasındakı Knos sarayından gedir. 1900-cü ildə ingilis arxeoloq Artur Evans onu tapanda şoka düşdü. 22 min kvadratmetr sahə, 1300-dən çox otaq, amma ətrafında qalın müdafiə divarı yoxdur. Bu səhv deyildi. Şüurlu seçim idi. Davamı...

🎬 Kino Agentliyindən “44” filmi ilə bağlı XƏBƏRDARLIQ 🔸 Seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla çəkilmə
🎬 Kino Agentliyindən “44” filmi ilə bağlı XƏBƏRDARLIQ 🔸 Seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması qadağandır. ⚖️ Agentlik bildirir ki, bu cür hallar müəlliflik hüquqlarının pozulmasına səbəb ola və qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yarada bilər. 📵 Tamaşaçılardan film zamanı çəkiliş aparmamaq və filmə aid görüntüləri hüquq sahibinin icazəsi olmadan paylaşmamaq tələb olunub. ❗ Qanun pozuntusu aşkar edilərsə, təqsirli şəxslər barəsində müvafiq tədbirlər görüləcək.

Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib. “Bilirəm” adlanan bəstənin musiqisi Kamala məxsusdur. A.Kazımova mahnı üçün Qəbələdə klip də çəkdirib. Ekran işinin rejissoru Emin Muradovdur.

Kulis.az "44 günün yaddaşı" layihəsi çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsi şə
Kulis.az "44 günün yaddaşı" layihəsi çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nurirəliyev haqqında yazını təqdim edir. Vətən müharibəsində zəfər yalnız yerdə qazanılmadı. Torpaqda irəliləyən əsgərin başı üzərində qəhrəmanlar da vardı. Onlardan biri polkovnik Zaur Nudirəliyev idi. Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakıda anadan olub. Uşaqlığı və ilk məktəb illəri Sabunçu rayonunun Zabrat qəsəbəsində keçib. 1985-ci ildə 192 nömrəli orta məktəbə gedib, 1992-ci ilə qədər orada oxuyub. Sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Lisey illəri onun gələcək yolunu müəyyənləşdirdi. Oktyabrın 4-də Zaur Cəbrayıl istiqamətində təyin olunmuş hədəfə yaxınlaşırdı. Kəşfiyyat məlumatına görə, həmin ərazidə düşmənin hava hücumundan müdafiə vasitələri olmamalı idi. Amma mərkəzi komanda məntəqəsinə bu vasitələrin işə düşdüyü xəbəri gəldi. Pilotlara geri qayıtmaq tapşırığı verildi. O isə hədəfə zərbəni artıq endirmişdi və geri qayıdırdı. Sonra çağırışa cavab vermədi. Təyyarə vurulmuşdu... Davamı Kulis.az-da!

19 oktyabr 1932-ci ildə tanınmış rəssam, Əməkdar incəsənət xadimi Sara Manafova anadan olub. O, Azərbaycan təsviri sənətində
19 oktyabr 1932-ci ildə tanınmış rəssam, Əməkdar incəsənət xadimi Sara Manafova anadan olub. O, Azərbaycan təsviri sənətində özünəməxsus yaradıcılığı ilə seçilib. Rəssamın əsərləri arasında Füzulinin “Leyli və Məcnun” poemasına həsr olunmuş triptix və Xocalı faciəsinin ağrı-acısını əks etdirən “Xocalı faciəsi. Haray” tablosu xüsusi yer tutur. Sara Manafovanın “Xocalı faciəsi. Haray” tablosu Xocalı faciəsinin ağrı-acısını və insanlıq dramını əks etdirən əsərlərdən biri kimi təqdim olunur. Rəssam bu əsərində faciənin yaratdığı dərin kədəri, günahsız insanların yaşadığı iztirabları və xalqın yaddaşında silinməyən ağrını təsvir etməyə çalışıb. Qeyd edək ki, Sara Manafova 1993-cü ildə Xocalı faciəsinə həsr olunmuş əsərlər yaradıb. Rəssamın bu mövzuya müraciəti onun yaradıcılığında tarixi yaddaşın və insan faciələrinin bədii ifadəsinə verilən önəmi göstərir. Sara Manafova 2007-ci ildə vəfat edib. Onun yaradıcılığı Azərbaycan rəssamlıq tarixinin yadda qalan səhifələrindən biridir.

#GÜNÜNŞEİRİ Müəllif: Musa Yaqub Daş altında toxumam, Yanır çölüm içərim. Nə sıxdılar çürüyüm, nə qoydular cücərim. Məlikməmməd nağılıyam, Bu quyunun dibimi? Nə çəkdilər yuxarı, nə kəsdilər ipimi.

1955-ci ildə ekranlara çıxan “Bəxtiyar” filmi Azərbaycan kinosunun sevilən ekran əsərləri sırasındadır. Film musiqi, sevgi və sənət arzusu ətrafında cərəyan edən hadisələri ilə tamaşaçıların yaddaşında iz qoyub. Rejissor Lətif Səfərovun ekranlaşdırdığı filmin baş rolunda görkəmli müğənni Rəşid Behbudov çıxış edib. Ekran əsərinin musiqilərini isə bəstəkar Tofiq Quliyev bəstələyib. Maraqlı fakt budur ki, film 1956-cı ildə Azərbaycan televiziyasında nümayiş etdirilən ilk film olub.

Kulis.az tanınmış türkoloq, dilçi alim, yazıçı Ahmet Bican Ercilasunun "Azərbaycan" yazısını təqdim edir. 8–10 oktyabr 2026-c
Kulis.az tanınmış türkoloq, dilçi alim, yazıçı Ahmet Bican Ercilasunun "Azərbaycan" yazısını təqdim edir. 8–10 oktyabr 2026-cı il tarixlərində Bakıda 4-cü Beynəlxalq Türk Dili və Ədəbiyyatı Təhsili Simpoziumu keçirildi. Mən də 7–11 oktyabr tarixlərində Bakıda idim. Məclis Qazi Təhsil Fakültəsinin Türk Dili və Ədəbiyyatı Təhsili bölməsi tərəfindən təşkil olundu. Tədbirin Bakıdakı təşkilatçısı isə Azərbaycan Dillər Universiteti (ADU) idi. Simpoziumun tərəfdaşları sırasında Türk Mədəniyyətini Araşdırma İnstitutu ilə Yunus Əmrə İnstitutu da var idi. Toplantıda Türkiyə və Azərbaycandan bir çox alim və mütəxəssis məruzə ilə çıxış etdi. Çıxış edənlər arasında Polşadan professor Danuta Xmelovska (Danuta Chmielowska) və Yaponiyada çalışan bir qazax türkü də vardı. Bu cür elmi toplantıları təfsilatı ilə yazmağımın səbəbi tarixə qeyd etməkdir. Bütün bu elmi məclislər gələcəkdə qələmə alınacaq türkologiya tarixində öz yerlərini tutacaqlar. Simpozium Bakı Türkoloji Qurultayının və Qazi Universitetinin 100 illiyi, həmçinin Azərbaycan Dillər Universitetinin 80 illiyi xatirəsinə təşkil edilmişdir. DAVAMI…

Xaçmazın Arzu qəsəbəsində yerləşən tam orta məktəbdə keçirilən musiqi dərsindən xoş anlar əks etdirən video paylaşılıb. Görüntülərdə şagirdlərin müəllimləri ilə bir araya gələrək sevilən Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa etdikləri anlar yer alıb. Səmimi musiqi anları sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

🇦🇿 Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il keçir 📜 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bununla Azərbaycanın dövlət müstəqilliyi bərpa olunub. 🗳 Həmin il dekabrın 29-da keçirilən referendumda xalq Azərbaycanın dövlət müstəqilliyinə dəstəyini ifadə edib. 📅 2021-ci ildə qəbul edilən qanuna əsasən, 18 oktyabr Müstəqilliyin Bərpası Günü adlandırılıb. Bu tarix iş günü olan bayramdır.

Bu gün görkəmli teatr rejissoru, aktyor və pedaqoq Nəsir Sadıqzadənin anadan olmasından 100 il ötür. 1926-cı ildə Şuşada düny
Bu gün görkəmli teatr rejissoru, aktyor və pedaqoq Nəsir Sadıqzadənin anadan olmasından 100 il ötür. 1926-cı ildə Şuşada dünyaya gələn sənətkar müxtəlif illərdə Gəncə, Naxçıvan, Füzuli, İrəvan, Sumqayıt və Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor kimi fəaliyyət göstərib. Nəsir Sadıqzadə kino sahəsində də yaddaqalan obrazlar yaradıb. O, “Mən ki gözəl deyildim” filmində ikinci rejissor kimi çalışıb, “Şeytan göz qabağında”, “Qətl günü”, “Zirzəmi”, “Bəxt üzüyü”, “Qəzəlxan”, “Qara “Volqa”” və “Həm ziyarət, həm ticarət” filmlərində rol alıb. Xüsusilə “Bəxt üzüyü” filmindəki Tanrıbəy obrazı tamaşaçıların yaddaşında qalıb. Nəsir Sadıqzadə 27 noyabr 1996-cı ildə vəfat edib. Onun sənət irsi Azərbaycan teatr və kino tarixində yaşamaqda davam edir.

#GÜNÜNŞEİRİ İfa: Eldost Bayram Müəllif: Tofiq Bayram "Evə qayıdırıq" Kişilər görmüşəm qisməti, payı Böyük bir külfətdir, kiçik bir otaq. Hər axşam qadını dəmləyən çayı Yüz-yüz qonaqlığa dəyişməz ancaq. Qadınlar görmüşəm, ac-susuz qalıb, Məskəni bir mətbəx guşəsi olub. Yollara baxmaqdan gözü qaralıb, Çeşməyi pəncərə şüşəsi olub. Rəislər görmüşəm, sinə qəfəsi Az qalıb partlasın bir zəng səsindən. Hirsini soyudub qadın nəfəsi, Evdə şəfa tapıb xoş təbssümdən. Kişilər də görmüşəm qalxıb kürsüyə, Ağzından od saçıb, deyiblər nərsən Evə qayıdanda, yazıq kilsəyə- Zorla ibadətə gedir, deyərsən.

Cavanşir Quliyev “44” filmi haqqında: “44” filmi Azərbaycanda müharibəyə həsr olunan ən möhtəşəm filmdir. Axır ki, bizdə də qürurlanacağımız film ortaya qoyuldu. İllərlə deyirdik müharibəyə aid dünyaya çıxaracağımız film yoxdu, artıq var! “44” Azərbaycanda standart ortaya qoydu!

1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Əhməd haradadır?” filmi Azərbaycan kinosunun sevilən klassiklərindəndir. Filmin rejissoru Adil İsgəndərov, ssenari müəllifi Sabit Rəhman, bəstəkarı isə Rauf Hacıyevdir. Musiqili komediyada gənclərin sevgisi, ailə münasibətləri və köhnə adət-ənənələr yumorla təsvir olunur. Ekran əsərində Lütfəli Abdullayev, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov və digər tanınmış aktyorlar rol alıblar. Aradan onilliklər keçsə də, film öz nostalji ruhu və unudulmaz səhnələri ilə tamaşaçıların sevgisini qoruyur.

Azərbaycan estradasının əfsanəvi nümayəndələrindən, Xalq artisti İlhamə Quliyevanın ifası ilə yaddaşlarda yaşayan mahnılardan biri də “Qayıt”dır. Sevgi, ayrılıq və həsrət duyğularını özündə birləşdirən bu mahnı dinləyiciləri keçmişin unudulmaz xatirələrinə aparır. İlhamə Quliyeva 25 fevral 2016-cı ildə, 72 yaşında vəfat edib. Lakin sənətkarın ifaları bu gün də yaşayır, onun səsi və musiqi irsi yeni nəsillər tərəfindən dinlənilir. “Qayıt”-da ayrılığın ağrısını və geri dönməsini gözlədiyimiz insanlara ünvanlanan səssiz çağırışı xatırladan mahnılardandır. Bəzi ifalar zaman keçdikcə köhnəlmir, əksinə, hər dinlənildikdə yeni hisslər oyadır. İlhamə Quliyevanın sənət irsi də məhz belə ifalarla yaşamağa davam edir.